Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə97/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   93   94   95   96   97   98   99   100   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1259



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Belyayeva  göstərir  ki,  təsviredici  təyin  budaq  cümlədən  fərqli  olaraq,  məhdudlaşdırıcı 

təyin  budaq  cümləsi  bağlayıcısız  da  baş  cümləyə  birləşə  bilər.  Bu  zaman  bağlayıcısız  tabeli 

mürəkkəb cümlədə təyin olunan sözə aid olan sözönü feldən sonra durur. 

Məhdudlaşdırıcı  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  təyinedici  vasitə  kimi 

müəyyən  və  qeyri  –  müəyyən  artikl  (the,  a/an),  işarə  əvəzliyi  “that”,  qeyri  –  müəyyən 

əvəzliklər  “some”,  “any”,  ümumiləşdirici  əvəzliklər  “each”  və  “every”  sözləri  işlənir.  Bu 

zaman  “the”  müəyyən  artiklı  və  “that”  əvəzliyi  budaq  cümlə  vasitəsilə  izah  edilən  sözə  aid 

olur.  

Qeyri  –  müəyyən  artikl  budaq  cümlə  vasitəsi  ilə  baş  cümlədə  dəqiq  müəyyən  edilməli 



olan sözü başqalarından ayırmaq funksiyası daşıyır. 

Təyin  budaq  cümləsinin  növünün  müəyyən  edilməsində  təyin  olunan  sözün  də 

əhəmiyyəti  vardır.  Təyin  edilən  something,  anything,  anybody  (anyone),  somebody 

(someone),  one,  all,  that  əvəzlikləri  və  much,  little  sifətləri  də  “qəlib”  söz  funksiyası  ifadə 

edir.  

İngilis dilində təyin budaq cümləli tabeli mürəkkəb cümlə növü geniş yayılmış mürəkkəb 



sintaktik  konstruksiya  kimi  şifahi  nitqdə  çox  işlənir  və  göründüyü  kimi  müxtəlif  dilçilər 

tərəfindən fərqli təsnifatlar irəli sürülmüşdür. 

 

 

 



İNGİLİS DİLİNDƏ “WİSDOM” KONSEPTİNİN İFADƏ VAHİDLƏRİ

 

 

Aygün MAHMUDOVA 

Bakı Slavyan Universiteti 



aygun.vahidqizi@box.az 

AZƏRBAYCAN 

 

“Wisdom”  leksemi  “wisdom”  konseptinin  ilkin  nominantıdır.  Bu  sözün  mənşəyinin,  lüğətlərdə 



verilən  təriflərin  və  digər  sözlərlə  birləşmə  xüsusiyyətlərinin  araşdırılması  təhlil  olunan  konseptin 

quruluşunun aşkarlanması və təsviri üçün daha çox məlumat verə bilir. Məhz bu səbəbdən “wisdom” 

leksemi “wisdom” konseptinin ifadə vahidi kimi seçilmişdir. 

İngilis dilinin etimoloji lüğətində göstərilir ki, “wisdom”sözü 900 il müddətində əmələ gəlmişdir 

və  “wisdom”  sözünün  quruluş  forması  qədim  ingilis  dilindən  (Old  English)  olduğu  şəkildə,  yəni 

dəyişilməyərək  birbaşa  orta  əsrlər  ingilis  dilinə  (Middle  English)  keçmişdir.  “Wisdom”  leksemi  bu 

model üzrə əmələ gəlmişdir: wise + -dom şəkilçisi. Belə ki, “wisdom” leksemi vahid german qrupuna 

daxil  olan  dillərdə,  yəni  qədim  sakson,  qədim  friz  dilində  “wisdom”,  qədim  skandinav  dilində 

“visdomr”, qədim alman dilində “wistuom” şəklində işlənilirdi. -dom şəkilçisi  “-ness,  -hood, head” 

şəkilçilərinin ekvivalenti kimi çıxış edir.  Bu şəkilçi qədim ingilis dilində əvvəllər “nizamnamə, qərar” 

mənasında  işlənilmişdir.  Daha  sonra  isə  mücərrəd  isimləri  yaradan  fəal  sözdüzəldici  şəkilçi  kimi 

işlənməyə başladı. Məsələn: wisdom, freedom və s.  Onu da əlavə edək ki, “-dom” şəkilçisi isimlərin 

səciyyəvi suffiksidir və bu nöqteyi-nəzərdən “wisdom” lekseminin  daxili formasını aşkarlamaq üçün 

az  məlumat  verir.  “-dom”  şəkilçisi  alman  dilində  “-tum”  şəkilçisi  (qədim  alman  dilində  -toum)  ilə 

qohumluq  təşkil  edir.  Wisdom”  konseptinin  nominasiyanın  əsasını  təşkil  edən  xüsusiyyətlərinin  üzə 

çıxarılması üçün “wise” sözünün formasının inkişafını izləmək lazımdır.  

Qədim  ingilis  dilində  “wise”  sözünün  forması  “wis”olub,  bu  da  “to  wit”  lekseminin  mənası  ilə 

qohumluq təşkil edir (“to wit” Azərbaycan dilində “bilmək”, “xəbərdar olmaq” mənalarını ifadə edir). 

Apardığımız araşdırmalar belə deməyə əsas verir ki, qədim ingilis dilində işlənən “wis” sözü əslində 

alman mənşəli olub həm holland dilində “wijs” sözü, həm də alman dilində “weise” sözü ilə əlaqəlidir. 



Daha dəqiq desək, qədim ingilis dilində “wis” vəAS dilində  “wfimacjse” sözləri, eləcə də qədim 

friz  dilində    “wfimacjs”,dan  dilində  “viis”,  qotik  dilində    “weis”,  qədim  yuxarı  alman  dilində  (old 

high german language) “wfimacjs, wfimacjsi”, island dilində “vfimacjss”, isveç dilində “vis” sözləri 

“to wit” sözü ilə qohumluq təşkil edirdi. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1260



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Duqlas  Harperin  lüğətində  qeyd  edilir  ki,  əslində  qədim  ingilis  dilində    işlədilən  “wis”  qədim 

vahid  alman  dilində    “wisaz”,  qədim    friz  dilində    “wis,  qədim  holland  dilində  “wijs”,  qədim 

skandinav  dilində  “viss”  sözlərindən  yaranmış  və  “görmək”  (to  see)  mənasında,  sonra  isə  “bilmək” 

(to know) mənasında işlənmişdi. 

Yuxarıda qeyd olunanlara əsasən, belə qənaətə gəlmək olar ki, “wisdom” konseptini əsaslandıran 

ilkin xüsusiyyət “to see” – “görmək” olub, o da daha sonradan “to know, to wit” - “bilmək”, “xəbərdar 

olmaq”  sözünün  mənasına  keçib.  Başqa  sözlə,  “müdriklik”  haqqında  ilkin  təsəvvürlər  insanın  ətraf 

gerçəklikdə  görən  müxtəlif  faktların    başa  düşülməsi,  dərk  edilməsinə  gəlib  çıxırdı,  və  bunun 

nəticəsində insanın bilikləri formalaşırdı. 

Bununla belə, “Online Etymology Dictionary”-də təqdim olunmuş məlumat “wisdom” konseptini 

əsaslandıran daha bir xüsusiyyəti – “cunning” xüsusiyyətini aşkar etməyə imkan verir. Burada qeyd 

olunur  ki,  1896-cı  ildə  “wise”  sözünün  əlavə  jarqon  mənası  əmələ  gəlmişdir:  “aware,  cunning”.  Bu 

sözlər qədim ingilis dilindəki “witan” (to wit) sözünə yaxın hesab olunur, yəni “müdrik” sözü “bilən, 

xəbərdar olan, (çox) məlumatı olan” kimi başa düşülür və “hiyləgər” mənasına bərabər tutulurdu. 

“Wisdom” konseptinin strukturunda olan və konsepti motivləşdirən xüsusiyyətlərə ayrı-ayrılıqda 

nəzər salaq: 

To  see.  İngilis  konseptual  sistemində  “müdriklik”  daha  çox  “başqa  insanları  görmək  bacarığı” 

kimi dərk olunur. Məsələn: A fool sees not the same tree that a wise man sees (Müdrik insan həmişə 



ağısızdan  daha  çox  görür).  Tədqiqatın faktiki materialı sübut edir ki, müdriklik təkcə subyekt kimi 

deyil,  həmçinin  görünə  biləcək  obyekt  kimi  də  çıxış  edir.  Belə  ki,  insan  bu  və  ya  digər  şeylərin 

müdrikliyini görə bilir. Məsələn: Your women don't seePipo's wisdom

To  know,  to  wit.  Müdriklik  insani  biliklərin  obyekti  kimi  də  çıxış  edə  bilər.  Məsələn:  The 



greatest wisdom I know (Pullman. The Subtle Knife). Müdrikliyin dərk edilməsi mütləq insanın ömrü 

boyu həyata keçirilən öyrənmə prosesi ilə əlaqələndirilir. Məsələn: They paid the Greeks to teach them 



their wisdom. 

Lakin əksər hallarda “müdriklik” insanın bilmək qabiliyyəti ilə özünü göstərir, yəni “müdriklik” 

insanın bu və ya digər hadisələr, əşyalar haqqında müəyyən biliklərə qabiliyyətli olmağının şərtidir. 

Bilik  yalnız  müdrik  insana  xasdır  (butthe  wise  among  them  knew  that...)  o,  dünyada  baş  verən 

hadisələrdən başqa əlavə şeyləri də bilir (...you are wise and know more than most of what goes on 

in the world. 

Təhlil olunan konseptin bu motivləşdirən xüsusiyyətini ifadə edən dil vahidləri arasında insanın 

nəyinsə  haqqında  xəbərdar  olmağına  işarələyən  sabit  konstruksiyalar  da  aşkarlanmışdır.  Bunlara 

aşağıdakılar aiddir: 



“to be wise to smth” – nəyisə öyrənmək, bilmək. Məsələn: At seven she was alreadywise to the 

likes of the police; 

“to put smb wise (about)” – məsələ ilə tanış etmək, başa salmaq. Məsələn:..His threat to put the 

husband wise about Laura's past. 

“to  wise  smb  up  about  smth”  –  kimisə  bir  şey  haqqında  məlumatlandırmaq,  xəbərdar  etmək. 

Məsələn: Let me wise you up about the way we do things around here.  

Cunning.  İngilis  dili  daşıyıcılarının  şüurunda  “müdriklik”  həm  də  hiyləgərlik  kimi  anlaşılır. 

Məsələn:  Having  the  wit  or  sly  wisdom  to  make  such  a  choice.  Bu  cür  hiyləgər  müdrikliyi  insan 

gözlərinin uclarında görmək olar. Məsələn:...But for the sly cracks of wisdom about the corners of 



his eyes

İngilis dilinin tezlik lüğətinə nəzər salsaq, görərik ki, ən yüksək işlənmə tezliyi “to know, to wit” 

və  “to  see”  xüsusiyyətlərində  qeyd  olunmuşdur.  Belə  ki,  insan  ətraf  aləmi  görməklə  qavrayır,  yəni 

“bilmək  və  xəbərdar  olmaq”,  “görmək”  əsasında  formalaşır.  Bununla  belə,  “to  know,  to  wit” 

xüsusiyyəti  ən  çox  işlənəndir.  Onu  da  deyək  ki,  “wise”  lekseminin  cunning”  mənası  nisbətən  yeni, 

daha dəqiq desək, təxmini bir əsr öncə, “to see”, “to know”, “to wit” mənalardan xeyli sonra yaranıb. 

Tədqiqatın  faktiki  materialında  “cunning”  xüsusiyyətinin  az  işlənməsi  fərz  etməyə  imkan  verir  ki, 

dünyanın  müasir  ingilis  konseptual  mənzərəsində  “müdriklik”  fenomeni  ilk  növbədə  “hiyləgərlik”lə 

yox, məhz “bilik”lə əlaqələndirilir,  

 “Biliklərə  meyl”  və  “to  know,  to  wit”  xüsusiyyətləri  verilmiş  konseptləri  əsaslandıran  digər 

xüsusiyyətlərdən üstündür, yəni müdriklik, ilk növbədə, bilik kateqoriyası vasitəsilə dərk edilir. Başqa 

sözlə  desək,  hər  iki  konseptual  sistemlərdə  müdriklik  fenomeni  insanın  idraki  fəaliyyəti  ilə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1261



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əlaqələndirilir  və  əqli  xüsusiyyətləri  vasitəsilə  başa  düşülür.    “Wisdom”  konseptinin  strukturları 

inkişaf  etdikcə  onların  ilkin  əsaslandırıcı  xüsusiyyətləri  (“biliklərə  meyl”  və  “to  know,  to  wit”)  də 

inkişaf etmişdir, onlarda yeni məna çalarları əmələ gəlmişdir və müasir ingilis dünya dil mənzərəsində 

məfhumi xüsusiyyətlər şəklində ifadə olunur. 

 

 

İNGİLİS DİLİNDƏKİ ŞƏXS ADLARININ                                        

PRAQMATİK XÜSUSİYYƏTLƏRİ 

 

Bənövşə İBRAHIMOVA 

Bakı Slavyan Universiteti 

benovsheibrahimova@gmail.com 

AZƏRBAYCAN 

 

Praqmatika  ilə  bağlı  müəyyən    fikirlərə    hələ  qədim  dövrlərdən  müxtəlif  dilçilər  öz 



münasibətlərini  bildirmişlər.  Praqmatika  termini  mənşəcə  qədim  latın  və  yunan  (“praqmaticus”, 

“praqmaticos”) sözlərindən olub, iş, hərəkət, təsir mənasını ifadə edir. “Praqmatika” semiotikanın bir 

sahəsi  kimi    Ç.Morris  tərəfindən  XX  əsrin  30-cu  illərinin  sonlarından  başlayaraq  tətbiq  edilməyə 

başlamışdır.Lakin 60-cı illərin sonu ,70-ci illərin əvvəllərində praqmatika J.Ostin ,J.Syörl,Z.Vendlen 

və  b.  tərəfindən  irəli  sürülən  nitq  aktlarının  məntiqi-fəlsəfi,  P.Qraysın  məna  və  L.Linskoqun 

,P.Strosonun  referensiya  ilə  bağlı  praqmatik  nəzəriyyələrinin  təsiri  altında  C.Pirsin  ideyaları  ilə 

stimullaşdırılan  linqvistik  tədqiqatlar  sahəsi  kimi  formalaşmışdır.Məlumdur  ki,semantika  və 

praqmatika mənanı öyrənir. Lakin semantika  -kontekstdən kənar,praqmatika isəkonteksdən asılı olan 

mənadan  bəhs  edir.Bu  fikir  ilk  dəfə  C.Katz  tərəfindən  irəli  sürülüb.Ümumiləşdirmə  aparsaq, 

praqmatikaya  belə  bir  tərif  vermək  olar:praqmatika  semantikanın  əhatə  etmədiyi  mənanı  öyrənir[7, 

369,386].Bir  çox  üstünlüklərinə  baxmayaraq,  bu  tərif  praqmatik  fenomenin  vahid  xarakterik 

əlamətlərini özündə cəmləşdirmir.Gəlin bu fenomenlə bağlı başqa bir tərifə nəzər salaq: praqmatika dil 

ilə kontekst arasındakı əlaqəni öyrənir.Praqmatika işarənin situasiya və davranışa münasibətidir.Məna 

haqqında  bir  sıra  nəzəriyyələr  məhz  praqmatikada  ön  plana  çəkilir.Azərbaycan  dilçilərindən  isə 

F.Veysəllinin  praqmatika  haqqında  fikirləri  çox  dolğun  və  bariz  nümunələrlə  izah  olunur.  Onun 

fikrincə,  bunu  da  düşünmək  olar  ki,  simvolika,  ixtiyari  işarələr  mücərrədləşmənin,  dilin  inkişaf  və 

təkmilləşməsinin,  sazlaşmasının  daha  sonrakı  mərhələlərində  meydana  gəlmiş,  dilin  inkişafının  ilkin 

çağlarında  harmonik  işarələr  üstünlük  təşkil  etmiş,  leksik  sistem  istisnasız  olaraq  motivləşmələrdən, 

təkrar  və  yamsılamalardan  ibarət  olmuşdur.  O  qeyd  edir  ki,  ilkin,  doğal  yanaşmada  qeyri-harmonik 

işarələr  daha  rasional,  harmonik  işarələr  isə  daha  emosionaldır  və  danışanla  (yazanla)  dil  işarəsi 

arasındakı münasibət və təmaslar, işarə resurslarından istifadə mətndən mətnə, kontekstdən kontekstə 

dəyişir,  yeni  ölçü  və  həddlərdə  tənzim  olunur.  Onun  fikrincə,  praqmatika  danışanların  ifadə  ertdiyi 

mənanı  öyrənir.  O  qeyd  edir  ki,  deyilənlə  deyilməyən  arasındakı  əlaqələr,  habelə  deyilməsə  də 

kontekst  və  məqamla  bağlı,  hansı  məsafədən,  hansı  sosial  amillər  daxilində  deyilənlə  deyilməyənin 

yerini öyrənən sahə məhz praqmatikadır [3, 303].  

Adların  praqmatik  xüsusiyyətləri  bütün  dillərdə  olduğu  kimi  ingilis  dilində  də  özünü  qabarıq 

şəkildə  büruzə  verir.  Xüsusilə  şəxs  adlarının  praqmatik  cəhətdən  işlənməsi  oxucuda  böyük  maraq 

doğurur.  Bildiyimiz  kimi  onomastik  vahidlər  dilin  bədii  üslubunun  lüğət  tərkibini  zənginləşdirir, 

əsərin  məzmununa,  idе  yasına,  surət  хəttinə  və.s  хidmət  еdir.  Tarixi  inkişaf  boyu  xalqın 

formalaşmasının  bütün  mərhələlərində  iştirak  edən  onomastik  vahidlərin  tarixi-müqayisəli  aspektdə 

tədqiqi əvəzsiz rol oynayır. İngilis dilində də qədim dövrdən indiyə kimi müxtəlif mənbələrdə xüsusi 

adlar  praqmatik  çalarlarla  işlənmiş  və  situasiyanı  daha  maraqlı  etmişdir.  Təbii  ki  praqmatik  adları 

işlədən şəxs ilə dinləyənin  dünyagörüşü uyğun olmalıdır. Əks halda kontekstdə işlənən praqmatik soz 

dinləyən  tərəfindən  anlaşılmaz  olaraq  qalır.  İngilis  dilində  şəxs  adlarının  praqmatik  xüsusiyyətlərinə 

aşağıdakı  nümunələrdə  aydınlıq  gətirək:  Obama  is  no  Nixon.  (ABŞ-ın  37-ci  prezidenti  R. 

Niksonaistinadedilir.) 

Göründüyükimiyuxarıdakımisaldaxüsusiadsiyasianlamolaraqişlənmışdir.Bu  zamandanışan  və 

dinləyənin siyasi anlayışının olması mütləqdir. Aşağıdakı nümunələrə nəzər salaq: 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1262



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

She is Otello of today. 

He is our Don Juan.  

Yuxarıdakı  nümunələrdə  isə  dinləyənin  Otello  və  Don  Juan  haqqında  bilik  və  anlayışı  varsa 

kontekst  anlaşılandır.  Bildiyimiz  kimi  Don  Juan  –  Bayronun  eyniadlı  romanının  qəhrəmanıdır. 

Praqmatik  ifadə  kimi  “qadınpərəst  kişilərə”  istinad  edir.Otello-  Şekspirineyniadlı  əsərinin 

qəhrəmanıdır. Öz qısqanclığı ilə seçilir. Praqmatik çalar kimi kontekstdə elə bu mənada işlədilir. 

Azərbaycan  dilində  çox  geniş  şəkildə  işlənən  Hacı  Qara  ifadəsi  ingilis  dilində  də 

çoxişlənməkdədir: Don’t behave as Scrooge.  

Bu  cümləni  anlamaq  üçün  təbii  ki  dinləyənin  Scrooge  haqqında  bilikləri  olmalıdır  ki  o  Ç. 

Dikkensin “Milad nəğmələri”adlı əsərinin qəhrəmanıdır və çox xəsis obrazdır. Eyni fikirləri Şarlotta 

Brontenin “Ceyn Eyr”  əsərində də müşahidə etmək olar. Aşağıdakı nümunədə şəxsi kefiyyətə, gücə 

görə ikimətn arasında müqayisə aktuallaşır. By God! I long to exert a fraction of Samson`s strength 

and I break the entaglement like now (Bronte “Jane Eyre”). 

Müəllif  a  fraction  of  Samson`s  strength  ifadəsini  istifadə  etməklə  göstərmək  istəyir  ki, 

problemlər cənab Roçestr üçün o qədər ciddi və çətin idi ki, ona görə də o arzu edirdi ki, Samsonun 

gücünə malik olsun ki, onları həll edə bilsin. Göründüyü kimi xüsusi adın praqmatik çalarla işlənməsi 

konteksti  daha  maraqlı  və  diqqəti  çəkəcək  vəziyyətə  gətirir.  Samson  haqqında  biliyi  olan  oxucuya 

situasiya daha maraqlı görünür. İngilis dilində praqmatik mənada ən çox işlənən şəxs adlarına nəzər 

salaq:  To    be  as  old  as  Methusalem.    (qədim  rəvayətə  görə  969  il  yaşa-mış  Yusif  peyğəmbərin 

babasına edilən istinad.) 



Lazarus-  Lazar  incildə  adı  çəkilən  İsa  peyğəmbərin  dostu  olan  və  öldükdən  üç  gün  sonra 

bacılarının  xahişi  ilə  İsa    peyğəmbər  tərəfindən  dirildilən  ilk  insan  olmuşdur.  Varlı  və  kasıblar 

haqqında danışarkən kasıblara verilən ümumi addır.Bu mənada  Lazar adı praqmatik antroponim kimi 

çıxış edir. 



Dorcas  -  Dorkas  –  Əhdi  –  Cədiddə  (New  Testament)  kasıblara  paltar  tikib  paylayan  xeyirxah 

qadının adı. Əsasən xeyriyyəçi mənasında işlənir. 



Afrodit--Antik mifologiya gözəllik ilahəsidir.  

Hekate-  qədim  yunan  ilahəsi  insanlara  müdriklik,  müharibədə  qələbə,  xoşbəxtlik,  təsərüffatda 

bolluq  bəxş  edən  ilahədir.  Onun  adı  həmdə  qaranlıq  işlər,  cadugərlik,özündən  aşağı  statusu  olanları 

qorxu altında saxlamaq mənasında assosasiya edilir.  

Don  Quixote-Don Kixot– M.  Servantesin eyniadlı romanının  qəhrəmanıdır.  Daima  kitablardakı 

həyatı  yaşamağa  çalışan,  özünü  orta  əsr  cəngavərlərinə  bənzətməyə  çalışan,  lakin  hər  dəfə  gülünc 

duruma düşən qəhrəmanıdır. Əsasəndedikləri ilə etdikləri üst üstə düşməyən adam mənasını bildirir.  

Watson-doktor  Con  Vatson  A.  K.  Doylun  dedektiv  əsərlər  silsiləsində  baş  qəhrəman  Şerlok 

Holmsun ağıllı köməkçisi olan həkimdir. Praqmatik nöqteyi nəzərdən birinin sağ əli, ağıllı köməkçisi 

mənasında işlədilir. 

Müasr  dövrdə  ingilis  dilində  şəxs  adlarının  praqmatik  işlənməsi  daha  sürətlə  inkişaf  edir.  Qeyd 

etdiyimiz  nümunələr  onların  praqmatik  məna  kəsb  edə  bilməsini  açıqlamaqdan  ibarət  idi.  Şəxs 

adlarının praqmatik cəhətlərinə daha geniş formada gələcək elmi tədqiqat işlərində müxtəlif mənbələrə 

əsaslanaraq aydınlıq gətirəcəyik. 

 

 



İNGİLİS DİLİNİN ETİMOLOGİYASI 

 

Dünya BAYRAMOVA 

Qafqaz University 

dunya.bayramova@live.com 

AZƏRBAYCAN 

 

Linqivistikanın  bir  sahəsi  olan  Etimologiya  sözlərin  tarixi,  mənşəyi,  onların  zamanla  forma  və 



mənalarını necə dəyişməsi haqqında elmdir.  Etimologiya sözü yunan mənşəli “etymologia” sözündən 

törəmişdir, “etymon”  “həqiq məna”, “-logia” şəkilçisi isə “elmə aid olan” deməkdir. 

Etimologiya  bir  dildəki  sözlərin  köklərini  və  o  dilin  digər  dillərlə  və  o  dildən  istifadə  edən 

millətlərin  keçmişdən  indiyə  qədər  digər  millətlərlə  olan  mədəni  əlaqələrini  öyrənir.  Başqa  sözlə, 

etimologiya  bir  sözün  və  ya  dildəki  oxşar  bir  ifadənin  inkişaf  prosesinin  ilk  ortaya  çıxmasından 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1263



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etibarən  izlənilməsi,  hansı  dillərdə  hansı  formada  yayıldığının  müəyyən  edilərək  təhlil  edilməsi 

haqqında elmdir. Bundan başqa, etimoloqlar, barəsində etibarlı məlumatlar əldə olunmayan ölü dillər 

haqqındakı məlumatları izləyərək müxtəlif nəticələr əldə edirlər. Aidiyyatı dillərdəki sözləri müqayisə 

etməklə ortaq ana dil haqqında daha çox bilgidən faydalanırlar. Etimoloji nəzəriyyə sözlərin bir neçə 

yolla yaranmasını öyrənir, bunlardan ən əsası dil dəyişikliyi, alınma söz (müxtəlif dillərdən götürmə), 

düzəltmə və mürəkkəb sözlər, onomatopiya (təqlidi sözlər) və səs simvolizmidir (məsələn, “klikləmə”, 

“donquldanma” kimi təqlidi sözlər).  



İngilis dilinin etimologiyası 

İngilis  dilinin  etimologiyası  çox-çox  qədimlərə  gedib  çıxır.  Bu  dil  Hind-Avropa  dil  ailəsinin 

german qrupuna daxildir. 360-400  milyon insan doğma dil kimi, 600-700  milyon insan isə ikinci dil 

kimi  bu  dildən  istifadə  edir.  İngilis  dili  mövcud  milli  sözlərlə,  onların  kökündən  yeni  sözlər 

yaratmaqla  bərabər,  başqa  dillərdən  də  sözlər  alaraq  öz  lüğət  tərkibini  zənginləşdirmişdir.  İngilis 

dilində  sözlərin  70%-i  alınmadır  və  bunun  da  60%-i  Anqlosaks  dilindən  alınmışdır.  Bu  gün  alınma 

sözləri milli sözlərdən ayırmaq olduqca çətindir. Qədim ingilis dili sintetik dil növünə aid idisə, müasir 

ingilis dili analitik dil növünə aiddir. Analitik dillərdə müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün 

qrammatik  şəkilçilər  olmadan  ayrı-ayrı  sözlərdən,  köməkçi  sözlərdən,  əvəzliklərdən,  söz  sırasından, 

intonasiya  vasitələrindən  və  s.-dən  istifadə  olunur.  Analitik  dil  növü  sintetik  dil  növü  ilə  ziddiyyət 

təşkil edir. 

İngilis dili 5-ci əsrdə german istilaçıları tərəfindən Britaniyaya gətirilən Anqlo-Friz dialektlərindən 

olan Qərbi German dil qrupundan törəmişdir. Bu proses 12-ci əsrə qədər davam etmiş, sonra isə yerini 

Normanların işğalı ilə bağlı formalaşan orta dövrün ingilis dilinə vermişdir. Erkən müasir ingilis dili 

Şekspirin  istifadə  etdiyi  dildir.  Bu  dövrdə  ingilis  dilinə  latın  və  qədim  yunan  dillərindən,  eləcə  də 

Avropa  dillərindən-fransız,  german  və  holland  dillərindən  nümunələr  daxil  olmuşdur.  Bunun  bariz 

sübutu  kimi  hələ  də  bu  dillər  arasında  bəzi  sözlərin  yazılış  və  tələffüzündə    oxşarlıqların  mövcud 

olmasını göstərmək olar:  

 

Saylarda: 



ingilis/alman/holland: 

seven/sieben/zeven; eight/acht/acht; nine/neun/negen; 

ten/zehn/tien. 

 



Əvəzliklərdə: I/ich/ik; my/mein/mijn you/du/uwe/wir/wijshe/sie/zij; your/ihr/jouw. 

 



Fellərdə:  sing,  sang,  sung/singen,  sung,  gesungen/zingen,  zong,  gezongen;  laugh, 

laughed/lachen, lachte, gelacht/lachen, lachte, gelachen. 

Normanlar  1066-cı  ildə  İngiltərəni  işğal  edərkən  özləri  ilə  Norman  dilini  gətirdilər.  Anqlo-

Normanların  dövründə  idarə  edici  hakimiyyət  Anqlo-Norman  dilində  danışsa  da,  kəndlilər  doğma 

ingilis  dilində  danışırdılar.  Anqlo-Normanlar  “Language  d'oil”  dil  qrupunun    yayılmasına  kömək 

edirək fransız dilinin İngiltərəyə təqdim olunmasında vasitəçi olmuşlar.  

Bu da bir çox ortaq fransız və ingilis mənşəli sözlərin yaranmasına gətirib çıxartmışdır. Məsələn, 

sözün alınması üsulu ilə fransız dilindən ingilis dilinə  

-

 

beef (fransızca bœuf), (lakin ingilislərin öz versiyasından istifadə olunur: cow) 

-

 

veal (veau) 

-

 

pork (porc) (ingilis versiyası: swine) 

-

 

poultry (poulet) 

-

 

on the contrary (au contraire) 

-

 

ballet 

-

 

bouquet 

-

 

cache 

-

 

café  kimi sözlər  keçmişdir.  


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin