Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə96/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   92   93   94   95   96   97   98   99   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1254



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

5)  başqa  dillər  (klassik  və  müasir):  e.g.  second  to  none-istənilən  biriylə  bərabər  və  hətta 

çoxlarında üstün olan şəxs və ya tayı bərabəri olmayan (latınca: nulli secundus); for smb's fair  eyes-

kiminsə  parlaq  gözləri  üçün,  (kursiv  M.R.  qara  qaşına  qara  gözünə),  sadəcə  şəxsi  rəğbətə  görə 

(Fransızca:  pour  les  beaux  yeux  de  qn.);  the  fair  sex-zərif  cins,  qadınlar,  (Fransızca:  le  beau  sex);  

let  the  cat  out  of  the  bag-pişiyi  torbadan  qaçırmaq,  səhvən  və  ya  ehtiyatsızlıq  ucbatından  sirri  ələ 

vermək, (Almanca: die Katze aus dem Sack lassen); tilt at windmills-yeldəyirmanına qarşı vuruşmaq, 

(kursiv  M.R.  Don  Kixotluq  etmək)-mövcud  olmayan  düşmənlərə  və  ya  problemlərə  qarşı  mübarizə 

apararaq öz vaxtını boşuna israf etmək, (İspanca: acometer molinos de viento); every dog is a lion at 

home-hər  it/köpək  öz  evində/yuvasında  aslandır,  yaxın  ətrafında  özünü  önəmli  birisi  hesab  etmək, 

lovğalanmaq, (İtalyanca: ogni саnе e leone a casa sua). 

 

 



İNGİLİS DİLİNDƏ İMPLİSİT MÜBTƏDA 

 

Günel NOVRUZOVA 

Azərbaycan Dillər Universiteti 

novruzovagunel90@gmail.com 

AZƏRBAYCAN 

 

İmplisit  sintaktik  vahidlər  fonoloji  cəhətdən  ifadə  edilməyən  lakin  semantik    və  qrammatik 



xüsusiyyətləri olan cümlə üzvləridir. Bu növ cümlə üzvlərini təsvir etmək üçün müxtəlif alimlər fərqli 

terminlərdən  istifadə  etmişlər.  Məsələn,  Y.Q.Testelets  bu  cür  üzvləri  ''sintaktik  görünməzlər'' 

(синтактические  невидимки)  adlandırır.  Digər  rus  dilçisi  İ.A.  Melçuk  isə  onlara  ''sintaktik  sıfır'' 

(синтактический  нуль)adı  vermişdir.  E.Redford  isə  bu  növ  cümlə  üzvlərini  ''sıfır  vahidlər''  (null 

constituents)  adlandırır.  Azərbaycan  dilində  isə  biz  ''implisit  sintaktik  üzvlər''  terminini  daha 

məqsədəuyğun hesab edirik. 

İmplisit  cümlə  üzvləri  haqqında  irəli  sürülmüş  fikirləri  nəzərdən  keçirək.  Y.Q.Testelets  sıfır 

sintaktik vahidlərdən bəhs edərkən qeyd edir ki, morfologiya ilə yanaşı sintaksisdə də sıfır vahidlərə 

rast  gəlinir.  Bu  növ  cümlə  üzvləri  istənilən  halda  selektiv  xüsusiyyətlərə  və  əksər  hallarda  mənaya 

malik  olsa  da  cümlədə  formal  əlamətləri  olmur.''Formal  əlamətlər''dedikdə,  burada  işarənin  səs 

göstəricisi nəzərdə tutulur. Belə sintaktik vahidi öz əhatəsinə görə müəyyənləşdirmək olur. Bu fikirlə 

bağlı Testelets məşhur ''Короля играет свита'' atalar sözünü də misal çəkir və izah edir ki, sintaktik 

sıfır ətrafında onun mənası ilə müəyyənləşdirilən bütün söz fomalarının mövqelərini saxlayır. 

Daha  sonra  Y.Q.  Testelets  qeyd  edir  ki,  daha  dəqiq  desək,  bunlar  sintaksisin  deyil,  lüğət 

tərkibinin  vahidləridir,  yəni  leksemlərdir.  Lakin  cümlədə  aşkar  edilmədiklərinə  və  yalnız  dolayı 

əlamətlərə  əsasən  müəyyənləşdirildiklərinə  görə,  bu  tip  konstruksiyaların  araşdırılması  ilə 

leksikoloqlardan daha çox qrammatiklər məşğul olur. Sıfır leksemlərin əksəriyyətini əvəzliklər təşkil 

edir  -  onlar  sintaktik  strukturda  terminal  deyil,  fraza  kateqoriyasını  təşkil  edir.  Əvəzlik  olmayan 

leksemlər isə terminal kateqoriyalara uyğun gəlir. 

İmplisit  cümlə  üzvləri  dedikdə  cümlədə  hər  hansı  bir  üzvün  implisitləşməsi  nəzərdə  tutulur. 

İmplisit  cümlə  üzvlərinin  ən  çox  rast  gəlindiyi  cümlə  elliptik  cümlələrdir.  Lakin  buna  baxmayaraq, 

''sintaktik sıfır'' anlayışını yalnız elliptik cümlələrlə məhdudlaşdırmaq olmaz. Sintaktik sıfır daha geniş 

və çoxşaxəli anlayışdır ki, cümlənin alt (dərin) struktur səviyyəsində özünə  özünə yer tapır.  

İzahlı dilçilik terminləri lüğətində mübtədanın bir neçə növü ayırd edilir: 1. Qrammatik mübtəda. 

2. Daxili mübtəda 3.İmplisit mübtəda 4. Məntiqi mübtəda 5. Psixoloji mübtəda  

Müəlliflər  implisit  mübtədanı  belə  izah  edir:  Elliptik  cümlələrdə  ''təsəvvür  edilən''  mübtəda. 

Məsələn,  Nə  tökərsən  aşına,  o  da  çıxar  qaşığına.  Göründüyü  kimi,  implisit  mübtədanı  izah  edərkən 

müəlliflər onun yalnız elliptik cümlələrdə işləndiyini qeyd etmişlər. Halbuki, yuxarıda qeyd etdiyimiz 

kimi, implisit cümlə üzvlərinin, o cümlədən mübtədanın işlənməsini elliptik cümlələrlə məhdudlaşdıra 

bilmərik. 

Linqvistik  tipologiyaya  əsasən  cümlələrdə  eksplisit  mübtədanın  olmamasına  imkan  verən  dil 

implisit  mübtədalı  dil  (null  subject  language)adlanır.  Dünya  dillərinin  əksəriyyəti  implisit  mübtədalı 

dillərdir.  Bu  dillərə  italyan,  ərəb,  macar,  Çin,  yapon,  fars,  portuqal,  türk,  ispan,  yunan,  rus  və  digər 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1255



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

slavyan  dilləri  daxildir.  İngilis  dili  isə  implisit  mübtədalı  dillərə  aid  edilmir.  Məsələn,  Latın  dilində 

olan  məşhur  tarixi  deyim  Veni,  Vidi,  Vici  (Gəldim,  gördüm,  işğal  edim)  cümlədə  işlənən  implisit 

mübtədanın  bariz  nümunəsidir.  İngilis  dilinə  tərcümədə  isə  bu  cümlədə  mübtəda  mütləq  iştirak 

etməlidir: I came, I saw, I conquered. 

 

İngilis və italyan dillərində verilmiş iki cümləni müqayisə edək: 



a)

 

Maria speaks French. (ingilis)  

b)

 

Maria parla francese. (italyan)  

Eyni cümləni İtalyan dilində mübtədanı istifadə etmədən də demək olar:  



a)

 

Parla francese. 

İngilis dilində isə bu cümləni Speaks French şəklində işlətmək qeyri-mümkündür. 

İngilis  dilində  ən  çox  rast  gəlinən  implisit  mübtəda  (null  subject)  növü  implisit  qısaldılmış 

(kəsilmiş)  mübtədadır  (truncated  null  subject).  Bu  növ  mübtəda  daha  çox  danışıq  dilinin  məişət 

üslubunda  cümlənin  əvvvəlində  mübtəda  kimi  çıxış  edən  I,  you,  he,  we  they  şəxs  əvəzliklərinin 

cümlədə ixtisara salınması ilə yaranır. Bu nümunələrə baxaq: 



a)

 

I can’t find my glasses. 

b)

 

I think I left it at home. 

c)

 

I wish you a happy New Year. 

d)

 

I must go to the west of England to help with the Boscombe Pool murder. 

e)

 

I shall be glad if you can come with me 

Bu nümunələrdə mübtəda kimi çıxış edən I  əvəzliyi implisitləşəbilər. Yəni cümlələr bu şəkildə 

veriləbilər: 

a)

 

Can’t find my glasses. 

b)

 

Think I left it at home.  

c)

 

Wish you a happy New Year.  

d)

 

Must go to the west of England to help with the Boscombe Pool murder. 

e)

 

Shall be glad if you can come with me.  

İngilis dilində çox işlənən Thank you ifadəsində də implisit qısaldılmış mübtədaişlənmişdir. Belə 

ki,  to  thank  feli  dilimizə  tərcümədə  təşəkkür  etmək  mənasını  verir  və  əslində  həmin  ifadənin  tam 

forması  belədir:  I  thank  you.  Göründüyü  kimi,  burada  da  mübtəda  rolunda  çıxış  edən  I  əvəzliyi 

implisitləşmişdir. 

İngilis  dilində  implisit  mübtədanın  ikinci  növü  implisit  imperativ  mübtədadır  (imperative  null 

subject). Əmr şəklində eksplisit mübtədanın iştirak etməməsi bir normadır və həm də əksər hallarda 

əmr  şəklinin  göstəricisidir.  Bu  nümunələrdən  göründüyü  kimi  ingilis  dilində  əmr  cümlələri  ifadə 

vasitəsi şəxs əvəzliyi you və anyone qeyri-müəyyən əvəzliyi olan eksplisit mübtədaya malik ola bilər: 

a)

 



Don’t you let him run away! 

b)

 



Don’t anyone let him run away! 

İmplisit imperativ mübtədalar mahiyyət etibarilə ikinci şəxsə aiddir:Don’t lose your confidence!  

Bu cümləni Don’t lose their confidence! şəklində ifadə etmək mümkün deyil. 

Beləliklə,  implisit  imperativ  mübtədalar  “you”  şəxs  əvəzliyinin  gizli  qarşılığıdır.  Başqa  sözlə 

desək əmr cümlələrində “you” şəxs əvəzliyi implisit olaraq iştirak edir. 

Bundan başqa, implisit imperativ mübtədaların mövcudluğunu sübut etmək üçün onu deyə bilərik 

ki, bu növ cümlələr ''Why don't you...'' ilə başlayan cümlələrlə interpretasiya oluna bilər. Məsələn: 

Send it yourself. = Why don't you send it yourself. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1256



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İNGİLİS DİLİNDƏ İMPLİSİTLİYİN LİNQVOPRAQMATİK TƏHLİLİ

 

 

Günel NOVRUZOVA 

Azərbaycan Dillər Universiteti 



novruzovagunel90@gmail.com 

AZƏRBAYCAN 

 

''İmplisit'' sözü latın mənşəli ''plicario'' felindən əmələ gəlmişdir və ''bağlamaq, qatlamaq'' mənası 



verir.  ''İmplisit''  sözü  lüğəvi  baxımdan  ''ifadə  edilməyən,  gizli,  nəzərdə  tutulan''  mənasını  ifadə  edir. 

Linqvistik  ədəbiyyatda  bu  terminə  əsasən  praqmatika  və  diskurs  haqqında  əsərlərdə  rast  gəlinir. 

Semantik, praqmatik və sintaktik interpretasiya aparmaq üçün inferensiya, implikasiya, presuppozisiya 

və  s.  kimi  məntiq  əməliyyatları  linqvistikada  mühüm  rola  malikdir.  Məlumdur  ki,  hər  hansı  söyləm 

vasitəsilə ifadə olunan məna heç də həmişə komponentlərin cəminin ümumi mənası ilə eyniyyət təşkil 

etmir.  Belə ki, söyləmdə informasiyanın müəyyən bir hissəsi gizli yaxud implisit şəkildə ifadə oluna 

bilər.  Son illərdə dilçilik elmində, dildə gizli və ya implisit məna və formaların araşdırılmasına maraq 

xüsusilə  artmışdır  və  hal-hazırda  implisitliyin  öyrənilməsi  müasir  linqvistika  elminin  mühüm 

istiqamətlərindən birinə çevrilmişdir. Maraqlısı isə budur ki, bu təkcə dilçilərin maraq dairəsinə daxil 

olmamışdır.  Belə  ki,  bu  mövzu  dil  manipulyasiyasının  bir  vasitəsi  olaraq,  məntiq,  filologiya, 

sosiologiya,  psixologiya,  məhkəmə  linqvistik  ekspertizası,  marketinq  və  diplomatiya  sahələrində  də 

mühüm  araşdırma  obyektinə  çevrilərək  əhatə  dairəsini  genişləndirmişdir.  Gizli  şəkildə  verilən 

informasiya və formalar güclü təsir qüvvəsinə, böyük manipulyativ imkanlara malikdir. Bəzən isə bu 

şəkildə  verilən  informasiya  məişət  dialoqlarında  sanki  ''heç  nə''  -  dən    yaranmış  münaqişələrin 

mənbəyinə  çevrilir.  Tədqiqatda  implisitlik  müxtəlif  linqvistik  aspektlərdən  -  praqmatik,  sintaktik 

baxımından və tərcümə prosesində rolu təhlil olunacaqdır. 

Praqmatik implikaturalar haqqında nəzəriyyə P.Qraysın adı ilə bağlıdır və ''implikatura'' terminini 

də  linqvistikaya  məhz  o  gətirmişdir.  Belə  ki,  o  danışanın  ''söylədiyi''  və  ''nəzərdə  tutduğu''  nu 

fərqləndirərək implikaturaları təsnif etmişdir. Doğrudur, bir qrup linqvistlər, bu təsnifatla razılaşmır və 

xüsusilə də, konvensional implikaturaları qəbul etmir. 

V.A.Davis praqmatik implikaturaları izah etmək üçün bu dialoq nümunəsindən istifadə edir: 

Ann: Where can I get gasoline? 

Bob:There's a station around the corner. 

Bob bu dialoqda nəzərdə tutur ki, Anna benzini həmin stansiyadan ala bilər, lakin bunu birbaşa 

demir. Beləliklə, P.Qrays qeyd etdiyi kimi, bu halda danışanın dediyi və nəzərdə tutduğu fəqlənir və 

ünsiyyət zamanı implikatura ortaya çıxır. 

Zənnimizcə,  dildə  implisitlik,  həm  praqmatik  (implikaturalar),  həm  də  sintaktik  vahidlər 

baxımdan da araşdırılmalıdır. Belə ki, ''implisit'' sözünün leksik mənası bizə bunu deməyə imkan verir. 

Məhz  bunu  da  tədqiqatın  gətirdiyi  elmi  yenilik  hesab  etmək  olar.  Doğrudur,  bir  sıra  elmi  əsərlərdə 

sintaktik  implisitlik  ''ellipsis''  termini  ilə  məhdudlaşdırılır.  Halbuki,  zənnimizcə,  sintaktik  implisitliyi 

daha  geniş  mənada  araşdırmaq  lazımdır.  Məsələn,  ingilis  dilində  mövcud  olan  ''implisit  imperativ 

mübtədalar''  buna  nümunədir.  Əmr  şəklində  eksplisit  mübtədanın  iştirak  etməməsi  bir  normadır  və 

həm  də  əksər  hallarda  əmr  şəklinin  göstəricisidir.  Bu  nümunələrdən  göründüyü  kimi  ingilis  dilində 

əmr  cümlələri  ifadə  vasitəsi  şəxs  əvəzliyi  you  və  anyone  qeyri-müəyyən  əvəzliyi  olan  eksplisit 

mübtədaya malik ola bilər: 

a)

 

Don’t you let him run away! 

b)

 

Don’t anyone let him run away! 

İmplisit imperativ mübtədalar mahiyyət etibarilə ikinci şəxsə aiddir:Don’t lose your confidence!  

Bu cümləni Don’t lose their confidence! şəklində ifadə etmək mümkün deyil. 

Beləliklə,  implisit  imperativ  mübtədalar  “you”  şəxs  əvəzliyinin  gizli  qarşılığıdır.  Başqa  sözlə 

desək  əmr  cümlələrində  “you”  şəxs  əvəzliyi  implisit  olaraq  iştirak  edir.İmplisit  sintaktik  vahidlər 

fonoloji cəhətdən ifadə edilməyən lakin semantik  və qrammatik xüsusiyyətləri olan cümlə üzvləridir. 

İmplisit sintaktik vahidlər "boş kateqoriyalar", ''tələffüz edilməyən'', ''eşidilməyən'' üzvlər kimi təsvir 

edilir. Bu növ cümlə üzvlərini təsvir etmək üçün müxtəlif alimlər fərqli terminlərdən istifadə etmişlər. 

Məsələn,  Y.Q.Testelets  bu  cür  üzvləri  ''sintaktik  görünməzlər''  (синтактические  невидимки) 

adlandırır.  Digər  rus  dilçisi  İ.A.  Melçuk  isə  onlara  ''sintaktik  sıfır''  (синтактический  нуль)  adı 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1257



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vermişdir.  E.Redford  isə  bu  növ  cümlə  üzvlərini  ''sıfır  vahidlər''  (null  constituents)  adlandırır.  

Azərbaycan  dilində  isə  biz  ''implisit  sintaktik  üzvlər''  terminini  daha  məqsədəuyğun  hesab 

edirik.Sintaktik implisitliyə digər bir nümunə isə ''implisit mübtədalı dillərin'' (null-subject language) 

mövcudluğunu da göstərmək olar. 

Məlumdur  ki,  həm  praqmatik,  həm  də  sintaktik  implisitlik  tərcümə  prosesinin  ayrılmaz  tərkib 

hissəsini  təşkil  edir.  Belə  ki,  tərcümə  zamanı  rast  gəlinən  implisitliyin  təhlilində  müəyyən  nitq 

situasiyasında  yaranmış  gizli  mənaların  və  vahidlərin  iştirakı,  onların  aşkar  edilməsində  şərtilik  və 

tərcümə  üsulları,  o  cümlədən  tərcüməçinin  dil  və  koqnitiv  implisitliyə  münasibətdə  istifadə  etdiyi 

strategiyalar,  mənbə  və  hədəf  dillərin  özünəməxsus  xüsusiyyətləri  (qrammatika,  frazeologiya  və  s.) 

haqqında biliyi  aparıcı rola malikdir. Orijinalda gizli mənaların və vahidlərin aşkar edilməsi, dərki və 

oxucuya  ötürülməsi  tərcüməçidən  asılıdır.  Unutmaq  lazım  deyil  ki,  implisitlik  müəyyən  nitq 

situasiyasında  formalaşır  və  onların  eksplikasiyası  zamanı  nitq  aktının  bütün  tərkib  hissələrini  - 

linqvistik və qeyri-linqvistik amillərin iştirakını nəzərə almaq lazımdır. Bu baxımdan, tərcümə zamanı 

tərcüməçi  implikaturaların  və  implisit  sintaktik  vahidlərin  işlənməsinə  müstəsna  diqqət  ayırmalı  və 

eksplikasiya  prosesində  xüsusilə  həssas  olmalıdır.  Çünki  mətnin  eksplikasiyasının  keyfiyyəti 

tərcüməçinin  səriştəsinin  birbaşa  göstəricilərindən  biridir.  .  U.Dombska-Prokob  yazır:  Tərcüməçi 

mətnin  istənilən  qəbuledicisi  kimi,  deşifrə  prosesində  söylənməmiş  fikirləri  tamamlayır.  Belə  ki, 

buraya yalnız mətndə eksplisit şəkildə verilmişlərin interpretasiyası deyil, mətndə olan mənaların gizli 

qatlarının aşkar edilməsi də aiddir. 

Beləliklə,  zənnimizcə,  implisitlik  problemi  linqvistikada  praqmatik  aspektdən  əlavə,  sintaktik 

səviyyədə  də  araşdırılmalıdır.  Eləcə  də,  tərcümə  prosesində  də  həm  praqmatik  həm  də  sintaktik 

implisitliyin işlənməsinə xüsusi diqqət və həssalıqla yanaşmaq tələb olunur.

 

 



 

İNGİLİS DİLİNDƏ TƏYİN BUDAQ CÜMLƏLİ TABELİ               

MÜRƏKKƏB CÜMLƏLƏRİN SEMANTİK – SİNTAKTİK 

XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ TƏSNİFATI 

 

Rəna FƏRƏCOVA 

Azərbaycan Dillər Universiteti 

rena.farajova@rambler.ru 

AZƏRBAYCAN 

 

  Tabeli  mürəkkəb  cümlə  tərkibində  təyin  funksiyası  daşıyan  budaq  cümləyə  təyin 



budaq cümləsi deyilir. Təyin budaq cümləsi baş cümlədə isimlə yaxud əvəzliklə ifadə edilmiş 

hər hansı üzvə aid olur, onu təyin edir. O, which?, what? (hansı) sualına cavab verir və təyin 

etdiyi sözdən sonra gəlir. 

  Öz semantik – sintaktik xüsusiyyətlərinə  görə, bu tipdən olan tabeli mürəkkəb cümlə 

dilçilərin diqqətini daha çox cəlb etmişdir və  nəticədə müxtəlif təsnifatlar irəli sürülmüşdür.  

  Qanşina  M.A.,  Vasilyevskaya  N.M.,  Kauşanskaya  V.L.,  azərbaycanlı  dilçilərdən  isə 

İ.Rəhimov və T.Hidayətzadə semantik – sintaktik xüsusiyyətlərinə görə təyin budaq cümləli 

tabeli mürəkkəb cümlələri iki qrupa bölürlər:  



1.

 

Keyfiyyət bildirən təyin budaq cümlələri 

2.

 

Fərqləndirici təyin budaq cümlələri 

3.

 



Keyfiyyət bildirən təyin budaq cümlələri öz növbəsində iki növə bölünür: 

4.

 

Məhdudlaşdırıcı təyin budaq cümlələri (limiting/restrictive/essential) 

5.

 

Təsviredici təyin budaq cümlələri (descriptive/nonrestrictive/nonessential) 

Məhdudlaşdırıcı  təyin  budaq  cümlələri  təyin  olunan  sözü  mənaca  məhdudlaşdırır, 

dəqiqləşdirir  və  müəyyənləşdirir.    Bu  qəbildən  olan  təyin  budaq  cümlələri  baş  cümləyə  üç 

üsulla bağlanır:  

1) nisbi əvəzliklər (who, which, that


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1258



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

2) nisbi zərflər (when, where, how, why

3) heç bir bağlayıcı vasitə olmadan, yanaşma üsulu (asindetik) 

Məhdudlaşdırıcı  təyin  budaq  cümləsi  ilə  baş  cümlə  arasında  əlaqə  çox  sıx  olduğundan 

onların  arasında  durğu  işarələrindən  istifadə  edilmir  və  şifahi  danışıqda  məhdudlaşdırıcı 

budaq  cümlədən  əvvəl  fasilə  edilmir.  Məhdudlaşdırıcı  təyin  budaq  cümlələrini  cümlə 

tərkibindən çıxarsaq, cümlə öz mənasını itirər. 

Məhdudlaşdırıcı  təyin  budaq  cümlələrin  baş  cümləyə  ancaq  yanaşma  üsulu  ilə  birləşən 

növünə kontakt budaq cümlələr (Contact – Clauses) deyilir. Təyin budaq cümləsinin bu növü 

baş  cümlə  ilə  daha  sıx  əlaqədə  olur.  Buna  görə  də  baş  cümlə  ilə  budaq  cümlə  arasında  nə 

fasilə edilir, nə də vergül qoyulur.  

Keyfiyyət bildirən təyin  budaq cümlələri qrupuna daxil olan ikinci növ,  yəni təsviredici 

təyin budaq cümlələri təyin olunan söz haqqında əlavə məlumat verir. Təsviredici təyin budaq 

cümləsi  baş  cümlənin  bir  üzvü  ilə  əlaqədə  olur,  lakin  mahiyyətcə  həmin  sözün  təyini 

funksiyasında  çıxış  etmir,  onunla  əlaqəsi  zəif  olduğundan  baş  cümlədən  vergüllə  ayrılır, 

həmçinin, asanlıqla ixtisar edilə bilir və bu zaman cümlənin ümumi mənasında xəlil gətirmir. 

Bu qəbildən olan təyin budaq cümlələri baş cümləyə iki üsulla bağlanır: 

1.

 



Nisbi əvəzliklər (who, which

2.

 



Nisbi zərflər (where, when

3.

 



Təsviredici  təyin  budaq  cümləsinin  baş  cümləyə  bağlayıcısız  birləşməsi  halı 

müşahidəedilmir. 

  Fərqləndirici təyin budaq cümlələri isə mücərrəd ismin mənasını izah edir. Baş cümlə 

ilə fərqləndirici təyin budaq cümləsi arasında vergül qoyulmur. Lakin qeyd etmək lazımdır ki, 

fərqləndirici  təyin  buda  cümləsi  semantik  –  sintaktik  cəhətdən  o  biri  növlərdən  heç  də 

fərqlənmir.  

  Fərqləndirici  təyin  budaq  cümləsi  baş  cümləyə  that,  nadir  hallarda  isə  whether  

bağlayıcıları, how və why zərfləri vasitəsilə bağlanır.  

Fərqləndirici təyin budaq cümləsinin baş cümləyə bağlayıcısız birləşməsi halı müşahidə 

edilmir. 

Təyin  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  haqqında  fikirlərində  M.Y.Blox, 

M.A.Belyayeva, O.Musayev və digərləri dilçilikdə qəbul edilmiş konsepsiyadan çıxış edərək 

təyin budaq cümlələrinin iki növünü ayırd edirlər: 

1.

 



Məhdudlaşdırıcı təyin budaq cümlələri (Limiting) 

2.

 



Təsviredici təyin budaq cümlələri (Descriptive) 

M.Y.Blox qeyd edir ki, təyin etdikləri isimlə sıx əlaqədə olan məhdudlaşdırıcı təyin 

budaq  cümlələri  onun  mənasını  məhdudlaşdırır,  dəqiqləşdirir.  Məhdudlaşdırıcı  budaq 

cümləsiz baş cümlə öz məzmununu itirə bilər, natamam olardı.  

Təyin  budaq  cümlələrinin  semantik  –  sintaktik  xüsusiyyətlərini  ənənəvi  şəkildə  qeyd 

edən O.Musayev məhdudlaşdırıcı təyin  budaq  cümlələrin baş cümləyə  ancaq  yanaşma üsulu 

ilə birləşən növünü kontakt budaq cümlələr (Contact Clauses) adlandırır. 

M.A.Belyayeva  təyin  budaq  cümləsinin  semantik  –  sintaktik  xüsusiyyətləri  haqqında 

fikirlərində  başqalarından  heç  də  fərqlənmir.  Lakin  o,  göstərir  ki,  baş  cümlənin  ümumi 

məzmununu  pozmadan təsviredici təyin budaq cümləsi  ayrı cümlə  kimi  götürülə  bilər və  ya 

ixtisar edilə bilər. 

İngilis  dilinin  qrammatikası  ilə  məşğul  olan  bir  çox  alimlər  Barxudarov  A.S.,  Ştellinq 

P.A.,  Boqdanova  O.V.,İvanova  İ.P.,  Qanşina  M.A.,  Vasilyevskaya  N.M.,  Xaymoviç  A.S., 

Roqovskaya B.İ., Burlakova V.V. və s. qeyd edirlər ki, məhdudlaşdırıcı təyin budaq cümləsi 

baş  cümlə  ilə  birlikdə  təktərkibli  tabeli  mürəkkəb  cümlə  əmələ  gətirdiyi  halda,  təsviri  təyin 

budaq  cümləsi  cüttərkibli  mürəkkəb  sintaktik  konstruksiya  yaradır  və  bu  zaman  baş  cümlə 

bitmiş bir fikri ifadə edir. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin