IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1304
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sosial quruluşun dilin quruluşundakı dəyişkənliklə əlaqəsi sosial təbəqələr və onları birləşdirən
bütün elementlərlə vəhdətdə aydınlaşdırıla biləndir.Peşə,mədəniyyət,adət-ənənə,yaşayış məskənin
eyniliyi şərtlərinin hər biri dildə izini buraxır.Lakin bu amillər eyni dilin daşıyıcıları arasındakı
ünsiyyət imkanlarını pozmur,onların bir-birini anlamasına əsaslı şəkildə mane olmur.Dilin sosial
diferensiasiyası da tarixən qədim dövrlərə gedib çıxsa da,danışıq dili və onun strukturunda sosial
təbəqələşmə ilə bağlı əsaslı fərqlər tarixən sonralar meydana gəlmişdir.
Cəmiyyətdə hökm sürən,fəaliyyətdə olan qayda-qanun,nizam öz-özlüyündə dilin sosial diferensi-
asiyası üçün zəmin yaratsa da,onun reallaşmasının başqa tələb və şərtləri də vardır. Ümumiyyətlə, dilin
tarixi inkişafı sosiumun inkişafı ilə paralel getmişdir.Buna görə də tədqiqatçılar "tarixi dil" anlayışın-
dan istifadə edərkən yanılmırlar."Tarixi dil həmişə daxili dəyişikliklərə məruz qalır.Belə dildə ümu-
milikdə çox az dərəcədə dərinə getmiş daxili fərqlərin 3 əsas tipi özünü göstərir : a) diatopik,yəni
məkanda olan fərqlər ; b) distraktik, yəni dil cəmiyyətinin sosial-mədəni layları arasındakı fərqlər ; c)
diafatik, yəni müxtəlif ifadə vasitələri arasındakı fərqlər.Eyni bir sosial-mədəni lay içərisində müəyyən
bioloji qruplar (kişilər,qadınlar və gənclər) və "peşə" sahələri üçün xarakterik olan eyni dil ifadələri də
diafatik kimi nəzərdən keçirilə bilərlər".
Yazılanlardan da göründüyü kimi nəzakət anlayışı kifayət qədər geniş və hər dövrün tələbinə
cavab verən bir nəzəriyyədir. Nəzakət formalarından istifadə edilməklə hörmət və daha sıx münasibət
formalaşdırmaq, ünsiyyət bacarıqlarını inkişaf etdirmək olar.
UILYAM QOLDINQ TƏDQİQATLARDA
Ülkər ƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
ulkeraskerovaa@gmail.com
AZƏRBAYCAN
İngilis yazıçısı Uilyam Qoldinq romanlarında bütöv bir əsrin incəsənət və fəlsəfəsinin cizgiləri,
xüsusiyyətləri müşahidə olunan, əsərləri təkcə ingilisdilli ölkələrdə deyil, digər ölkələrdə də məktəb
proqramına salınan,XX əsr ingilis ədəbiyyatının klassikasına çevrilmiş və yaradıcılığına olan maraq
XXI əsrdə də azalmayan bir sənətkardır. Yazıçı “Üzmənin ritualları” (1980) romanına görə Buker
mükafatı ilə təltif olunmuş, 1983- cü ildə isə söz sənətinə verdiyi əvəzsiz töhfələrinə görə Nobel
mükafatına layiq görülmüşdür.
Yazıçının ilk romanının işıq üzü gördüyü gündən etibarən onun yaradıcılığı alim və tənqidçilərin
diqqət mərkəzinə çevrildi. Nəticədə qoldinqşünaslıq az qala yarıməsrlik bir tarixi əhatə edərək, yazıçı-
nın əsərlərinin tədqiq edilməsini bir neçə dövrə ayırmağa imkan verdi. İlk dəfə olaraq belə bir bölgü
Qoldinqin ilk biblioqrafı olan C. Beyker tərəfindən edilmişdi. O, dəfələrlə Qoldinqin əsərlərinə yazıl-
mış elmi əsərlər külliyatı, məqalə, resenziyalara redaktorluq etmişdi. 80- ci illərin sonunda Beyker təd-
qiqinin nəticəsi olaraq yazıçının yaradıcılığını 3 mərhələyə ayırdı.
Birinci mərhələ 50- ci illərin II yarısı 60- illəri əhatə edirdi. Bu illərdə Qoldinqin yaradıcılığına
əsasən çıxışlar, məqalələr, məruzələr, müsahibələr aiddir.30- illərin məqalələrinin əksəriyyəti resenzi-
ya xarakteri daşıyırdı, onlarla alim yazıçının ilk əsərlərinə qiymət vermək, üstünlüklər və çatışmazlıq-
ları göstərmək və onun ədədbiyyatdakı yerinin müəyyənləşdirmək istəyirdi.
Məqalələlərin əksəriyyətinin tematikası əsərlərin problematikası ilə bağlı idi və müəlliflər yazıçının
toxunduğu məsələlər, qaldırdığı preblemlərlə bağlı eyni fikrə gəlirdilər ki, Qoldinqin qaldırdığı əsas
məsələlər insan, onun təbiəti, şəxsiyyətin ətraf mühitdə özünü tapması kimi məsələləri əhatə edirdi.
Bu mövzuların açılmasında, müəlliflər müəyyən bir fəlsəfi cərəyanın izlərinin tapmağa
çalışırdılar. Məhz bu səbəbdən də müəllif mövqeyi müxtəlif prizmalardan izah edilirdi. Məsələn, R.
FridmanQoldinqin romanlarında “ XVIII əsrin ideyalarının bərpasını “ ortaya çıxarmışdı, T. Koskren
isə əksinə olaraq onun əsərlərində russoizmin ideyalarının yenidən açılmasını görürdü, U. Alen, P.Qrin
və F.KermodQoldinqi “dindar romançı” adlandırırdılar, çünki o, ilkin günah ideyasından çıxış edirdi.
Nəticədə, 70 – illərin əvvəllərində artıq belə bir nəticəyə gəlindi ki, Qoldinqin əsərlərinin mövzusunu
istənilən fəlsəfi cərəyana, sistemə aid etmək olar.
Amma artıq 60 – illərin II yarısında əsərlərin xarakteri bilinər dərəcədə dəyişdi. İlk monoqrafiya
xarakterli tədqiqatlar yaranmağa başladı və bu tədqiqatların müəllifləri Qoldinqin bir sıra əsərlərinin
analizi əsasında onlarda müşahidə olunan ümumi tendensiyaları müəyyənləşdirir və yazıçının yaradıcı-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1305
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
lığının bütöv bir konsepsiyasını yaratmağa, təsvir etməyə çalışırdılar. Onlar ingilis tədqiqatçıları K.Pum-
beton, J.İ.Xodson, amerika tədqiqatçıları - B.Dik, B.Oldsi, C. Ueintrayb və S. Xaynz idi. Onların təd-
qiqatlarında yazıçının romanlarının poetikasının müxtəlif sualları nəzərdən keçirilirdi. Bu yolla müəl-
liflər obrazlılığın ümumi xarakterini müəyyən etməyə çalışırdılar. Məsələn, B.Dik, C. Uitli və S.Haynz
əsərlərin simvolik təbiəti haqqında bəhs edir, bəzən hətta buna təkid edirdilər, Oldsi və Ueintrayb “al-
leqoriya” terminindən istifadə edirdilər. Bəziləri (P.Qrin, F.Kermod) simvollarda xristian ünsürlər, əsas-
lar axtarırdılar, digərləri isə - mifoloji (C.Beyker), üçüncülər, obrazlar sisteminin analizinə müraciət
edirdilər (A.Broys, İ.Meylin, S.Haynz ). Eyni zamanda, əsas, mərkəzi problemlərdən biri də Qoldinqin
romanlarının janr mənsubiyyəti olaraq qalırdı. (C.Piter,V.S.Pritçel,M.Uolterin məqalələri) O dövrün
tədqiqatçılarının xüsusi marağını Qoldinqin əsərlərinin mənbələri, digər ədəbi əsərlərlə aparılan
paralellər maraqlandırırdı. (B.Oldsi,S.Uentrayb, J.İ Xodson). Ən çox hallarda “Milçəklərin hökmdarı”
romanı R.M.Balantaynın, D.Defonun, C.Sviftin və digərlərinin belə demək olarsa ada romanları ilə
müqayisə olunurdu.
Elə bu vaxtlarda antik ədəbiyyat və mifologizmin yazıçının yaradıcılığına təsiri haqqında tədqi-
qatlar meydana gəlməyə başlayır. Bu illərin tədqiqatlarının nəticəsi olaraq tədqiqatçılar o fikrə gəlirdi
ki, məqsəd ,üslub və priyomların özünəməxsusluğu ingilis ədəbiyyatında unikal bir hadisədir.
B.Oldsi və S.UeintraybQoldinq sənətinin özəllikləri olaraq öncəki illərin ədəbi materiallarından
istifadəsi, keçmişə olan alleqoriya ilə indinin realistik nəqli arasındakı kəsiyin, sərhəddin aradan qaldı-
rılması, sözdə emosiya və situasiyanı birləşdirmək cəhdi nəticəsində metadilin yaranmasını qeyd edir-
dilər. Nəticədə, Qərb alimləri Qoldinqin yaradıcılığını hər hansı bir bədii istiqamətə aid etməkdən im-
tina edir, onun metod və dünyaduyum tərzinin orijinallığını vurğulayırdılar: “Qoldinq bizim müasirlə-
rimiz arasında ən orijinalıdır. Qoldinq bizi dövrümüzün insanının bitməyən aqoniyası ilə təsirləndirir.
R.Robinoviç 1950-60 - cı illər ingilis ədəbiyyatı haqqında olan icmalında belə bir fikir səsləndirir,
əsrin ortalarında ingilis ədəbiyyatında inkişaf edən və ənənəvi təhkiyəyə qayıtmaqdan ibarət olan
ümumi tendensiyaya əks olaraq onu təlqin edirdi ki, Qoldinq ingilis yazıçılarının müharibədən əvvəlki
dövrdə artıq başlatdıqları eksperimenti davam etdirir: “U.Qoldinq, N.Dennis, J.İ.Darrel kimi yazıçılar
ənənəvi bədii sistemləri qoruyub saxlamağa olan hazırlıqlarını göstərirlər.”
Ümumiyyətlə demək olar ki, 70-ci illər Qoldinq nəsri haqqında olan araşdırmalar və müxtəlifyönlü
materialların toplanma dövrü oldu. Bu ümumi fonda istisna olaraq fərqli bir yanaşma kimiTaygerin
monoqrafiyası görünür ki, bu tədqiqatın əsasında Qoldinqəsərlərinin analizinin təməli kimi ideoqrafik
roman nəzəriyyəsi təqdim olunur. Romanların strukturuna kompleks şəkildə nəzər salmaq onların prob-
lematikasına yeni baxış bucağı altında baxmağa da imkan verdi. Taygerin düşüncəsinə görə, Qoldinqin
bütün romanları yazıçının müasir dünyada insanın tragizmini aradan qaldırmağına yönələn addımdır:
“Hər bir romanda müasir insanın qəbul etdiyi fiziki dünya və qəbul etmədiyi, ancaq yazıçının fikrincə
tamamilə silə bilmədiyi mənəvi, ruhsal dünya arasında bağ, əlaqə yaratmaq cəhdi var.”
XX əsrin son iki onilliyində Qoldinqin yaradıcılığı yenə də alimlərin diqqət mərkəzində idi və bu
yeni romanların meydana gəlməsi ilə bağlı idi: “ Görünən zülmət”( 1976) “ Üzmənin ritualları”
(1980), “Kağız adam” (1984), “Rumbun dörddə ikisi” (1987), “Aşağıda alov”(1989).
Artıq sağlığında Qoldinq dünya ədəbiyyatının klassiklərindən birinə çevrilir və onun əsərləri artıq
heç bir şübhə doğurmur, artıq yazıçının bütün yaradıcılıq yolunu əhatə edən elmi araşdırmalar meydana
gəlir. Bəzi tədqiqatçılar artıq ənənəvi olan mövcud istiqamətləri inkişaf etdirir. Məsələn, S.Boyd Qoldinq
romanlarında ingilis ədəbiyyatı nümunələri ilə olan bütün yeni paralelləri tapır, onu öz əvvəlini U.Şeks
pirin yaradıcılığından alan insan qəlbində olan şərin inkişaf mənbəyi problemi maraqlandırır.N.Diken-
FallerQoldinq pritçalarında olan simvolikanın izahına, açılmasına müraciət etdi.
Qoldinqin yaradıcılığının öyrənilməsində digər aspekt müəllif mövqeyi məsələsi oldu. Yazıçının insana
optimist və ya pessimist yöndən yanaşmasının polemikası başladı. V. İvaşevayazıçınınn dərin pessimiz-
mi ilə bağlı belə bir qənaətə gəlmişdi ki, Qoldinqinsana düzəlmək dəyişmək üçün heç bir şans, ümid
buraxmır. Müəllifin “Milçəklərin hökmdarı” romanından “Görünən zülmət” romanında qədər keçdiyi
inkişaf yolunu analiz edərkən tədqiqatçı pessimistik, bədbin motivlərin dərinləşdiyini, artdığını vurğu-
layırdı: “ Yazıçının ən çox düşündüyü, mübahisə etməyi sevdiyi humanizm artıq bəlli şəkildə məğlub
xarakter alır.” (3,43). A.Yelistratova isə əksinə, əmin edirdi ki, Qoldinq humanist yazıçıdır. Amma
bizim fikrimzcə optimizm və pessimizm məsələsi yazıçının fəlsəfi mövqeyini müəyyənləşdirmək və
onun pritçalarının gizli mənasını anlamaq üçün çox dardır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1306
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1307
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TÜRK DİLİ
ŞƏRQ ƏDƏBIYYATINDA TƏZKİRƏ ƏNƏNƏSİ
Leyla MƏMMƏDZADƏ
AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı
leylamemmedzade@ymail.com
AZƏRBAYCAN
Şərq dünyasında elm və mədəniyyət iki istiqamətdə inkişaf etmişdir. Bir tərəfdən bu inkişaf
müxtəlif elm sahələrində çoxsaylı əsərlərin, şer divanlarının, dilçilik kitablarının Quran elmlərinə dair
bir sıra sanballı əsərlərin meydana çıxması ilə təzahür etmiş, digər tərəfdən isə, bu əsərlər toplanmış,
təsnif edilmiş, təfsirlər yazılmış və bununla da, İslam dünyasında güclü bir ənənənin, keçmiş irsin
toplanıb qorunmasının və şərqə məxsus antologiyaların, təzkirələrin, habelə haşiyə ədəbiyyatının
yaranmasına rəvac vermişdir. Müasir dünyamızda ərəb-islam mədəniyyətinin inkişafındakı bu ikinci
istiqamət aktuallıq kəsb etməyə başlamış, islam mədəni irsinin dərkində antologiyaların rolu etiraf
edilib araşdırılmağa başlanmışdır.
"Zikr" kökündən əmələ gələn və "xatırlamağı" nəzərdə tutan "təzkirə", quruluş etibarilə
antologiya anlayışına uyğun gəlsə də strukturları və dil xüsusiyyətləri baxımından ədəbiyyat tarixi
əsərlərindən və antologiyalardan fərqli xüsusiyyətlərə malikdirlər. Təzkirəçilik ənənəsi İslam
mədəniyyətinə xasdır. Mənşəyi müsəlmanların ilk dövrlərində başlanan təfsir və hədis tədqiqatlarına,
daha sonra isə ərəb ədəbiyyatındakı “tabaqat”lara gedib çıxır. “Tabaqat” bir növ ədəbiyyat tarixi təsiri
bağışlayan əsərlər olub ayrı-ayrı şairlərin həyat və yaradıcılığı barədə onları müxtəlif prinsiplər
əsasında qruplaşdırmaqla məlumat verir. Məşhur Tabaqat əsərlərindən İbn Səllam əl-Cumahinin
Tabaqat Fuhul əş-Şuəra, İbn əl-Mutəzzin Tabaqat əş-Şüəra, İbn Sədin Tabaqat əl-Kübrasını göstərə
bilərik. Yazıldığı dövr haqqında yeganə ədəbiyyat qaynaqlarından biri olan bu əsərlər ərəb və fars
millətlərinin bir-birləriylə qaynayıb-qarışması nəticəsində isə, fars ədəbiyyatına "təzkirə" adıyla
keçmişdir. Terminin bu şəkildə məşhurluq qazanamsı XII əsrin məşhur İran şairi və mütəfəkkiri
Fəridəddin Əttarın Təzkirətul-övliya əsərinin İslam dünyasında sevilib intişar tapmasını ilə bağlıdır.
Təzkirətül-övliya müqəddəslərə, övliyalara həsr olunmuş mənqibələr toplusudur. Daha sonra təzkirə
termini türk ədəbiyyatına keçmiş və türk coğrafiyasında XV əsrdən başlayaraq XX əsrə qədər
müəyyən qədər dəyişikliklərlə müşayət olunan ənənə halında davam etdirilmişdir. Anadolu,
Azərbaycan, İran, Hindistan və s. ərazilərdə təzkirələrin minlərlə nümunələrinə rast gəlinir.
Təzkirə ərəb, fars, türk və digər şərq ədəbiyyatlarında forma və üslub baxımından müştərək
xüsusiyyətlərə sahibdir. Təzkirədə çox hallarda tərcümeyi-halı təqdim edilən şəxsin doğum tarixi
göstərilmir, bioqrafiyası təqdim edilən şəxslərin ölüm tarixləri mümkün olduğu ölçüdə göstərilir hətta
ölüm tarixləri əsasında tərtib edilmiş təzkirələr də vardır. Burada haqqında danışılan kəsin hansı
bölgədən çıxdığı, hansı dövrdə yaşadığı, kimdən təhsil aldığı, künyəsi və ləqəbi haqda izahat,
həyatında baş verən əhəmiyyətli hadisələr, yaradıcılığı, yəni qələmə aldığı əsərlər, şairlərin
şeirlərindən nümunələr, bəzi hallarda bu nümunələrin izahı və s. məlumatlar göstərilir. Təzkirədə
təqdim edilən məlumatlar əvvəlki dövrdə yazılmış təzkirələr, müxtəlif rəvayətlər və digər əlavə
ədəbiyyatlardan götürülür. Çox vaxt eyni şəxs barəsində müxtəlif antologiyalarda xəbər verilsə də,
haqqında olan məlumatlar təkrarlanır. Şairlərə aid şeir nümunələri isə ümumiyyətlə onların
divanlarında, məcmuələrdə toplanmışdır. Bəzən divanlar, bioqrafik məlumatlar üçün qaynaq rolunu
oynayır.
Qeyd etdiyimiz kimi təzkirələr, əlifba sırası, şəxsin yaşadığı dövr, coğrafi mənsubiyyət və s.
müxtəlif prinsiplər əsasında nəzmlə, nəsrlə və ya səclə (qafiyəli nəsrlə) tərtib olunurdu.
Şair təzkirələrində, şairlər müsəlman olmalıdır və. Ərəb, fars və türk təzkirəçilər arasında
davam edən bu ənənə, XIX əsrdə Seyid Əzim Şirvaninin ilk dəfə rus şairi Puşkin haqqında məlumat
verməsi ilə pozulmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi təzkirə ənənəsi başlanğıcını ərəb ədəbiyyatından götürmüşdür.
Qeyd edilməlidir ki, adı çəkilən tabaqat əsərlərinin yaranmasını əslində islamaqədərki ədəbiyyatda
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1308
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ravilərin (ərəb cəmiyyətində yazı olmayan vaxtlar zəmanə şairlərinin şerləini əzbər bilən adamlar)
qələmə aldığı toplular, habelə Quran təfsirləri və hədislər şərtləndirmişdir. Tabaqatlardan sonra şair və
alim Əbu Təmmamın hazırladığı yüzlərlə şairin seçilmiş poeziya nümunələrini əhatə edən əsəri ərəb
antologiya tarixinin başlanğıcı hesab olunur. Bu mənbə əsrlər sonra da istifadə olunmuş, onun
əsasında neçə-neçə təzkirələr tərtib olunmuşdur. Ondan sonra Əl-İsfahaninin əməvi və abbasi
dövründə yaşayan mügənni və şairləri təsnif etdiyi “Kitab-əl-Əğani”əsəri, İbn əl Mutəzzin “Mucəm
əş-Şüəra” , Əs-Səalibinin “Yətimətüd dəhr”, Baxərzinin “Dumyət əl qəsr”, İbn Xəllikanın “Vəfayat əl
Əyan” və digər dəyərli təzkirələri qeyd edə bilərik.
Fars
ədəbiyyatına
gəlincə
bunlardan
ən
barizi
Avfî'ninqələməaldığı300-
əyaxınşairinhəyathekayəsi iləseçməşeirləriniehtivaedənantologiyaxarakterli“Lübabül-əlbab”əsəri ,
HindistandayetişəniranlıtəzkirəçiƏbu Talibxanın25ilmənbə toplayıbƏliKulikXani Valihin“Riyâzüş-
şuəra” vəMirŞəmsəddinDəhləvinin “Xülasatül-bədi'” əsərlərindən bəhrələnərək yazdığı,
494iranlışairinbioqrafiyasınınyer aldığı“Xülasatül-əfkar” əsərini, 845 fars şairini əhatə edən
“Atəşpərəst”təzkirəsi, bunlardan əlavə “Təzkirətüş Şüəra”, “Töhfəyi Sami” və s. göstərə bilərik
Türk ədəbiyyatında müstəqil bioqrafik kitab olaraq qələmə alınan ilk örnək, Lamiinin
“Nəfahatül-üns”ün tərcümə ve zeylini ehtiva eden ‘‘Fütuhul-mücahidin li Tərvihi qulubil-müşahidin”
adını daşıyan əsərdir. Bundan əlavə Əlişir NəvaininMəcəlisün-Nəfəis , HəsənÇələbininTəzkirətüş-
Şüəra, Əhdinin “Gülşəni şüəra”,Bəyaninin “Təzkirəişüəra”sını və s qeyd etmək olar.
Vüsalə Musalı azərbaycanlı müəlliflər tərəfindən müxtəlif sahələrdə XVI əsrdən XXI əsrə
qədər ümumilikdə 41 təzkirə yazıldığını qeyd etmişdir. Onlardan bəzilərinin adlarını qeyd etməklə
kifayətlənəcəyik: Sam mirzə Töhfeyi-Sami
, Əhdi Bağdadi Gülşəni-şüəra, Əbdürrəzzaq bəy Dünbüli
“Təcrübətül-əhrar və təsliyyətül əbrar”, Məhəmmədqulu Mirzə Qacar “Təzkireyi-Xosrovi”, Seyid
Əzim Şirvani “Təzkirə”, Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi “Behcətüş-şüəra”, Əli Rza mirzə
Qacar “Bosatinül-xaqaniyyə”
Təzkirələr haqqında müxtəlif vaxtlarda tənqidi fikirlər səslənsə dəonları yalnız şairlər
haqqında məlumat verən əsərlər deyil, eyni zamanda bizə dövrün tarixini, ictimai mühitini, ədəbiyyat
dünyasını, ədəbi anlayış və dəyər sistemini köçürən tənqid mahiyyətini əks etdirdiyini düşünürük. Belə
ki, fars, türk və s. xalqların yaddan çıxmış qələm əhli barədə xəbərlər məhz ərəb antologiyaları
sayəsində tarixin yaddaşından silinmədi və ayrı-ayrı xalqların nümayəndələri orta əsrlər ərəb
mənbələri əsasında öz xallarının ərəbdilli, farsdilli və s. şair və ədibləri haqqında məlumatlar əldə
etməyə başladı. Azərbaycanda təzkirə ədəbiyyatının öyrənilməsi birbaşa keçmiş mədəniyyətimizə olan
maraq, orta əsrlərdə yaranmış elmi-mədəni irsimizin araşdırılması zərurəti ilə bağlıdır.
ALI SUAVI'NIN DİL HAKKINDAKI GÖRÜŞLERİ
Musa KƏRİM
Qafqaz Universiteti
musa-kerim@mail.ru
AZƏRBAYCAN
Nüşabə MƏMMƏDLI
Qafqaz Universiteti
AZƏRBAYCAN
Türk dilinin geçirdiği tarihi gelişim ve sadeleşmesi süreci dil ve edebiyat tarihcileri tarafından
incelenmiştir. Bu mesele günümüze kadar her çağda karşımıza çıkmaktadır. Çünkü Osmanlı
Devletinin büyümesi, onun dil olarak gelişmesine ve ihtiyaca binaen dile yabancı kelimelerin
girmesine neden olmuştur. Dil gelişimi sürecinde dile başka dillerden kelimelerin girmesi
zenginleşmesi çok önemli husulardan dır.
XIX. yüzyılın başlarında Tanzimat Fermanı`nın kabul edilmesi Osmanlı Devletinin Batılılaşma
yolunda yeni sürece girdiğin`in resmi olarak göstergesi idi. Yenilikci devlet büyükleri, aydınlar ve
edipler yenileşme sürecinin başarılı olmasında halkın aydınlanmasının gerekli olduğunu görerek ilk
başta dilin sadeleştirilmesi meselesini ortaya attılar. Tanzimat Dönemine kadar 500 yılı aşkın tarihi bir
gelişim süreci geçiren Divan Edebiyatında süslü ve sanatlı ifadeler, Arapça Farsça kelime ve terkipler
kullanılmıştır. Tanzimat Döneminde düşünce merkezinde amaç, halkın aydınlanması meselesi olduğu
için gelenek dışına çıkılır ve dilin sadeleşmesi esas alınarak dilin sadeleşmesi düşüncesi ön plana atılır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1309
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Aslında dilin sadeleşmesi meselsi bir devlet siyasetidir.Tanzimat ediplerinin hemen hemen hepsi dilin
gelişmi ile ilgili birçok yazılar yazmışlardır. Bunu Şinasi`den başlayarak birçok ediplerde görebiliriz.
Bu ediplerin her birinin dil üzerine değerli fikirleri vardır. Bunların arasında Ali Suavi`nin kendine
özgü bir yeri vardır. Ali Suavi, İslami bir zihniyete dayanarak eserler yazmış ve tercümeler yapmıştır.
Fakat bazen aydın bir Osmanlı milliyetcisi gibi, bazen de bir Türkçü ve Türkoloji araştırmacısı gibi
düşünmüş ve çalışmıştır.
(1)
Türkçe`nin sadeleşmesi, yazı dilinin konuşma diline yaklaştırma meselesi pek çok aydının kafasını
meşgul etmiştir. Şinasi, “Tercüman`ı Ahval” gazetesinde Türk gazete dili oluşturmanın yolunu
açmıştır. Ancak şu da bir gerçektir ki, Şinasi, Ziya Paşa ve Namık Kemal gibi kendi dönemlerinin
önde gelen aydınları Türkçenin sadeleşmesi meselesinde Ali Suavi kadar konuşma diline yakın bir
yazı dili kullanmamışlardır.
(2)
Ali Suavi`yi diğer aydınlardan ayıran özellik Türkçe ve Türkoloji ile
ilgili etkili yazılarıdır. Tanzimat Döneminde Türkçenin yabancı dillerin etkisinden kurtulması ve
sadeleşmesi Ali Suavi`nin adı ile bağlıdır. Ona göre “Türkçeye” “Osmanlıca” demek yanlıştır.
“Osmanlı” kelimesi son zamanlarda bulunmuş “politika tabiridir.Suavi bu iddasını bir kaç eserlerinde
tekrarlar.
(3)
Örneğin, Türk kelimesinin geçtiği ilk yazılardan biri Ali Suavi`ye aittir. İster sözlüklerde,
ister “Ulum” ve “Muhbir” gazetelerinde yazdığı yazılarda dilin sadeleşmesi meselesine değinmiştir.
2 Ocak 1867`de çıkan “Muhbir” gazetesinin kurucusu Ali Suavi`dir. “Muhbir`in” ilk sayısından
itibaren iç meselelerle ilgili yazılarında halkı aydınlatmakla beraber dilin sadeliğine de önem
vermiştir. N.Kemal, Z.Paşa ve Ali Suavi ilk sayısından başlayarak “Muhbir`de” bir çok yazıları
çıkmıştır. Ali Suavi`nin “Muhbir`de” çıkan ilk yazılarında dikkati çeken önemli mesele, ifadesinin o
zamana kadarki Türk gazetelerinin hiçbirisinde görülmemiş olan sadeliğidir.
“Ulum” gazetesinde yazdığı “Türk” adlı makalesinde Türk kelimesi ve Türk coğrafyası ile ilgili
fikirleri bulunmaktadır. Bu makalede Çin tarihcilerinin Türk hanını “Tuku” olarak yazdıklarını
gösterir. Bu kelimenin Türk kelimesi olduğunu Çin dili özellikleriyle göstermeğe çalışmıştır. Nitekim
Çin dilinde “r” harfinin düştüğü ve çoğu durumlarda “l” harfine dönüştüğü delil olarak kullanılmıştır.
Ali Suavi, yazılarında Türkçe`yi Arapça ve Farsçayla karşılaştırarak bu dilin üstünlüğünü ve ifade
zenginliğini göstermeye çalışır. Bu düşüncelerini yabancıların da Türkçe hakkındaki görüşleri ile
kuvvetlendirir.
Ali Suavi`ye göre Türkçe`nin diğer dillerden farkı az kelimeyle çok şey anlatma gücüne sahip
olmasıdır. Ali Suavi, Ulumdaki “Lisan ve Hatt-ı Türki” makalesinde Türkçenin kulağa hoş gelen
zengin vurguya sahip olduğunu ileri sürerek imkanlarının Avrupa dillerinden daha üstün olduğunu
belirtir.
O, dilin sadeleşmesini halkın cahillikten kurtarılması meselesi olarak görür. Hemen hemen birçok
yazılarında bu görüşü vurgular. Ali Suavi dilde sadeleşme hareketini sistemli şekilde icra eden ve
eserlerinin dilinin sadeliği bakımından Ali Şir Nevai`nin örnek şahsiyetden biri olduğunu gösterir.
Ali Suavi, dilin sadeleşmesi meselesine tasfiyeli nazarı ile bakmamış. Ona göre dil canlı bir varlıktır
ve başka dillerden kelime alınması ihtiyaca binaen mümkündür ve gereklidir. Ali Suavi`nin alfabe ve
imla ile ilgili en kapsamlı yazısı, “Muhbir” gazetesinin 47. sayısındaki “Hattımızın İslahı” başlıklı
makalesidir. Bu makalede alfabe ve imlaya dair o güne kadar öne sürülen dört görüş incelenmiştir.
“Kısm-ı evvel: Hurufumuzun eşkâl-i ma’lumasını oldukça ibkâ ile ihtirâ olunacak harekeleri
şıkk-ı mahsusuyla satır içinde derc etmek. Kısm-ı sânî: Hurufumuzun eşkâl-i ma’lumesini nisbetle
tağyir ve takti’ edip meselâ Fransız hurufuna benzetecek bir hâle koymak.
Kısm-ı sâlis: Hurufun eşkâlini ber-vech-i mezkûrla tağyirle berâber lâzım gelecek hareke ve işâretlerin
hepsini satır içinde derc etmek. Kısm-ı Rabi’: Hurufumuzun eşkâl-i mazbutasını tağyir ve takti’
etmeyip ve hârekâtı satır içinde derc etmeyip öteden beri ma’lum olan harekelerimizi müptedilere
ta’lim için kullanmak, fakat noksan görünen huruflar ve harekeler için işâretler ihtirâ edip bu işâretleri
eski harekelerimiz gibi huruf üstüne yazmaktır.”
(4)
Suavî bu dört görüşten dördüncüsünün yani alfabenin değiştirilmeyip okumada kolaylık
sağlayacak bazı ünlü harflerin eklenmesini ve okumaya yeni başlayanlar için de metinlerin harekeli
olarak verilmesini benimsemiştir
Sonuç: Ali Suavi dili, dönemi için çok sade ve anlaşılırdır. Ali Suavi`nin dilinin sadeliği ve
sadeleşmesi yolundaki çabaları kendisinin dil yöneticiliğini yaptığı ve bir çok makalerinin
yayınlandığı Muhbir ve Ulum gazetelerinden belli olmaktadır. Onun makale ve yazıları, dilin sade
olmasının yanısıra Türkçeciliğin savunulması niteliğindedir.
|