IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1193
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Толстой предстает как тонкий знаток жизни, быта, культуры,нравов и обычаев кавказских
народов. В процессе работы он изучил достаточно большое количество разнообразных
источников, начиная с исторической литературы, и кончая рассказами очевидцев событий.
Все произведения данного периода носят автобиографический характер.
Толстой, как и Лермонтов, принимал участие в военных походах и вылазках против
горцев. Он проливал чужую кровь. Война изображена писателем без прикрас: разрушение
горных аулов,убийство мирных жителей, грабежи.
Толстой сочувствовал горцам, Он осуждал насилие и жестокость., порожденные
опустошительной войной.Он сознавал, что истребление себе подобных «несправедливое и
дурное дело» .Война для него и спустя полвека останется безумием и преступностью.
Война стала для него не только испытанием силы и характера, но и предметом
нравственно-философских размышлений. В одном из дневников он признавался, что начинает
любить Кавказ «хотя посмертной, но сильной любовью», и что «действительно хорош этот
край дикий, в котором так странно и поэтически соединяются две самые противоположные
вещи – война и свобода».
В кавказских рассказах Толстого, и в особенности батальных сценах , усматривается
влияние А.Бестужева-Марлинского. Но Толстой шагнул далеко от романтических
произведений ,создав шедевры русской реалистической литературы. Действительность для
него была лучше воображаемого.
На Кавказе сформировалась нравственная философия и социально-историческая
концепция Толстого. Кавказская действительность расширила его кругозор и явилась мощным
стимулом в творчестве. Будучи на Кавказе он тесно общался с русскими солдатами, вольными
казаками, горцами. Именно они, бесстрашные, стойкие, мужественные, далекие от тщеславия и
напускной удали,- главные герои его произведений. В них ведущее место занимает проблема
народа, русского национального характера .Наблюдая за поведением солдат и офицеров,
привыкших к будням войны,он раскрывает их психологию. Каждый со своими
думами,философским отношением к жизни, и смерти , и войне.
Уже в первых военных рассказах Толстого с достаточной определенностью выступает
своеобразный стиль воссоздания батальных сцен и образов военной среды, получивший свое
дальнейшее развитие в «Войне и мире».Кавказская тема соотносится в творчестве Толстого с
размышлениями о подлинной и мнимой храбрости, истинной и ложной красоте, духовной и
нравственной сущности.Толстой подходил к кавказской войне с нравственных
позиций,считая,что добром можно победить зло, и людям незачем убивать друг друга. Именно
так виделось ему решение проблемы. Толстой-моралист утверждает: русские и горцы могут
жить в мире и согласии.
Кавказ был для писателя и мечтой и действительностью. Впоследствии, оглядываясь на
прошлое, он скажет, что никогда более не доходил до такой высоты мысли как тогда ,в то
время, продолжавшееся 2 года. И всё, что он нашёл тогда, навсегда осталось его убеждением.
Толстой никогда больше не бывал на Кавказе, в краю «кипучей жизни» и «смелых
мечтаний», любовь к которому пронёс через всю жизнь.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1194
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1195
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İNGİLİS DİLİ
C.M.KUTZEENİNİN YARADICILIĞINDA İNSANIN
CƏMİYYƏT BASQISI QARŞISINDA ACIZLİYİ VƏ “ACİZLİYİN
QİSASI” MƏQAMI
(“AĞDƏRİLİLİK KOMPLEKSİ” VƏ ÖDƏNMƏYƏCƏK
BORCUN AĞIRLIĞI FONUNDA)
Səbriyyə İSMIZADƏ
Azərbaycan Dillər Universiteti
sabriyya@inbox.ru
AZƏRBAYCAN
Nobel mükafatı (2003-cü il) laurereatı, Cənubi Afrika Respublikası əsilli ingilisdilli yazar
C.M.Kutzeenin “Barbarları gözləyərkən” və “Mikael K-nın həyatı və dövrü” romanlarında müəllif
tərəfindən əsas qabardılan problemlərdən biri, ümumiyyətlə onun yaradıcılığı üçün səciyyəvi olan və
demək olar ki, bütün yaradıcılığından “qırmızı xətt”lə keçən “günahkarlıq kompleksi”dir. Kutzee hər
iki romanda cəmiyyət basqısı qarşısında acizliyini hiss edən insanın zamanla vicdan əzabı şəklində
yaşamış olduğu “acızlik qisası” fəsadını, sonradan gələn günah etirafı qarşısında ozünü cəzalandırmaq,
vicdan hesabatı qarşısında ödənməyəcək vicdan borcunun ağırlığının yükünü çəkmək kimi problemləri
araşdırır. L.Zalesova-Doktorovanın da qeyd etdiyi kimi, Kutzee yaradıcılığında ən güclü əsərlərdən
sayılan hər iki roman “apateid zamanında qələmə alınmaqla insana, insan şəxsiyyətinə qarşı zorakılıq
əleyhinə ən böyük, ən nəhəng etirazları təcəssüm etdirmiş oldu ” (Лариса Залесова-Докторова. Мир
Джозефа Максвелла Кутзее http://magazines.russ.ru/zvezda/2004/3/dok10.html ). Düşünən ziyalı,
vicdanlı vətəndaş, həssas yaradıcı şəxsiyyət olaraq C.M.Kutzee gözünü açdığı, özünü tanıdığı
dövrdən etibarən uzun onilliklər boyu içində yaşamış olduğu irqi seqreqasiya, sosial ədalətsizlik,
milli ayrıseçkiliyin yükünü, “seçilmişlərdən”, yəni ağdərililərdən olmağın “utanc”ını, özünün irqi,
milli kimliyinə görə ölkədə cərəyan edən zülüm və ədalətsizliklərin məsuliyyət yükünü bölüşmək
ağrısını yaşayır. Bu səbəbdəndir ki, Kutzeeni “yazıçı-kosmopolit”, Dünya vətəndaşı kimi
səciyyələndirən A.Çaşınanın da bildidiyi kimi, “onun (Kutzeenin – S.İ.) əsərləri bir personajın
“solo”suna köklənir, hansı ki, zamanına, aid olduğu cəmiyyətinə qarşı çıxır. Bu, üzəində əsrinin,
zəmanəsinin bütün ədalətsizlik, amansızlıq və təhqirlərinin hədəfi olan, təqiblərə məruz
qalan, “alçaqdırmış və təhqir olunmuş” insandır (təsadüfi deyil ki, Kutzeeni Dostoyevski ilə müqayisə
edirlər – qeyd A.Çaşınanındır.). Həmin personajın yeganə silahı – mənəvi dəyərləri, sarsılmaz dözümü
və dəyanətidir. Bütün bunların qarşısında qəhrəmanın susqun itaəti istənilən cəlladı özünü vicdan
mühakiməsinə çağırmağa qadırdır” (kursiv bizimdir. – S.İ.) (Анна Чащина Кутзее, писатель-
космополит... http://www.gazeta29.ru/nextgen/ ).
Susqun itaətlə cəlladı, hakimləri qarşısında mənəvi ucalıq, ləyaqət üstünlüyü əldə edilməsi
yolunu təkcə adı çəkilən əsərlərinin qəhrəmanları deyil, eləcə də apateid rejiminin süqutundan sonra
qələmə alınmış “Rüsvayçılıq” romanının qəhrəmanı Devid Luri (David Lurie) və onun qızı Lusinin
(Lusy) baş verən haqsızlıqlar qarşısında duruşu, nümayiş etdirdikləri dözüm və dəyənətdə də izləmək
olar. Əslində M.F.Dostoyevski ilə tez-tez müqayisə edilməsinə baxmayaraq, bu məqamda Kutzee
“sülhpərvər itaətsizlik”, “itaətin etirazı” formatında cəmiyyətə etiraz mesajını, baş verənləri qəbul
etməmə duruşunu sərgiləyən qəhrəmanlarının həyat fəlsəfəsində o, həm də Mahatma Qandi fəlsəfəsinə
yaxındır. (M.Qandinin “zorakızıs mübarizə” nəzəriyyəsilə müqayisə üçün daha ətraflı bax: Конухова
А. В. Ненасилие как идеал и принцип человеческого бытия: социально-философский анализ,
автореферат…канд.филос.наук., Rhfcyjzhcr, 2014, 29 c.). Bu etiraz formasında M.Qandinin
yanaşmasına görə “qeyri-zorakılıq (qeyri-zorakı mübarizə - S.İ.) həqiqaətin sinonimi kimi çıxış edir”
(kursiv bizimdir. S.İ.) (Пряхин Н.Г. Философия ненасилия: история и современность,
автореферат…канд.философ.наук., Санкт-Петербург, 2006, 23 с. ; c.8)
Bütün anlaqlı həyatı boyu insan əleyhinə cinayətlərə, insan şəxsiyyətinin alçaldılması, irqi, dini,
milli, sosial ayrıseçkilik əsasında insanların “keyfiyyət şkalası”na görə fərqləndirilməsinə qarşı çıxan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1196
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və bu səbəbdən də, öz əsərlərində apateid rejiminin alovlu tənqidçisi kimi çıxış edən C.M.Kutzeenin
həyat paradoksu bu baxımdan maraq doğurmaya bilməz. Belə ki, Vətəni Cənubi Afrika
Respublikasındakı qaradərili insanların hüquq vəazadlıqlarının ən acımasızcasına tapdalanmasının
dövlət mexanizmi səviyyəsində icra edilməsini hədəf alan apateidə qarşı mübarizəsilə seçilən
C.M.Kutzee bu rejimin çökdürülməsindən sonra 2002-ci ildə CAR-dan Avstraliyaya mühacirət edir.
Halbuki ona qədər də ABŞ vətəndaşlığı üçün müraciət etmiş, lakin Vyetnam müharibəsi əleyhinə
etirazlarda
iştirakına
görə
mənfi
cavab
almışdır
(Джон
Максвелл
Кутзееhttp://injournal.ru/biograf/johncoetzee.html). Bu onu göstərir ki, əslində mübarizənin ön
cərgəsində olan C.M.Kutzee “aödərililikdən”, “seçilmişlikdən” doğan günahkarlıq kompleksi,
ödənməyəcək yükün ağırlığı altında yaşamaq kimi şəxsiyyət faciəsinin içindədir.
Xatırladaq ki, 1948-1989-cü illərdə rəsmi şəkildə CAR-ın dövlət ideologiyasının, idarəetmə
mexanzimlərinin əsasını təşkil edən və irqi seqreqasiyaya əsaslanan apateid (istinad
etdiyi apartheid sözü afrikaans dilində “ayrılıqda, əlaqəsiz, təmassız şəkildə birgəmövcudluq sürdür-
mək” anlamını verir) rejimi 1992-ci ildə Nelson Mandela və digər siyasi dustaqların azad edilməsi və
əsas ayrıseçkilik qanunların qüvvədən salınması ilə tarixə gömülmüşdür. (Апартеид // Политика.
Толковый словарь. М.: "ИНФРА-М", Издательство "Весь Мир". Д. Андерхилл, С. Барретт, П.
Бернелл, П.Бернем, и др. Общая редакция: д.э.н. Осадчая И.М.. 2001.http://dic.academic.ru/ ).
Özünün bioqrafik məzmunlu əsərlərində hələ erkən yaşalarında apateid rejimin ədalətsizliyinə
vardığını və heç vaxt ifrat sağçı CAR “Milli partiyası”nın tərəfdarı olmayacağına söz veridyini, tipik
irqçi afrikanerlərə ikrahla yanaşdığını etiraf edən C.M.Kutzee, K.A. Qriqoryevanın da haqlı olaraq
qeyd etdiyi kimi, ömrü boyu uşaq vaxtı əldə etdiyi kompleksin acısını yaşayıb. Belə ki, “balaca Con
Kutzee insanların sinfə, etnik və irqi aidliyyata görə fərqləndirilməsinin ədalətsizlik və amansızlığını
anlamağa başlayır və rəsmi olaraq “aparteid” adını almış cinayətkarlığa görə öz şəxsi günahını hiss
edir. Bununla da, artıq yetkin yazıçı C.M.Kutzee ... özünün təqib edilən azlığın hüquqlarının
müdafiəsində duran həyat pozisiyasını müəyyənləşdirmiş oldu (kursiv bizimdir. – S.İ.)” (К.А.
Григорьева .Дж.М. Кутзее, южноафриканец: автобиография «Детство» // Изв. Сарат. ун-та. Нов.
сер. Филология. Журналистика. 2011. Т. 11. Вып. 1. С. 93 – 98. cyberleninka.ru ).Bununla da
balaca Conun gələcəkdə Nobel lauretı Con Maksvel Kutzeeyə çevrilməsi kimi (yetkin şəxsiyyətin
formalaşması prosesi kimi) ağrılı psxiemossional – inellektual yenidən “doğuluş”u Freydin bütün
komplekslərin uşaqlıq dövründən qaynaqlanması həqiqətini əyani şəkildə təsdiqləmiş olur. Belə ki,
“İnsan qəlbinin sirri – onun uşaqlıq faciələrində gizlənir. Həmin faciələrin kökünə varın və şəfa
(sağalma) bunla da gələcək ” – deyən psixoanalizin banisinin ( О Фрейд - ты Мир. Персонально для
Вечного
Оппонента.
http://professionali.ru/Soobschestva/psi-faktorvzglyad/o-frejd--ty-mir-
personalno-dlja-vechnogo/ ) fikirləri öz dolayı təsdiqini CAR –ın aparteid rejimini ərsəyə gətirmiş
ağdırilə əhalisinin yerinə günahkarlıq kompleksini yaşayan və qaradərili əzilən kütlə qarşısında
ödənməyəcək, ödənə bilməyək borcun ağır yükündən əziyyət çəkən Kutzeenin yaradıcılığında
izlənilir. Aparteid rejimi süquta uğradıqdan sonra ölkədə qaradərili çoxluğun bəzi qisminin revanşizm
meylləri sayəsində ağdərilililərə qarşı ayrıseçkilik siyasəti yürüdülməyə başlayanda Kutzee belə
demək olarsa, “özünü bağışlayır”, etmədiyi günahlarına görə, sadəcə olaraq, dəri rənginə görə
bölüşdüyü məsuliyyət yükünə, borc ağırlığına görə itaətkarcasına bağışlayır. Y.A.Stukovanın da qeyd
etdiyi kimi, “Kutzee aparteid rejiminin çöküşündən sonra ağdərili əhaliyə qarşı aparılan terrora qarşı
da etiraz edir” (Струкова Е. А. Мифологизированный образ русского писателя в романе-
псевдобиографии Дж. М. Кутзее «Осень в Петербурге» / Е. А. Струкова // Научный диалог.
2016, № 1 (49). С. 159—169. http://www.nauka-dialog.ru/userFiles/file/159-pdf ; с.161). Lakin o, bu
etirazında aparteidin ifşasında olduğu qədər amansız və ardıcıl deyil, burada da ona etmədiyi
günahlardan doğan “ağdərilik kompleksi” mane olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1197
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AMERİKA UŞAQ ƏDƏBİYYATININ YARANMA TARİXİ
Turanə ABDULLAYEVA
Qafqaz Univeristeti
Turane_1988@mail.ru
AZƏRBAYCAN
Bildiyimiz kimi hələ XVII-XVIII əsrlərdə uşaq ədəbiyyatı deyilən bir məhfum yox idi. Zamanla
bu ədəbiyyat yaranıb inkişaf etməyə başladı. Bir çox uşaq hekayələri bəzən olurdu ki, uşaqların özləri
və gənclər tərəfindən yazılır, sonra isə bu əsərlər nəşr edilərək yaşıdları arasında yayılır. Əlbəttəki,
belə yazıçıların əsərlərinin işıqlanmasında valideynlərinin və müəllimlərinin böyük köməkliyi olur.
D.Aşfoldun 1919-cu ildə yazdığı “Gənc səyahətçilər”, Ann Frankın 1952-ci ildə yazdığı “Gənc qızın
gündəliyi” adlı əsərləri belə hekayələrdən bəziləridir. UAşaq hekayələri uşaqların özləri ilə birbaşa
kontakt zamanıda yarana bilər. Uşaqların yuxu vaxtı qulaq asmağı sevdikləri ən yaxşı yadda qalan
belə hekayələrdən biri A.A.Milnin öz oğluna danışdığı “Vinni pux”-dur ki, 1926-cı ildə o artıq bu
hekayəsini qələmə almışdır.
Amerika ədəbiyyatının yaranmasından çox illər əvvəl Qərbi Avropada uşaq əsərləri, uşaqlıq
dövrünü əhatə edən bir ədəbiyyat sahəsi yaranmağa başlamışdı. Flipp Arilsin fikrinə görə
ümumiyyətlə “uşaqlıq” məhfumu anlayışı ədəbiyyata hələ XVII əsrdən meydana gəlmişdir.
Baxmayaraq ki, bu dövrdə yazılan kitabların demək olar ki, əksəriyyətinin mövzusu dini və ədəb
mövzuları ilə bağlı idi, lakin bu kitablarında əksəriyyəti uşaqlara öyrədilməsi üçün nəzərdə tutulurdu.
Harvi Darton isə sübut etməyə çalışırdı ki, XVII əsrdən əvvəl heç bir uşaq ədəbiyyatı mövcud
deyildi.(Nineteenth Century Children: Heroes and Heroines in English Children's Stories 1780–
1900.Avery, Gillian. 1965. London) O, uşaq ədəbiyyatının inkişafını bir başa Quttenberqin kitab
nəşrinin kəşfi ilə bağlayır.
Qərb ədəbiyyatının xüsusi ilə də İngiltərə ədəbiyyatının Şimali Amerika ədəbiyyatına təsiri
danılmazdır. XVIII əsrdən başlayaraq İngiltərə ədəbiyyatında sırf uşaqlarla bağlı əsərlər meydana
gəlməyə başladı. Bunlar arasında Daniel Defo (Robinzon Kruzo), Jonatan Svift (Qulluverin
səyahətləri) kimi yazıçıların əsərləri xüsusi yer tutur. Purutian dövrünün yazıçıları hesab edilən bu
yazıçılarında əsərlərində dini fikirlər sözsüz ki, mövcud idi, lakin bunla belə əsərlərin mövzusu uşaqlar
üçün nəzərdə tutulmuşdu. XVIII əsrdə Sarah Filding tərəfindən yazılmış “Mürəbiyyə’ əsəri də mövzu
baxımdan, hec bir dini möhumatla bağlılığı olmayan bir əsər hesab edilir və uşaqlar üçün yazılmış bir
əsər hesab edilir.(Nineteenth Century Children: Heroes and Heroines in English Children's Stories
1780–1900. Avery, Gillian. 1965. London)
Amerika ədəbiyyatı əsasən Viktoriya dövründə inkişaf etməyə başlamışdı. Bu dövrdən
başlayaraq uşaqlar üçün əsərlər yazılmağa başlamışdır. Bu dövr uşaq ədəbiyyatının özünə məxsus
xarakterik xüsusiyyəti mövcud idi. Bu vaxt yazılan əsərlərin mövzusu uşaqların cinsiyyətinə görə
fərqlənirdi. Qız və oğlanlara aid hekayələr ayrı-ayrılıqda qələmə alınırdı. Qız uşaqları üçün yazılan
hekayələrin əksəriyyətini evdarlıq, ailəyə bağlılıq mövzular əhatə edirdi. Belə əsərlərə misal olaraq
Alkottun (Little women) “Balaca xanımlar”, Keyt Duqlasın (Rebecca of Sunnybrook Farm) “Sanibruk
fermasının Rebekası”göstərmək olar.(American Picturebooks from Noah's Ark to the Beast
Within. Bader, Barbara. 1976. New York)
Digər növ əsərlərə isə oğlan uşaqları üçün nəzərdə tutulmuşdur. Belə əsərlərdə əsasən onların pis
və ya yaxşı obraz kimi, qorxaq və ya qəhrəman kimi olmaqları təsvir edilir. Amerika uşaq ədəbiyyatı
dedikdə ilk əvvəl yadımıza Mark Tven düşür. Mark Tven oxuculara daha çox "Haklberri Finin
sərgüzəştləri" (Adventures Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom
Sawyer) adlı romanları ilə tanışdır. Tveni tanımış amerika yazıçısı Vilyam Folkner Amerika
ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının onun sadəcə bir əsərindən
– "Haklberri Finin sərgüzəştləri" romanından törədiyini bildirmişdir. O, bir-birindən maraqlı, çoxlu
bədii əsərlər yazmışdır. Onun ağlasığmaz məcarələr, sehirli hadisələr, şən və qorxulu əhvəlatlarla
zəngin olan əsərləri dünyanın bütün uşaqlarının və böyüklərinin xoşuna gəlmişdir.(Mark Tven.
Seçilmiş əsərləri. Bakı, "Öndər nəşriyyat", 2005, 5səh.)
Amerika ədəbiyyatında Robert Lui Stevin (Treasure island) “Xəzinə adası”, Ridyard Kiplingin
(Kim) “Kim” əsərləridə sırf oğlan uşaqları üçün nəzərdə tutulub yazılmış əsərlərdir. Zamanla bu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1198
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tendesiyada ədəbiyyatda itməyə başlayır, yeni-yeni əsərlər yazılır ki, artıq bura da cinsi ayrı-seçkiliyə
yol verilmir, əsərlərin mövzusu həm qız həm də oğlan uşaqlarının maraqlarına uyğun gəlir. Anna Syu-
velin (Black beauty) “Qara gözəllik,” Kiplingin (Jungle book) “Cungili kitabı’ hər iki cinsin uşaqları
üçün maraqlı hekayəyə çevrilmiş, sonralar bu əsərin əsasında hətta “Tarzan” adlı bədii film və fultifilm
çəkilmişdir ki, nəyin ki bu film uşaqların eləcə də gənclərin və yeniyetmələrin sevimli filminə çevrilmişdir.
Amerika ədəbiyyatında uşaq ədəbiyyatına aid əsərlərin yazılması XX-ci əsrdə bir ənənəyə
çevrilməyə başlamışdır. 1902-ci ilə Bietriks Porterin ( The tale of Peter Rabbit) “ Dovşan Pitrın
nağılı’, 1926-cı ildə A.A. Milinin (Winni-the-pooh) “Vinni pux”əsəri yazılmışdır. Burada hekayənin
əsas qəhrəmanları heyvanlardır. Bu tip hekayələr əsasən uşaqların daha erkən yaşlarında maraq
göstərdikləri hekayələr sırasına aiddir.
Artıq müasir dövr uşaq ədəbiyyatı XX əsrin əvvələrindən başlayaraq ayrıca bir ədəbi janr kimi
daha geniş yayılmağa başladı. Bu dövrdə rasist əsərlər kimi qiymətləndirilən bir sıra əsərlər meydana
çıxmışdı. Çox erkən məşhurluq qazanmış J.Ş. Harisin (uncle Renus, his songs and his saying) “Renus
dayı, onun mahnıları və deyimləri’, H.Beykirmənin (The story of Little Black Sambo) “Balaca qara
sambonun hekayəsi” və s. kimi əsərlər o dövrdə rasist əsərlər olaraq qiymətləndirlirdi.(American
Picturebooks from Noah's Ark to the Beast Within. Bader, Barbara. 1976. New York)
1920-ci illlərdən başlayaraq uşaq ədəbiyyatında yeni yanaşma tərzi meydana çıxdı. Bu daha
sonralarda geniş yayılmış multikultural yanaşma idi. Du Boysa məxsus olan və ilk Afrika-Amerika
uşaq jurnalı hesab edilən (The brownies book) Bronilərin kitabı nəşr edilməyə başladı.(1920-1921-ci
illərdə). J.Fauseti və L.Haşın müəllifləri olduğu bu jurnalda uşaqlar üçün hekayələr, poemalar və
məlumat xarakterli yazılar nəşr edilməyə başladı. Bu dövrdə bir sıra Afrika-Amerika yazıçıları olan
Arna Bantemz, Lusiy Klifton, Mildred Teyler, Vircinia Hamilton və Asiya-Amerika yazıçıların olan
Laurens Yip, Alen Sey və s. uşaq ədəbiyyatının ağ dünyasını əbədi olaraq dəyişdilər.
Uşaq ədəbiyyatı ədəbiyyatın ayrıca bir sahəsi kimi inkişaf edirdi və yeni-yeni metod və
yanaşmalar meydana çıxırdı. 1940-cı illərdə Margarit Braun, Lusi Mitçelin təhsil nəzəriyyəsi əsasında
altı yaşından balaca uşaqlar üçün kitablar istehsal etməyə başladılar. M.Braunin ən məşhur şəkilli
kitabları (the Runaway Bunny) “Qaçaq Bani” və (Goodnight Moon) “Gecən xeyrə ay” adlanır. Bu
kitabların rəsimləri Kliment Hard tərəfindən çəkilmişdir.
Uşaq ədəbiyyatı inkişaf etdikcə bu ədəbiyyatla bağlı olaraq bir sıra televizor filimləri və seriyallar
çəkilməyə başladı. Valdirin (Little House) “Balaca ev” və Mark Braunin (Arthur adventure) “Arturun
macəraları” əsərləriəsasında 1976-cı ildə məşhur televizor serialları işıq üzü gördü. Ilk uzun metrajlı
uşaqlar üçün olan film 1937-ci ilə Valt Disneyin rəhbərliyi altında (Snow white and seven dwarfs)
“Qar bəyaz və yeddi cücə” olmuşdur. Daha sonralarda Valt Disney bir çox uşaq hekayələrinə
animasiyalı filimlər çəkmişdir. Bu filimlər təkcə Amerikada deyil, dünyanın bir çox ölkələrində də
geniş auditoriya kütləsi yığmışdır.
Son olaraq onu da qeyd etmək lazımdır ki, Amerika ədəbiyyatında uşaq ədəbiyyatının xüsusi yeri
bugün də öz əhəmiyyət və vacibliyini qoruyub saxlayır, yeni-yeni yazıçılar öz yeni əsərlərində
tarxiliklə yanaşı yeni ideyalar ilə uşaqların zövqünü oxşayırlar. Artıq texnologiyanın geniş yayıldığı
bir dövrdə belə əsərlər təkcə Amerikada deyil, dünyanın bir çox ölkələrində bir çox dillərə tərcümə
edilərək oxunur, digər xalqların da uşaq ədəbiyyatına öz təsirini göstərir.
Dostları ilə paylaş: |