IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1269
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
gedəcəyik, “Astanovkada” saxlayarsan, Bu gün “pravamı” aldım, Zəıhmət olmasa “zakazımızı”
qəbul edin, “Şoferimiz” hələ gəlib çıxmayıbvə yaxud“ikili standartlar aparmaq”, “regional görüşlər
keçirmək”, “ümumxalq referendumu keçirmək”, “siyasi dvident”, “investitsiya qoymaq”, “kosmopolit
məsələ”və s. Maraqlıdır ki, bu ancaq ikidillilərin nitqində baş vermir. Digər insanlar da bu formada
danışmağa öyrəşiblər. Bu cür hallara eyni zamanda sintaktik səviyyədə də rast gəlinir. Məsələn,
“hansı ki” birləşməli təyin budaq cümlələri Azərbaycan dili qrammatikası üçün xarakterik deyil.
Lakin rus və ingilis dillərinin təsiri ilə bu cür cümlələr dilimizdə kifayət qədər çox yayılıb. Bəzən hətta
qəzet səhifələrində, televiziya ekranlarında belə bu cür cümlələrə rast gəlinir. Məsələn, Bu məsələlər,
hansılar ki, sabah iclasda müzakirəyə çıxarılacaq vacib, əhəmiyyətli məsələlərdirvə s. Bu hallara
daha çox tərcümə ədəbiyyatında rast gəlinir. Şübhəsiz bu cür ifadələrlə Azərbaycan dilinin qrammatik
normalarından kənara çıxılması aydın sezilir. Göründüyü kimi, sözün inteqrasiya mərhələsinə
keçdiyini o vaxt demək olar ki, onu qəbul edən dil kollektivində danışanlar artıq onun əcnəbi
xarakterini hiss etməsinlər və ona öz dil sisteminin, əsl vahidləri ilə heç nə ilə fərqlənməyən müəyyən
bir elementi kimi baxsınlar. Bu mənada interferensiya əlaqədə olan dillərin daxili mexanizmini
açmaqla onların həm mənfi, həm də müsbət nəticələrini üzə çıxarır. Bir məsələyə də diqqət yetirmək
lazımdır ki, mənfi nəticəli interferensiya sanki bir xəbərdarlıq edirmiş kimi nitqdə təzahür etməklə dil
əlaqələrinin inkişafına maneə yaradır. Dil sistemlərinin belə pozulması interferensiyanın təsir nəticəsi
kimi xarici dildə nitqin qurulmasının bütün səviyyələrində aşkar edilir.
Beləliklə, interferensiya yavaş-yavaş baş verən prosesin ayrılmaz hissəsi olmaqla, qəbul edilmiş
dil sistemində bu və ya digər dillərin hər elementinə təsir göstərməklə nüfuz edir.
LOKUTİV VƏ İLLOKUTİV AKTLAR TAKSONOMİYASINA
C.OSTİNİN YANAŞMASI
Aysel MƏMMƏDLI
Azərbaycan Dillər Universiteti
ayselmemmedli@yahoo.com
AZƏRBAYCAN
İnsanların, əşyaların, bir sözlə ətrafda gördüyümüz hər bir canlı, yaxud cansız məfhumun
necəalandırılması dilçilərin həmişə maraq dairəsində olmuşdur. Dil fəlsəfəsinin inkişafında böyük rolu
olan alimlərdən hesab edilən C.Ostin də belə dilçilərdən hesab edilir. O, xüsusilə də əşyalar və adlar
məsələsində marağı olan fiqurlardan biridir, desək yanılmarıq. Onun “How To Do Things with
Words” (Şeylər sözlərə necə çevrilir?) (Comment faire des Choses avec les Mots? ) adlı məşhur əsəri
də tam bu məsələnin araşdırılmasına həsr edilir.
C.Ostinin xüsusi talantı onda müşahidə olunur ki, o, gündəlik istifadə olunan sözlərin və söz
ailələrinin daxilində olan fərqlilikləri incəliklə müşahidə edə bilmişdir. Məşhur essesində zərflərin
qarşılaşdırma keyfiyyətlərini araşdıran müəllifonları “involuntorily”(qərəzliklə) (involontairement),
“inadvertently” (ehtiyatsızlıqla) (par mégarde), “by accsident” (təsadüfən) (accidentellement), “by
mistake” (səhvən) (par erreur) növlərə ayırır. C.Ostinin “performativ nitq” adlandırdığı bağ-
müxtəlifliyi cümlələri (garden – variety statements) hadisələri və vəziyyətləri təsvir etməkdən daha
çox onların ayrıcı keyfiyyətləri olması anlamına gəlir. Onlar hərəkətləri idarə edirlər. Məsələn,
performativ feil olan “apologize” (üzr üstəmək) (s'excuser) “I apologize for being late” (Gecikdiyim
üçün üzr istəyirəm) (Excusez mon retard) cümləsində istifadə etməklə danışan “üzr istəmək”
hərəkətini yerinə yetirir.Bu yolla performativ feillərin məna keyfiyyətləri “möhkəmləndirmək”, yaxud
“xatırlatmaq” feillərindən kəskin surətdə fərqlənir. O, bununla bağlı yazır:
“Sənin uzunqulağın var, mənim də. Onlar eyni tarlada otlayırlar. Gün gəlir mənimki mənim
xoşuma gəlmir. Mən onu güllə ilə vurmaq istəyirəm və atəş açıram; heyvan yıxılır. Mən qurbanı
yoxlayıram və qəfildən dəhşətə gəlirəm ki, bu mənim deyil, sənin uzunqulağındır. Mən təəssüflə sizin
qapıya gəlirəm və deyirəm nə?” Mən deyirəm, Mən çox təəssüf edirəm və s. Mən sizin uzunqulağı
səhvən (by accident) vurdum; yaxud da “by mistake” və hadisəni ona yendən izah edirəm və izah vaxtı
“by accident”, yoxsa “by mistake” işlətməliyəm”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1270
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
C.Ostinin tədqiqatının əsasını sadə dil ifadələrində məna nüanslarının təhlili təşkil edirdi.
Məsələn,aşağıda ingilis dilində yazdığımız üç ifadənin hər biri eyni anlamda işlədilir, amma fərqli nitq
hissələrindən təşkil olunur:
It looks blue– (bu mavi görünür) Il a l'air bleu;
It looks like blue– (bu mavi görünür) - Il a l'air bleu;
It appears blue – (bu mavi görünür) - Il a l'air bleuvə s.
C.Ostinin “How to Do Things with Words” (Sözlərlə əşyaları necə əlaqələndirmək) əsərində öz
tədqiqatını performativlər üzərində qurur. O, diqqəti performativlərə yönəltməyə başlayır, məsələn, /I
apologize for being late //(Excusez mon retard), yaxud/I name this ship the Queen Elizabeth //( Je
nomme ce navire La Reine Elisabeth)”. Performativlər cümlələrin konversional qrammatikasını
sərgiləyirlər. Bu cümlələrdə istənilən idiosinkratik formal marker çatışmır. /I take the bus on Friday; I
opened the can with a screwdriver// (Je prends le bus les vendredi; J’ai ouvert la boîte avec nu
tournevis) kimi cümlələrdə performativlər doğru, yaxud yanlış kimi qurula bilməz. Daha vacibi,
onların tələffüzü (münasib şərtlər altında) təsvirdən daha çox hərəkəti ifa edir. C.Ostin qeyd edir ki,
onun təqdim etdiyi performativ nitq müəyyən formal keyfiyyətlərə malikdirlər – birinci şəxs təkdə
olan mübtəda indiki indikativ məlum növdə olan feil - amma bu keyfiyyətlər sinifi müəyyən etmir:
/Passengers are warned to cross the track by the bridge only//(Sərnişinlərə yolu ancaq körpüdən
keçmək xəbərdar olundu - Les passagers sont tenus au courant de traverser la route seulement par le
pont) cümləsi performativdir, amma /I drink beer// cümləsi deyil (mən çaxır içirəm) (Je bois du vin).
C.Ostin performativlərin digər xüsusiyyətlərini də araşdırmışdır. O, müəyyən edilmiş prosedur və
praktikaların xarakterik olaraq birləşməsi faktını müdafiə edir: “marry a couple” – cütlüyü
evləndirmək (marier un couple), “nominate a candidate” - irəli sürülmüş namizəd (désigner un
candidat/présenter un candidat), amma o, həm də etiraf edirdi ki, digər performativlər “promise” - söz
vermək (promettre), “warn” - xəbərdar etmək (prévenir, avertir), “order” -əmr etmək (commander)
ənənəvi olaraq sərhədlənmişlər.
Hər performativ öz işini hazırlalamaqlamüxtəlif səbəblərlə uğurlu olamyan performativləri təhlil
edir. Məsələn, “promise” (söz vermək - promettre) sözünün performativ tələffüzü əgər şərtlər onun
legitimliyinin istifadəsini azaldırsa, o halda yanlış açıla bilər. Məsələn, əgər danışanın “promise” (söz
vermək - promettre) sözünü tələffüz etməyə gücü çatmırsa, yaxud “promise” (söz vermək - promettre)
sözünün reallaşması baş verərsə, amma terminin mənasında “sui-istifadə” yaranarsa (məsələn, danışan
söz verilmiş hərəkəti daşıdığı mənanı yerinə yetirə bilmirsə və s.).
C.Ostin performativlərin təhlilini kontekstləşdirərkən “danışıqaktlarının” üzv-lənməsini və
qruplaşmasını təklif edir. Həmin aktlar insan unsiyyətində 3 nitq aspektini irəli sürür. Birirncisi,
sözlərin tələffüzü aktı xüsusi məna və istinad keyfiyyətləri ilə əlaqədardır. Bu əlaqəni C.Ostin
“Lokutiv akt” adlandırır. Lokutiv aktların mənaları vardır. İkincisi, “illokutiv aktlar” dır ki, danışan
lokutiv aktları işlətməklə onlara nail olur. Belə ki, danışan nitqin lokutiv aktının xəbərdarlığını
illokutiv akt vasitəsilə yerinə yetirir. /I warn you that X// (Je te previens que/Je t’averti que..). C.Ostin
qeyd edir ki, illokutiv aktların mənadan daha çox gücü vardır. Üçüncüsü, “perlokutiv aktlar” adlanır.
Onlar dinləyicidə illokutiv aktların gücünə nail olur. Belə ki, xəbərdar olunan dinləyici nəticədən
çəkinmək üçün öz hərəkətlərini dəyişdirir. Bu mənada, C.Ostinə görə perlokutiv aktlar illokutiv
aktların təsirləridir.
C.Ostin bu taksonomiyadan istifadə etməyə çalışmaqla lokutiv mənaları uzaqdan tənzimləyir. Və
perlokutivlər illokutiv güclə danışığa təsir göstərir. Bu hərəkətlər performativ feillərlə həyata keçirilir.
O, illokutiv gücə görə müəyyən olunmuş performativlərin 5 sinfini müəyyən etmişdir. Verdictives
(verdiktivlər),məsələn, diagnose - diaqnoz təyin etmək;convict - ittiham etmək (condamner);
exercitives (eksezkitivlər), məsələn, appoint - müəyyən etmək (désigner, nommer); commisives
(komisivlər), məsələn, vow - and içmək (prêter serment, jurer); oppose - qarşı çıxmaq (s'opposer à);
behabitives (behabitivlər), məsələn, apologize - üzr istəmək (s'excuser), curse - lənətləmək (maudire);
expositives (ekspozitivlər), məsələn, report - məruzə etmək (rapporter); argue - mübahisə etmək (se
disputer). C.Ostin perfotmativlərin hüdudlarının olmasını iddia edir. Məsələn, eyni nitq performativ,
yaxud konstativ ola bilər. Odur ki, faktiki olaraq istənilən danışıq aktı performativ kimi yaradıla bilər
və illokutiv güc performativlərinin ikskuluziv yükü deyildir. (Belə ki, “Sən etməlisən X” (Tu dois
faire) cümləsindəki sıralanmada “etmək” (faire) performativ deyil), səsin xüsusi tonu, yaxud çiyin
çəkmək illokutiv gücün çəkisisni daşıyabilər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1271
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MÜASIR İNGİLİS DİLİNDƏ GƏLƏCƏK ZAMANIN
LEKSİK-QRAMMATİK İFADƏ VASİTƏLƏRİ
Səadət NURİYEVA
Azərbaycan Dillər Universiteti
saadetnuriyeva@gmail.com
AZƏRBAYCAN
Məqalə feilin gələcək zamanından və onun leksik-qrammatik ifadə vasitələrindən bəhs edir.
İngilis dilində gələcək zaman dilçilər arasında ən çox mübahisə doğuran mövzulardan biridir. Əksər
dilçilər gələcək zamanın mövcudluğunu inkar edərək onun xüsusi forma ilə ifadəsini qəbul etmir, will
və shall feillərini modal feil adlandırırlar. Həmin dilçilərə O.Jespersen, N.M.Rayevska, B.Strang və
başqalarını nümunə gətirmək olar. (O.Jespersen "Modern English Structure"p. 147.) O.
Jespersenə görə ingilis dilində sırf, xalis gələcək zaman ifadə edən qrammatik kateqoriya
yoxdur. O.Yespersenın fikrini əsas tutan bir sıra dilçilər, o cümlədən N.M.Rayevska "shall"
and "will" feillərini gələcək zamanla eyniləşdirməyin əleyhinədirlər. ("Modern English
Grammar" p.154) B.S.Khaimovich, B.I.Rogovskayadan fərqli olaraq onlar belə hesab edirdilər
ki, gələcək zaman indiki və keçmiş zamanla opozim (bir-biri ilə əkslık təşkil edən təkliklərin
vəhdəti) əmələ gətirmir.Onlara görə ingilis dilində gələcək zaman yoxdur, ancaq bir sira vasitələr
vardır ki, onlarla haqqında danışılan gələcək situasiyaları əks etdirmək olar. Aleksandr Berqs
də həmin alimlərin fikirlərini əsas tutaraq qeyd edir ki, latın və türk dillərində olduğu kimi (O,
Azərbaycan dilinə məxsus -acaq, -əcək şəkiçisini misal gətirir.) ingilis dilində vahid gələcək
zaman əmələ gətirən morfem yoxdur. Onun fikrincə ingilis dilində gələcək müxtəlif ifadələrlə, o
cümlədən ekstralingivistik (praqmatik və kontekstual) factorlar əsasında formalaşır. O, qeyd
edir ki, yalnız pedaqoji və ənənvi qrammatka "shall" and "will" köməkçi feillərini gələcəyin
ifadə vasitəsi kimi qəbul edir və o özü isə bunu inkar edir. (HuddlestonPullum et al. 2002:195;
Bergs 2008) O, gələcəyi ifadə edən vasitələrə shall, will, (modal feil kimi) be going to, to be to, the
Simple Present və the Present Continuous zaman formalarını aid edir. (Wekker 1976; Comrie
1985; 24, 43-8; Huddleston @ Pullum et al. 2002; 208-12;) Ancaq biz onların fikri ilə razılaşmır və
belə hesab edirik ki, gələcək zaman ayrılıqda zaman kateqoriyasının bir hissəsidir, çünki kateqoriya
məna və formanın vəhdətindən ibarətdir. Əgər hər hansı mənanı ifadə edən forma varsa, deməli o
kateqoriya kimi mövcuddur, bu baxımdan gələcək zamanı inkar etmək olmaz, çünki "I shall do it
tomorrow." dedikdə gələcək zaman mənası tomorrow zaman zərfi ilə şərtlənir və bu məna feilin shall
do forması ilə ifadə olunur. Hər bir kateqoriya bir-biri ilə əkslık təşkil edən təkliklərin vəhdətindən
ibarətdir. B.S. Khaimovich, B. I. Rogovskayaya görə ingilis dilində bu əkslik vəhdəti do-did-will do
ilə ifadə olunur. Beləliklə, shall/will gələcək zamanın əsas qrammatik ifadə vasitəsidir. İngilis Ancaq
biz müxtəlif situasiyalarda rəngarəng modall çalarlıq ifadə edən shall/will feillərinin modal feil kimi
işlənməsini inkar etmirik və onları gələcək zaman əmələ gətirən köməkçi feillərlə qrammatik omonim
hesab edirik. shall və will modal feillərindən başqa digər modal feillər də məsdərlə birləşərək gələcək
zaman ifadə edir. Ancaq bu feillrin ifadə etdiyi modallıq öndə, yəni əsas məna kimi, gələcək zaman isə
arxa planda, yəni əlavə məna kimi çıxış edir. Bu baxımdan biz gələcək zaamanın ifadə vasitələrini iki
qrupda cəmləşdirə bilərik:
1. qrammatik
2. leksik-qrammati
Qrammatik ifadə vasitələrinin paradiqması:
1.
shall/will do
2.
should/would do
3.
shall/will be doing
4.
should/would be doing
5.
shall/will have done
6.
should/would have done
7.
shall/will have been doing
8.
should/would have been doing
Gələcək zaman daha üç zaman forması ilə ifadə olunur ki, onları da qrammatik ifadə vasitələrinə aid
edə bilərik. Onların paradiqması aşağıdakı kimidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1272
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1.
The Present Indefinite
2.
The Present Continuous
3.
The Present Perfect
Leksik-qrammatik ifadə vasitələrinə aşağıdakılar aid edilir:
1. Modal feillər və modal ifadələrin məsdərlə əmələ gətirdiyi birləşmələr (must, may, can, will, would,
may, might, to be going to, to have to, to be to və s. )
They can come tomorrow, I am not sure. ( mümkünlük)
The meeting is to begin at 6 tomorrow. (planlaşdırılmış hərəkət)
You should tell me before you leave. (məsləhət)
Məsdərin qeyri-müəyyən zaman forması ilə işlənən modal feillərin gələcək zaman ifadə etməsi həm onlarla
işlənən zaman zərflərindən, həm də kontekstdən məlum olur. Gələcək zamanın qrammatik ifadə vasitələri sırf
gələcək zaman ifadə edirsə, leksik-qrammatik ifadə vasitələri gələcək zamanla bərabər müxtəlif modal çalarlıq
(mümkünlük, qabiliyyət, məcburiyyət, əminlik, zəminlik və s. ifadə edir).
2. Məsdərlə işlənən təbiətən gələcək zaman ifadə edən bir sira to be tərkibli feillər (be about to, be able to,
be expected to, be due to, be likely to, be bound to, be sure to, be certain to, be meant to, be obliged to, be
supposed to) həm də modal çalarlıq ifadə edirlər. Məsələn, be likely to+məsdər qeyri-əminlik, be sure
to+məsdər əminlik, be supposed to+məsdər güman, be obliged to məcburiyyət ifadə edir.
She looks as if he is about to faint. (yaxın gələcəyə aid olan hərəkət)
He is expected to leave for London tomorrow. (gələcəkdə icrası gözlənilən hərəkət)
3. would sooner, would rather, had better, had rather+ to hissəciksiz məsdər
You had better read the article in the original.
I had rather not see him.
4.to hissəcikli məsdərlə işlənən, məzmun etibarilə gələcək zamana aid hərəkət ifadə edən feillər:
hope, expect, want, agree, ask, allow, aspire, attempt, cause, choose, consent, dare, encouage, instruct,
intent, offer, mean, need, permit, persuade, plan, prepare, promise, propose, remember, try, warn,
wish, swear, threaten etc.
When do you expect him to be back?
I want all the students enjoy the course.
Dark clouds promise to rain.
5. Bir neçə özündən sonra tamamliq tələb edən təsirli feillər have, let, cause, let, make+mədər
Have the children come in, please.
6. Ənənəvi qrammatikadan bizə məlumdur ki, feillərdən sonra cerund gələrkən adətən təsvir
edilən hərəkət ya icra edilmiş, ya da icra edilməkdə olur. Halbuki, bir sira feillər vardır ki, onlardan
sonra cerund işlənərkən hərəkətin icrası gələcəyə aid olur. "Cerund" adlı dərs vəsaitində (S. Nuriyeva,
səh.34-36)
həmin
feillərin
siyahısı
verilmiş
və
nümunələrlə
əsaslandırmışdır.
to anticipate, look forward to, to think of, to fancy, to mind, to imagine, to intend, to be intent on,
insist on, hope, need, to be on the verge of, to be on the point of, to be on the brink of, consider,
contemplate, put off, feel like, suggest, want.
My mother suggested going to France in January.
I look forward hearing from my parents.
Sözsüz ki, cerund ayrılıqda gələcək zamanı ifadə edə bilməz. Onun ifadə etdiyi hərəkətin zamanı
nisbidir. Yəni cerundun ifadə etdiyi hərəkətin zamanı ondan əvvəl gələn feilin zamanından və leksik
mənasından şox asılıdır. Ona görə də cerundun gələcək zaman ifadə etməsi onun birgə işləndiyi əsas
feilin mənasından çox asılıdır. Verilmiş siyahıdan göründüyü kimi həmin feillərin ifadə etdiyi
hərəkətin icrası gələcəyə doğru yönəlmişdir. Bu baxımdan leksik mənasına görə gələcəyə aid olub
özündən sonra cerund tələb edən feilləri gələcək zamanın leksik ifadə vasitələrinə aid etmək olar.
"Cerundun hərəkəti gələcək zamana aid etməsi halları" adlı məqalədə (Səadət Nuriyeva, səh. 216)
təklif ifadə edən cerund tərkibli ifadələrin ("How about", "How do you feel about", "What about", "Do
you fancy+gerund", "What do you fancy", "What do you think about", "What do you say to", "Will
you mind", "Would you mind") gələcək zaman ifadə etməsindən bəhs edilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1273
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MÜASİR İNGİLİSDİLLİ PAKİSTAN ƏDƏBİYYATININ
PALİMSEST MAHİYYƏTİ
Mahirə HACIYEVA
Azərbaycan Dillər Universiteti
m.hacieva@adu.edu.az
AZƏRBAYCAN
Müasir ingilisdilli Pakistan ədəbiyyatı mədəni ifadə vasitəsi kimi ilk növbədə keçmiş-indi və ya
ənənəvi-müasirlik kimi qütbləşmələrin, etnik, dini, ideoloji mənsubiyyətin doğurduğu qruplaşmaların
tətbiq oluna bilinmədiyi zaman, mədəni və etnik müxtəlifliyin yaratdığı sərhədlərin qovuşduğu
məkandır. Bu mövzunu Əhməd Əli “Dehlidə alatoran” (Twilight in Delhi )romanında, Bapsi Sidva
“Parçalanan Hindistan” (“Cracking İndia”) əsərində tarixi realist, Mohsin Həmid “Pərvanə tozu”
(“The Moth Smoke”) romanında isə alleqorik üslubda təqdim edir. Aləmgir Haşimi poeziyanın verdiyi
imkanlardan bəhrələnərək Mohsin Həmidin nəsrdə nail olduğu məqsədi yarımadanın ortaq tarixinə
edilən poetik səyahətdə təmin edir. Mohsin Həmidin individual qəhrəmanın şəxsində müzakirə etdiyi
cəmiyyətdəki sosial qeyri-bərabərsizlik, diskriminasiyaya səbəb olan təbəqələşmə diaspor
ədəbiyyatında Nədim Aslamın “Yağış fəsli” (“Season of Rainbirds”) əsərində qadınlar və təriqətçi
qrupların da əks olunduğu kollektiv cəmiyyətin timsalında müzakirə obyektinə çevrilir. Nədim
Aslamın “ İtgin sevgililər üçün xəritə” (“Map For the Lost Lovers”) romanında coğrafi yerdəyişmənin
nəticəsi olaraq nəsillər boyu yaşanan travmatik mənsubiyyət təcrübəsinə Mohsin Həmid “Könülsüz
fudamentalist ” (“The Reluctant Fundamentalist”) və Kamilə Şəmsi “Yandırılmış kölgələr” (“Burnt
Shadows”) romanında yeni yanaşma təqdim edir. Bapsi Sidvanın adı çəkilən romanı 1947-ci ildə
yarımadanın bölünməsi zamanı, mənsubiyyətdən qaynaqlanan ayrı-seçkilik nəticəsində baş verən
travmatik hadisələri müxtəlif perspektivlərdən şərh edirsə, eyni mövzu diaspor ədəbiyyatında Sürəyya
Xanın “Nur” (“Noor”) romanında Pakistan tarixində yaşanan ikinci böyük qarşıdurmanı – 1971-ci ildə
Banqladeşin yaranması ilə nəticələnən daha bir parçalanmanı oxşar şəkildə yenidən müzakirə edir. Bu
bədii əsərlər ingilisdilli Pakistan bədii ədəbiyyatında bir bütövlük yaradaraq ona uzun bir tarixi
təcrübəni əks etdirən palimsest mahiyyəti verir.
Tomas de Quinçeyin fikirlərindən bəhrələnən müasir ədəbi tənqiddə düşüncə davamlı hisslər,
xəyallar, ideyalardan ibarət qatlar kimi qəbul edilir və onun formalaşdırdığı bədii mətn hiss olunmaan
bir birinə nüfuz edən mətnlərin mürəkkəb qarışımı kimi nəzərdən keçirilir. Bu zaman mətnin hər
birinin orijinallığı danılmazdı, halbuki, digər mətnlərin təsiri də qaçılmazdır.
Lakin, mətnlər arası əlaqədə bəzən intertekstuallıq digər mətindən bəhrələnərək formalaşırsa,
bəzən də tarixin, mədəniyyətin və fərqli perespektivlərin qarışımından doğur. Buna görə də, biz
ingilisdilli Pakistan ədəbiyyatından danışarkən bu bədii mətnləri tarixin fərqli dövrlərinin izlərini
daşıyan mədəni qatlar və onların digər mədəniyyətlərə ötürülməsi rolunu təmin edən palimsest kimi
nəzərdən keçirə bilərik. Bu yanaşma bədii əsrləri bitkin, sabit ideya daçıyıcısı olmaqdan çıxararaq,
oxucu nöqteyi nəzərindən fərqli təhlilinə yol açaraq davamlı yaradıcılıq prosesi və əlaqə mənbəyinə
çevirir. Müasir ingilisdilli Pakistan ədəbiyyatında bütövlük yaradan bədii mətnlərdə tarixi mədəni
qatların bir birindən bəhrələnməsi və təkrarən yazılması sayəsində baş verir.
Bu amil mənsubiyyət məfhumuna da yeni baxış təqdim edərək mənsubiyyətin özünə də müxtəlif
laylardan və mürəkkəb elementlərdən ibarət palimsest kimi yanaşma imkanı yaradır ki, müasir
ingilisdilli Pakistan bədii təfəkkürü ikdişli kimliyin əks olunması ilə məhz bu ideyanı sərgiləyir. Bu
kimliyin sərgilənməsi həm də fərqli etnik köklərə dayanan linqvistik faktorlardan qidalanır və mətni
səthi və sətiraltı məna qatlarından ibarət bütövlüyə çevirir. Bununla da bədii əsərin yalnız feno mətn
səviyyəsində deyil, həm də geno mətn səviyyəsində təhlilinə zərurət yaranır. Bu zaman feno mətn
mətnin üst layını, seçilən dildə ifadə olunan fikri geno mətn isə mümkün məna çalarları və onların
yaranmasını təmin edən mühiti xarakterizə etmiş olur.
Mənsubiyyət günümüzdə ittiham daşıyan anlayışa çevrilməkdədir və Pakistan yaziçisi dedikdə
mənsubiyyətlə bağlı sualların müzakirəsi bitmir. Lakin, bu ölkədən danışarkən Pakistanlı kimliyinin
daha çox ideoloji xarakter daşıdığını dərk etmək lazımdır. Yəni, Müsəlmanlar üçün ayrıca bir dövlətin
yaradılması anlayışı bütöv Hindistan ərazisində müsəlmanların siyasi hüquq tələbələrinə cavab kimi
formalaşmış, trans-coğrafi məfhumdur.Yuxarıdakı müzakirəyə səbəb də mənsubiyyətə coğrafi
|