IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1254
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
5) başqa dillər (klassik və müasir): e.g. second to none-istənilən biriylə bərabər və hətta
çoxlarında üstün olan şəxs və ya tayı bərabəri olmayan (latınca: nulli secundus); for smb's fair eyes-
kiminsə parlaq gözləri üçün, (kursiv M.R. qara qaşına qara gözünə), sadəcə şəxsi rəğbətə görə
(Fransızca: pour les beaux yeux de qn.); the fair sex-zərif cins, qadınlar, (Fransızca: le beau sex);
let the cat out of the bag-pişiyi torbadan qaçırmaq, səhvən və ya ehtiyatsızlıq ucbatından sirri ələ
vermək, (Almanca: die Katze aus dem Sack lassen); tilt at windmills-yeldəyirmanına qarşı vuruşmaq,
(kursiv M.R. Don Kixotluq etmək)-mövcud olmayan düşmənlərə və ya problemlərə qarşı mübarizə
apararaq öz vaxtını boşuna israf etmək, (İspanca: acometer molinos de viento); every dog is a lion at
home-hər it/köpək öz evində/yuvasında aslandır, yaxın ətrafında özünü önəmli birisi hesab etmək,
lovğalanmaq, (İtalyanca: ogni саnе e leone a casa sua).
İNGİLİS DİLİNDƏ İMPLİSİT MÜBTƏDA
Günel NOVRUZOVA
Azərbaycan Dillər Universiteti
novruzovagunel90@gmail.com
AZƏRBAYCAN
İmplisit sintaktik vahidlər fonoloji cəhətdən ifadə edilməyən lakin semantik və qrammatik
xüsusiyyətləri olan cümlə üzvləridir. Bu növ cümlə üzvlərini təsvir etmək üçün müxtəlif alimlər fərqli
terminlərdən istifadə etmişlər. Məsələn, Y.Q.Testelets bu cür üzvləri ''sintaktik görünməzlər''
(синтактические невидимки) adlandırır. Digər rus dilçisi İ.A. Melçuk isə onlara ''sintaktik sıfır''
(синтактический нуль)adı vermişdir. E.Redford isə bu növ cümlə üzvlərini ''sıfır vahidlər'' (null
constituents) adlandırır. Azərbaycan dilində isə biz ''implisit sintaktik üzvlər'' terminini daha
məqsədəuyğun hesab edirik.
İmplisit cümlə üzvləri haqqında irəli sürülmüş fikirləri nəzərdən keçirək. Y.Q.Testelets sıfır
sintaktik vahidlərdən bəhs edərkən qeyd edir ki, morfologiya ilə yanaşı sintaksisdə də sıfır vahidlərə
rast gəlinir. Bu növ cümlə üzvləri istənilən halda selektiv xüsusiyyətlərə və əksər hallarda mənaya
malik olsa da cümlədə formal əlamətləri olmur.''Formal əlamətlər''dedikdə, burada işarənin səs
göstəricisi nəzərdə tutulur. Belə sintaktik vahidi öz əhatəsinə görə müəyyənləşdirmək olur. Bu fikirlə
bağlı Testelets məşhur ''Короля играет свита'' atalar sözünü də misal çəkir və izah edir ki, sintaktik
sıfır ətrafında onun mənası ilə müəyyənləşdirilən bütün söz fomalarının mövqelərini saxlayır.
Daha sonra Y.Q. Testelets qeyd edir ki, daha dəqiq desək, bunlar sintaksisin deyil, lüğət
tərkibinin vahidləridir, yəni leksemlərdir. Lakin cümlədə aşkar edilmədiklərinə və yalnız dolayı
əlamətlərə əsasən müəyyənləşdirildiklərinə görə, bu tip konstruksiyaların araşdırılması ilə
leksikoloqlardan daha çox qrammatiklər məşğul olur. Sıfır leksemlərin əksəriyyətini əvəzliklər təşkil
edir - onlar sintaktik strukturda terminal deyil, fraza kateqoriyasını təşkil edir. Əvəzlik olmayan
leksemlər isə terminal kateqoriyalara uyğun gəlir.
İmplisit cümlə üzvləri dedikdə cümlədə hər hansı bir üzvün implisitləşməsi nəzərdə tutulur.
