IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1259
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Belyayeva göstərir ki, təsviredici təyin budaq cümlədən fərqli olaraq, məhdudlaşdırıcı
təyin budaq cümləsi bağlayıcısız da baş cümləyə birləşə bilər. Bu zaman bağlayıcısız tabeli
mürəkkəb cümlədə təyin olunan sözə aid olan sözönü feldən sonra durur.
Məhdudlaşdırıcı budaq cümləli tabeli mürəkkəb cümlələrdə təyinedici vasitə kimi
müəyyən və qeyri – müəyyən artikl (the, a/an), işarə əvəzliyi “that”, qeyri – müəyyən
əvəzliklər “some”, “any”, ümumiləşdirici əvəzliklər “each” və “every” sözləri işlənir. Bu
zaman “the” müəyyən artiklı və “that” əvəzliyi budaq cümlə vasitəsilə izah edilən sözə aid
olur.
Qeyri – müəyyən artikl budaq cümlə vasitəsi ilə baş cümlədə dəqiq müəyyən edilməli
olan sözü başqalarından ayırmaq funksiyası daşıyır.
Təyin budaq cümləsinin növünün müəyyən edilməsində təyin olunan sözün də
əhəmiyyəti vardır. Təyin edilən something, anything, anybody (anyone), somebody
(someone), one, all, that əvəzlikləri və much, little sifətləri də “qəlib” söz funksiyası ifadə
edir.
İngilis dilində təyin budaq cümləli tabeli mürəkkəb cümlə növü geniş yayılmış mürəkkəb
sintaktik konstruksiya kimi şifahi nitqdə çox işlənir və göründüyü kimi müxtəlif dilçilər
tərəfindən fərqli təsnifatlar irəli sürülmüşdür.
İNGİLİS DİLİNDƏ “WİSDOM” KONSEPTİNİN İFADƏ VAHİDLƏRİ
Aygün MAHMUDOVA
Bakı Slavyan Universiteti
aygun.vahidqizi@box.az
AZƏRBAYCAN
“Wisdom” leksemi “wisdom” konseptinin ilkin nominantıdır. Bu sözün mənşəyinin, lüğətlərdə
verilən təriflərin və digər sözlərlə birləşmə xüsusiyyətlərinin araşdırılması təhlil olunan konseptin
quruluşunun aşkarlanması və təsviri üçün daha çox məlumat verə bilir. Məhz bu səbəbdən “wisdom”
leksemi “wisdom” konseptinin ifadə vahidi kimi seçilmişdir.
İngilis dilinin etimoloji lüğətində göstərilir ki, “wisdom”sözü 900 il müddətində əmələ gəlmişdir
və “wisdom” sözünün quruluş forması qədim ingilis dilindən (Old English) olduğu şəkildə, yəni
dəyişilməyərək birbaşa orta əsrlər ingilis dilinə (Middle English) keçmişdir. “Wisdom” leksemi bu
model üzrə əmələ gəlmişdir: wise + -dom şəkilçisi. Belə ki, “wisdom” leksemi vahid german qrupuna
daxil olan dillərdə, yəni qədim sakson, qədim friz dilində “wisdom”, qədim skandinav dilində
“visdomr”, qədim alman dilində “wistuom” şəklində işlənilirdi. -dom şəkilçisi “-ness, -hood, head”
şəkilçilərinin ekvivalenti kimi çıxış edir. Bu şəkilçi qədim ingilis dilində əvvəllər “nizamnamə, qərar”
mənasında işlənilmişdir. Daha sonra isə mücərrəd isimləri yaradan fəal sözdüzəldici şəkilçi kimi
işlənməyə başladı. Məsələn: wisdom, freedom və s. Onu da əlavə edək ki, “-dom” şəkilçisi isimlərin
səciyyəvi suffiksidir və bu nöqteyi-nəzərdən “wisdom” lekseminin daxili formasını aşkarlamaq üçün
az məlumat verir. “-dom” şəkilçisi alman dilində “-tum” şəkilçisi (qədim alman dilində -toum) ilə
qohumluq təşkil edir. Wisdom” konseptinin nominasiyanın əsasını təşkil edən xüsusiyyətlərinin üzə
çıxarılması üçün “wise” sözünün formasının inkişafını izləmək lazımdır.
Qədim ingilis dilində “wise” sözünün forması “wis”olub, bu da “to wit” lekseminin mənası ilə
qohumluq təşkil edir (“to wit” Azərbaycan dilində “bilmək”, “xəbərdar olmaq” mənalarını ifadə edir).
Apardığımız araşdırmalar belə deməyə əsas verir ki, qədim ingilis dilində işlənən “wis” sözü əslində
alman mənşəli olub həm holland dilində “wijs” sözü, həm də alman dilində “weise” sözü ilə əlaqəlidir.
Daha dəqiq desək, qədim ingilis dilində “wis” vəAS dilində “wfimacjse” sözləri, eləcə də qədim
friz dilində “wfimacjs”,dan dilində “viis”, qotik dilində “weis”, qədim yuxarı alman dilində (old
high german language) “wfimacjs, wfimacjsi”, island dilində “vfimacjss”, isveç dilində “vis” sözləri
“to wit” sözü ilə qohumluq təşkil edirdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1260
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Duqlas Harperin lüğətində qeyd edilir ki, əslində qədim ingilis dilində işlədilən “wis” qədim
vahid alman dilində “wisaz”, qədim friz dilində “wis, qədim holland dilində “wijs”, qədim
skandinav dilində “viss” sözlərindən yaranmış və “görmək” (to see) mənasında, sonra isə “bilmək”
(to know) mənasında işlənmişdi.
Yuxarıda qeyd olunanlara əsasən, belə qənaətə gəlmək olar ki, “wisdom” konseptini əsaslandıran
ilkin xüsusiyyət “to see” – “görmək” olub, o da daha sonradan “to know, to wit” - “bilmək”, “xəbərdar
olmaq” sözünün mənasına keçib. Başqa sözlə, “müdriklik” haqqında ilkin təsəvvürlər insanın ətraf
gerçəklikdə görən müxtəlif faktların başa düşülməsi, dərk edilməsinə gəlib çıxırdı, və bunun
nəticəsində insanın bilikləri formalaşırdı.
Bununla belə, “Online Etymology Dictionary”-də təqdim olunmuş məlumat “wisdom” konseptini
əsaslandıran daha bir xüsusiyyəti – “cunning” xüsusiyyətini aşkar etməyə imkan verir. Burada qeyd
olunur ki, 1896-cı ildə “wise” sözünün əlavə jarqon mənası əmələ gəlmişdir: “aware, cunning”. Bu
sözlər qədim ingilis dilindəki “witan” (to wit) sözünə yaxın hesab olunur, yəni “müdrik” sözü “bilən,
xəbərdar olan, (çox) məlumatı olan” kimi başa düşülür və “hiyləgər” mənasına bərabər tutulurdu.
“Wisdom” konseptinin strukturunda olan və konsepti motivləşdirən xüsusiyyətlərə ayrı-ayrılıqda
nəzər salaq:
To see. İngilis konseptual sistemində “müdriklik” daha çox “başqa insanları görmək bacarığı”
kimi dərk olunur. Məsələn: A fool sees not the same tree that a wise man sees (Müdrik insan həmişə
ağısızdan daha çox görür). Tədqiqatın faktiki materialı sübut edir ki, müdriklik təkcə subyekt kimi
deyil, həmçinin görünə biləcək obyekt kimi də çıxış edir. Belə ki, insan bu və ya digər şeylərin
müdrikliyini görə bilir. Məsələn: Your women don't seePipo's wisdom.
To know, to wit. Müdriklik insani biliklərin obyekti kimi də çıxış edə bilər. Məsələn: The
greatest wisdom I know (Pullman. The Subtle Knife). Müdrikliyin dərk edilməsi mütləq insanın ömrü
boyu həyata keçirilən öyrənmə prosesi ilə əlaqələndirilir. Məsələn: They paid the Greeks to teach them
their wisdom.
Lakin əksər hallarda “müdriklik” insanın bilmək qabiliyyəti ilə özünü göstərir, yəni “müdriklik”
insanın bu və ya digər hadisələr, əşyalar haqqında müəyyən biliklərə qabiliyyətli olmağının şərtidir.
Bilik yalnız müdrik insana xasdır (butthe wise among them knew that...) o, dünyada baş verən
hadisələrdən başqa əlavə şeyləri də bilir (...you are wise and know more than most of what goes on
in the world.
Təhlil olunan konseptin bu motivləşdirən xüsusiyyətini ifadə edən dil vahidləri arasında insanın
nəyinsə haqqında xəbərdar olmağına işarələyən sabit konstruksiyalar da aşkarlanmışdır. Bunlara
aşağıdakılar aiddir:
“to be wise to smth” – nəyisə öyrənmək, bilmək. Məsələn: At seven she was alreadywise to the
likes of the police;
“to put smb wise (about)” – məsələ ilə tanış etmək, başa salmaq. Məsələn: ..His threat to put the
husband wise about Laura's past.
“to wise smb up about smth” – kimisə bir şey haqqında məlumatlandırmaq, xəbərdar etmək.
Məsələn: Let me wise you up about the way we do things around here.
Cunning. İngilis dili daşıyıcılarının şüurunda “müdriklik” həm də hiyləgərlik kimi anlaşılır.
Məsələn: Having the wit or sly wisdom to make such a choice. Bu cür hiyləgər müdrikliyi insan
gözlərinin uclarında görmək olar. Məsələn:...But for the sly cracks of wisdom about the corners of
his eyes.
İngilis dilinin tezlik lüğətinə nəzər salsaq, görərik ki, ən yüksək işlənmə tezliyi “to know, to wit”
və “to see” xüsusiyyətlərində qeyd olunmuşdur. Belə ki, insan ətraf aləmi görməklə qavrayır, yəni
“bilmək və xəbərdar olmaq”, “görmək” əsasında formalaşır. Bununla belə, “to know, to wit”
xüsusiyyəti ən çox işlənəndir. Onu da deyək ki, “wise” lekseminin “cunning” mənası nisbətən yeni,
daha dəqiq desək, təxmini bir əsr öncə, “to see”, “to know”, “to wit” mənalardan xeyli sonra yaranıb.
Tədqiqatın faktiki materialında “cunning” xüsusiyyətinin az işlənməsi fərz etməyə imkan verir ki,
dünyanın müasir ingilis konseptual mənzərəsində “müdriklik” fenomeni ilk növbədə “hiyləgərlik”lə
yox, məhz “bilik”lə əlaqələndirilir,
“Biliklərə meyl” və “to know, to wit” xüsusiyyətləri verilmiş konseptləri əsaslandıran digər
xüsusiyyətlərdən üstündür, yəni müdriklik, ilk növbədə, bilik kateqoriyası vasitəsilə dərk edilir. Başqa
sözlə desək, hər iki konseptual sistemlərdə müdriklik fenomeni insanın idraki fəaliyyəti ilə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1261
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əlaqələndirilir və əqli xüsusiyyətləri vasitəsilə başa düşülür. “Wisdom” konseptinin strukturları
inkişaf etdikcə onların ilkin əsaslandırıcı xüsusiyyətləri (“biliklərə meyl” və “to know, to wit”) də
inkişaf etmişdir, onlarda yeni məna çalarları əmələ gəlmişdir və müasir ingilis dünya dil mənzərəsində
məfhumi xüsusiyyətlər şəklində ifadə olunur.
İNGİLİS DİLİNDƏKİ ŞƏXS ADLARININ
PRAQMATİK XÜSUSİYYƏTLƏRİ
Bənövşə İBRAHIMOVA
Bakı Slavyan Universiteti
benovsheibrahimova@gmail.com
AZƏRBAYCAN
Praqmatika ilə bağlı müəyyən fikirlərə hələ qədim dövrlərdən müxtəlif dilçilər öz
münasibətlərini bildirmişlər. Praqmatika termini mənşəcə qədim latın və yunan (“praqmaticus”,
“praqmaticos”) sözlərindən olub, iş, hərəkət, təsir mənasını ifadə edir. “Praqmatika” semiotikanın bir
sahəsi kimi Ç.Morris tərəfindən XX əsrin 30-cu illərinin sonlarından başlayaraq tətbiq edilməyə
başlamışdır.Lakin 60-cı illərin sonu ,70-ci illərin əvvəllərində praqmatika J.Ostin ,J.Syörl,Z.Vendlen
və b. tərəfindən irəli sürülən nitq aktlarının məntiqi-fəlsəfi, P.Qraysın məna və L.Linskoqun
,P.Strosonun referensiya ilə bağlı praqmatik nəzəriyyələrinin təsiri altında C.Pirsin ideyaları ilə
stimullaşdırılan linqvistik tədqiqatlar sahəsi kimi formalaşmışdır.Məlumdur ki,semantika və
praqmatika mənanı öyrənir. Lakin semantika -kontekstdən kənar,praqmatika isəkonteksdən asılı olan
mənadan bəhs edir.Bu fikir ilk dəfə C.Katz tərəfindən irəli sürülüb.Ümumiləşdirmə aparsaq,
praqmatikaya belə bir tərif vermək olar:praqmatika semantikanın əhatə etmədiyi mənanı öyrənir[7,
369,386].Bir çox üstünlüklərinə baxmayaraq, bu tərif praqmatik fenomenin vahid xarakterik
əlamətlərini özündə cəmləşdirmir.Gəlin bu fenomenlə bağlı başqa bir tərifə nəzər salaq: praqmatika dil
ilə kontekst arasındakı əlaqəni öyrənir.Praqmatika işarənin situasiya və davranışa münasibətidir.Məna
haqqında bir sıra nəzəriyyələr məhz praqmatikada ön plana çəkilir.Azərbaycan dilçilərindən isə
F.Veysəllinin praqmatika haqqında fikirləri çox dolğun və bariz nümunələrlə izah olunur. Onun
fikrincə, bunu da düşünmək olar ki, simvolika, ixtiyari işarələr mücərrədləşmənin, dilin inkişaf və
təkmilləşməsinin, sazlaşmasının daha sonrakı mərhələlərində meydana gəlmiş, dilin inkişafının ilkin
çağlarında harmonik işarələr üstünlük təşkil etmiş, leksik sistem istisnasız olaraq motivləşmələrdən,
təkrar və yamsılamalardan ibarət olmuşdur. O qeyd edir ki, ilkin, doğal yanaşmada qeyri-harmonik
işarələr daha rasional, harmonik işarələr isə daha emosionaldır və danışanla (yazanla) dil işarəsi
arasındakı münasibət və təmaslar, işarə resurslarından istifadə mətndən mətnə, kontekstdən kontekstə
dəyişir, yeni ölçü və həddlərdə tənzim olunur. Onun fikrincə, praqmatika danışanların ifadə ertdiyi
mənanı öyrənir. O qeyd edir ki, deyilənlə deyilməyən arasındakı əlaqələr, habelə deyilməsə də
kontekst və məqamla bağlı, hansı məsafədən, hansı sosial amillər daxilində deyilənlə deyilməyənin
yerini öyrənən sahə məhz praqmatikadır [3, 303].
Adların praqmatik xüsusiyyətləri bütün dillərdə olduğu kimi ingilis dilində də özünü qabarıq
şəkildə büruzə verir. Xüsusilə şəxs adlarının praqmatik cəhətdən işlənməsi oxucuda böyük maraq
doğurur. Bildiyimiz kimi onomastik vahidlər dilin bədii üslubunun lüğət tərkibini zənginləşdirir,
əsərin məzmununa, idе yasına, surət хəttinə və.s хidmət еdir. Tarixi inkişaf boyu xalqın
formalaşmasının bütün mərhələlərində iştirak edən onomastik vahidlərin tarixi-müqayisəli aspektdə
tədqiqi əvəzsiz rol oynayır. İngilis dilində də qədim dövrdən indiyə kimi müxtəlif mənbələrdə xüsusi
adlar praqmatik çalarlarla işlənmiş və situasiyanı daha maraqlı etmişdir. Təbii ki praqmatik adları
işlədən şəxs ilə dinləyənin dünyagörüşü uyğun olmalıdır. Əks halda kontekstdə işlənən praqmatik soz
dinləyən tərəfindən anlaşılmaz olaraq qalır. İngilis dilində şəxs adlarının praqmatik xüsusiyyətlərinə
aşağıdakı nümunələrdə aydınlıq gətirək: Obama is no Nixon. (ABŞ-ın 37-ci prezidenti R.
Niksonaistinadedilir.)
Göründüyükimiyuxarıdakımisaldaxüsusiadsiyasianlamolaraqişlənmışdir.Bu zamandanışan və
dinləyənin siyasi anlayışının olması mütləqdir. Aşağıdakı nümunələrə nəzər salaq:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1262
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
She is Otello of today.
He is our Don Juan.
Yuxarıdakı nümunələrdə isə dinləyənin Otello və Don Juan haqqında bilik və anlayışı varsa
kontekst anlaşılandır. Bildiyimiz kimi Don Juan – Bayronun eyniadlı romanının qəhrəmanıdır.
Praqmatik ifadə kimi “qadınpərəst kişilərə” istinad edir.Otello- Şekspirineyniadlı əsərinin
qəhrəmanıdır. Öz qısqanclığı ilə seçilir. Praqmatik çalar kimi kontekstdə elə bu mənada işlədilir.
Azərbaycan dilində çox geniş şəkildə işlənən Hacı Qara ifadəsi ingilis dilində də
çoxişlənməkdədir: Don’t behave as Scrooge.
Bu cümləni anlamaq üçün təbii ki dinləyənin Scrooge haqqında bilikləri olmalıdır ki o Ç.
Dikkensin “Milad nəğmələri”adlı əsərinin qəhrəmanıdır və çox xəsis obrazdır. Eyni fikirləri Şarlotta
Brontenin “Ceyn Eyr” əsərində də müşahidə etmək olar. Aşağıdakı nümunədə şəxsi kefiyyətə, gücə
görə ikimətn arasında müqayisə aktuallaşır. By God! I long to exert a fraction of Samson`s strength
and I break the entaglement like now (Bronte “Jane Eyre”).
Müəllif a fraction of Samson`s strength ifadəsini istifadə etməklə göstərmək istəyir ki,
problemlər cənab Roçestr üçün o qədər ciddi və çətin idi ki, ona görə də o arzu edirdi ki, Samsonun
gücünə malik olsun ki, onları həll edə bilsin. Göründüyü kimi xüsusi adın praqmatik çalarla işlənməsi
konteksti daha maraqlı və diqqəti çəkəcək vəziyyətə gətirir. Samson haqqında biliyi olan oxucuya
situasiya daha maraqlı görünür. İngilis dilində praqmatik mənada ən çox işlənən şəxs adlarına nəzər
salaq: To be as old as Methusalem. (qədim rəvayətə görə 969 il yaşa-mış Yusif peyğəmbərin
babasına edilən istinad.)
Lazarus- Lazar incildə adı çəkilən İsa peyğəmbərin dostu olan və öldükdən üç gün sonra
bacılarının xahişi ilə İsa peyğəmbər tərəfindən dirildilən ilk insan olmuşdur. Varlı və kasıblar
haqqında danışarkən kasıblara verilən ümumi addır.Bu mənada Lazar adı praqmatik antroponim kimi
çıxış edir.
Dorcas - Dorkas – Əhdi – Cədiddə (New Testament) kasıblara paltar tikib paylayan xeyirxah
qadının adı. Əsasən xeyriyyəçi mənasında işlənir.
Afrodit--Antik mifologiya gözəllik ilahəsidir.
Hekate- qədim yunan ilahəsi insanlara müdriklik, müharibədə qələbə, xoşbəxtlik, təsərüffatda
bolluq bəxş edən ilahədir. Onun adı həmdə qaranlıq işlər, cadugərlik,özündən aşağı statusu olanları
qorxu altında saxlamaq mənasında assosasiya edilir.
Don Quixote-Don Kixot– M. Servantesin eyniadlı romanının qəhrəmanıdır. Daima kitablardakı
həyatı yaşamağa çalışan, özünü orta əsr cəngavərlərinə bənzətməyə çalışan, lakin hər dəfə gülünc
duruma düşən qəhrəmanıdır. Əsasəndedikləri ilə etdikləri üst üstə düşməyən adam mənasını bildirir.
Watson-doktor Con Vatson A. K. Doylun dedektiv əsərlər silsiləsində baş qəhrəman Şerlok
Holmsun ağıllı köməkçisi olan həkimdir. Praqmatik nöqteyi nəzərdən birinin sağ əli, ağıllı köməkçisi
mənasında işlədilir.
Müasr dövrdə ingilis dilində şəxs adlarının praqmatik işlənməsi daha sürətlə inkişaf edir. Qeyd
etdiyimiz nümunələr onların praqmatik məna kəsb edə bilməsini açıqlamaqdan ibarət idi. Şəxs
adlarının praqmatik cəhətlərinə daha geniş formada gələcək elmi tədqiqat işlərində müxtəlif mənbələrə
əsaslanaraq aydınlıq gətirəcəyik.
İNGİLİS DİLİNİN ETİMOLOGİYASI
Dünya BAYRAMOVA
Qafqaz University
dunya.bayramova@live.com
AZƏRBAYCAN
Linqivistikanın bir sahəsi olan Etimologiya sözlərin tarixi, mənşəyi, onların zamanla forma və
mənalarını necə dəyişməsi haqqında elmdir. Etimologiya sözü yunan mənşəli “ etymologia” sözündən
törəmişdir, “etymon” “həqiq məna”, “-logia” şəkilçisi isə “elmə aid olan” deməkdir.
Etimologiya bir dildəki sözlərin köklərini və o dilin digər dillərlə və o dildən istifadə edən
millətlərin keçmişdən indiyə qədər digər millətlərlə olan mədəni əlaqələrini öyrənir. Başqa sözlə,
etimologiya bir sözün və ya dildəki oxşar bir ifadənin inkişaf prosesinin ilk ortaya çıxmasından
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1263
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
etibarən izlənilməsi, hansı dillərdə hansı formada yayıldığının müəyyən edilərək təhlil edilməsi
haqqında elmdir. Bundan başqa, etimoloqlar, barəsində etibarlı məlumatlar əldə olunmayan ölü dillər
haqqındakı məlumatları izləyərək müxtəlif nəticələr əldə edirlər. Aidiyyatı dillərdəki sözləri müqayisə
etməklə ortaq ana dil haqqında daha çox bilgidən faydalanırlar. Etimoloji nəzəriyyə sözlərin bir neçə
yolla yaranmasını öyrənir, bunlardan ən əsası dil dəyişikliyi, alınma söz (müxtəlif dillərdən götürmə),
düzəltmə və mürəkkəb sözlər, onomatopiya (təqlidi sözlər) və səs simvolizmidir (məsələn, “klikləmə”,
“donquldanma” kimi təqlidi sözlər).
İngilis dilinin etimologiyası
İngilis dilinin etimologiyası çox-çox qədimlərə gedib çıxır. Bu dil Hind-Avropa dil ailəsinin
german qrupuna daxildir. 360-400 milyon insan doğma dil kimi, 600-700 milyon insan isə ikinci dil
kimi bu dildən istifadə edir. İngilis dili mövcud milli sözlərlə, onların kökündən yeni sözlər
yaratmaqla bərabər, başqa dillərdən də sözlər alaraq öz lüğət tərkibini zənginləşdirmişdir. İngilis
dilində sözlərin 70%-i alınmadır və bunun da 60%-i Anqlosaks dilindən alınmışdır. Bu gün alınma
sözləri milli sözlərdən ayırmaq olduqca çətindir. Qədim ingilis dili sintetik dil növünə aid idisə, müasir
ingilis dili analitik dil növünə aiddir. Analitik dillərdə müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün
qrammatik şəkilçilər olmadan ayrı-ayrı sözlərdən, köməkçi sözlərdən, əvəzliklərdən, söz sırasından,
intonasiya vasitələrindən və s.-dən istifadə olunur. Analitik dil növü sintetik dil növü ilə ziddiyyət
təşkil edir.
İngilis dili 5-ci əsrdə german istilaçıları tərəfindən Britaniyaya gətirilən Anqlo-Friz dialektlərindən
olan Qərbi German dil qrupundan törəmişdir. Bu proses 12-ci əsrə qədər davam etmiş, sonra isə yerini
Normanların işğalı ilə bağlı formalaşan orta dövrün ingilis dilinə vermişdir. Erkən müasir ingilis dili
Şekspirin istifadə etdiyi dildir. Bu dövrdə ingilis dilinə latın və qədim yunan dillərindən, eləcə də
Avropa dillərindən-fransız, german və holland dillərindən nümunələr daxil olmuşdur. Bunun bariz
sübutu kimi hələ də bu dillər arasında bəzi sözlərin yazılış və tələffüzündə oxşarlıqların mövcud
olmasını göstərmək olar:
Saylarda:
ingilis/alman/holland:
seven/sieben/zeven; eight/acht/acht; nine/neun/negen;
ten/zehn/tien.
Əvəzliklərdə: I/ich/ik; my/mein/mijn; you/du/u; we/wir/wij; she/sie/zij; your/ihr/jouw.
Fellərdə: sing, sang, sung/singen, sung, gesungen/zingen, zong, gezongen; laugh,
laughed/lachen, lachte, gelacht/lachen, lachte, gelachen.
Normanlar 1066-cı ildə İngiltərəni işğal edərkən özləri ilə Norman dilini gətirdilər. Anqlo-
Normanların dövründə idarə edici hakimiyyət Anqlo-Norman dilində danışsa da, kəndlilər doğma
ingilis dilində danışırdılar. Anqlo-Normanlar “Language d'oil” dil qrupunun yayılmasına kömək
edirək fransız dilinin İngiltərəyə təqdim olunmasında vasitəçi olmuşlar.
Bu da bir çox ortaq fransız və ingilis mənşəli sözlərin yaranmasına gətirib çıxartmışdır. Məsələn,
sözün alınması üsulu ilə fransız dilindən ingilis dilinə
-
beef (fransızca bœuf), (lakin ingilislərin öz versiyasından istifadə olunur: cow)
-
veal (veau)
-
pork (porc) (ingilis versiyası: swine)
-
poultry (poulet)
-
on the contrary (au contraire)
-
ballet
-
bouquet
-
cache
-
café kimi sözlər keçmişdir.
Dostları ilə paylaş: |