Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə94/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   90   91   92   93   94   95   96   97   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1244



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Mən  güman  edirəm  ki,cümlələrin  yaratdığı  bu  cür  qrammatik  birlik  dilçilik  tədqiqatı  üçün 

legitim məlumat qrupu yaradır və burada bir-biri ilə bağlılığı olan və müəyyən intuitiv qaydalar ifadə 

edən cümlələrdən söhbət gedir”.  

Nitq zamanı işlədilən məlumat yazılı mətnlərdə də işlədilə bilər. Bu eyni zamanda tək cümlələrin 

formasında  da  görünür.  Tək  cümlənin,  yaxud  dil  materialınınbu  cür  təsviri  performans-məlumat 

(performans  data)  kimi  də  təsvir  olunur.  Bu  tərkibli  cümlələrdə  N.Xomskinin  təsvir  etdiyi  kimi 

tərəddüdlər, xətalar və digər qeyri-standard formalar da əks olunur. N.Xomski qeyd edir ki, cümlənin 

bu cür təsviri dilin qrammatik forması kimi təsvir olunmamalıdır. 

Qeyd  etdiyimiz  kimi  cümlədə  əks  olunan  məlumata  iki  yanaşma  zəruri  olaraq  bir-birindən 

fərqlənir. Nitqi işlədən fərd danışığında geniş cümlə parçalarından istifadə edir. Məsələn, o düşünmür 

ki, onun məlumatı cümlənin qrammatik cəhətdən üvlənməsinə görə sıralanıb ya yox. Yaxud da orada 

əks olunan məlumat lazım olanan qrammatik qaydanı  əks etdirir ya yox. Təbii ki, cümlə istifadəçisi 

gündəlik  həyatda  rastlaşdığı  danışığından  kənara  çıxmır.  Onun  nitqində  işlətdiyi  cümlələr  adi 

danışıqda  işlədilən  cümlələrdir  və  bu  hal  məlumatı  qəbul  edən  tərəfindən  qəbul  olunur.  Cümlə 

vasitəsilə  məlumatın  ötürülməsinə  digər  bir  yanaşma  Sampson  tərəfindən  irəli  sürülür.  Bu  hala 

onungenerativ  qrammatikaya  aid  ilkin  işlərində  rast  gəlinir.  Onun  qeydlərində  cümlə-qrammatikası 

üçün məlumatın necə əks olunmasıyazılır. N.Xomski isə bu yanaşmanın məhdudluğunu iddia edir. O 

qeyd edir ki, qrammatika müstəqil sahə hesab edilir. Və o, daha sonra yazır: 

“Dilin öyrənilməsinin semantik və statistik əhəmiyyətinə və ona qarşı olan marağa baxmayaraq, 

qrammatik  nitqin  xarakterini  və  yaxud  problemin  müəyyn  edilməsinin  birbaşaanlama  yolu  mövcud 

deyil”. 


Qurulmuş cümlənin (constructed sentences) son versiyasına əsas yanaşma o zaman meydana çıxır 

ki,  nəticə  kimi  ortaya  çıxan  cümlələr  linqvistik  öz-özünü  təhlil  etməyə  qarşı  sınaqdan  keçirilərkən 

aşkar  olunsun.  Bu  o  anlama  aparıb  çıxarır  ki,  dilçininistifadə  etdiyi  məlumat  şəxsi  təhlilin  nəticəsi 

olsun.  Sampsonun  iddia  etdiyi  kimi  problemin  mənbəyi  onda  aşkar  olunur  ki,  fərdi  təhlil  sınaqdan 

keçirilmir və bunu hər bir kəs istədiyi kimi işlədə bilər. Bu məhdud yanaşmadan belə fərziyyə ortaya 

çıxır ki, kommunikativ kontekstdə süni yaradılan cümlələr işlədilir və fikir buna yönəldilir. Bu metodu 

C.Layons kontekstləşdirilmiş, qaydaya salınmış, standartlaşdırılmış cümlələr kimi təsvir edir.  

 Xomski  dilçiliyinin  əsasını  qrammatikanın  yazılmış  qaydaları  əsasında  formalaşan  cümlələr 

təşkil  edir.Bu  qrammatikada  hər  şey  dəqiq  müəyyən  olunur  və  100%  düzgündür.Bu  cür  cümlələrdə 

dəqiq məlum olan qrammatik qaydalar işlədilməlidir. Mübahisəli qaydalar işlədilməməlidir. Bu dilin 

düzgün qaydalarına N.Xomski yanaşmasıdır. Bu yanaşmada N.Xomski və onunla həmfikir olan digər 

cümlə-qrammatistləri nümunəyə istinad təqdimatına əsaslanmağı üstün tuturlar. Hər şeydən əvvəl tək 

cümlə kateqorik növün kənarlaşdırılmış qaydası kimi təqdim olunur. Burada təqdim olunan qrammatik 

qaydaları biz fizika kimi dəqiq elmdə işlədilən qaydalar, yaxud qanunlarla müqayisə edə bilərik. Bu 

hal  belə  qaydaların  dildə  diaxronik  dəyişiklik,  yaxid  sinxron  variantda  dilçi  marağını  əlçatmaz  edir. 

Vurğulamaq  lazımdır  ki,  bu  versiya  cümlə-qrammatistlərinin  versiyasıdır  və  bu  dilçilikdə  uzun 

illərdən bəridir ki, dəstəklənir.  

Dil  istifadəçisi  adi  dil  məlumatını  dilin  qaydaya-tabe  olan  müxtəlif  vasitələri  ilə  çatdıra 

bilər.Həqiqətdə o, qaydalara deyil, daha çox ardıcıllığa fikir verəcəkdir. Fərdin işlətdiyi ardıcıllıq nitq 

zamanı  işlədilən  müəyyən  şərtlər əsasında  yarana  bilir.  Əgər  işlədilmə  qaydası yüksəkdirsə,  o  halda 

kateqorik yanaşmaya əməl etmək ortaya çıxır. 

Təbii  ki,  tədqiqatçı  cümlənin  nəticəsi  ilə  maraqlanır.  Halliday  və  Hasan  yazılmış  mətndəki 

cümlələr  arasında  əlaqəni  koheziya  adı  altında  öyrənməyi  iddia  edirlər  (Halliday  and  Hasan,1976). 

Onların yanaşmasında koheziya mətnin birləşmiş cümlələri arasındakı elementləri bağlayan vasitədir. 

Məsələn, anaforik element olan əvəzlik sözü əvəz edən, işarə edən, xatırladan element kimi cümlədə 

böyük  rola  malikdir.Doğrudur  belə  iddialar  da  mövcuddur  ki,  mətni  təşkil edən  cümlələr arasındakı 

koheziya  bağlılığı  mətn  qəbul  edənlərin  şifahi,  yaxud  da  yazılı  mətni  məntiqi  qavramasına  uyğun 

olaraq  qəbul  edir.(Rochester  and  Martin,  1977,1979;  Källgren,  1979).  Danışan  tərəfindən  ortaya 

çıxarılan mətn özü məhsuldur. Onun nə cür yaranması və necə ortaya çıxması vacib amil deyil.  

Bu yerdə nitq-proses kimi iddiası ortaya çıxır. İddia Vidouson tərəfindən irəli sürülür. Vidouson 

nitqin  proses  olduğunu,  onu  təşkil  edən  cümlələrin  isə  nəticə  olduğunu  iddia  edir  (Widdowson, 

1979b:71). 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1245



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dilçilikdə  istənilən  analitik  yanaşma  praqmatikaya  gətirib  çıxarır.  Mətni  təşkil  edən  cümlələrin 

praqmatikasına.  Həmçinin  şifahi  nitqi,  yaxud  yazılı  cümlələri  sintaktik  və  semantik  cəhətdən 

araşqırmaq, tədqiq etmək də gətirib praqmatikaya çıxarır.Morisin irəli sürdüyü kimi: yazıda işarələrin 

əlaqəsi cümlələrin implisit və eksplisit praqmatikası kimi meydana çıxır (Morris, 1938:6). 

 

 

CÜMLƏNİN SEMANTİK STRUKTURUNA DAİR 

 

Aynur  QURBANOVA 

Odlar Yurdu Universiteti 



q_ayka@mail.ru 

AZƏRBAYCAN 

 

Dil  vahidlərinin  ifadə  tərəfinin  (formasının)  birtərəfli  öyrənilməsinə  yönəlikli  nəzəri  araşdır-



malarının  özünü  linqvistik  müstəvidə  tam  doğrultmadığı  bir  dövrdə  dilin  məzmun  planına,  dil 

vahidlərinin  implisit  strukturlarına  maraq  xeyli  artmışdır.  Dil  faktlarına  struktur  yanaşmanın  nəticəsi 

kimi kommunikativ-konstruktiv vahid olan cümlənin semantik strukturuna dair dilçilər arasında fikir 

müxtəlifliyi onun fərqli şərh edilməsinə səbəb olmuşdur. Cümlə strukturunu öyrənən istiqamətlərdən 

biri onun semantik-sintaktik strukturunun müəyyən edilməsilə bağlıdır.  

Sintaktik  konstruksiyaların  semantikasının  öyrənilməsi  təkcə  linqvistik  planda  yox,  həm  də 

insanın  təfəkkür  fəaliyyətinin  qanunauyğunluqlarını  başa  düşülməsi  aspektində  mühüm  əhəmiyyətə 

malikdir. Cümlə gerçəkliyi əks etdirən əsas vahiddir. Cümlənin semantikası müəyyən dərəcədə onun 

tərkibinə  daxil  olan leksemlərin  mənasından asılı olsa  da,  o,  ayrı-ayrı  sözlərin  mənalarının  mexaniki 

məcmusu yox, özünəməxsus semantik xüsusiyyəti və təşkili olan vahiddir.  

Cümlənin  semantik  strukturu  mürəkkəb  və  çoxaspektli  törəmədir.  Cümlənin  semantik  struk-

turunun  kompleks  təhlilində  söyləmin  məna  planının  kommunikativ  komponenti  tədqiq  edilir.  Qeyd 

edək  ki,  gerçəklik  haqqında  eyni  bir  informasiya  müxtəlif  cümlələrdə  (söyləmlərdə)  fərqli  şəkildə 

verilə bilər. Başqa sözlə, bu və ya digər real situasiya haqqında informasiya müxtəlif cümlə-söyləmdə 

verilə  bilər.  Cümlə  semantikası  təkcə  ekstralinqvistik  gerçəkliyi  deyil,  həm  də  onun  insan  şüurunda 

konseptual strukturlar kimi inikasını, ünsiyyət iştirakçılarının kommunikativ intensiyasını (niyyətini), 

dilin  özünün  sistem-struktur  xüsusiyyətlərini  və  s.  özündə  birləşdirir.  Cümlənin  semantik  cəhətdən 

öyrənilməsi sintaqmatikada birləşmələrin abstrakt təsviri üsulları, sözlərin birləşməsinin əsasını təşkil 

edən mənalı vahidlərin qruplaşdırılmasılmasıı məsələlərini aktivləşdirmişdir. Müasir dilçilikdə cümlə-

nin  semantikasının  modelləşdirilməsinə  dair  nəzəri  fikirləri  ontolojisentrik,  konseptosentrik,  sintak-

tiksentrik və antroposentrik və s. yanaşmalarda qruplaşdırmaq olar.  

Sintaqmatikada  (cümlə  daxilində)  sözlərin  məna  cəhətdən  birləşmə  modellərinin  abstrakt 

modellərin tapılması dilçiləri müxtəlif elm sahələrinin - məntiq, riyaziyyat və s. təcrübəsindən yarar-

lanmağa sövq etmişdir. Məsələn, məntiqdə predikat dedikdə, hər hansı bir xüsusiyyət və ya münasibət 

başa  düşülür.  Bundan  çıxış  edərək  cümlənin  əsasını  təşkil  edən  semantik  münasibətlər  müəyyən 

situasiyaları təsvir etdikləri üçün nominativ statusa malik propozisiya kimi təsvir edilə bilər. Semantik 

konstruksiyanın  nüvəsini  semantik  aktantları  əhatə  edən  semantik  predikat  təşkil  edir.  Ünsiyyət 

iştirakçılarının  münasibət  və  xüsusiyyətlərini  işarələyən  semantik  predikat  propozisiyanın  tərkibində 

elementar mənalı vahiddir.  

Diskursiv  təsvirdə  situasiyanı  adlandıran  cümlənin  əsas  informasiya  məzmununu  özündə  ehtiva 

edən  propozisiya  semantik  strukturun  interpretasiyasında  vacib  mərhələdir.  Dilxarici  gerçəklik  situ-

asiyası  semantik  konstruksiya  və  ya  propozisiya  ilə  əks  olunur  (V.V.Boqdanov,  İ.P.Susov).  Propo-

zisiya  semantik  cəhətdən  mənalı  elementlərdən  və  semantik  cəhətdən  mühüm  əlaqələrdən  ibarətdir. 

Elementlərin semantikası və əlaqələrin semantikası ən ümumi formada üç predikativ formulun - Р(х), 

Р(х, у), Р(х, у, z) köməyilə vermək mümkündür. Bu formullar göstərir ki, dilin semantik komponenti 

predikat  elementləri  (P)  və  onlarla  assosiativ  münasibətdə  olan  arqumentləri  (x,  y,  z)  ehtiva  edir. 

Arqumentlərlə  sabit  münasibətdə  olan  hər  bir  predikat  iki  və  ya  üç  arqumentlə,  daha  dəqiqi, 

situasiyanın iştirakçıları ilə potensial şəkildə əlaqəlidir. Predikat situasiyanı adlandırır və iştirakçıların 

sayını implisit şəkildə ifadə edir. Məsələn, ingilis dilində predikat (P)” give” ilə işarələnən “vermək” 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1246



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

situasiyası kommunikativ aktda üç iştirakçının implisit şəkildə bildirir. Bunu “kimsə kiməsə nəyi isə 

verir” və ya predikat formulunun köməyilə P (x, y, z.) ifadə etmək də olar.  

Linqvistik  anlamda  predikativ  ifadə  “semantik  struktur”,  “semantik  təsəvvür”,  “alt  struktur”, 

“dərin struktur” terminlərilə adlandırılır. Dilçilikdə cümlənin semantik strukturu ideyası N.Xomskinin 

transformasion  törəmə  qrammatikaya  dair  araşdırmalarına  söykənir.  Onun  təklif  etdiyi  modeldə 

sintaktik komponentin bazası baza zəncirlərinin məhdud çoxluğunu törədir və onlardan hər biri birbaşa 

tərkiblərin  baza  göstəricisi  adlandırılan  struktur  xarakteristika  ilə  təmin  edilir.  Cümlənin  əsası  bir 

göstəricidən  və  ya  onların  bazis  adlandırılan  ardıcıllığından  da  ibarət  ola  bilər.  Transformasiyalar 

(çevrimlik) silsiləsi ilə bazis real cümlə strukturuna çevrilə bilər. Bazisi onun T-göstəricisilə birlikdə 

N.Xomski  cümlənin alt  qatı  adlandırır.  Lakin  onu  semantik  strukturla  eyniləşdirmək  olmaz,  çünki  o, 

semantik  deyil,  sintaktik  obyektdir.  Bununla  belə,  alt  strukturu  semantikliyini  inkar  etmək  düzgün 

deyil. Belə ki, bazisi əmələ gətirən semantik göstəricilər təkcə kateqorial deyil, həm də subkateqorial 

əlamətləri, məsələn, ümumilik, canlılıq və s. kimi semantik əlamətləri bildirir. 

 Cümlənin  yaranması  sintaktik  deyil,  semantik  strukturdan  başlamalıdır.  Bu  məqsədlə  baza 

komponenti semantik təsəvvürlərin yaranması qaydalarını, semantik təsəvvürləri sintaktik təsəvvürlərə 

çevirən transformasiya qaydaları məcmusunu  əhatə edir. Semantik struktur nəzəriyyəsində (Ç.Filmor 

bunu  cümlənin  qrammatik  strukturu  adlandırır)  birbaşa  tərkiblər  qrammatikasından  deyil,  predikat-

arqument  prinsipindən  istifadə  edir.  Qrammatik  struktur  S  →  M  +  P  formulu  ilə  təqdim  etmək 

mümkündür: burada S  – cümləni, M– modal göstəricini, Р – propozisiyanı ifadə edir. Sonuncu, yəni 

propozisiya Р → V + C1 + С2 formulu ilə genişləndirilə bilər ki, burada V - feil, C1 + С2  arqumentin 

feilə (predikata) semantik münasibəti kimi başa düşülən dərin halları (alt qatı) ifadə edir. 

Alt  qat  (dərin)  hallar  subyekt  (mübtəda)  və  obyekt  (tamamlıq)  kimi  sintaktik  münasibətlərin 

semantik  şərhi  nəticəsində  yaranmışdır.  Eyni  bir  sintaktik  mövqedə  (pozisiya)  müxtəlif  dərin  halları 

çıxış edə bilməsi və ya əksinə, eyni bir dərin hal cümlənin müxtəlif üzvlərinə uyğun gələ bilməsi buna 

sübutdur. Məsələn:  

1) /The door opened// 

2) /John opened the door// 

3) /The wind opened the door// 

4) /John opened the door with a chisel// 

Birinci  və  ikinci  cümlələrdə  “thedoor”  sintaktik  strukturda  müxtəlif  mövqelərdə  çıxış  edir 

(mübtəda və tamamlıq) və semantik-sintaktik strukturda da bu eyni bir halı (obyektiv  – təsirə məruz 

qalan  cansız  obyekt  –  Ç.Filmor)  təmsil  edir.  Üçüncü  və  dördüncü  cümlələrdə  isə  eyni  bir  hal 

instrumentalis  -  (instrument  -  Ç.Filmor)  mübtəda  və  tamamlıq  (thewind,withachisel)  təmsil 

olunmuşdur. 

Real  gerçəklik  situasiyalar  çoxluğundan  yaranır  (İ.P.Susov).  İnsan  şüuru  konkret  situasiyaları 

özündə əks etdirir, onları ümumiləşdirir və müəyyən siniflərə ayırır. İnsan beynində abstrakt situasiya-

ya və ya onun sinifinə (klas) alt qatda dil törəməsi uyğunlaşdırılır. Onun törəmə prosesi üç mərhələni 

əhatə edir: relyasiya (strukturu, izomorf abstrakt situasiyanı yaradır), predikasiya (relyasiya strukturu-

nun  üzərinə  subyekt-predikat  münasibəti  yükləyir)  və  nəhayət,  modifikasiya  (burada  predikasiya 

strukturunun  modal,  temporal,  personal  dəyişmələri  baş  verir).  Məsələn,  ingilis  dilində  /The  girl 

laughed//  (Qız  güldü)  cümləsi  relyasiya,  (yəni  denotata)  malikdir:  “agens+hərəkət).  Lakin  o,  ingilis 

dilində  həmin  relyasiya  (münasibət)  strukturuna  malik  “the  laughing  girl”  (gülən  qız)  söz 

birləşməsindən hərəkət bildirən predikatın xəbər mövqeyində çıxış etməsi və feilin şəxsli formasında 

ifadə olunması, yəni semantikanın predikasiya aspekti ilə fərqlənir.  

Beləliklə,  dil  hadisələrinin  öyərnilməsinə  yeni  yanaşma  özünü  cümlənin  semantik  reprezen-

tasiyası  və  onun  üst-sintaktik  reallaşması  arasındakı  qarşılıqlı  əlaqədə,  üst  və  alt  (dərin)  qatların 

fərqləndirilməsində, söyləmin sintaktik və kommunikativ fərqliliyində göstərir. 

 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1247



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DEVELOPING AND TEACHING SECOND-LANGUAGE                 

LISTENING COMPREHENSION 

 

Zulfiyya MAMMADKARIMOVA 

Odlar Yurdu University 



mammadkarimova.z@gmail.com 

AZERBAIJAN 

 

All languages are generally taught in terms of the four main language skills: listening, speaking, 



reading and writing. We need these four language skills for complete communication while learning a 

foreign language.  

Listening  is  the  language  skill  which  second-language  learners  usually  find  one  of  the  most 

difficult  ones.  This  is  often  because  they  feel  under  unnecessary  pressure  to  understand  each  single 

word.  Teachers  play  an  important  role  in  achieving  the  aims  related  with  the  main  problems  of  this 

skill. There can be defined three main steps to develop second-language listening comprehension.  

Firstly,  teachers  should  choose  the  content  wisely.  The  material  should  be  interesting  and 

productive.  The  technical  sides  should  be  taken  into  account  too.  The  positive  side  of  the  recorded 

content  is  that  we  can  pause  or  rewind  it.  It  means  that  learners  can  listen  to  the  listening  material 

several times and go back to parts that they didn’t catch.  

Secondly, teachers should help their learners to be ready for the listening before they start to hear 

the passage itself. Before listening teachers should calm down their students by saying them that they 

do not need to understand every word they hear that’s why they need to put away their dictionaries. 

The main aim is trying to get a sense of the general topic and some key vocabulary.  

Thirdly, teachers should encourage students to be prepared what they are going to hear. Knowing 

a bit about the material will help learners to understand the listening material better. For this reason, 

teachers  use  pre-listening  activities.  Pre-listening  activities  are  activities  learners  do  before  the 

listening  in  order  to  be prepared  for it.  Pre-listening  tasks  include  discussion  questions,  true  or  false 

statements,  vocabulary  work,  prediction  tasks  and  brainstorming  the  topic.  After  pre-listening 

activities, learners start to listen to the material. The listening material can be heard several times. For 

the  first  time  it  should  be  listened  without  stopping  even  if  they  don’t  understand  everything.  The 

second time they listen and note down all unfamiliar words and phrases they met and take notes on the 

content in their own words even in the target language. And finally, they can listen and go back to the 

listening material again and try to understand things that they have missed the first time. 

Teachers can use music as an effective teaching tool too, because in our time, it is too difficult to 

escape music and songs. It appears in theatres, restaurants, on TV and literally everywhere. It would 

seem that the only place music and song is slow to catch on is in educational places. But in fact, songs 

can help teachers to create relaxed and friendly atmosphere in the classroom that’s so important for 

language learning. Teaching English through music and songs is very enjoyable too. There are many 

positive sides of using music in the classrooms.  

Of  course,  developing  listening  through  music  and  song  helps  second-language  learners  to 

acquire  vocabulary  and  improve  spelling.  Almost  always  songs  and  music  contain  many  useful 

phrases, vocabulary and set expressions. If teachers choose the right music, it will contain casual and 

actually usable phrases. Also music and songs can teach learners English culture. Knowing the culture 

of  the  country  makes  the  process  of  learning  of  the  foreign  language  not  so  difficult,  students  get 

acquainted with the thoughts and feelings of English-speaking people.  

While listening, learners also pay attention on the pronunciation and get familiar with the sound 

of  the  English  language.  As  we  know,  songs  can  easily  stick  in  our  mind,  because  many  words  are 

repeated in them for many times. It helps students easily memorize vocabulary and phrases. Besides 

its advantages in learning new words, it’s also very emotional. Music influences to students’ moods 

and increases their mental and physical well-being at the lesson.  

Teaching  second-language  listening  comprehension  is  not  an  easy  task,  because  it  requires 

attention and focus on it. For some learners this skill is easier than for others. There are some learners 

who  have  difficulty  in  concentrating.  They  are  typical  poor  listeners,  that’s  why  they  need  more 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1248



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

practice. Learners can listen to native or second-language learners, in recorded or live version voices. 

The most important thing is to listen to different speakers. If students want to become fluent speakers 

in English, they need to develop strong listening skills and teachers should help them in achieving this 

aim. By achieving this aim, they will be able also to speak clearly to other people, because listening 

helps them to learn how to pronounce word properly, how to use intonation and where to place stress 

in words and sentences. 

 

 



 

DÜNYA DİL FƏLSƏFƏSİ  KONTEKSTİNDƏ                                               

DİLİN ÖYRƏNİLMƏSİ NƏZƏRİYYƏSİ 

 

Xanım ƏHMƏDOVA 

Xəzər Universiteti 



ahmadova_khanim@hotmail.com 

AZƏRBAYCAN 

 

Dilin  yaranması,  mənşəyi  dilçilərin  həmişə  maraq  dairəsində  olmuş,  ta  qədimdən  indiki  dövrə 



kimi dilin yaranması və  inkişafı barədə araşdırmalar davam etdirilmişdir. Biz də tanınmış dilçilərin bu 

barədə nə düşündüklərini araşdırmaq qərarına gəldik. 

Qədim  yunanlar  insanı  öz  həmcinsləri  ilə  ünsiyyətə  girən  sosial  varlıq  kimi  başa  düşürdülər. 

Fəlsəfə və təbiət elmlərinin inkişaf etməsilə dilin mahiyyəti haqqında çoxlu dəyərli fikirlər meydana 

gəlmişdir.  Bəziləri  dili  təbiətlə  bağlayır,  bəziləri  isə  onun  ilahi  qüvvə  tərəfindən  insanlara  bəxş 

edildiyini iddia edirdilər. 

Dilçiliyin  tarixinə  nəzər  salsaq,  müşahidə  edərik  ki,  V.fon  Humboldt  və  F.de  Sössürün  önəm 

verdiyi əsas məsələlərdən biri dilin mahiyyəti ilə bağlı olmuşdur.  F. de Sössür dil haqqındakı elmin 

elmlər  arasında  yerini  göstərməklə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  O  yazır:  “Dil  danışıq 

fəaliyyətinin yalnız müəyyən, lakin əsas hissəsini təşkil edir. Kollektiv tərəfindən qəbul edilmiş zəruri 

şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, 

danışıq fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini təmin edir” (1, s.66). O, bütövlükdə, 

danışıq fəaliyyəti olmaqla müxtəlif və rəngarəngdir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda fiziki, 

fizioloji və psixoloji olmaqla, həm fərdi, həm də sosial sferaya aiddir; onu insanın həyat hadisələrinin 

heç  bir  kateqoriyasına  aid etmək  olmaz,  çünki  burada  bütövlük  yaratmaq  üsulu məlum  deyil.  Bunun 

əksinə olaraq, dil özlüyündə bütövdür (1,s.67). Bir qədər  sonra o qeyd edir ki, danışıq fəaliyyətinin 

öyrənilməsi iki hissədən ibarətdir ki, birincisi əsas olan dildir; ikincisi isə ikinci dərəcəli hesab edilə 

bilər  ki,  o  da  danışıqdır  (1,s.67).    O  hesab  edir  ki,  dil  mahiyyətcə  sosial,  fərddən  asılı  olmayan  bir 

instrumentdir və o tamamilə psixidir. 

F. de Sössürün dil haqqında fikirlərinə münasibət bildirən L.Yelmslev yazır: “F.de Sössürün əsas 

xidməti  ondadır  ki,  o,  dili  kəşf  etmişdir.  Dil  insana  öz  davranışını  və  başqalarının  davranışını 

öyrənməyə kömək edir” (2,s.15). 

Dildən danışarkən V. fon Humboldtdan yan keçmək olmaz. Alimlər uzun müddətdir ki,  onun dil 

haqqında  fikirlərinin  izahını  verməyə  çalışırlar.O,  fərdi  dillərin  hərtərəfli,  empirik  öyrənilməsinin 

əhəmiyyətini  qəbul  edir  və  bütün dillərin  eyni  prinsiplər əsasında  qurulduğunu  iddia edirdi.  1822-ci 

ildə Vilhelm Şleqelə yazdığı  məktubda o elan edirdi “mənim qənaətim budur ki, həqiqətən də bütün 

dillərin qrammatikasında unversal bir şey var”. 

O dili “hüdudlu vasitələrin hüdudsuz istifadəsi” kimi qəbul edirdi. Bu da o anlama gəlir ki, insan 

düşüncəsi  hüdudlu  deyil,  amma  dilin  hüdudlu  instrumenti  ilə    ötürücü  ola  bilər.  N.  Xomski  V.fon 

Humboldtun dil haqqında bu fikrinə istinad edərək yazır: “Humboldt belə qənaətə gəlir ki, dil xüsusi 

dil qaydalarından ibarətdir və bu qaydalar universal dil prinsiplərindən təşkil olunur, o, təkcə sözlərin, 

səslərin və mətnlərin siyahısından ibarətdir”. 

N. Xomski yazır ki, dilin yaranması geniş mənada ruhun anadangəlmə xüsusiyyətidir. O bütün 

dillərin  eyni  model  üzrə  qurulduğunu  iddia  etsə  də  qeyd  edir  ki,  ayrı-ayrı  dillər  arasında  eyni  cür 

uyğunluq müşahidə edilmir. N. Xomski linqvistik nəzəriyyənin əsasında danışan-dinləyənin  bilgisinin 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin