IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1289
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
etdiyi bir istiqamətli kommunikasiya növü olan elektron səhifələr istinad məqsədi daşıyır. Elektron
poçt ismarışları ayrı-ayrı şəxslərə və ya qrupa kommunikativ məqsədlə göndərilir və cavab gözlənilir.
Onlayn söhbət səhifələrində isə kommunikasiya cari anda baş verir və iki və ya daha çox şəxs arasında
həm yazılı, həm də səsli diskurs formasında reallaşır. Virtual kommunikasiyaın iki növü- sinxron və
asinxron – müəyyən olunub. ( Dix, Finlay, abond və Bealı, 1993) Sinxron kommunikasiya normal
telefon və ya üzbəüz söhbətlərdə olduğu kimi eyni vaxtda baş verir, asinxron kommunikasiyada isə
bunun tam əksi müşahidə olunur. Belə ki, bu iki kommunikasiya tipi arasında ən əsas fərq
temporallıqdır. Asinxron kommunikasiyaya e-mail, yəni elektron poçtu misal göstərmək olar.
Elektron səhifələr hipermətnlər əsasında qurulur və əlaqəli məlumatlar işarələnir. Bir çox
kommersiya saytlarında verilən məlumatlarda qrammatik, hərf və ya durğu işarələrində səhvlər
müşahidə olunduğu halda, ayrı-ayrı şəxslər tərəfindən hazırlanan şəxsi səhifələrdə qrammatik
səhvlərlə yanaşı, faktiki məlumat səhvləri də olur. Oxucular və ya informasiya qəbul ediciləri elektron
səhifədə verilmiş informasiyanın tərcüməsini tələb edirlər. Elektron mətnlər ənənəvi kağız üzərindəki
ardıcıl mətnlərdən fərqlidir. Məsələn, Neqropont (1995:70) hipermətnləri oxucunun istəyindən asılı
olaraq genişlənib kiçilə bilən “elastik” ismarışlar kolleksiyası hesab edir. Elektron səhifələr mütləq
əvvəldən axıra kimi deyil, istənilən sıralama ilə oxuna bilər. Təbii ki, bu da tərcüməçidən bir tərəfdən
daxili məntiqi əlaqəni nəzərə almağı, digər tərəfdən isə, mətnin istənilən hissəsinin oxunduğu zaman
anlaşıqlı olmasını tələb edir. Məsələn, əvəzliklər, ixtisarlar və abreviaturalar tərcümə olunan zaman
sənədin başqa saytlarla olan əlaqəsi də nəzərə alınmalıdır. Elektron səhifələrin oxucu kütləsini
müəyyənləşdirmək qeyri-mümkün olduğu üçün, tərcüməçi çətin dialekt və ya terminlərdən imtina
etməlidir. Tərcüməçi mətni göndərmədən öncə hipermətnə kompyuter ekranında baxmalı, daha sonra
yazı və təqdimat üslubunun müvafiqliyini yoxlamalıdır. Bunun üçün tərcüməçi ekran estetikasına
yaxından bələd olmalıdır.
Qeyri-müəyyən auditoriyası olan elektron səhifələrdən fərqli olaraq, elektron poçt diskursu
adətən müəyyən qəbuledicilərə yönlənir. Bu tip ismarışlar şifahi kommunikasiyanın bir çox özəllikləri
ilə ( məsələn, cümlə fraqmentləri, hərf səhvləri, durğu işarələrinin səhv istifadəsi və olnlan jarqonlar)
oxşarlıq təşkil edir. (Herring , 1996) Qeyri-verbal diskurs növləri olan elektron poçt və söhbət
səhifələrində üz ifadəsini, jest və yaxud səsin tonunu kompensasiya edən “emotikonlar” adlanan
kodlardan istifadə olunur. Bu simvolların tərcümədə implikasiyası göndərilən ismarışın konteks
daxilində anlaşılmasına xidmət edir və daha çox müəyyən mədəniyyətlərə xas olurlar ( Donat, 1997).
Məsələn, Yaponiya mədəniyyətinə xas olan və Yapon komunikasiyasında istifadə olunan emotikonlar
buna misal ola bilər. Yaponlar ismarış göndərən zaman alıcının inciməsini ehtimal etdikləri
situasiyalarda “soyuq tər” (“cold sweat”) “(ˆ ˆ ;)” emotikonundan istifadə edirlər. Yapon virtual
diskursuna xas olan bir çox emotikonlar nümunə kimi göstərilə bilər. Məsələn, “(ˆ · ˆ)“ emotikonu
təbəssüm bildirir və yalnız qadınlar tərəfindən istifadə olunur, çünki qadın gülərkən dişləri
görünməməlidir. “\(ˆ _ˆ )/” duyğu işarəsi isə “banzai” adlanır və gülərək əlləri yuxarıya doğru tutub
qarşıdakı şəxsə hörmət ifadə edir. Kommunikasiya üslubunu əks etdirən emotikonların öyrənilməsi,
xüsusi ilə də tərcümə ilə əlaqəsi yeni tədqiqat sahəsidir və onların tərcüməsi hələ də mübahisə
doğurur.
Yeni media diskurs növü olan interaktiv onlayn söhbət səhifələri, məsələn, Facebook, LinkedİN,
GooglePlus, Whatsapp və Twitter kimi sosial şəbəkələr şifahi diskursun bir çox özəlliklərinə malikdir;
belə ki, müxtəlif qeyri-normativ cümlə strukturlarından istifadə olunur. ‘Friending’, ‘liking’,
‘connecting’ və ‘following’ kimi yeni terminlər dilimizə daxil olmuşdur. Bu terminlər dilimizə kalka
yolu ilə də daxil oluna bilər, yəni müvafiq tərcümə ilə əvəz oluna bilərlər. Lakin reallıqda bu heç də
belə olmur. Son zamanlar tez-tez işlədilən “layk etmək” (to like), “koment”, “status” sözləri kimi
dilimizdə bir çox yeni virtual mənşəli sözlər peyda olur.
Elektron kommunikasiyanın qrammatikası daha çox mübtəda vəzifəsində işlənilən əvəzlik və ya
söz önünün silinməsi kimi qeyri-standart, zəif cümlə konstruksiyaları və ellipsis ilə xarakterizə
olunur. Məsələn, Never tried speaking to them to be honest and not about to start. Göstərdiyimiz
nümunədə, heç bir qrammatiklikdən söz gedə bilməz. Sözönü ilə müqayisədə, mübtədanın silinməsi
daha geniş istifadə olunur. Qısaltmalar (contractions) adətən fonetik səslənmələrlə əlaqəlidirlər: ‘
dunno’ (don’t know) ‘prolly’ (probably), və ya ’snot really me, yknow?’ (It has not really me, you
know). Qrammatik səhvlərlə yanaşı, hərf səhvləri də virtual kommunikasiyada tez-tez müşahidə
etdiyimiz hallardır. D. Kristal belə hərf səhvlərinin implisit norma kimi artıq qəbul olunduğunu qeyd
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1290
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
edir. Hərfin və ya rəqəmin bütöv sözü əvəzləməsi kimi qeyri-standart omofonlar üslubi təsirə malikdir.
Misal üçün, ‘C U L8ER’ =‘See you later’,’R U there?’ = ‘Are you there?’, ‘NE1’ = ‘anyone’.
Abreviaturalar da sinxron media diskurs növlərində təsadüf olunur: IMHO (in my humble opinion),
TTYL (talk to you later).
Dilin digər aspektləri kimi praqmatik aspekt də virtual aləmdə kifayət qədər fərqlidir. İsmarışlar
verbal yolla ötürülmədiyinə görə mesajların dolayısı yolla verilməsi heç də nəzakətli səslənməyə bilər.
Dilin praqmatik aspektini nəzərə alan Qris (Grice, 1975) belə bir fikir irəli sürür ki, kommunikasiya
universal prinsiplərlə idarə olunur ki, onlar da maksim (maxim) adlandırılır. Yəni, tərəflər informasiya
mübadiləsində əməkdaşlıq prinsipinə əsaslanırlar və daha təsirli kommunikasiya üçün Qris daha dörd
prinsip irəli sürür: kəmiyyət (söhbət əsnasında nə çox, nə də az danışmaq), keyfiyyət (yalan və ya
əsassız danışmaq), uyğunluq (söhbətə aidiyyəti olan məsələlərə toxunmaq) və tərz (anlaşılmazlığı
aradan qaldırmaq). Danışan bu prinsiplərdən hər hansına məhəl qoymazsa, qarşılıqlı anlaşılmazlıq
yarana bilər.
Nəticə olaraq qeyd edilməlidir ki, yeni media diskurs dilçilikdə yeni tədqiqat sahələrindən biridir
və hal-hazırda dünya dilçiliyində bu haqda bir çox nəzəri və təcrübi araşdırmalar aparılır. Yeni media
diskurs müxtəlif linqvistik vasitələrlə, belə ki, deyiksislər, müxtəlif emosiya işarələri və ya şifahi
nitqdə adət etdiyimiz leksik səhvlər və ya qeyri-standart qrammatik ifadələrlə xarakterizə olunur.
Lakin bu səhvlər bəzən mənaya üslubi çalar vermək üçün şəxs tərəfindən bilərək istifadə olunduğu
halda, çox zaman isə tərəflər arasında anlaşılmazlığa səbəb olur. Odur ki, virtual diskurs şifahi nitqlə
ortaq xüsusiyyətlərə malik olsa da, yuxarıda qeyd etdiyimiz özünəməxsus normalara malikdir.
ZAMAN KONSEPTUALLAŞMASININ
LİNQVOKULTUROLOJİ ASPEKTLƏRİ
Türkan ƏLİYEVA
Azerbaijan University of Languages
turkan_alisoy@yahoo.com
AZƏRBAYCAN
İnsanı heyvandan fərqləndirən əsas cəhətlərdən biri onun öz fəaliyyətini və təcrübəsini düzgün
modelləşdirərək hərəkət etməsi qabiliyyətidir. Heyvanlar üçün keçmiş təcrübə ancaq şərti reflekslər
yaratdığı üçün əhəmiyyətli olub yalnız həmin qıcıq yenidən əmələ gəldiyi zaman yaranan reaksiya ilə
üzə çıxır. Gələcək zamanla əlaqə isə heyvanlarda ancaq “insight” – qeyri-standart vəziyyətlərdə
verilən və daha sonra refleksə çevrilən qərarlarla bağlıdır. İnsan üçün isə hər şey daha fərqlidir. İnsan
zamanı dərk etmək qabiliyyətinə malikdir, lakin zaman abstraktdır, beş duyğu orqanından heç biri ilə
qavranılmır. Bununla belə, zaman istər tarix boyu fəlsəfənin, psixologiyanın, müasir dövrdə isə
neyrologiyanın, linqvistikanin araşdırmaya açıq və ən vacib tədqiqat obyektlərindən biri olmuşdur.
Etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir insan üçün zamanın daxili qavranması, belə
demək mümkünsə, “zaman hissi (sense of time)” və onun zamana olan münasibəti ətrafındakı fiziki
zamandan daha vacibdir. Zamanın koqnitiv modelləri beyindəki mürəkkəb koqnitiv strukturlarda
mövcud olur, “çətinlik anında” aktivləşdirilir və linqvistik parametrlərlə ifadə olunur. Bu
reprezentasiyalar bir tərəfdən bioloji və universal təcrübə yaradırsa, digər tərəfdən kulturoloji və
etnoloji fərqlər ortaya çıxarır. Bu və ya digər fərdin zamanı subyektiv qavraması və dərk etməsi, eyni
zamanda onu yenidən işləməsi aspektlərini və individual şüurdan bu və ya digər mədəniyyətə
istiqamətlənən təsirini linqvokoqnitiv, əksinə bu və ya digər mədəniyyətin bu mədəniyyətə mənsub
olan individualların şüuruna yönələn təsirindən yaranan faktorlar isə linqvokulturoloji yanaşma
vasitəsilə analiz edib araşdırılır.
