Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə103/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   99   100   101   102   103   104   105   106   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1289



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etdiyi  bir  istiqamətli  kommunikasiya  növü  olan  elektron  səhifələr  istinad  məqsədi  daşıyır.  Elektron 

poçt ismarışları ayrı-ayrı şəxslərə və ya qrupa kommunikativ  məqsədlə göndərilir və cavab gözlənilir. 

Onlayn söhbət səhifələrində isə kommunikasiya cari anda baş verir və iki və ya daha çox şəxs arasında 

həm  yazılı, həm də səsli diskurs formasında reallaşır. Virtual kommunikasiyaın iki növü- sinxron və 

asinxron  –  müəyyən  olunub.  (  Dix,  Finlay,  abond  və  Bealı,  1993)  Sinxron  kommunikasiya  normal 

telefon  və  ya  üzbəüz  söhbətlərdə  olduğu  kimi  eyni  vaxtda  baş  verir,  asinxron  kommunikasiyada  isə 

bunun  tam  əksi  müşahidə  olunur.  Belə  ki,  bu  iki  kommunikasiya  tipi  arasında  ən  əsas  fərq 

temporallıqdır. Asinxron kommunikasiyaya e-mail, yəni elektron poçtu misal göstərmək olar.  

Elektron  səhifələr  hipermətnlər  əsasında  qurulur  və  əlaqəli  məlumatlar  işarələnir.  Bir  çox 

kommersiya  saytlarında  verilən  məlumatlarda  qrammatik,  hərf  və  ya  durğu  işarələrində  səhvlər 

müşahidə  olunduğu  halda,  ayrı-ayrı  şəxslər  tərəfindən  hazırlanan  şəxsi  səhifələrdə  qrammatik 

səhvlərlə yanaşı, faktiki məlumat səhvləri də olur. Oxucular və ya informasiya qəbul ediciləri elektron 

səhifədə verilmiş informasiyanın tərcüməsini tələb edirlər. Elektron mətnlər ənənəvi kağız üzərindəki 

ardıcıl  mətnlərdən  fərqlidir.  Məsələn,  Neqropont  (1995:70)  hipermətnləri  oxucunun  istəyindən  asılı 

olaraq  genişlənib  kiçilə  bilən  “elastik”  ismarışlar  kolleksiyası  hesab  edir.  Elektron  səhifələr  mütləq 

əvvəldən axıra kimi deyil, istənilən sıralama ilə oxuna bilər. Təbii ki, bu da tərcüməçidən bir tərəfdən 

daxili məntiqi əlaqəni nəzərə almağı, digər tərəfdən isə, mətnin istənilən hissəsinin oxunduğu zaman 

anlaşıqlı  olmasını  tələb  edir.  Məsələn,  əvəzliklər,  ixtisarlar  və  abreviaturalar  tərcümə  olunan  zaman 

sənədin  başqa  saytlarla  olan  əlaqəsi  də  nəzərə  alınmalıdır.  Elektron  səhifələrin  oxucu  kütləsini 

müəyyənləşdirmək  qeyri-mümkün  olduğu  üçün,  tərcüməçi  çətin  dialekt  və  ya  terminlərdən  imtina 

etməlidir. Tərcüməçi mətni göndərmədən öncə hipermətnə kompyuter ekranında baxmalı, daha sonra 

yazı  və  təqdimat    üslubunun  müvafiqliyini  yoxlamalıdır.  Bunun  üçün  tərcüməçi  ekran  estetikasına 

yaxından bələd olmalıdır. 

Qeyri-müəyyən  auditoriyası  olan  elektron  səhifələrdən  fərqli  olaraq,  elektron  poçt  diskursu 

adətən müəyyən qəbuledicilərə yönlənir. Bu tip ismarışlar şifahi kommunikasiyanın bir çox özəllikləri 

ilə ( məsələn, cümlə fraqmentləri, hərf səhvləri, durğu  işarələrinin səhv istifadəsi və olnlan jarqonlar)  

oxşarlıq  təşkil  edir.  (Herring  ,  1996)    Qeyri-verbal  diskurs  növləri  olan  elektron  poçt  və  söhbət 

səhifələrində    üz  ifadəsini,  jest  və  yaxud  səsin  tonunu  kompensasiya  edən  “emotikonlar”    adlanan 

kodlardan  istifadə  olunur.  Bu  simvolların  tərcümədə  implikasiyası  göndərilən  ismarışın  konteks 

daxilində anlaşılmasına xidmət edir və daha çox müəyyən mədəniyyətlərə xas olurlar ( Donat, 1997). 