İmplisit cümlə üzvlərinin ən çox rast gəlindiyi cümlə elliptik cümlələrdir. Lakin buna baxmayaraq,
''sintaktik sıfır'' anlayışını yalnız elliptik cümlələrlə məhdudlaşdırmaq olmaz. Sintaktik sıfır daha geniş
və çoxşaxəli anlayışdır ki, cümlənin alt (dərin) struktur səviyyəsində özünə özünə yer tapır.
İzahlı dilçilik terminləri lüğətində mübtədanın bir neçə növü ayırd edilir: 1. Qrammatik mübtəda.
2. Daxili mübtəda 3.İmplisit mübtəda 4. Məntiqi mübtəda 5. Psixoloji mübtəda
Müəlliflər implisit mübtədanı belə izah edir: Elliptik cümlələrdə ''təsəvvür edilən'' mübtəda.
Məsələn, Nə tökərsən aşına, o da çıxar qaşığına. Göründüyü kimi, implisit mübtədanı izah edərkən
müəlliflər onun yalnız elliptik cümlələrdə işləndiyini qeyd etmişlər. Halbuki, yuxarıda qeyd etdiyimiz
kimi, implisit cümlə üzvlərinin, o cümlədən mübtədanın işlənməsini elliptik cümlələrlə məhdudlaşdıra
bilmərik.
Linqvistik tipologiyaya əsasən cümlələrdə eksplisit mübtədanın olmamasına imkan verən dil
implisit mübtədalı dil (null subject language)adlanır. Dünya dillərinin əksəriyyəti implisit mübtədalı
dillərdir. Bu dillərə italyan, ərəb, macar, Çin, yapon, fars, portuqal, türk, ispan, yunan, rus və digər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1255
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
slavyan dilləri daxildir. İngilis dili isə implisit mübtədalı dillərə aid edilmir. Məsələn, Latın dilində
olan məşhur tarixi deyim Veni, Vidi, Vici (Gəldim, gördüm, işğal edim) cümlədə işlənən implisit
mübtədanın bariz nümunəsidir. İngilis dilinə tərcümədə isə bu cümlədə mübtəda mütləq iştirak
etməlidir: I came, I saw, I conquered.
İngilis və italyan dillərində verilmiş iki cümləni müqayisə edək:
a)
Maria speaks French. (ingilis)
b)
Maria parla francese. (italyan)
Eyni cümləni İtalyan dilində mübtədanı istifadə etmədən də demək olar:
a)
Parla francese.
İngilis dilində isə bu cümləni Speaks French şəklində işlətmək qeyri-mümkündür.
İngilis dilində ən çox rast gəlinən implisit mübtəda (null subject) növü implisit qısaldılmış
(kəsilmiş) mübtədadır (truncated null subject). Bu növ mübtəda daha çox danışıq dilinin məişət
üslubunda cümlənin əvvvəlində mübtəda kimi çıxış edən I, you, he, we they şəxs əvəzliklərinin
cümlədə ixtisara salınması ilə yaranır. Bu nümunələrə baxaq:
a)
I can’t find my glasses.
b)
I think I left it at home.
c)
I wish you a happy New Year.
d)
I must go to the west of England to help with the Boscombe Pool murder.
e)
I shall be glad if you can come with me
Bu nümunələrdə mübtəda kimi çıxış edən I əvəzliyi implisitləşəbilər. Yəni cümlələr bu şəkildə
veriləbilər:
a)
Can’t find my glasses.
b)
Think I left it at home.
c)
Wish you a happy New Year.
d)
Must go to the west of England to help with the Boscombe Pool murder.
e)
Shall be glad if you can come with me.
İngilis dilində çox işlənən Thank you ifadəsində də implisit qısaldılmış mübtədaişlənmişdir. Belə
ki, to thank feli dilimizə tərcümədə təşəkkür etmək mənasını verir və əslində həmin ifadənin tam
forması belədir: I thank you. Göründüyü kimi, burada da mübtəda rolunda çıxış edən I əvəzliyi
implisitləşmişdir.
İngilis dilində implisit mübtədanın ikinci növü implisit imperativ mübtədadır (imperative null
subject). Əmr şəklində eksplisit mübtədanın iştirak etməməsi bir normadır və həm də əksər hallarda
əmr şəklinin göstəricisidir. Bu nümunələrdən göründüyü kimi ingilis dilində əmr cümlələri ifadə
vasitəsi şəxs əvəzliyi you və anyone qeyri-müəyyən əvəzliyi olan eksplisit mübtədaya malik ola bilər:
a)
Don’t you let him run away!
b)
Don’t anyone let him run away!
İmplisit imperativ mübtədalar mahiyyət etibarilə ikinci şəxsə aiddir:Don’t lose your confidence!
Bu cümləni Don’t lose their confidence! şəklində ifadə etmək mümkün deyil.
Beləliklə, implisit imperativ mübtədalar “you” şəxs əvəzliyinin gizli qarşılığıdır. Başqa sözlə
desək əmr cümlələrində “you” şəxs əvəzliyi implisit olaraq iştirak edir.
Bundan başqa, implisit imperativ mübtədaların mövcudluğunu sübut etmək üçün onu deyə bilərik
ki, bu növ cümlələr ''Why don't you...'' ilə başlayan cümlələrlə interpretasiya oluna bilər. Məsələn:
Send it yourself. = Why don't you send it yourself.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1256
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İNGİLİS DİLİNDƏ İMPLİSİTLİYİN LİNQVOPRAQMATİK TƏHLİLİ
Günel NOVRUZOVA
Azərbaycan Dillər Universiteti
novruzovagunel90@gmail.com
AZƏRBAYCAN
''İmplisit'' sözü latın mənşəli ''plicario'' felindən əmələ gəlmişdir və ''bağlamaq, qatlamaq'' mənası
verir. ''İmplisit'' sözü lüğəvi baxımdan ''ifadə edilməyən, gizli, nəzərdə tutulan'' mənasını ifadə edir.
Linqvistik ədəbiyyatda bu terminə əsasən praqmatika və diskurs haqqında əsərlərdə rast gəlinir.
Semantik, praqmatik və sintaktik interpretasiya aparmaq üçün inferensiya, implikasiya, presuppozisiya
və s. kimi məntiq əməliyyatları linqvistikada mühüm rola malikdir. Məlumdur ki, hər hansı söyləm
vasitəsilə ifadə olunan məna heç də həmişə komponentlərin cəminin ümumi mənası ilə eyniyyət təşkil
etmir. Belə ki, söyləmdə informasiyanın müəyyən bir hissəsi gizli yaxud implisit şəkildə ifadə oluna
bilər. Son illərdə dilçilik elmində, dildə gizli və ya implisit məna və formaların araşdırılmasına maraq
xüsusilə artmışdır və hal-hazırda implisitliyin öyrənilməsi müasir linqvistika elminin mühüm
istiqamətlərindən birinə çevrilmişdir. Maraqlısı isə budur ki, bu təkcə dilçilərin maraq dairəsinə daxil
olmamışdır. Belə ki, bu mövzu dil manipulyasiyasının bir vasitəsi olaraq, məntiq, filologiya,
sosiologiya, psixologiya, məhkəmə linqvistik ekspertizası, marketinq və diplomatiya sahələrində də
mühüm araşdırma obyektinə çevrilərək əhatə dairəsini genişləndirmişdir. Gizli şəkildə verilən
informasiya və formalar güclü təsir qüvvəsinə, böyük manipulyativ imkanlara malikdir. Bəzən isə bu
şəkildə verilən informasiya məişət dialoqlarında sanki ''heç nə'' - dən yaranmış münaqişələrin
mənbəyinə çevrilir. Tədqiqatda implisitlik müxtəlif linqvistik aspektlərdən - praqmatik, sintaktik
baxımından və tərcümə prosesində rolu təhlil olunacaqdır.
Praqmatik implikaturalar haqqında nəzəriyyə P.Qraysın adı ilə bağlıdır və ''implikatura'' terminini
də linqvistikaya məhz o gətirmişdir. Belə ki, o danışanın ''söylədiyi'' və ''nəzərdə tutduğu'' nu
fərqləndirərək implikaturaları təsnif etmişdir. Doğrudur, bir qrup linqvistlər, bu təsnifatla razılaşmır və
xüsusilə də, konvensional implikaturaları qəbul etmir.
V.A.Davis praqmatik implikaturaları izah etmək üçün bu dialoq nümunəsindən istifadə edir:
Ann: Where can I get gasoline?
Bob:There's a station around the corner.
Bob bu dialoqda nəzərdə tutur ki, Anna benzini həmin stansiyadan ala bilər, lakin bunu birbaşa
demir. Beləliklə, P.Qrays qeyd etdiyi kimi, bu halda danışanın dediyi və nəzərdə tutduğu fəqlənir və
ünsiyyət zamanı implikatura ortaya çıxır.
Zənnimizcə, dildə implisitlik, həm praqmatik (implikaturalar), həm də sintaktik vahidlər
baxımdan da araşdırılmalıdır. Belə ki, ''implisit'' sözünün leksik mənası bizə bunu deməyə imkan verir.
Məhz bunu da tədqiqatın gətirdiyi elmi yenilik hesab etmək olar. Doğrudur, bir sıra elmi əsərlərdə
sintaktik implisitlik ''ellipsis'' termini ilə məhdudlaşdırılır. Halbuki, zənnimizcə, sintaktik implisitliyi
daha geniş mənada araşdırmaq lazımdır. Məsələn, ingilis dilində mövcud olan ''implisit imperativ
mübtədalar'' buna nümunədir. Əmr şəklində eksplisit mübtədanın iştirak etməməsi bir normadır və
həm də əksər hallarda əmr şəklinin göstəricisidir. Bu nümunələrdən göründüyü kimi ingilis dilində
əmr cümlələri ifadə vasitəsi şəxs əvəzliyi you və anyone qeyri-müəyyən əvəzliyi olan eksplisit
mübtədaya malik ola bilər:
a)
Don’t you let him run away!
b)
Don’t anyone let him run away!
İmplisit imperativ mübtədalar mahiyyət etibarilə ikinci şəxsə aiddir:Don’t lose your confidence!
Bu cümləni Don’t lose their confidence! şəklində ifadə etmək mümkün deyil.
Beləliklə, implisit imperativ mübtədalar “you” şəxs əvəzliyinin gizli qarşılığıdır. Başqa sözlə
desək əmr cümlələrində “you” şəxs əvəzliyi implisit olaraq iştirak edir.İmplisit sintaktik vahidlər
fonoloji cəhətdən ifadə edilməyən lakin semantik və qrammatik xüsusiyyətləri olan cümlə üzvləridir.
İmplisit sintaktik vahidlər "boş kateqoriyalar", ''tələffüz edilməyən'', ''eşidilməyən'' üzvlər kimi təsvir
edilir. Bu növ cümlə üzvlərini təsvir etmək üçün müxtəlif alimlər fərqli terminlərdən istifadə etmişlər.
Məsələn, Y.Q.Testelets bu cür üzvləri ''sintaktik görünməzlər'' (синтактические невидимки)
adlandırır. Digər rus dilçisi İ.A. Melçuk isə onlara ''sintaktik sıfır'' (синтактический нуль) adı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1257
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
vermişdir. E.Redford isə bu növ cümlə üzvlərini ''sıfır vahidlər'' (null constituents) adlandırır.
Azərbaycan dilində isə biz ''implisit sintaktik üzvlər'' terminini daha məqsədəuyğun hesab
edirik.Sintaktik implisitliyə digər bir nümunə isə ''implisit mübtədalı dillərin'' (null-subject language)
mövcudluğunu da göstərmək olar.
Məlumdur ki, həm praqmatik, həm də sintaktik implisitlik tərcümə prosesinin ayrılmaz tərkib
hissəsini təşkil edir. Belə ki, tərcümə zamanı rast gəlinən implisitliyin təhlilində müəyyən nitq
situasiyasında yaranmış gizli mənaların və vahidlərin iştirakı, onların aşkar edilməsində şərtilik və
tərcümə üsulları, o cümlədən tərcüməçinin dil və koqnitiv implisitliyə münasibətdə istifadə etdiyi
strategiyalar, mənbə və hədəf dillərin özünəməxsus xüsusiyyətləri (qrammatika, frazeologiya və s.)
haqqında biliyi aparıcı rola malikdir. Orijinalda gizli mənaların və vahidlərin aşkar edilməsi, dərki və
oxucuya ötürülməsi tərcüməçidən asılıdır. Unutmaq lazım deyil ki, implisitlik müəyyən nitq
situasiyasında formalaşır və onların eksplikasiyası zamanı nitq aktının bütün tərkib hissələrini -
linqvistik və qeyri-linqvistik amillərin iştirakını nəzərə almaq lazımdır. Bu baxımdan, tərcümə zamanı
tərcüməçi implikaturaların və implisit sintaktik vahidlərin işlənməsinə müstəsna diqqət ayırmalı və
eksplikasiya prosesində xüsusilə həssas olmalıdır. Çünki mətnin eksplikasiyasının keyfiyyəti
tərcüməçinin səriştəsinin birbaşa göstəricilərindən biridir. . U.Dombska-Prokob yazır: Tərcüməçi
mətnin istənilən qəbuledicisi kimi, deşifrə prosesində söylənməmiş fikirləri tamamlayır. Belə ki,
buraya yalnız mətndə eksplisit şəkildə verilmişlərin interpretasiyası deyil, mətndə olan mənaların gizli
qatlarının aşkar edilməsi də aiddir.
Beləliklə, zənnimizcə, implisitlik problemi linqvistikada praqmatik aspektdən əlavə, sintaktik
səviyyədə də araşdırılmalıdır. Eləcə də, tərcümə prosesində də həm praqmatik həm də sintaktik
implisitliyin işlənməsinə xüsusi diqqət və həssalıqla yanaşmaq tələb olunur.
İNGİLİS DİLİNDƏ TƏYİN BUDAQ CÜMLƏLİ TABELİ
MÜRƏKKƏB CÜMLƏLƏRİN SEMANTİK – SİNTAKTİK
XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ TƏSNİFATI
Rəna FƏRƏCOVA
Azərbaycan Dillər Universiteti
rena.farajova@rambler.ru
AZƏRBAYCAN
Tabeli mürəkkəb cümlə tərkibində təyin funksiyası daşıyan budaq cümləyə təyin
budaq cümləsi deyilir. Təyin budaq cümləsi baş cümlədə isimlə yaxud əvəzliklə ifadə edilmiş
hər hansı üzvə aid olur, onu təyin edir. O, which?, what? (hansı) sualına cavab verir və təyin
etdiyi sözdən sonra gəlir.
Öz semantik – sintaktik xüsusiyyətlərinə görə, bu tipdən olan tabeli mürəkkəb cümlə
dilçilərin diqqətini daha çox cəlb etmişdir və nəticədə müxtəlif təsnifatlar irəli sürülmüşdür.
Qanşina M.A., Vasilyevskaya N.M., Kauşanskaya V.L., azərbaycanlı dilçilərdən isə
İ.Rəhimov və T.Hidayətzadə semantik – sintaktik xüsusiyyətlərinə görə təyin budaq cümləli
tabeli mürəkkəb cümlələri iki qrupa bölürlər:
1.
Keyfiyyət bildirən təyin budaq cümlələri
2.
Fərqləndirici təyin budaq cümlələri
3.
Keyfiyyət bildirən təyin budaq cümlələri öz növbəsində iki növə bölünür:
4.
Məhdudlaşdırıcı təyin budaq cümlələri (limiting/restrictive/essential)
5.
Təsviredici təyin budaq cümlələri (descriptive/nonrestrictive/nonessential)
Məhdudlaşdırıcı təyin budaq cümlələri təyin olunan sözü mənaca məhdudlaşdırır,
dəqiqləşdirir və müəyyənləşdirir. Bu qəbildən olan təyin budaq cümlələri baş cümləyə üç
üsulla bağlanır:
1) nisbi əvəzliklər (who, which, that)
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1258
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2) nisbi zərflər (when, where, how, why)
3) heç bir bağlayıcı vasitə olmadan, yanaşma üsulu (asindetik)
Məhdudlaşdırıcı təyin budaq cümləsi ilə baş cümlə arasında əlaqə çox sıx olduğundan
onların arasında durğu işarələrindən istifadə edilmir və şifahi danışıqda məhdudlaşdırıcı
budaq cümlədən əvvəl fasilə edilmir. Məhdudlaşdırıcı təyin budaq cümlələrini cümlə
tərkibindən çıxarsaq, cümlə öz mənasını itirər.
Məhdudlaşdırıcı təyin budaq cümlələrin baş cümləyə ancaq yanaşma üsulu ilə birləşən
növünə kontakt budaq cümlələr (Contact – Clauses) deyilir. Təyin budaq cümləsinin bu növü
baş cümlə ilə daha sıx əlaqədə olur. Buna görə də baş cümlə ilə budaq cümlə arasında nə
fasilə edilir, nə də vergül qoyulur.
Keyfiyyət bildirən təyin budaq cümlələri qrupuna daxil olan ikinci növ, yəni təsviredici
təyin budaq cümlələri təyin olunan söz haqqında əlavə məlumat verir. Təsviredici təyin budaq
cümləsi baş cümlənin bir üzvü ilə əlaqədə olur, lakin mahiyyətcə həmin sözün təyini
funksiyasında çıxış etmir, onunla əlaqəsi zəif olduğundan baş cümlədən vergüllə ayrılır,
həmçinin, asanlıqla ixtisar edilə bilir və bu zaman cümlənin ümumi mənasında xəlil gətirmir.
Bu qəbildən olan təyin budaq cümlələri baş cümləyə iki üsulla bağlanır:
1.
Nisbi əvəzliklər ( who, which)
2.
Nisbi zərflər ( where, when)
3.
Təsviredici təyin budaq cümləsinin baş cümləyə bağlayıcısız birləşməsi halı
müşahidəedilmir.
Fərqləndirici təyin budaq cümlələri isə mücərrəd ismin mənasını izah edir. Baş cümlə
ilə fərqləndirici təyin budaq cümləsi arasında vergül qoyulmur. Lakin qeyd etmək lazımdır ki,
fərqləndirici təyin buda cümləsi semantik – sintaktik cəhətdən o biri növlərdən heç də
fərqlənmir.
Fərqləndirici təyin budaq cümləsi baş cümləyə that, nadir hallarda isə whether
bağlayıcıları, how və why zərfləri vasitəsilə bağlanır.
Fərqləndirici təyin budaq cümləsinin baş cümləyə bağlayıcısız birləşməsi halı müşahidə
edilmir.
Təyin budaq cümləli tabeli mürəkkəb cümlə haqqında fikirlərində M.Y.Blox,
M.A.Belyayeva, O.Musayev və digərləri dilçilikdə qəbul edilmiş konsepsiyadan çıxış edərək
təyin budaq cümlələrinin iki növünü ayırd edirlər:
1.
Məhdudlaşdırıcı təyin budaq cümlələri (Limiting)
2.
Təsviredici təyin budaq cümlələri (Descriptive)
M.Y.Blox qeyd edir ki, təyin etdikləri isimlə sıx əlaqədə olan məhdudlaşdırıcı təyin
budaq cümlələri onun mənasını məhdudlaşdırır, dəqiqləşdirir. Məhdudlaşdırıcı budaq
cümləsiz baş cümlə öz məzmununu itirə bilər, natamam olardı.
Təyin budaq cümlələrinin semantik – sintaktik xüsusiyyətlərini ənənəvi şəkildə qeyd
edən O.Musayev məhdudlaşdırıcı təyin budaq cümlələrin baş cümləyə ancaq yanaşma üsulu
ilə birləşən növünü kontakt budaq cümlələr (Contact Clauses) adlandırır.
M.A.Belyayeva təyin budaq cümləsinin semantik – sintaktik xüsusiyyətləri haqqında
fikirlərində başqalarından heç də fərqlənmir. Lakin o, göstərir ki, baş cümlənin ümumi
məzmununu pozmadan təsviredici təyin budaq cümləsi ayrı cümlə kimi götürülə bilər və ya
ixtisar edilə bilər.
İngilis dilinin qrammatikası ilə məşğul olan bir çox alimlər Barxudarov A.S., Ştellinq
P.A., Boqdanova O.V.,İvanova İ.P., Qanşina M.A., Vasilyevskaya N.M., Xaymoviç A.S.,
Roqovskaya B.İ., Burlakova V.V. və s. qeyd edirlər ki, məhdudlaşdırıcı təyin budaq cümləsi
baş cümlə ilə birlikdə təktərkibli tabeli mürəkkəb cümlə əmələ gətirdiyi halda, təsviri təyin
budaq cümləsi cüttərkibli mürəkkəb sintaktik konstruksiya yaradır və bu zaman baş cümlə
bitmiş bir fikri ifadə edir.
|