Ekstralinqvistik faktorlardan kənar təsəvvür edilə bilməyən dil və onun inkişaf prosesi həmin
faktorların sürəkli təsirinə məruz qalır. Bu dildən kənar faktorların öyrənilməsi bu və ya digər, dildə
illər boyu baş vermiş modifikasiyalar və onların səbəbləri haqqında ətraflı məlumat vermək
qabiliyyətinə malikdirlər. Bəs yuxarıda qeyd olunan bu ekstralinqvistik faktorlara nələr aiddir? Hər bir
xalqın etnoloji xüsusiyyətləri, dini, coğrafi-areal mövqeyi, substrat və ya superstrat vəziyyəti və s.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1291
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Yuxarıda qeyd olunan faktorlardan aldığımız məlumatları nəzərə alaraq zaman konsepti müxtəlif
etnoslara mənsub olan dillərdə , əsasən , iki cür təzahür edir, başqa sözlə dillər zamanı iki tipdə
konseptuallaşdırır: xətti zaman və dövri zaman. Koqnitiv dilçilik və koqnitiv psixologiyaya görə,
insanlar zamanı məkan və hərəkət konseptləri ilə birlikdə konseptuallaşdırırlar. Onların fikrincə,
hadisələr və onların zamanda ardıcıllığından əvvəl insan beyni obyektlərin, yəni material olanın,
məkanını və hərəkətini qavrayır və konseptuallaşdırır.
İnsan beyni məkan konseptini üç ölçüdə qavrayır və dərk edir: en, uzunluq və hündürlük.
Etnoloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif xalqlar üçün Zaman məkandır və Zaman hərəkətdir
təklifləri doğru olur. Məkan və hərəkət konseptləri ilə birbaşa əlaqədə olaraq müxtəlif etnoslarda
zaman xətti (yuxarıdan aşağıya və sağdan sola) və dövri olaraq hərəkət edə bilər. Bu, zaman
konseptuallaşmasının iki tipini – xətti və dövri – müəyyənləşdirir.
İlk öncə zamanın yuxarıdan aşağıya xətti hərəkət etdiyi dillərdə bu konseptin necə təzahür
etdiyinə nəzər salaq. Məsələn, yapon dilində shanyue – keçən ay sözünün etimologiyasına nəzər
salsaq, hərfi mənasının yuxarı ay olduğunu müşahidə etmiş olarıq. Digər nümunələrə nəzər salaq:
Xiayue – gələn ay (etim. aşağı ay
Shang-ban-tian – səhər (etim. günün yuxarı yarısı)
Xia-ban-tian – günorta (etim. günün aşağı yarısı)
Belə güman olunur ki, bu konseptuallaşmanın əsasında bu zaman quruluşuna məxsus etnosun
vizual təcrübəsi durur. Məsələn, yuxarıda nümunələr gətirdiyimiz çin dilində yuxarıdan aşağıya xətti
zaman tipinin mövcud olması coğrafi yerləşmə və din faktoru ilə birbaşa əlaqədardır. Belə ki, Yantszı
çayının Çin mədəniyyətindəki yeri məlumdur. Əvvəlcə çayın ətrafındakı torpaq sahələrinin bərəkətli
olması səbəbi ilə burada məskunlaşan xalq daha sonra onun mənbəyinin harada olmasını
bilmədiklərindən çayı müqəddəsləşdirmiş və tanrılarım göndərdiyi hədiyyə olaraq qəbul etmişlərdir.
Yantszının mənbəyinin yuxarıda dağlarda yerləşməsi və bundan başqa dini cəhətdən müqəddəs olması
faktı dilin zamanı və məkanı yuxarıda aşağıya konseptuallaşdırmasının əsasında durur. Eyni əsas
yapon və hind dillərində də mövcuddur.
Xətti zaman tipinə mənsub olan digər qrup dillərdə zaman soldan sağa istiqamətlənərək konsep-
tuallaşır. Zamanı bu cür konseptuallaşdıran xalqlarda zamanın mənbəyində eqo - mən dayanır. Lakof
qeyd edir ki, “ bizim təcrübəmizdə eqomuzu, yəni özümüzü, geriyə deyil irəliyə istiqamətləndirmək,
passiv deyil aktiv, pis deyil yaxşı görmək meyli vardır. Eqomuz burada və indi mövcuddur və ən vacib
olan da budur. (Lakoff 2004: 162) Mədəni xarakterin bu cür orientasiyası U.Kupervə C.Ros tərəfindən
me-first (ilk öncə özüm) adlandırılır və bu zaman tipinə məxsus olan dillərin qrammatik strukturlarını
digərlərindən fərqləndirir. İngilis, türk və dillərindəki müxtəlif nümunələrə nəzər salaq.
She has a bright future ahead of her.
Don’ t look back, the past was black.
Tomorrow will move us forward to new chances
Gelecek günler bizimdir.
Daha gençsin, önünde yeni imkanlar olacak
Zamanı soldan sağa xətti konseptuallaşdıran xalqların fərdləri adətən individualist xarakterləri ilə
fərqlənir, öz eqolarını zaman və məkanın mərkəzinə yerləşdirərək bütün ölçmələri bu mərkəzdən
hesablayırlar.
Əsasən nisbətən ibtidai və ya artıq ölü olan dillərdə zaman və məkan anlayışları dövri istiqamətdə
konseptuallaşır. Zamanın dövri konseptuallaşması, əsasən, müəyyən zaman aralıqları ilə dövr edən
təbiət hadisələrinə əsaslanır. Bu, o xalqların psixologiyasında və dillərində mövcud olur ki, həmin
xalqların həyat tərzi və yaşantısı təbiət hadisələrindən asılı şəkildə qurulmuşdur. Bu xalqlar üçün
zaman əkin və biçin, yaylaq və qışlaq arasında keçən perioddan ibarətdir. Məsələn, qədim Misir
xalqının dilində zaman Nil çayının daşması və geri çəkilməsi arasında keçən periodda dövr etmiş və
həftənin günləri və ayların adları da bu hadisədən irəli gələn mənalarda adlandırılmışdır. Müasir
Afrika dillərinin bir çoxu zamanı dövri konseptuallaşdırmaq xüsusiyyətinə malikdirlər. Dövri zaman
konseptinə mənsub olan əksər Afrika dillərində gələcək zaman mövcud olmur.
Yuxarıda qeyd olunan hallardan nəticə alaraq qeyd etməliyik ki, koqnitiv və neyroloji xsusiyyət-
lərin eyniliyi universal zaman konseptuallaşmasına şərait yaratsa belə, təcrid olunmuş vəziyyətdə
mövcud olmayan dillər etnoloji, coğrafi-areal, dini və s. Ekstralinqvistik faktorların təsiri ilə dəyişən
dil strukturları dillər arasında linqvokulturoloji fərqlər yaranmasına səbəb olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1292
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ZAMAN VƏ MƏKAN MƏNALI DEYKSISLƏR
Safiyya MURSALIYEVA
Azerbaijan University of Languages
sofi_24@list.ru
AZƏRBAYCAN
Deyksis yunan sözü olub (déixis), dil vahidinin leksik və qrammatik vasitələrlə ifadə edilən
işarəliliyini bildirir. Deyksis semantikanı və praqmatikanı birləşdirən vasitə olub, müəyyən mətn
daxilində, kontekstlə birbaşa əlaqəsi olan söyləmlərdə məqamından asılı olaraq yer, şəxs və zaman
strukturunu və ya funksiyasını göstərir.Təbii dil bütövlükdə deyktik ifadələrdən ibarətdir. Söyləm
daxilində deyksisin işarə etdiyi söz və söz birləşmələri kontekstual informasiya zamanı ortaya çıxır.
Kontekstual informasiya daşıyan söz və söz birləşmələri deyktik ifadələr adlanır. Bütün bu ifadələr
danışan və dinləyənin eyni kontekstdə söhbət etməsindən asılıdır. S.Levinson qeyd edir ki, deyksis
nitq aktının və kontekstə əsaslanan söyləmin kodlaşdırılmasının qrammatik üsulları və həmin
söyləmin mübadiləsinin həmin kontekstə əsaslandığı üsulların analizindən ibarətdir. Deyksis
göründüyü kimi sadə bir fenomen deyildir. O, adresatın mətni anlamasına kömək üçün danışan
tərəfindən verilən vacib məlumatı göstərir və mətni dərk etməyə şərait yaradır. Bundan başqa, bəzən
oxucu dildə birbaşa anlaşılmayan söz və ifadələrin mənasını məhz diskurs, müəyyən kontekst
daxilində müəyyənləşdirir. Deyksis nitq aktından asılı olaraq danışan və adresat arasında müəyyən
uzaqlıq və yaxınlıq, başqa sözlə, məkan və zaman kontekstini aydınlaşdırmağa imkan verir. İngilis
dilində this, here, now zərf və əvəzlikləri yaxınlıq(proksimal), that, there, then zərf və əvəzlikləri isə
uzaqlıq ifadə edən (distal) deyksislər hesab olunur. Proksimal deyksis birmənalı olaraq danışana aid
məkan və zamanı əks etdirir. Məsələn, now zərfi danışanın nitqinin zaman müddətinə işarə edən
deyktik mərkəzi kimi çıxış edir.
Distal deyksis isə danışandan məkanca kənara yönəlmiş olur. Lakin bəzi dillərdə yaxın adresat,
danışan və yaxın adresatdan kənarda – müəyyən uzaqlıqda olan şəxsləri bildirən deyksislərə də rast
gəlmək olar. Məsələn, yapon dilində o işarə əvəzliyi həm adresata yaxın sore, həm də danışan və
adresatdan uzaq are sözləri, proksimal bu əvəzliyi isə danışana yaxın kore sözü ilə ifadə olunur.
Söyləmin kontekst daxilində verilməsi müəyyən sözlərin aydınlaşdırılması və mənanın tam ifadə
edilməsi üçün vacibdir. Məsələn, ingilis dilində here, there, now, then, yesterday, today və tomorrow
zərfləri, this, that, you, me, she, him, it, them əvəzlikləri kontekstxaricində anlaşılmaz olur. Dil vahidi
ilə ifadə edilmiş bu və ya digər fikri anlamaq üçün müəyyən məlumatların olması vacibdir. Məsələn,
danışanın kim olduğu, söhbətin kimə yönəldiyi, söhbətin kimin haqqında aparıldığı, hansı zamana və
məkana aid olması belə məlumatlardandır. Konteksti təyin edən bu tipli məlumatlar qeyri-linqvistik
məlumatlar adlanır, çünki belə məlumatlar dilin qrammatik quruluşuna aid deyil, onların yalnız ifadə
vasitələri (söz, cümlə, söz birləşməsi) linqvistik vasitələrdir.
Məkan bildirən deyksislərhər bir dildə danışan bu və ya digər şəkildə ətrafındakı məkan
kontekstinə əsaslanır. Əlbəttə, danışanın mövcud olduğu məkan ilə onun nitqinin cərəyan etdiyi və
kontekstin aid olduğu zaman arasında sərhəd mövcuddur. Məkan bildirən deyktik xarakterli sözlərə
əsasən işarə əvəzlikləri aid edilir. İng. this, that, these, those, azərb. bu, o, frans. ici, la, alm. Diese
buna misal ola bilər. Deyktik mənaya bəzi feillərdə malik olur, məsələn, ing. come, go, alm. kommen,
gehen, frans. venir, aller. Bəzi zərflər və sözönülər də məkan bildirən deyksis kimi çıxış edə bilir,
məsələn, ing. here, there əvəzlikləri, in, on sözönüləri (in the classroom, on the chair). Məkan
deyksisləri həmçinin yaxınlıq və uzaqlıq mənaları da ifadə edir. Məsələn, ing. here, this, these
danışana yaxın olan məkanı, there, that, those isə danışandan uzaq məsafəni bildirir. Lakin qeyd etmək
lazımdır ki, belə deyksislər məkan mənasını heç də həmişə dəqiq şəkildə ifadə edə bilmir, çünki
onların bildirdiyi məkan istənilən ərazi, otaq, şəhər və s. ola bilər.
Məkan bildirən deyksislərin əsasında bəzən psixoloji məsafə də dayanır. Fiziki və psixoloji
məsafələrin üst-üstə düşdüyü hallar da olur. Müq. et: I don’t like that ‘Mən onu xoşlamıram’
cümləsində danışan öz boşqabındakı yeməyi nəzərdə tutaraq, özündən psixoloji cəhətdən uzaq və
özünə fiziki cəhətdən yaxın bir məkana işarə edir.
Zaman bildirən deyksislər. Dildə zaman məfhumu əsasən məkan konsepti daxilində zamanın
metaforik strukturuna əsaslanır. Zaman və məkan arasındakı əlaqə məkan terminləri fonunda ortaya
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1293
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
çıxan zaman mənalı ifadələrin inkişafına əsaslanır. Zaman xətti üç yerə bölünür: indiki, keçmiş və
gələcək. İndiki zaman deyktik mərkəz kimi konseptuallaşdırılır. Məsələn, ingilis dilində bu, now sözü
ilə ifadə olunur. Now ‘indi’ söhbət aktının cərəyan etdiyi zamanı göstərir, lakin o, söhbət aktından da
geniş zamanı ifadə edə bilər. Məsələn: Peter is now thirty years old ‘Peterin indi 30 yaşı vardır’.
Deyktik mərkəz keçmiş və gələcək zamandan tamamilə fərqlənir. Bunun üçün ingilis dilində müxtəlif
deyktik ifadələr mövcuddur. Məsələn, then ‘sonra’ zərfi həm gələcək, həm də keçmiş zamana aid olur,
lakin soon ‘tezliklə’ və ago ‘əvvəl, qabaq’ kimi zərflər isə yalnız bir zaman kəsiyinə aid olur. Onlar
ayrı-ayrılıqda keçmiş və gələcəyə aid olur. Müq. et:
-
I was still in school then. - Mən onda hələ məktəbli idim. (keçmiş zaman).
-
I’ll be ready then. – Mən onda hazır olacam(gələcək zaman).
-
I’ll be there soon. - Mən tezliklə orda olacam. (gələcək zaman).
-
Ten years ago I was a graduate student. – 10 il əvvəl mən məzun idim. (keçmiş zaman).
Zaman mənalı deyksislərə aşağıdakıları nümunə göstərmək olar: ing. now, then, soon, before,
later, ago, yesterday, today, tomorrow, next, last Monday, this week, last year, azərb. indi, sonra,
onda, tezliklə, əvvəl, sonralar, dünən, bu gün, sabah, bazar ertəsi, bu həftə, gələn həftə, gələn il, keçən
il, frans. maintenant, alors, bientot, devant, antan, demainmatin, demainsoir.
İngilis dilində zaman mənalı deyksislər əsasən zaman kateqoriyasında ortaya çıxır.
İndiki zaman yaxınlıq, keçmiş zaman isə uzaqlıq bildirir. Keçmişdə baş vermiş hər hansı bir
hadisə danışanın indiki vəziyyətindən uzaqda baş verib: I could swim in my childhood. – Mən
uşaqlıqda üzə bilirdim. Müəyyən hadisə danışanın mövcud vəziyyəti ilə ziddiyyət təşkil edir və
reallıqla uzlaşmırsa, bu, distal deyksislə ifadə edilir. Məsələn: I could be there if I had a lot of money. -
Mənim çoxlu pulum olsaydı, orada olardım. Bu tipli situasiyalar ingilis dilində özünü feilin sabjanktiv
formasında və şərt budaq cümlələrində (if-clause) göstərir:
-
If I had a chance, I would study abroad. – Şansım olsaydı, xaricdə oxuyardım.
-
If I were child again, I wouldn’t like to grow up. – Əgər yenidən uşaq olsaydım, böyümək
istəməzdim.
Hər iki cümlədə kontekst danışanın söhbət anındakı vəziyyətinə ziddir.
Kommunikativ aktın həyata keçirilməsi və başa düşülməsi çox vaxt nitqin iştirakçılarının sosial
fərqləri, sosial statusu haqqında biliklərin daxil edildiyi praqmatik bacarıq, davranış tərzi haqqında
məlumatlılıq və eksplisit və implisit linvistik səriştə ilə bağlı olur. Deyksis də praqmatikaya aid
məsələlərdən biri kimi dilçilər, filosoflar və psixoloqlar üçün həmişə böyük maraq doğurmuşdur.
Dostları ilə paylaş: |