IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1244
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Mən güman edirəm ki,cümlələrin yaratdığı bu cür qrammatik birlik dilçilik tədqiqatı üçün
legitim məlumat qrupu yaradır və burada bir-biri ilə bağlılığı olan və müəyyən intuitiv qaydalar ifadə
edən cümlələrdən söhbət gedir”.
Nitq zamanı işlədilən məlumat yazılı mətnlərdə də işlədilə bilər. Bu eyni zamanda tək cümlələrin
formasında da görünür. Tək cümlənin, yaxud dil materialınınbu cür təsviri performans-məlumat
(performans data) kimi də təsvir olunur. Bu tərkibli cümlələrdə N.Xomskinin təsvir etdiyi kimi
tərəddüdlər, xətalar və digər qeyri-standard formalar da əks olunur. N.Xomski qeyd edir ki, cümlənin
bu cür təsviri dilin qrammatik forması kimi təsvir olunmamalıdır.
Qeyd etdiyimiz kimi cümlədə əks olunan məlumata iki yanaşma zəruri olaraq bir-birindən
fərqlənir. Nitqi işlədən fərd danışığında geniş cümlə parçalarından istifadə edir. Məsələn, o düşünmür
ki, onun məlumatı cümlənin qrammatik cəhətdən üvlənməsinə görə sıralanıb ya yox. Yaxud da orada
əks olunan məlumat lazım olanan qrammatik qaydanı əks etdirir ya yox. Təbii ki, cümlə istifadəçisi
gündəlik həyatda rastlaşdığı danışığından kənara çıxmır. Onun nitqində işlətdiyi cümlələr adi
danışıqda işlədilən cümlələrdir və bu hal məlumatı qəbul edən tərəfindən qəbul olunur. Cümlə
vasitəsilə məlumatın ötürülməsinə digər bir yanaşma Sampson tərəfindən irəli sürülür. Bu hala
onungenerativ qrammatikaya aid ilkin işlərində rast gəlinir. Onun qeydlərində cümlə-qrammatikası
üçün məlumatın necə əks olunmasıyazılır. N.Xomski isə bu yanaşmanın məhdudluğunu iddia edir. O
qeyd edir ki, qrammatika müstəqil sahə hesab edilir. Və o, daha sonra yazır:
“Dilin öyrənilməsinin semantik və statistik əhəmiyyətinə və ona qarşı olan marağa baxmayaraq,
qrammatik nitqin xarakterini və yaxud problemin müəyyn edilməsinin birbaşaanlama yolu mövcud
deyil”.
Qurulmuş cümlənin (constructed sentences) son versiyasına əsas yanaşma o zaman meydana çıxır
ki, nəticə kimi ortaya çıxan cümlələr linqvistik öz-özünü təhlil etməyə qarşı sınaqdan keçirilərkən
aşkar olunsun. Bu o anlama aparıb çıxarır ki, dilçininistifadə etdiyi məlumat şəxsi təhlilin nəticəsi
olsun. Sampsonun iddia etdiyi kimi problemin mənbəyi onda aşkar olunur ki, fərdi təhlil sınaqdan
keçirilmir və bunu hər bir kəs istədiyi kimi işlədə bilər. Bu məhdud yanaşmadan belə fərziyyə ortaya
çıxır ki, kommunikativ kontekstdə süni yaradılan cümlələr işlədilir və fikir buna yönəldilir. Bu metodu
C.Layons kontekstləşdirilmiş, qaydaya salınmış, standartlaşdırılmış cümlələr kimi təsvir edir.
Xomski dilçiliyinin əsasını qrammatikanın yazılmış qaydaları əsasında formalaşan cümlələr
təşkil edir.Bu qrammatikada hər şey dəqiq müəyyən olunur və 100% düzgündür.Bu cür cümlələrdə
dəqiq məlum olan qrammatik qaydalar işlədilməlidir. Mübahisəli qaydalar işlədilməməlidir. Bu dilin
düzgün qaydalarına N.Xomski yanaşmasıdır. Bu yanaşmada N.Xomski və onunla həmfikir olan digər
cümlə-qrammatistləri nümunəyə istinad təqdimatına əsaslanmağı üstün tuturlar. Hər şeydən əvvəl tək
cümlə kateqorik növün kənarlaşdırılmış qaydası kimi təqdim olunur. Burada təqdim olunan qrammatik
qaydaları biz fizika kimi dəqiq elmdə işlədilən qaydalar, yaxud qanunlarla müqayisə edə bilərik. Bu
hal belə qaydaların dildə diaxronik dəyişiklik, yaxid sinxron variantda dilçi marağını əlçatmaz edir.
Vurğulamaq lazımdır ki, bu versiya cümlə-qrammatistlərinin versiyasıdır və bu dilçilikdə uzun
illərdən bəridir ki, dəstəklənir.
Dil istifadəçisi adi dil məlumatını dilin qaydaya-tabe olan müxtəlif vasitələri ilə çatdıra
bilər.Həqiqətdə o, qaydalara deyil, daha çox ardıcıllığa fikir verəcəkdir. Fərdin işlətdiyi ardıcıllıq nitq
zamanı işlədilən müəyyən şərtlər əsasında yarana bilir. Əgər işlədilmə qaydası yüksəkdirsə, o halda
kateqorik yanaşmaya əməl etmək ortaya çıxır.
Təbii ki, tədqiqatçı cümlənin nəticəsi ilə maraqlanır. Halliday və Hasan yazılmış mətndəki
cümlələr arasında əlaqəni koheziya adı altında öyrənməyi iddia edirlər (Halliday and Hasan,1976).
Onların yanaşmasında koheziya mətnin birləşmiş cümlələri arasındakı elementləri bağlayan vasitədir.
Məsələn, anaforik element olan əvəzlik sözü əvəz edən, işarə edən, xatırladan element kimi cümlədə
böyük rola malikdir.Doğrudur belə iddialar da mövcuddur ki, mətni təşkil edən cümlələr arasındakı
koheziya bağlılığı mətn qəbul edənlərin şifahi, yaxud da yazılı mətni məntiqi qavramasına uyğun
olaraq qəbul edir.(Rochester and Martin, 1977,1979; Källgren, 1979). Danışan tərəfindən ortaya
çıxarılan mətn özü məhsuldur. Onun nə cür yaranması və necə ortaya çıxması vacib amil deyil.
Bu yerdə nitq-proses kimi iddiası ortaya çıxır. İddia Vidouson tərəfindən irəli sürülür. Vidouson
nitqin proses olduğunu, onu təşkil edən cümlələrin isə nəticə olduğunu iddia edir (Widdowson,
1979b:71).
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1245
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dilçilikdə istənilən analitik yanaşma praqmatikaya gətirib çıxarır. Mətni təşkil edən cümlələrin
praqmatikasına. Həmçinin şifahi nitqi, yaxud yazılı cümlələri sintaktik və semantik cəhətdən
araşqırmaq, tədqiq etmək də gətirib praqmatikaya çıxarır.Morisin irəli sürdüyü kimi: yazıda işarələrin
əlaqəsi cümlələrin implisit və eksplisit praqmatikası kimi meydana çıxır (Morris, 1938:6).
CÜMLƏNİN SEMANTİK STRUKTURUNA DAİR
Aynur QURBANOVA
Odlar Yurdu Universiteti
q_ayka@mail.ru
AZƏRBAYCAN
Dil vahidlərinin ifadə tərəfinin (formasının) birtərəfli öyrənilməsinə yönəlikli nəzəri araşdır-
malarının özünü linqvistik müstəvidə tam doğrultmadığı bir dövrdə dilin məzmun planına, dil
vahidlərinin implisit strukturlarına maraq xeyli artmışdır. Dil faktlarına struktur yanaşmanın nəticəsi
kimi kommunikativ-konstruktiv vahid olan cümlənin semantik strukturuna dair dilçilər arasında fikir
müxtəlifliyi onun fərqli şərh edilməsinə səbəb olmuşdur. Cümlə strukturunu öyrənən istiqamətlərdən
biri onun semantik-sintaktik strukturunun müəyyən edilməsilə bağlıdır.
Sintaktik konstruksiyaların semantikasının öyrənilməsi təkcə linqvistik planda yox, həm də
insanın təfəkkür fəaliyyətinin qanunauyğunluqlarını başa düşülməsi aspektində mühüm əhəmiyyətə
malikdir. Cümlə gerçəkliyi əks etdirən əsas vahiddir. Cümlənin semantikası müəyyən dərəcədə onun
tərkibinə daxil olan leksemlərin mənasından asılı olsa da, o, ayrı-ayrı sözlərin mənalarının mexaniki
məcmusu yox, özünəməxsus semantik xüsusiyyəti və təşkili olan vahiddir.
Cümlənin semantik strukturu mürəkkəb və çoxaspektli törəmədir. Cümlənin semantik struk-
turunun kompleks təhlilində söyləmin məna planının kommunikativ komponenti tədqiq edilir. Qeyd
edək ki, gerçəklik haqqında eyni bir informasiya müxtəlif cümlələrdə (söyləmlərdə) fərqli şəkildə
verilə bilər. Başqa sözlə, bu və ya digər real situasiya haqqında informasiya müxtəlif cümlə-söyləmdə
verilə bilər. Cümlə semantikası təkcə ekstralinqvistik gerçəkliyi deyil, həm də onun insan şüurunda
konseptual strukturlar kimi inikasını, ünsiyyət iştirakçılarının kommunikativ intensiyasını (niyyətini),
dilin özünün sistem-struktur xüsusiyyətlərini və s. özündə birləşdirir. Cümlənin semantik cəhətdən
öyrənilməsi sintaqmatikada birləşmələrin abstrakt təsviri üsulları, sözlərin birləşməsinin əsasını təşkil
edən mənalı vahidlərin qruplaşdırılmasılmasıı məsələlərini aktivləşdirmişdir. Müasir dilçilikdə cümlə-
nin semantikasının modelləşdirilməsinə dair nəzəri fikirləri ontolojisentrik, konseptosentrik, sintak-
tiksentrik və antroposentrik və s. yanaşmalarda qruplaşdırmaq olar.
Sintaqmatikada (cümlə daxilində) sözlərin məna cəhətdən birləşmə modellərinin abstrakt
modellərin tapılması dilçiləri müxtəlif elm sahələrinin - məntiq, riyaziyyat və s. təcrübəsindən yarar-
lanmağa sövq etmişdir. Məsələn, məntiqdə predikat dedikdə, hər hansı bir xüsusiyyət və ya münasibət
başa düşülür. Bundan çıxış edərək cümlənin əsasını təşkil edən semantik münasibətlər müəyyən
situasiyaları təsvir etdikləri üçün nominativ statusa malik propozisiya kimi təsvir edilə bilər. Semantik
konstruksiyanın nüvəsini semantik aktantları əhatə edən semantik predikat təşkil edir. Ünsiyyət
iştirakçılarının münasibət və xüsusiyyətlərini işarələyən semantik predikat propozisiyanın tərkibində
elementar mənalı vahiddir.
Diskursiv təsvirdə situasiyanı adlandıran cümlənin əsas informasiya məzmununu özündə ehtiva
edən propozisiya semantik strukturun interpretasiyasında vacib mərhələdir. Dilxarici gerçəklik situ-
asiyası semantik konstruksiya və ya propozisiya ilə əks olunur (V.V.Boqdanov, İ.P.Susov). Propo-
zisiya semantik cəhətdən mənalı elementlərdən və semantik cəhətdən mühüm əlaqələrdən ibarətdir.
Elementlərin semantikası və əlaqələrin semantikası ən ümumi formada üç predikativ formulun - Р(х),
Р(х, у), Р(х, у, z) köməyilə vermək mümkündür. Bu formullar göstərir ki, dilin semantik komponenti
predikat elementləri (P) və onlarla assosiativ münasibətdə olan arqumentləri (x, y, z) ehtiva edir.
Arqumentlərlə sabit münasibətdə olan hər bir predikat iki və ya üç arqumentlə, daha dəqiqi,
situasiyanın iştirakçıları ilə potensial şəkildə əlaqəlidir. Predikat situasiyanı adlandırır və iştirakçıların
sayını implisit şəkildə ifadə edir. Məsələn, ingilis dilində predikat (P)” give” ilə işarələnən “vermək”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1246
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
situasiyası kommunikativ aktda üç iştirakçının implisit şəkildə bildirir. Bunu “kimsə kiməsə nəyi isə
verir” və ya predikat formulunun köməyilə P (x, y, z.) ifadə etmək də olar.
Linqvistik anlamda predikativ ifadə “semantik struktur”, “semantik təsəvvür”, “alt struktur”,
“dərin struktur” terminlərilə adlandırılır. Dilçilikdə cümlənin semantik strukturu ideyası N.Xomskinin
transformasion törəmə qrammatikaya dair araşdırmalarına söykənir. Onun təklif etdiyi modeldə
sintaktik komponentin bazası baza zəncirlərinin məhdud çoxluğunu törədir və onlardan hər biri birbaşa
tərkiblərin baza göstəricisi adlandırılan struktur xarakteristika ilə təmin edilir. Cümlənin əsası bir
göstəricidən və ya onların bazis adlandırılan ardıcıllığından da ibarət ola bilər. Transformasiyalar
(çevrimlik) silsiləsi ilə bazis real cümlə strukturuna çevrilə bilər. Bazisi onun T-göstəricisilə birlikdə
N.Xomski cümlənin alt qatı adlandırır. Lakin onu semantik strukturla eyniləşdirmək olmaz, çünki o,
semantik deyil, sintaktik obyektdir. Bununla belə, alt strukturu semantikliyini inkar etmək düzgün
deyil. Belə ki, bazisi əmələ gətirən semantik göstəricilər təkcə kateqorial deyil, həm də subkateqorial
əlamətləri, məsələn, ümumilik, canlılıq və s. kimi semantik əlamətləri bildirir.
Cümlənin yaranması sintaktik deyil, semantik strukturdan başlamalıdır. Bu məqsədlə baza
komponenti semantik təsəvvürlərin yaranması qaydalarını, semantik təsəvvürləri sintaktik təsəvvürlərə
çevirən transformasiya qaydaları məcmusunu əhatə edir. Semantik struktur nəzəriyyəsində (Ç.Filmor
bunu cümlənin qrammatik strukturu adlandırır) birbaşa tərkiblər qrammatikasından deyil, predikat-
arqument prinsipindən istifadə edir. Qrammatik struktur S → M + P formulu ilə təqdim etmək
mümkündür: burada S – cümləni, M– modal göstəricini, Р – propozisiyanı ifadə edir. Sonuncu, yəni
propozisiya Р → V + C1 + С2 formulu ilə genişləndirilə bilər ki, burada V - feil, C1 + С2 arqumentin
feilə (predikata) semantik münasibəti kimi başa düşülən dərin halları (alt qatı) ifadə edir.
Alt qat (dərin) hallar subyekt (mübtəda) və obyekt (tamamlıq) kimi sintaktik münasibətlərin
semantik şərhi nəticəsində yaranmışdır. Eyni bir sintaktik mövqedə (pozisiya) müxtəlif dərin halları
çıxış edə bilməsi və ya əksinə, eyni bir dərin hal cümlənin müxtəlif üzvlərinə uyğun gələ bilməsi buna
sübutdur. Məsələn:
1) /The door opened//
2) /John opened the door//
3) /The wind opened the door//
4) /John opened the door with a chisel//
Birinci və ikinci cümlələrdə “thedoor” sintaktik strukturda müxtəlif mövqelərdə çıxış edir
(mübtəda və tamamlıq) və semantik-sintaktik strukturda da bu eyni bir halı (obyektiv – təsirə məruz
qalan cansız obyekt – Ç.Filmor) təmsil edir. Üçüncü və dördüncü cümlələrdə isə eyni bir hal
instrumentalis - (instrument - Ç.Filmor) mübtəda və tamamlıq (thewind,withachisel) təmsil
olunmuşdur.
Real gerçəklik situasiyalar çoxluğundan yaranır (İ.P.Susov). İnsan şüuru konkret situasiyaları
özündə əks etdirir, onları ümumiləşdirir və müəyyən siniflərə ayırır. İnsan beynində abstrakt situasiya-
ya və ya onun sinifinə (klas) alt qatda dil törəməsi uyğunlaşdırılır. Onun törəmə prosesi üç mərhələni
əhatə edir: relyasiya (strukturu, izomorf abstrakt situasiyanı yaradır), predikasiya (relyasiya strukturu-
nun üzərinə subyekt-predikat münasibəti yükləyir) və nəhayət, modifikasiya (burada predikasiya
strukturunun modal, temporal, personal dəyişmələri baş verir). Məsələn, ingilis dilində /The girl
laughed// (Qız güldü) cümləsi relyasiya, (yəni denotata) malikdir: “agens+hərəkət). Lakin o, ingilis
dilində həmin relyasiya (münasibət) strukturuna malik “the laughing girl” (gülən qız) söz
birləşməsindən hərəkət bildirən predikatın xəbər mövqeyində çıxış etməsi və feilin şəxsli formasında
ifadə olunması, yəni semantikanın predikasiya aspekti ilə fərqlənir.
Beləliklə, dil hadisələrinin öyərnilməsinə yeni yanaşma özünü cümlənin semantik reprezen-
tasiyası və onun üst-sintaktik reallaşması arasındakı qarşılıqlı əlaqədə, üst və alt (dərin) qatların
fərqləndirilməsində, söyləmin sintaktik və kommunikativ fərqliliyində göstərir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1247
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
DEVELOPING AND TEACHING SECOND-LANGUAGE
LISTENING COMPREHENSION
Zulfiyya MAMMADKARIMOVA
Odlar Yurdu University
mammadkarimova.z@gmail.com
AZERBAIJAN
All languages are generally taught in terms of the four main language skills: listening, speaking,
reading and writing. We need these four language skills for complete communication while learning a
foreign language.
Listening is the language skill which second-language learners usually find one of the most
difficult ones. This is often because they feel under unnecessary pressure to understand each single
word. Teachers play an important role in achieving the aims related with the main problems of this
skill. There can be defined three main steps to develop second-language listening comprehension.
Firstly, teachers should choose the content wisely. The material should be interesting and
productive. The technical sides should be taken into account too. The positive side of the recorded
content is that we can pause or rewind it. It means that learners can listen to the listening material
several times and go back to parts that they didn’t catch.
Secondly, teachers should help their learners to be ready for the listening before they start to hear
the passage itself. Before listening teachers should calm down their students by saying them that they
do not need to understand every word they hear that’s why they need to put away their dictionaries.
The main aim is trying to get a sense of the general topic and some key vocabulary.
Thirdly, teachers should encourage students to be prepared what they are going to hear. Knowing
a bit about the material will help learners to understand the listening material better. For this reason,
teachers use pre-listening activities. Pre-listening activities are activities learners do before the
listening in order to be prepared for it. Pre-listening tasks include discussion questions, true or false
statements, vocabulary work, prediction tasks and brainstorming the topic. After pre-listening
activities, learners start to listen to the material. The listening material can be heard several times. For
the first time it should be listened without stopping even if they don’t understand everything. The
second time they listen and note down all unfamiliar words and phrases they met and take notes on the
content in their own words even in the target language. And finally, they can listen and go back to the
listening material again and try to understand things that they have missed the first time.
Teachers can use music as an effective teaching tool too, because in our time, it is too difficult to
escape music and songs. It appears in theatres, restaurants, on TV and literally everywhere. It would
seem that the only place music and song is slow to catch on is in educational places. But in fact, songs
can help teachers to create relaxed and friendly atmosphere in the classroom that’s so important for
language learning. Teaching English through music and songs is very enjoyable too. There are many
positive sides of using music in the classrooms.
Of course, developing listening through music and song helps second-language learners to
acquire vocabulary and improve spelling. Almost always songs and music contain many useful
phrases, vocabulary and set expressions. If teachers choose the right music, it will contain casual and
actually usable phrases. Also music and songs can teach learners English culture. Knowing the culture
of the country makes the process of learning of the foreign language not so difficult, students get
acquainted with the thoughts and feelings of English-speaking people.
While listening, learners also pay attention on the pronunciation and get familiar with the sound
of the English language. As we know, songs can easily stick in our mind, because many words are
repeated in them for many times. It helps students easily memorize vocabulary and phrases. Besides
its advantages in learning new words, it’s also very emotional. Music influences to students’ moods
and increases their mental and physical well-being at the lesson.
Teaching second-language listening comprehension is not an easy task, because it requires
attention and focus on it. For some learners this skill is easier than for others. There are some learners
who have difficulty in concentrating. They are typical poor listeners, that’s why they need more
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1248
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
practice. Learners can listen to native or second-language learners, in recorded or live version voices.
The most important thing is to listen to different speakers. If students want to become fluent speakers
in English, they need to develop strong listening skills and teachers should help them in achieving this
aim. By achieving this aim, they will be able also to speak clearly to other people, because listening
helps them to learn how to pronounce word properly, how to use intonation and where to place stress
in words and sentences.
DÜNYA DİL FƏLSƏFƏSİ KONTEKSTİNDƏ
DİLİN ÖYRƏNİLMƏSİ NƏZƏRİYYƏSİ
Xanım ƏHMƏDOVA
Xəzər Universiteti
ahmadova_khanim@hotmail.com
AZƏRBAYCAN
Dilin yaranması, mənşəyi dilçilərin həmişə maraq dairəsində olmuş, ta qədimdən indiki dövrə
kimi dilin yaranması və inkişafı barədə araşdırmalar davam etdirilmişdir. Biz də tanınmış dilçilərin bu
barədə nə düşündüklərini araşdırmaq qərarına gəldik.
Qədim yunanlar insanı öz həmcinsləri ilə ünsiyyətə girən sosial varlıq kimi başa düşürdülər.
Fəlsəfə və təbiət elmlərinin inkişaf etməsilə dilin mahiyyəti haqqında çoxlu dəyərli fikirlər meydana
gəlmişdir. Bəziləri dili təbiətlə bağlayır, bəziləri isə onun ilahi qüvvə tərəfindən insanlara bəxş
edildiyini iddia edirdilər.
Dilçiliyin tarixinə nəzər salsaq, müşahidə edərik ki, V.fon Humboldt və F.de Sössürün önəm
verdiyi əsas məsələlərdən biri dilin mahiyyəti ilə bağlı olmuşdur. F. de Sössür dil haqqındakı elmin
elmlər arasında yerini göstərməklə yeni mərhələyə qədəm qoymuşdur. O yazır: “Dil danışıq
fəaliyyətinin yalnız müəyyən, lakin əsas hissəsini təşkil edir. Kollektiv tərəfindən qəbul edilmiş zəruri
şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur ki, hər bir dil daşıyıcısında mövcud olmaqla,
danışıq fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini təmin edir” (1, s.66). O, bütövlükdə,
danışıq fəaliyyəti olmaqla müxtəlif və rəngarəngdir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda fiziki,
fizioloji və psixoloji olmaqla, həm fərdi, həm də sosial sferaya aiddir; onu insanın həyat hadisələrinin
heç bir kateqoriyasına aid etmək olmaz, çünki burada bütövlük yaratmaq üsulu məlum deyil. Bunun
əksinə olaraq, dil özlüyündə bütövdür (1,s.67). Bir qədər sonra o qeyd edir ki, danışıq fəaliyyətinin
öyrənilməsi iki hissədən ibarətdir ki, birincisi əsas olan dildir; ikincisi isə ikinci dərəcəli hesab edilə
bilər ki, o da danışıqdır (1,s.67). O hesab edir ki, dil mahiyyətcə sosial, fərddən asılı olmayan bir
instrumentdir və o tamamilə psixidir.
F. de Sössürün dil haqqında fikirlərinə münasibət bildirən L.Yelmslev yazır: “F.de Sössürün əsas
xidməti ondadır ki, o, dili kəşf etmişdir. Dil insana öz davranışını və başqalarının davranışını
öyrənməyə kömək edir” (2,s.15).
Dildən danışarkən V. fon Humboldtdan yan keçmək olmaz. Alimlər uzun müddətdir ki, onun dil
haqqında fikirlərinin izahını verməyə çalışırlar.O, fərdi dillərin hərtərəfli, empirik öyrənilməsinin
əhəmiyyətini qəbul edir və bütün dillərin eyni prinsiplər əsasında qurulduğunu iddia edirdi. 1822-ci
ildə Vilhelm Şleqelə yazdığı məktubda o elan edirdi “mənim qənaətim budur ki, həqiqətən də bütün
dillərin qrammatikasında unversal bir şey var”.
O dili “hüdudlu vasitələrin hüdudsuz istifadəsi” kimi qəbul edirdi. Bu da o anlama gəlir ki, insan
düşüncəsi hüdudlu deyil, amma dilin hüdudlu instrumenti ilə ötürücü ola bilər. N. Xomski V.fon
Humboldtun dil haqqında bu fikrinə istinad edərək yazır: “Humboldt belə qənaətə gəlir ki, dil xüsusi
dil qaydalarından ibarətdir və bu qaydalar universal dil prinsiplərindən təşkil olunur, o, təkcə sözlərin,
səslərin və mətnlərin siyahısından ibarətdir”.
N. Xomski yazır ki, dilin yaranması geniş mənada ruhun anadangəlmə xüsusiyyətidir. O bütün
dillərin eyni model üzrə qurulduğunu iddia etsə də qeyd edir ki, ayrı-ayrı dillər arasında eyni cür
uyğunluq müşahidə edilmir. N. Xomski linqvistik nəzəriyyənin əsasında danışan-dinləyənin bilgisinin
|