Məsələn, Yaponiya mədəniyyətinə xas olan və Yapon komunikasiyasında istifadə olunan emotikonlar 

buna  misal  ola  bilər.  Yaponlar  ismarış  göndərən  zaman  alıcının  inciməsini  ehtimal  etdikləri 

situasiyalarda  “soyuq  tər”  (“cold  sweat”)      “(ˆ  ˆ  ;)”    emotikonundan  istifadə  edirlər.  Yapon  virtual 

diskursuna  xas  olan  bir    çox  emotikonlar  nümunə  kimi  göstərilə  bilər.  Məsələn,  “(ˆ  ·  ˆ)“  emotikonu 

təbəssüm  bildirir  və  yalnız  qadınlar  tərəfindən  istifadə  olunur,  çünki  qadın  gülərkən  dişləri 

görünməməlidir.  “\(ˆ  _ˆ  )/”  duyğu  işarəsi  isə “banzai”  adlanır  və  gülərək  əlləri  yuxarıya  doğru tutub 

qarşıdakı  şəxsə  hörmət  ifadə  edir.  Kommunikasiya  üslubunu  əks  etdirən  emotikonların  öyrənilməsi, 

xüsusi  ilə  də  tərcümə  ilə  əlaqəsi  yeni  tədqiqat  sahəsidir  və  onların  tərcüməsi  hələ  də  mübahisə 

doğurur. 

Yeni media  diskurs növü olan interaktiv onlayn söhbət səhifələri, məsələn, Facebook, LinkedİN, 

GooglePlus, Whatsapp və Twitter kimi sosial şəbəkələr şifahi diskursun bir çox özəlliklərinə malikdir; 

belə  ki,  müxtəlif  qeyri-normativ  cümlə  strukturlarından  istifadə  olunur.  ‘Friending’,  ‘liking’, 

‘connecting’ və ‘following’ kimi yeni terminlər dilimizə daxil olmuşdur. Bu terminlər dilimizə kalka 

yolu ilə də daxil oluna bilər, yəni müvafiq tərcümə ilə əvəz oluna bilərlər. Lakin reallıqda bu heç də 

belə  olmur.  Son  zamanlar  tez-tez  işlədilən  “layk  etmək”  (to  like),  “koment”,  “status”  sözləri  kimi 

dilimizdə bir çox yeni virtual mənşəli sözlər peyda olur. 

Elektron kommunikasiyanın qrammatikası daha çox  mübtəda vəzifəsində işlənilən əvəzlik və ya 

söz  önünün  silinməsi    kimi  qeyri-standart,  zəif  cümlə  konstruksiyaları  və  ellipsis  ilə  xarakterizə 

olunur.  Məsələn,  Never  tried  speaking  to  them  to  be  honest  and  not  about  to  start.  Göstərdiyimiz 

nümunədə, heç bir qrammatiklikdən söz gedə bilməz. Sözönü ilə müqayisədə, mübtədanın silinməsi 

daha  geniş  istifadə  olunur.  Qısaltmalar  (contractions)  adətən    fonetik  səslənmələrlə  əlaqəlidirlər:    ‘ 



dunno’  (don’t  know)  ‘prolly’  (probably),  və  ya  ’snot  really  me,  yknow?’  (It  has  not  really  me,  you 

know).  Qrammatik  səhvlərlə  yanaşı,  hərf  səhvləri  də  virtual  kommunikasiyada  tez-tez  müşahidə 

etdiyimiz hallardır. D. Kristal belə hərf səhvlərinin implisit norma kimi artıq qəbul olunduğunu qeyd 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1290



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

edir. Hərfin və ya rəqəmin bütöv sözü əvəzləməsi kimi qeyri-standart omofonlar üslubi təsirə malikdir. 

Misal  üçün,  ‘C  U  L8ER’    =‘See  you  later’,’R  U  there?’  =  ‘Are  you  there?’,  ‘NE1’  =  ‘anyone’. 

Abreviaturalar da sinxron media diskurs növlərində təsadüf olunur:  IMHO (in my humble opinion), 

TTYL (talk to you later).  

Dilin digər aspektləri kimi praqmatik aspekt də virtual aləmdə kifayət qədər fərqlidir. İsmarışlar 

verbal yolla ötürülmədiyinə görə mesajların dolayısı yolla verilməsi heç də nəzakətli səslənməyə bilər. 

Dilin praqmatik aspektini nəzərə alan Qris (Grice, 1975) belə bir fikir irəli sürür ki, kommunikasiya 

universal prinsiplərlə idarə olunur ki, onlar da maksim (maxim) adlandırılır. Yəni, tərəflər informasiya 

mübadiləsində əməkdaşlıq prinsipinə əsaslanırlar və daha təsirli kommunikasiya üçün Qris daha dörd 

prinsip  irəli  sürür:  kəmiyyət  (söhbət  əsnasında  nə  çox,  nə  də  az  danışmaq),  keyfiyyət  (yalan  və  ya 

əsassız  danışmaq),  uyğunluq  (söhbətə  aidiyyəti  olan  məsələlərə  toxunmaq)  və  tərz  (anlaşılmazlığı 

aradan  qaldırmaq).  Danışan  bu  prinsiplərdən  hər  hansına  məhəl  qoymazsa,  qarşılıqlı  anlaşılmazlıq 

yarana bilər. 

Nəticə olaraq qeyd edilməlidir ki, yeni media diskurs dilçilikdə yeni tədqiqat sahələrindən biridir 

və hal-hazırda dünya dilçiliyində bu haqda bir çox nəzəri və təcrübi araşdırmalar aparılır. Yeni media 

diskurs  müxtəlif  linqvistik  vasitələrlə,  belə  ki,  deyiksislər,  müxtəlif  emosiya  işarələri  və  ya  şifahi 

nitqdə  adət  etdiyimiz  leksik  səhvlər  və  ya  qeyri-standart  qrammatik  ifadələrlə  xarakterizə  olunur. 

Lakin  bu  səhvlər  bəzən  mənaya  üslubi  çalar  vermək  üçün  şəxs  tərəfindən  bilərək  istifadə  olunduğu 

halda, çox zaman isə tərəflər arasında anlaşılmazlığa səbəb olur. Odur ki, virtual diskurs şifahi nitqlə 

ortaq xüsusiyyətlərə malik olsa da, yuxarıda qeyd etdiyimiz özünəməxsus normalara malikdir. 

 

 



ZAMAN  KONSEPTUALLAŞMASININ                            

LİNQVOKULTUROLOJİ  ASPEKTLƏRİ 

 

Türkan ƏLİYEVA 

Azerbaijan University of Languages 

turkan_alisoy@yahoo.com 

AZƏRBAYCAN 



 

İnsanı  heyvandan  fərqləndirən  əsas  cəhətlərdən  biri  onun  öz  fəaliyyətini  və  təcrübəsini  düzgün 

modelləşdirərək  hərəkət  etməsi  qabiliyyətidir.  Heyvanlar  üçün  keçmiş  təcrübə  ancaq  şərti  reflekslər 

yaratdığı üçün əhəmiyyətli olub yalnız həmin qıcıq yenidən əmələ gəldiyi zaman yaranan reaksiya ilə 

üzə  çıxır.  Gələcək  zamanla  əlaqə  isə  heyvanlarda  ancaq  “insight”  –  qeyri-standart  vəziyyətlərdə 

verilən və daha sonra refleksə çevrilən qərarlarla bağlıdır. İnsan üçün isə hər şey daha fərqlidir. İnsan 

zamanı dərk etmək qabiliyyətinə malikdir, lakin zaman abstraktdır, beş duyğu orqanından heç biri ilə 

qavranılmır.  Bununla  belə,  zaman  istər  tarix  boyu  fəlsəfənin,  psixologiyanın,  müasir  dövrdə  isə 

neyrologiyanın, linqvistikanin araşdırmaya açıq və ən vacib tədqiqat obyektlərindən biri olmuşdur. 

Etnik  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  insan  üçün  zamanın  daxili  qavranması,  belə 

demək  mümkünsə,  “zaman  hissi  (sense  of  time)”  və  onun  zamana  olan  münasibəti  ətrafındakı  fiziki 

zamandan  daha  vacibdir.  Zamanın  koqnitiv  modelləri  beyindəki  mürəkkəb  koqnitiv  strukturlarda 

mövcud  olur,  “çətinlik  anında”  aktivləşdirilir  və  linqvistik  parametrlərlə  ifadə  olunur.  Bu 

reprezentasiyalar  bir  tərəfdən  bioloji  və  universal  təcrübə  yaradırsa,  digər  tərəfdən  kulturoloji  və 

etnoloji fərqlər ortaya çıxarır. Bu və ya digər fərdin  zamanı subyektiv qavraması və dərk etməsi, eyni 

zamanda  onu  yenidən  işləməsi  aspektlərini  və  individual  şüurdan  bu  və  ya  digər  mədəniyyətə 

istiqamətlənən  təsirini  linqvokoqnitiv,  əksinə  bu  və  ya  digər  mədəniyyətin  bu  mədəniyyətə  mənsub 

olan  individualların  şüuruna  yönələn  təsirindən  yaranan  faktorlar  isə  linqvokulturoloji  yanaşma 

vasitəsilə analiz edib araşdırılır. 

Ekstralinqvistik  faktorlardan  kənar  təsəvvür  edilə  bilməyən  dil  və  onun  inkişaf  prosesi  həmin 

faktorların sürəkli təsirinə məruz qalır. Bu dildən kənar faktorların öyrənilməsi bu və ya digər, dildə 

illər  boyu  baş  vermiş  modifikasiyalar  və  onların  səbəbləri  haqqında  ətraflı  məlumat  vermək 

qabiliyyətinə malikdirlər. Bəs yuxarıda qeyd olunan bu ekstralinqvistik faktorlara nələr aiddir? Hər bir 

xalqın etnoloji xüsusiyyətləri, dini, coğrafi-areal mövqeyi, substrat və ya superstrat vəziyyəti və s. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1291



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yuxarıda qeyd olunan faktorlardan aldığımız məlumatları nəzərə alaraq zaman konsepti müxtəlif 

etnoslara  mənsub  olan  dillərdə  ,  əsasən  ,  iki  cür  təzahür  edir,  başqa  sözlə  dillər  zamanı  iki  tipdə 

konseptuallaşdırır:  xətti  zaman  və  dövri  zaman.  Koqnitiv  dilçilik  və  koqnitiv  psixologiyaya  görə, 

insanlar  zamanı  məkan  və  hərəkət  konseptləri  ilə  birlikdə  konseptuallaşdırırlar.  Onların  fikrincə, 

hadisələr  və  onların  zamanda  ardıcıllığından  əvvəl  insan  beyni  obyektlərin,  yəni  material  olanın, 

məkanını və hərəkətini qavrayır və konseptuallaşdırır.  

İnsan  beyni  məkan  konseptini    üç  ölçüdə  qavrayır  və  dərk  edir:  en,  uzunluq  və  hündürlük. 

Etnoloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif xalqlar üçün Zaman məkandır və Zaman hərəkətdir 

təklifləri  doğru  olur.    Məkan  və  hərəkət  konseptləri  ilə  birbaşa  əlaqədə  olaraq  müxtəlif  etnoslarda 

zaman  xətti  (yuxarıdan  aşağıya  və  sağdan  sola)  və    dövri  olaraq  hərəkət  edə  bilər.  Bu,  zaman 

konseptuallaşmasının iki tipini – xətti və dövri – müəyyənləşdirir. 

İlk  öncə  zamanın  yuxarıdan  aşağıya  xətti  hərəkət  etdiyi  dillərdə  bu  konseptin  necə  təzahür 

etdiyinə  nəzər  salaq.  Məsələn,  yapon  dilində  shanyue  –  keçən  ay  sözünün  etimologiyasına  nəzər 

salsaq, hərfi mənasının yuxarı ay olduğunu müşahidə etmiş olarıq. Digər nümunələrə nəzər salaq: 

Xiayue – gələn ay (etim. aşağı ay 

Shang-ban-tian – səhər (etim. günün yuxarı yarısı) 

Xia-ban-tian – günorta (etim. günün aşağı yarısı) 

Belə  güman  olunur  ki,  bu  konseptuallaşmanın  əsasında  bu  zaman  quruluşuna  məxsus  etnosun 

vizual təcrübəsi durur. Məsələn, yuxarıda nümunələr gətirdiyimiz çin dilində yuxarıdan aşağıya xətti 

zaman tipinin mövcud olması coğrafi yerləşmə və din faktoru ilə birbaşa əlaqədardır. Belə ki, Yantszı 

çayının Çin mədəniyyətindəki yeri məlumdur. Əvvəlcə çayın ətrafındakı torpaq sahələrinin bərəkətli 

olması  səbəbi  ilə  burada  məskunlaşan  xalq  daha  sonra  onun  mənbəyinin  harada  olmasını 

bilmədiklərindən  çayı  müqəddəsləşdirmiş  və  tanrılarım  göndərdiyi  hədiyyə  olaraq  qəbul  etmişlərdir. 

Yantszının mənbəyinin yuxarıda dağlarda yerləşməsi və bundan başqa dini cəhətdən müqəddəs olması 

faktı  dilin  zamanı  və  məkanı  yuxarıda  aşağıya  konseptuallaşdırmasının  əsasında  durur.  Eyni  əsas 

yapon və hind dillərində də mövcuddur.  

Xətti zaman tipinə mənsub olan digər qrup dillərdə zaman soldan sağa istiqamətlənərək konsep-

tuallaşır. Zamanı bu cür konseptuallaşdıran xalqlarda zamanın mənbəyində eqo - mən dayanır. Lakof 

qeyd edir ki, “ bizim təcrübəmizdə eqomuzu, yəni özümüzü, geriyə deyil irəliyə istiqamətləndirmək, 

passiv deyil aktiv, pis deyil yaxşı görmək meyli vardır. Eqomuz burada və indi mövcuddur və ən vacib 

olan da budur. (Lakoff 2004: 162) Mədəni xarakterin bu cür orientasiyası U.Kupervə C.Ros tərəfindən 



me-first (ilk öncə özüm) adlandırılır və bu zaman tipinə məxsus olan dillərin qrammatik strukturlarını  

digərlərindən  fərqləndirir. İngilis, türk və dillərindəki müxtəlif nümunələrə  nəzər salaq. 



She has a bright future ahead of her. 

Dont look back, the past was black. 

Tomorrow will move us forward to new chances 

 

Gelecek günler bizimdir. 

Daha gençsin, önünde yeni imkanlar olacak   

Zamanı soldan sağa xətti konseptuallaşdıran xalqların fərdləri adətən individualist xarakterləri ilə 

fərqlənir,  öz  eqolarını  zaman  və  məkanın  mərkəzinə  yerləşdirərək  bütün  ölçmələri  bu  mərkəzdən 

hesablayırlar. 

Əsasən nisbətən ibtidai və ya artıq ölü olan dillərdə zaman və məkan anlayışları dövri istiqamətdə 

konseptuallaşır.  Zamanın  dövri  konseptuallaşması,  əsasən,  müəyyən  zaman  aralıqları  ilə  dövr  edən 

təbiət  hadisələrinə  əsaslanır.  Bu,  o  xalqların  psixologiyasında  və  dillərində    mövcud  olur  ki,  həmin 

xalqların  həyat  tərzi  və  yaşantısı  təbiət  hadisələrindən    asılı  şəkildə  qurulmuşdur.  Bu  xalqlar  üçün 

zaman  əkin  və  biçin,  yaylaq  və  qışlaq  arasında  keçən  perioddan  ibarətdir.  Məsələn,  qədim  Misir 

xalqının dilində zaman Nil çayının daşması və geri çəkilməsi  arasında keçən periodda dövr etmiş və 

həftənin  günləri  və  ayların  adları  da  bu  hadisədən  irəli  gələn  mənalarda  adlandırılmışdır.  Müasir 

Afrika  dillərinin  bir  çoxu zamanı  dövri  konseptuallaşdırmaq  xüsusiyyətinə  malikdirlər.  Dövri  zaman 

konseptinə mənsub olan əksər Afrika dillərində gələcək zaman mövcud olmur. 

Yuxarıda qeyd olunan hallardan nəticə alaraq qeyd etməliyik ki, koqnitiv və neyroloji xsusiyyət-

lərin  eyniliyi  universal  zaman  konseptuallaşmasına  şərait  yaratsa  belə,  təcrid  olunmuş  vəziyyətdə 

mövcud olmayan dillər  etnoloji, coğrafi-areal, dini və s. Ekstralinqvistik faktorların təsiri ilə dəyişən  

dil strukturları dillər arasında linqvokulturoloji fərqlər yaranmasına səbəb olur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1292



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ZAMAN VƏ MƏKAN MƏNALI DEYKSISLƏR 

 

Safiyya MURSALIYEVA 

Azerbaijan University of Languages 

sofi_24@list.ru 

AZƏRBAYCAN 

 

Deyksis  yunan  sözü  olub  (déixis),  dil  vahidinin  leksik  və  qrammatik  vasitələrlə  ifadə  edilən 

işarəliliyini  bildirir.  Deyksis  semantikanı  və  praqmatikanı  birləşdirən  vasitə  olub,  müəyyən  mətn 

daxilində,  kontekstlə  birbaşa  əlaqəsi  olan  söyləmlərdə  məqamından  asılı  olaraq  yer,  şəxs  və  zaman 

strukturunu  və  ya  funksiyasını  göstərir.Təbii  dil  bütövlükdə  deyktik  ifadələrdən  ibarətdir.  Söyləm 

daxilində deyksisin işarə etdiyi söz və söz birləşmələri kontekstual informasiya  zamanı ortaya çıxır. 

Kontekstual  informasiya  daşıyan  söz  və  söz  birləşmələri  deyktik  ifadələr  adlanır.  Bütün  bu  ifadələr 

danışan  və  dinləyənin  eyni  kontekstdə  söhbət  etməsindən  asılıdır.  S.Levinson  qeyd  edir  ki,  deyksis 

nitq  aktının  və  kontekstə  əsaslanan  söyləmin  kodlaşdırılmasının  qrammatik  üsulları  və  həmin 

söyləmin  mübadiləsinin  həmin  kontekstə  əsaslandığı  üsulların  analizindən  ibarətdir.  Deyksis 

göründüyü  kimi  sadə  bir  fenomen  deyildir.  O,  adresatın  mətni  anlamasına  kömək  üçün  danışan 

tərəfindən verilən vacib məlumatı göstərir və mətni dərk etməyə şərait yaradır. Bundan başqa, bəzən 

oxucu  dildə  birbaşa  anlaşılmayan  söz  və  ifadələrin  mənasını  məhz  diskurs,  müəyyən  kontekst 

daxilində  müəyyənləşdirir.  Deyksis  nitq  aktından  asılı  olaraq  danışan  və  adresat  arasında  müəyyən 

uzaqlıq  və  yaxınlıq,  başqa  sözlə,  məkan  və  zaman  kontekstini  aydınlaşdırmağa  imkan  verir.  İngilis 

dilində thisherenow zərf və əvəzlikləri yaxınlıq(proksimal), that, there, then zərf və əvəzlikləri isə 

uzaqlıq ifadə edən (distal) deyksislər hesab olunur. Proksimal deyksis birmənalı olaraq danışana aid 

məkan  və  zamanı  əks  etdirir.  Məsələn,  now  zərfi  danışanın  nitqinin  zaman  müddətinə  işarə  edən 

deyktik mərkəzi kimi çıxış edir. 

Distal deyksis isə danışandan məkanca kənara yönəlmiş olur. Lakin bəzi dillərdə yaxın adresat, 

danışan  və  yaxın adresatdan  kənarda  –  müəyyən  uzaqlıqda olan  şəxsləri  bildirən  deyksislərə  də  rast 

gəlmək  olar.  Məsələn,  yapon  dilində  o  işarə  əvəzliyi  həm  adresata  yaxın  sore,  həm  də  danışan  və 

adresatdan uzaq are sözləri, proksimal bu əvəzliyi isə danışana yaxın  kore sözü ilə ifadə olunur. 

Söyləmin kontekst daxilində verilməsi müəyyən sözlərin aydınlaşdırılması və mənanın tam ifadə 

edilməsi üçün vacibdir. Məsələn, ingilis dilində heretherenowthenyesterdaytoday və tomorrow 

zərfləri, thisthatyou, me, she, him, it, them əvəzlikləri kontekstxaricində anlaşılmaz olur. Dil vahidi 

ilə ifadə edilmiş bu və ya digər fikri anlamaq üçün müəyyən məlumatların olması vacibdir. Məsələn, 

danışanın kim olduğu, söhbətin kimə yönəldiyi, söhbətin kimin haqqında aparıldığı, hansı zamana və 

məkana  aid  olması  belə  məlumatlardandır.  Konteksti  təyin  edən  bu  tipli  məlumatlar  qeyri-linqvistik 

məlumatlar adlanır, çünki belə məlumatlar dilin qrammatik quruluşuna aid deyil, onların yalnız ifadə 

vasitələri (söz, cümlə, söz birləşməsi) linqvistik vasitələrdir. 



Məkan  bildirən  deyksislərhər  bir  dildə  danışan  bu  və  ya  digər  şəkildə  ətrafındakı  məkan 

kontekstinə  əsaslanır.  Əlbəttə,  danışanın  mövcud  olduğu  məkan  ilə  onun  nitqinin  cərəyan  etdiyi  və 

kontekstin  aid  olduğu  zaman  arasında  sərhəd  mövcuddur.  Məkan  bildirən  deyktik  xarakterli  sözlərə 

əsasən işarə  əvəzlikləri aid  edilir.  İng.  this, thatthese,  those,  azərb.  bu,  o,  frans.  ici,  la,  alm.  Diese 

buna misal ola bilər. Deyktik mənaya bəzi feillərdə malik olur, məsələn, ing. comego, alm. kommen, 

gehen,  frans.  venir,  aller.  Bəzi  zərflər  və  sözönülər  də  məkan  bildirən  deyksis  kimi  çıxış  edə  bilir, 

məsələn,  ing.  here,  there  əvəzlikləri,  in,  on  sözönüləri  (in  the  classroom,  on  the  chair).  Məkan 

deyksisləri  həmçinin  yaxınlıq  və  uzaqlıq  mənaları  da  ifadə  edir.  Məsələn,  ing.  here,  this,  these 

danışana yaxın olan məkanı, therethatthose isə danışandan uzaq məsafəni bildirir. Lakin qeyd etmək 

lazımdır  ki,  belə  deyksislər  məkan  mənasını  heç  də  həmişə  dəqiq  şəkildə  ifadə  edə  bilmir,  çünki 

onların bildirdiyi məkan istənilən ərazi, otaq, şəhər və s. ola bilər. 

Məkan  bildirən  deyksislərin  əsasında  bəzən  psixoloji  məsafə  də  dayanır.  Fiziki  və  psixoloji 

məsafələrin  üst-üstə  düşdüyü  hallar  da  olur.  Müq.  et:  I  dont  like  that  ‘Mən  onu  xoşlamıram’ 

cümləsində  danışan  öz  boşqabındakı  yeməyi  nəzərdə  tutaraq,  özündən  psixoloji  cəhətdən  uzaq  və 

özünə fiziki cəhətdən yaxın bir məkana işarə edir.  



Zaman  bildirən  deyksislər.  Dildə  zaman  məfhumu  əsasən  məkan  konsepti  daxilində  zamanın 

metaforik  strukturuna  əsaslanır.  Zaman  və  məkan  arasındakı  əlaqə  məkan  terminləri  fonunda  ortaya 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1293



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

çıxan  zaman  mənalı  ifadələrin  inkişafına  əsaslanır.  Zaman  xətti  üç  yerə  bölünür:  indiki,  keçmiş  və 

gələcək. İndiki zaman deyktik mərkəz kimi konseptuallaşdırılır. Məsələn, ingilis dilində bu, now sözü 

ilə ifadə olunur. Now ‘indi’ söhbət aktının cərəyan etdiyi zamanı göstərir, lakin o, söhbət aktından da 

geniş  zamanı  ifadə  edə  bilər.  Məsələn:  Peter  is  now  thirty  years  old  ‘Peterin  indi  30  yaşı  vardır’. 

Deyktik mərkəz keçmiş və gələcək zamandan tamamilə fərqlənir. Bunun üçün ingilis dilində müxtəlif 

deyktik ifadələr mövcuddur. Məsələn, then ‘sonra’ zərfi həm gələcək, həm də keçmiş zamana aid olur, 

lakin soon ‘tezliklə’ və ago ‘əvvəl, qabaq’ kimi zərflər isə yalnız bir zaman kəsiyinə aid olur. Onlar 

ayrı-ayrılıqda keçmiş və gələcəyə aid olur. Müq. et:  

-

 



I was still in school then. - Mən onda hələ məktəbli idim. (keçmiş zaman). 

-

 



I’ll be ready then. – Mən onda hazır olacam(gələcək zaman). 

-

 



I’ll be there soon. -  Mən tezliklə orda olacam. (gələcək zaman). 

-

 



Ten years ago I was a graduate student. – 10 il əvvəl mən məzun idim.  (keçmiş zaman). 

Zaman  mənalı  deyksislərə  aşağıdakıları  nümunə  göstərmək  olar:  ing.  now,  then,  soon,  before, 



later,  ago,  yesterday,  today,  tomorrow,  next,  last  Monday,  this  week,  last  year,  azərb.  indi,  sonra, 

onda, tezliklə, əvvəl, sonralar, dünən, bu gün, sabah, bazar ertəsi, bu həftə, gələn həftə, gələn il, keçən 

il, frans. maintenantalorsbientotdevantantandemainmatindemainsoir.  

İngilis dilində zaman mənalı deyksislər əsasən zaman kateqoriyasında ortaya çıxır. 

İndiki  zaman  yaxınlıq,  keçmiş  zaman  isə  uzaqlıq  bildirir.  Keçmişdə  baş  vermiş  hər  hansı  bir 

hadisə  danışanın  indiki  vəziyyətindən  uzaqda  baş  verib:  I  could  swim  in  my  childhood.  –  Mən 



uşaqlıqda  üzə  bilirdim.  Müəyyən  hadisə  danışanın  mövcud  vəziyyəti  ilə  ziddiyyət  təşkil  edir  və 

reallıqla uzlaşmırsa, bu, distal deyksislə ifadə edilir. Məsələn: I could be there if I had a lot of money. - 



Mənim çoxlu pulum olsaydı, orada olardım. Bu tipli situasiyalar ingilis dilində özünü feilin sabjanktiv 

formasında və şərt budaq cümlələrində (if-clause) göstərir:  

-

 

If I had a chance, I would study abroad. – Şansım olsaydı, xaricdə oxuyardım. 



-

 

If I were child again, I wouldnt like to grow up. – Əgər yenidən uşaq olsaydım, böyümək 

istəməzdim. 

Hər iki cümlədə kontekst danışanın söhbət anındakı vəziyyətinə ziddir.  

Kommunikativ aktın həyata keçirilməsi və başa düşülməsi çox vaxt  nitqin iştirakçılarının sosial 

fərqləri,  sosial  statusu  haqqında  biliklərin  daxil  edildiyi  praqmatik  bacarıq,  davranış  tərzi  haqqında 

məlumatlılıq  və  eksplisit  və  implisit    linvistik    səriştə  ilə  bağlı  olur.  Deyksis  də  praqmatikaya  aid 

məsələlərdən biri kimi dilçilər, filosoflar və psixoloqlar üçün həmişə böyük maraq doğurmuşdur.  

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin