Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə82/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   78   79   80   81   82   83   84   85   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1183



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Şair bir sıra şeirlərində qocalığında sevgi ilə qarışan duyğularından yazır. O “Qocaldı” əsərində 

bu mövzudan söhbət açır. 

Qəm çəkmə könül, sevgili cananda qocaldı/Keçdikcə zəman, ol məh-i tabanda qocaldı 

Salmışdı cavanlıqda məni zülfü ilə dama/Tüklər ağarıb zülf-i pərişanda qocaldı 

Mən aşiqidim canimi bir busəyə verdim/Ax busə verən ləblər-i xəndanda qocaldı 

Tüklər ağarıb mən baxıram getdi cavanlıq/O ləbləri çün ləl-i bədəxşanda qocaldı 

Pərvanə kimi atəş-i hicarıninə yandım/Əfsus ola hicran ilə neyranda qocaldı 

Gördüm səni o gözlərinin oldum əsiri/İndi gözəlim mən kimi nadanda qocaldı 

Şair  bu  şeirdə  özünə  təskinlik  verir  və  öz  sevgisinin  qocalığından  öz  konlünə  xəbər  verir.  O 

sevgisini  yeni  doğmuş  bir  ay  sayaraq  tamaşasına  oturur.  Həmçinin  o  sevgilisinin  bir  zaman  şairi 

pərişan edən qara tellərinin indi ağardığını, öpdüyü xəndan ləblərinin qocaldığını göstərir. Əlbəttə ki, 

bu  duyğular  başqa  şairlərdə  də  göstərilibdir.  Məsələn,  Şəmşir  qocalıq  çağında  yaratdığı  şeirlərinin 

birində belə yazır: 

Şəmşirəm ağarıb saçım saqqalım/Qocalıq üz verdi pozuldu halım 

Bir ovçuyam qaçır maralım/Tüfəngi havaya çaxıram evdə  

 “Yavaş-Yavaş”  şeiri  Səməndinin  ən  romantik  və  ən  təsirli  əsərlərindəndir.  Şair  bu  şeirdə  öz 

romantik baxışıyla daxili və dərin zənginliyini sözlərin göstərir va yazır. 

Yar gedəndə qəddinə didə baxar yavaş yavaş/Movc vurar gözündə yaş hərdən axar yavaş yavaş 

Qarə telə dəyəndə yel lərzə düşər bu canimə/Tükləri saz kimi onun nəğmə çalar yavaş yavaş 

Qəmlər içində qərq olan sözlərini deyənməsə/Qəddini qəm bükər onun dərdə salar yavaş yavaş 

Tir-i xədəngə tuş gələn nuş edəcək kəmanları/Qəlbinə ox dəyir canım hey çabalar yavaş yavaş 

Qaşları çün qılıncdır amma hilali görsənir/Zərbə görən ürək bəli parçalanar yavaş yavaş 

Seydi salanda teliyə danələrin nişan verər/Gördü kəmənd olubdu seyd canın alaryavaş yavaş 

Eşq bir oddu yandırar eşqə düşən cəmaəti/Çəmbərə tək əyər qədin ya sındırar yavaş yavaş 

Yar gəzə rəqib ilə aşiq-i xuncigər baxar/Dərdin əlindən od dutub alovlanar yavasş yavaş 

İstərən hali zarini sən biləsən Səməndinin/Qussə və dərdən desən çox danişar yavaş yavaş 

Şair Yavaş Yavaş ibarəti təkrar etmə ilə bu şeiri daha gözəlləşdiribdir. O fel ki hər beytdə gətirir, 

yavaş yavaş duyğusuyla qarışıb və bu şeiri zənginləşdirib. 

Səməndi birinci beytdə yardan ayrılan zaman gözdən yaş axmağı təsvirə çəkir. Şair ikinci beytdə 

sevqilisin  telin  saza  bənzədir  və  qeyd  edir  ki,  yel  dəyəndə  bu  tellər  saz  nəğməsi  kimi  səslənir.  Bu 

beytdə  saz  sənəti  ilə  sevgilisinin  gözəlliyini  birlikdə  görən  şair  yelin  telə  dəyməyini  aşığın  mizrabı 

görür onu saz çalmağa bənzədir. 

Şair  üçüncü  beytdə  özünü  kədərdə,  arxa  və  dayağını  yıxılmaqda,  dərdə  düşməkdə  bilir.  O, 

həmçinin, beşinci beytdə ürəyini parçalayan sevgilisinin qaşlarının misli qılınc amma hilali və ay kimi 

gözəl sayır. 

Səməndi  altıncı  beytdə  sevgilisini  bir  ovçuya,  özünü  isə  ova  bənzədir  və  yazır  ki,  ovçusu  onu 

tutmaq  üçün  danələr  göstərir  və  onu  tutandan  sonra canını  alır.  Şairin  baxışında  sevginin sonu  onun 

yolunda can verməkdir ki, bu haqda növbəti beytdə işarə edir. Aşiq eşq yolunda yanacaq, əyiləcək ya 

da sınacaq. 

Səməndi zamandan yorulmaq haqqında yazdığı şeirlərindən biri də “Doymuşam”dır. Səməndi bu 

şeirdə  klassik  formdan  faydalanmaq  ilə  öz  sözün  həyatda  zülmlərlə  keçən  hadisələrdən  yorulmağı 

göstərir. Bi şeiri tam şəkildə aşağida qörüsüz 

Çox  ürək  qanı  içib  peymanələrdən  doymuşam/Məst  o  mədhuş  olmuşam  meyxanələrdən 

doymuşam 

Yanmışam çun şəm-i tək pərvanələr eşqındə mən/ bivəfalıq görmüşəm pərvanələrdən doymuşam 

Paybənd-i eşq-i dildar olmuşam amm vəli/Aşiqi məst eyləyən məstanələrdən doymuşam 

Gəzmişəm məcnun sifət leyli vəşin ətrafini/Fikrimi bizar edən əfsanələrdən doymuşam 

Day inanmam mən gözəllər sözlərinə heç zəman/Axərüləmr ey ürək cananələrdən doymuşam 

Ey Səməndi sındırıblar qəlbini itmam elə/Aşinadən qeyrdən biganələrdən doymuşam 

Şəhriyarın  İman  Müştərisi  şeirindən  götürülən  “İman  aparır”  şeiri  də  Səməndinin  gözəl 

şeirlərindən sayılır. Şəməndi bu şeirdə porodoks kəlmələrdən faydalanıb və gözəl təsvirlər yaradıb ki 

aşağıdakı cədvəldə bunu görürük: 

Bu gedən kimdi bucur qəlbimi nalan aparır/Hər dönüb baxması min din ilə iman aparır 

O siyəh zülf-i çəlipanı töküb gərdəninə/İşvə o naz bunun can ala asan aparır 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1184



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Gər dönüb baxsa mənim qəlbimi məcruh edəcək/Mərhəmin qoy yarama bağla məni qan aparır 

Bilərəm bülbül-i şeydani yanar gül oduna/Sal nəzər bayquşa abad ola viran aparır 

Yar əgər yar ola əğyar-i dəqəlkar nədir/Can fəd yarə ola əhd ilə peyman aparır 

Gər biləydim olcam bəxti qara baxmazıdım/Çün pəriş oldu ürək zülf-i pərişan aparır 

Düşər əyym-i cavanlıq yada hicran yoxdu/Hər gözəl mənlə gələ atəş-i hicran aparır 

Çox gəlib naz eləmə aşiqi biçarəyə bax/Yanaram eşq oduna sine-i suzan aparır 

Dedi Cavid səməndi! Bu nəcür qafiyədir/Söylədi təngə gəlib qafiyə şeytan aparır 

 

iman/ can/ mərhəm/ bülbül və abad/ yar/ ürək/ vəsl/sinə/qafiyə 



Müsbət kəlmələr 

gedən (yar)/ o (yar)/ qan aparmaq/ bayquş və viran/əqyar/pərişan/ hicran/ suzan/ şeytan 

Mənfi kəlmələr 

 

Şair hər beytdə iki paradoks kəlmə seçməklə, bir misra özgə şairdən gətirmək ilə (Mərhəmin qoy 



yarama  bağla  məni  qan  aparır)  və  həmçinin  öz  şeirini  Şəhriyar  sayaraq  son  beyti  öz  şeirindən  tərif 

etməklə,şeirin gözəlliyini daha da artırmışdı. Səməndinin həsrət duyğusu və öz keçmiş zamanına çox 

həsrətlə baxmağı, onu arzulamağı bu şeirdə özünü göstərir. 

Həmçinin məqalənin sonunda şair Səməndidən bir neçə əlavə şeirlər misal gətirmişik: 



Sevmişəm Əvvəldə Səni 

Gər gəzəm almanı suriyəni çin o xotəni/İstəməm heçkəsi çox sevmişəm əvvəldə səni 

Mən sənin aşəqinəm qoyma yanım hicrində/Rəhm elə çox cavanam indi gəl öldürmə məni 

Kül olub ömrü əzizim gedirəm mərgə tərəf/Sən qəbul eylə nigara dil-i soda zədəni 

Çox təmənnə elədim ta mənə rəhm eyliyə o/Sözlərim incidib axirdə o nazik bədəni 

Dedi çıx get sən ilə yar ola mən deyirəm/İstirəm birnəfəri ta ola məşhur o qəni 

Üzü ziba ola pulda ola məxmur gözü/Maşını saxtımanı göyçək ola əncüməni 

Çün eşitdim bu sözü gözlərimə qan doldu/Əllərim əsdi əcəb vurdu ürəkdən qəməni 

Heç qara zülfə ürək olmayacaq birdə əsir/Istəməz heç gülü ya susəni ya yasəməni 

Sən Səməndi ürəyin vermə qözəllər əline/ Bülbül öldü vəli incitmədi gül lən çəməni 



Zülf-i Pərişan

 

Sırrımı söyləmədim heç kəsə pinhan elədim/Ürəyim qanə dönüb sinəmi suzan elədim 



Biz iki aşiq o məşüqi fələk ayrı salıb/O mənə məndə ona canımı qurban elədim 

Zülm əyərdi mən ilə sevgilimi əsdi xəzan/Gecələr nalə çəkib ah ilə əfğan elədim 

Eşqidə bülbülüdük batdı tikan qəlbimizə/Çün açıb qırmızı gül qəlbimi mən qan elədim 

O gözəl telləri gəzdim bir az asudə qalam/Şanəni zülfə verib zülf-i pərişan elədim 

Ayrı düşdük əcəba biz ikimiz bir dəfə/Göz yaşım axdı yenə dəftəri Umman elədim 

Şoyleyib eşqidə bax bal o pərim yandı mənim/Od dəyib xərmən-i pərvanəni viran elədim 



Nazlı Ceyran

 

Nə qədər şad olar qəlbim görəm o nazlı ceyranı/Dəyib kipriklərin qəlbə gətir bağla qızıl qanı 



Nədəndir bisutun dağlar olubdur kəbe-i uşşaq/Yatıbdır kuhkən-i şirin belə şirin çıxıb canı 

O qarə zülf ilə cana məni bənd eylədin eşqə/Dayandım intizarində görüm zülf-i pərişanı 

Vuruldum zülfünə ey gül olub sinəm bütün atəş/Yanıb bal o parim eşqə gətirmə ism-i hicranı 

Sənin  eşqində  bimaram  ətibba  tapmadı  dərman/Visalin  ver  bu  bimarə  ki  yoxdur  (Başqa)ayrı 

dərmani 

Əgər məşuq ola yekrəng tapılmaz dərd o qəm yoxdur/Bucur dildarə can qurban həməşə yoxdur 

imkanı 

Səməndi söyləyibdir yar ilə gəzmək gülistanda/Bu can qurbandı cananə nə istər ver qıl imzanı 



Bir Farca şeir Səməndidən  

ار شیوخ ناهد تقشع زا مدنب یم نیا زا دعب 

نیا رد ات

 

ار شیوخ ناهج منازوسب یداو



 

ارچ ییوگ یم هدرپ رد نخس و کیرات هار 

ار شیوخ نابغاب دسانش یم لگ اجک زا 

شیوخ ناگژم رب هدرپ نوچ متخیوآ ار کشا 

ار شیوخ ناگدید مرادزاب ندید ز ات 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1185



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

FƏXRİ UĞURLUNUN “ŞEYX SƏNAN” HEKAYƏSİ 

 

Sədaqət HACIYEVA 

haciyeva.sedaqet@gmail.com 

AZƏRBAYCAN 



 

F.Uğurlu  ədəbiyyatımızda  xüsusi  mövqeyi,  rolu  olan  bir  yazıçıdır.  Yaradıcılığında  əsasən 

hekayələri  üstünlük  təşkil  edir.  “Dərviş”,  “Leylinin  məcnunluğu”,  “Peyğəmbər”,  “Məryəmin  oğlu” 

və.s  hekayələrin  müəllifidir.  Bu  hekayələrdən  biri  əsrlər  boyu  dildən-dilə  yayılan,  həm  şifahi  xalq 

yaradıcılığında,  həm  də  yazılı  ədəbiyyatda  öz  əksini  tapan  “Şeyx  Sənan”  mövzusu  əsasında  yazdığı 

“Şeyx Sənan” hekayəsidir. Qeyd edim ki, bu hekayə Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” əfsanəsi 

əsasında  yazılmış  ilk  hekayə  və  ən  son  əsərdir.  Ancaq  F.Uğurlunun  bu  hekayəsi  sujet  xəttinə  və 

üslubuna görə digərlərindən olduqca çox fərqlənir. 

Bu  əsəri  digər  “Şeyx  Sənan”  əfsanəsi  əsasında  yazılmış  əsərlərdən  fərqləndirən  əsas  müsbət 

cəhəti  onun  mövzusunun,  ideyasının  müasir  dövrün  problemləri  müstəvisində  təsvir  edilməsidir.  Bu 

problem, bu ideya, əsərin sonluğunda Sənanın dilində daha qabarıq şəklidə öz ifadəsini tapmışdır. Belə 

ki, müəllifi məlum olmayan “Hekayəti-Şeyx Sənan” mənzum hekayəsi, həm M.C.Rəncinin “Hekayəti-

Şeyx Sənan məə düxtəri tərsa” mənzum əsərində Şeyx Sənan öz sevgilərinə, Allaha qovuşmağa can 

atır. Qəhrəmanların dilində, fikrində, düşüncəsində dünyanı dəyişdirmək kimi ideyalara rast gəlmirsən.  

Onlar  daha  çox  ah-vay  edərək  dünyada  baş  verən  müsibətlərə,  haqsızlıqlara,  insanların  cahilliyinə 

ağlayırlar.  Bu  əsərlərdə  mövhumat,  din  ayrı  seçkiliyi,  iki  insanın  həyatını  məhv  edən  fanatizm 

yazıçının istədiyi priomlar vastəsilə, üsullarla göstərilir. Ancaq müəyyən qədər H.Cavid “Şeyx Sənan” 

da Sənan tək özünü deyil, ümumən bəşəriyyətin taleyini düşünür, ədalətsizlikləri öz dili ilə hayqıraraq 

vurğulayır. İnsanları doğru yola, haqq yoluna qaytarmağa can atır. 

F.Uğurlu  isə  “Şeyx  Sənan”  hekayəsi  ilə  tamamilə  başqa  aspektdən  sufilik  ideyalarına  sadiq 

qalaraq  gözəl  bir  sənət  əsəri  yaratmağa  nail  olmuşdur.  Bu  əsərin  baş  qəhrəmanı  Sənan  da  xoşbəxt 

olmaq istəyir, ancaq həyatda bir insan bədbəxtdirsə belə ona görə heç bir zaman toy, düyün, xoşbəxtlik 

ola  bilməz.  İlk  növbədə  bəşəriyyət  xoşbəxt  olmalıdır,  cəmiyyət  bu  toya  hazır  olmalıdır.  Onda  bu 

zaman  Sənan  da  öz  sevdiyinə  qovuşaraq  xoşbəxt  ola  bilər.  Şeyx  Sənan  ona  görə  Bağdada, 

Səmərqəndə, Təbrizə, İstanbula, Parisə, oradan da Amerikaya gedərək ölkəbəölkə gəzir, ancaq o hələ 

də bu vaxta kimi toy hazırlığını edə bilməyibdir. 

“Eşitdiyimə görə bu yaxınlarda Tiflisə qayıdacaq. Yeddi dağ aşıb Tamaraya baş çəkəcək. Ancaq 

bu  gəlişdə  də  toy  olmuyacaq-dünya  hələ  hazır  deyil.  Şeyx  Sənan  bu  dünyanın  üstündə  hələ  çox 

işləməlidir,  çox...  Bir  gün,  əlbəttə,  bu  iş  sona  varacaq.  Şeyx  Sənan  Tamaranı  monastırdan  çıxarıb 

ruhuna  gəlin  gətirəcək.  Böyük  məclis  qurulacaq.  Yerlə  göy  o  kəbinə  şahidlik  eyləyəcək,  dünya  o 

məclisə qonaq gələcək. O toyda bütün dünya bir yerdə deyib-gülüb bir yedə qəmlənəcək”. Sənan hələ 

çox  işləməlidir  çox...  deyən  müəllif  bugünkü  dövrümüzdəki  problemlərin  çoxluğuna  işarə  edir.  Bu 

problem təkcə bir yeri deyil bütün bəşəriyyəti bürüyübdür. Bu ictimai-siyasi, mənəvi problemlər həll 

edildikdən  sonra  həqiqi,  ali  sevgiyə  qovuşmaq  mümkündür.  Bütün  “Şeyx  Sənan”  əfsanəsi  əsasında 

yazılmış  əsərlərin  sonluğunda  hər  iki  sevən  aşiq  haqq  dərgahında  birləşir,  ancaq  F.Uğurlunun  bu 

hekayəsində hələ də qəhrəmanların qovuşması həll olunmamış qalır. 

 Bu hekayədə Sənanın qarşısına yeddi il donuz otarmaq təklifi edilir, o bunu qəbul edir, hətta üç 

ildən sonra knyaz İrakli vədini pozub sözündən imtina etsədə, ancaq şeyx öz sözünə axıra kimi sadiq 

qalır.  Heç  bir  “Şeyx  Sənan”  əsərində  qəhrəman  üçün  bu  cür  asan  şərait  yaradılmır,  əksinə  onlar 

əziyyət çəkirlər. Bu hekayədə Sənanın özünün şəxsi iztirabları göstərilmir,  əksinə o donuz otarmağı 

sevə-sevə edir, günlərini xoş keçirdir, bu sevincin səbəbi həm də Tamara ilə hər gün görüşməsi olur. 

M.C.Rəncinin  eləcə  də  müəlifi  bilinməyən  əsərlərin  baş  qəhrəmanları  Sənan  bütün  şərtləri  yerinə 

yetirdikdən  sonra  görürlər  ki,  əhdə  vəfa  yoxdur,  artıq  taqətinin  qalmadığını  bildirərək  geri  dönürlər. 

Ancaq bu hekayənin daha uğurlu olmasının səbəblərindən biri odur ki, Sənan ağlamır, üsyan etmir o, 

gələcəyə  ümidlə  baxır,  inamla  yanaşır.  O,  əmindir  ki,  bir  gün  vaxt  gələcək  haqq-ədalət  öz  yerini 

tapacaq, bütün bu bəşəri problemlər həll olunacaq, bütün insanlar şən, firavan yaşayacaqlar və onlar da 

o zaman xoşbəxt olacaqlar. 

Hekayədə  diqqəti  cəlb  edən  ikinci  obraz  Tamaradır.  Həm  M.C.Rənci  “Şeyx  Sənan”  mənzum 

hekayəsi, həm də ki “Hekayəti-Şeyx Sənan” əsərində tərsa qızı şeyxi ilk baxışdan qəbul etmirlər, onun 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1186



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sevgisinə  biganə  yanaşırlar,  şeyxi  fikrindən  daşındırmağa  çalışırlar,  onu  sevmirlər,  ona  laqeyid 

yanaşırlar.  Ancaq  bu  əsərdə  H.Cavidin  “Şeyx  Sənan”  dramında  Sənana  asanlıqla  bağlanan,  sevən 

Xumar kimi, Tamara da şeyxi tez bir zamanda tanıyır, ona könül verir. Tamara da Xumar kimi daxili 

bir  narahatlıq  olur,  o,  qorxur  ki,  onların  bu  sevgisi  baş  tutmaya,  onların  bir-birinə  qovuşacağı  bir 

məqamda aralarında başqa bir problem yarana, başqa maneələr ortaya çıxar.  

Əsərin  dilinə  gəldikdə  isə  müəllifin  təhkiyəsində  və  obrazların  dilində  təbiilik  hiss  olunur. 

Müəllifin  dili  və  obrazların  dili  biri-birindən  fərqlənir.  Xüsusən  əsərin  sonluğunda  həm  müəllifin 

təhkiyəsində,  həm  də  Sənanın  dilində  bu  dünyanın  çirkab,  bataqlıq  içərisində  olduğunu,  ancaq  vaxt 

gələcək hər şeyin müsbətə doğru dəyişiləcəyini real təsvir etməyi bacarmışdır. Əsərin ideyasının digər 

“Şeyx  Sənan”  əsəri  ilə  eyni  olması,  ancaq  onun  fərqli  janrda,  fərqi  üslubdan,  fərqli  mövqedən 

işlənməsi,  əlbəttə  ki,  bizim  ədəbiyyatımızda  bir  yenilikdir.  Xüsusilə  də  sənan  obrazının  fərqli  baxış 

bucağından,  yeni  tərzdə,  yeni  arzularla,  yeni  amallarla  təsvir  edilməsidir.  F.Uğurlu  bu  hekayəsi  ilə 

yeni və fərqli “Sənan obrazı” nı, “Sənan tip” ini gətirməyi bacardı. 

 

 

İSMAYIL ŞIXLI YARADICILIĞINDA MƏTNALTI MƏNALAR 



 

Dəyanət CÜMƏNOV 

SumqayıtDövlətUniversiteti 



cumanov_deyanet@mail.ru 

AZƏRBAYCAN



 

 

Əsərləri,  eləcə  də  şəxsiyyəti  millisərvətimizəçevrilənİsmayılŞıxlınınyaradıcılığındaAzərbaycan-

türkruhuçoxgüclüdür.Soykökə,  millivarlığaqeyri-adi,  möhkəmbağlıolanyazıçınınəsərlərində  mətn  altı 

mənadan,  simvolikadan,  məqsədliad,  ləqəbvermətexnologiyasındanistifadəözünüqabarıqgöstərir. 

Məsələn, 

ədibin“DəliKür” 

romanındaGöytəpəkəndininmikromühitolaraqmakromühiti 

Azərbaycanısimvollaşdırdığınıyazantənqidçi  prof.  TəyyarSalamoğlu  “İsmayılŞıxlınınbədii  nəsri” 



monoqrafiyasındaGöytəpəadınınməqsədliişlənməsini, 

türkçülükləbağlıolmasınıgöstərir: 

“Göy” 

oğuzunadıdır. VəİsmayılŞıxlı da müqəddəs “göy”ünhansımənadaşıdığını yazıçılığından əvvəl alimliyi 



ilədəyaxşıbilirdi.“GöylərəbaşçəkənGöyəzəndağı” 

(S.Vurğun)  etnosuntəbiətindəngələn  qürurun 

rəmzidir.Göyəzənliyin – “göylərəbaşçəkməyin” mahiyyətigöytəpəlilikdəehtivaolunur”  

“Göy”  həmdəbütünqədimtürklərinanakultu  “GöyTanrı”  iləbağlıdır.“Göy”dəəlçatmazlıq,  ucalıq, 

ənginlik,  saflıq,  tamlıqvəbütövlükkimimənatutumları  da  ehtivaolunur.Cahandarağanınadında  da 

adlamahiyyətifadəolunur,  ağalığınmahiyyətiaçılır:  cahan-dünya,  dar  –  malikolmaqvənəticədə 

“dünyaya, cahana sahib olan” 

İ.ŞıxlınınAzərbaycan  –  türkmifiktəfəkkürü,  folklordüşüncəsiniəksetdirənkomponentlərləzəngin 

“Ölüləriqəbiristandabasdırın”  hekayəsində  maraq  doğuran  bir  məsələdəatla  bağlıdır.Hekayənin 

məzmunundanaydın  olurki,  ilk  görüşdənCavanşiriHəcərgilinatıtanımışdı.  Birgüncıdırda  Şəmistan 

ağanınxallı  GöyatımeydandabirdənCavanşirinyanındadayanmış,  onuimsiləmişdidə.Şəmistanağa  da 

bundanşübhələnmişdi.Ancaqsonranəbaşverir.CavanşirŞəmistanağanıöldürəndənsonraatıonahədiyyəedi

rlər, "Apar, min, halalındır'' - deyirlər. At isəonuyaxınqoymur. 

İ.Şıxlınıntəhkiyəsindəgizliməqamlarvar:  “Göy  at  Cavanşiriyaxınqoymadı.  Əvvəllərbircədəfə, 

Həcərinyanındaonugörən 

at 


qabaqlaşandayüyəniçeynəyibdayanar,  doğmaadamkimiimsiləyərdi. 

Başadüşürdüki, 

sahibiHəcərbuoğlanameylinisalıb.AmmaindiCavanşirigörəndəgözlərioynayıbburunpərələrigenişlənir, 

yüyəniçeynəyibirəliatılır, 

şahəqalxır,  çəçiyiiləonutapdalamağaçalışırdı.At  düşməninibağışlamaq 

istəmirdi”. 

Əslindəmətnbaşadan-başaşifrələnmişdir.Cavanşirinöldürülməsininməhzİnqilabın 

(“Yalan”ın) 

ildönümügünüolması da təsadüfideyildir.Bizcə, bununlayazıçımətnaltımənadaİnqilabın da (“Yalan”ın 

da)  ruhanimənadaməhvinigöstərir.Özüdəyatmazdanəvvəlhəmişəpəncərələrin  dal  taxtalarını  örtərən 

Cavanşirnədənsəbugünqaydayaəməletmir.Bu  məqam  da  sirlidir.Həcərinisəkişipaltarında,  başında 

buxara papaq, əynindəçərkəzipaltar, belindəxəncər, boynundabaşlıq, beşatılanla gəlməsiiləsankiböyük 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1187



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yazıçıdeməkistəyirki, “əslKişi (bəlkədəHəqiqət) beləolar”. BirnövCavanşirlətəzadyaradır: “Yalan” və 

“Həqiqət”intəzadı 

HəcərsonraGöyatı  da  öldürür:  alnındangülləiləvurubyarğandanatır.  Bu  epizodeynilə  “Dəli  Kür” 

dəCahandarağanınQəməratınıöldürməsiüsuluiləüst-üstədüşür.Yəqinki, 

HəcərdəCahandarağakimiəvvəlatınalnındanöpmüşdü... 

CahandarağaQəməriquyruğuqırxıldığınagörəöldürür,  atını  da,  özünüdətəhqirdənbirnövxilasedir.  Bəs 

buradaHəcərniyəGöyatıöldürür? 

CavanşiriŞurahökumətininyolundacanınıqurbanverənbiradamkimiqəbristandayox, 

bağdadəfnedirlər.  Tabutunbaşınınüstündənatiqlərbir-biriniəvəzedirvəhamı  da  sözverirki,  əziz  dost, 

əzizCavanşir, 

sənrahatyat, 

səniunutmayacağıqvəbütünyarımçıqqalmışişləriniaxıraçatdıracağıq. 

Cavanşirhaqqındadeyilənifadələrindənaçıq-aydın 

hiss 

olunurki, 



buvədlərdənövbətibiryalandır, 

şüaradönmüşsözlərdir,  şüarçılıqdanbaşqabirşeydeyildir.  Digərbirtərəfdən  onunqəbiristanda  basdırıl-

mamağının  da  sanki  alt  qatıvar:  belələrinəqəbiristanlıqda  da  yeryoxdur.  Eləəsərinadı  da  belə  seçil-

mişdir: “Ölüləriqəbiristandabasdırın” 

Birmüqayisədəaparmaqistəyərdim.  “Kitabi-DədəQorqud”  dastanındasabitvəbütövbircəmiyyət 

təsvirolunurki,  onun  da  özünəməxsusprinsiplərivəyaşamqaydaları  var.  Kamal  Abdulla  “GizliDədə 

Qorqud”  kitabındayazırki,  ədalət,  bərabərlik,  qarşılıqlıhörmət,  darayaqdaköməyəyetişməkvacibliyi, 

Qorqudsözünəvəsazınasitayiş,  Bayandırxanaitaət,  el  məhəbbəti,  ailədaxili  normal  iyerarxik  müna-

sibətlərvə b. prinsiplərbucəmiyyətinsəciyyəvicəhətləridir.  

“Ölüləriqəbiristandabasdırın” 

hekayəsindətəsvirolunankənddəbelədir, 

buqaydalarlayaşayır. 

Cavanşirisəbukəndin,  cəmiyyətinsabitliyini,  bütövlüyünüpozanbir  “eloğluna”  çevrilir.Diqqətyetirsək, 

Kamal  Abdulla  “Qorqudsözünəvəsazınasitayiş”  məsələsinidəxüsusivurğulayırki,  bu  da  Sözə 

tapınmailəilişgəlidir. 

ŞəmistanağaHəcərinatasıdır.RəfiqÖzdək  “Tükünqızılkitabı”  əsərində  Atalar  kultununqədim 

türklərininancsisteminədaxilolduğunu,  onlarınşərəfininəböyükməzarlar,  heykəllərindəməhzbusəbəb 

dənyapıldığını,  çoxsavaşların  da  ata-baba  məzarlarınıntalanedilməsinəticəsindəbaşladığını  yazır. 

Rüstəm Kamal “İsmayılŞıxlı: Yuxularınyozumu” essesindəgöstərirki, Ata İ.Şıxlınıncəbhə yuxularının 

fəal  “qəhrəmanıdır”,  Ata  tanatolojiobrazdır.  HəttaalimK.Q.Yunqaistinadən  “Ata  uşağınruhunda 

yaşayanqüdrətliarxetipdir” 

deyir.Arxetipisəbədii-mifikvəpsixolojidüşüncədəənqədimilkinobrazdır, 

ilkintipdir, 

insanınmifəqədərkitəsəvvürlərininyaddaşdakıqalıntılarıdır.HekayədəCavanşirəslindəŞəmistanağanıöld

ürməklənişanlısıHəcərinruhunda,  canındayaşayanArxetipi  –  Atasını  –  Atanınmifdünyasını  – 

Keçmişiməhvetmişdi. Bu isəbağışlanılmazidi... 

Əsərinəvvəlindədiqqətimiziçəkəngizliməqamalardanbiri 

Şəmistanağanın 



həyatyoldaşına 

Cavanşirbarədə  “Yənideyirsəndularvadoğlundankişiçıxar?”  ifadəsidəyuxarıdakımülahizənitəsdiqləyir. 

Sanki  İ.  ŞıxlıŞəmistanağanındiliilədeməkistəyirki,  Kişi,  Ata  tərbiyəsi  görməyənlərindönük  çıxması 

ehtimalıböyükdür.Bu  mənəvi  problem  də  el-oba,  xalqiçindəzaman-zamansınanmış,  təcrübədənbelə 

nəticəalınmış, birnövyasağaçevrilmişvətürkmənəvitəfəkküründəbugündəyaşayır. 

Yazıçının“Namərdgülləsi”  hekayəsindəəsli-nəsli,  mənşəyibilinmədiyiüçünMürşüdə  el-oba  haqlı 

olaraq  “Gəlmə”  ləqəbiniverir.Birnövelingözütərəzidir.Əslindəİ.Şıxlınınbuobrazınınbelənaməlumluğu, 

gəlməliliyionunnamərdliyinəaparanyolunbaşlanğıcındanxəbərverən 

“gizlikod”dur.Vəyazıçısankioxucusunuqabaqcadanxəbərdaretməkistəyir: 

“Onunəslinin-nəslinin 

haradanolduğunukənddəheçkəsbilmirdi.  Bircə  o  məlumidiki,  çoxdan  -  lap  çoxdan,  Niftalıgilin 

doqqazın  daüstü-başıyamaqlı,  acındanhülqumuqalxıb-enən,  məlul-müşkül  baxışlıbiroğlanboynunu 

büküb  dayanmışdı.  Əlindəəsa,  çiynindənimdaşheybə,  başındatükütökülmüşpapaqvaridi.  Soyuq 

danüzününtükləri  biz-biz  durmuş,  dodaqlarıqaysaqlanmışdı.  Gözübatmişquyunundibindəki  su 

kimigücləişıldayırdı”. 

“Məlul-müşkül  baxışlı”  ifadəsindəki  “müşkül”  sözü  də,  fikrimizcə,  yazıçı  tərəfindən  təsadüfi 

işlənməmişdir.  “Müşkül”  sözü  də  öz  yaddaşı  ilə  Gəlmə  Mürşüd  obrazının  həm  keçmişinə,  həm  də 

gələcəyinə,  onun  xəbis  işlər  tutmuş  olduğuna  və  tutacağına,  öz  funksiyasını  sona  qədər  yerinə 

yetirəcəyinə işarə idi və bu, belə də olur:MürşüdNiftalı koxanı məhz arxadan güllə ilə vurur. 

Elə  həmin  hekayədə  göstərilir  ki,  Niftalı  koxalığa  keçəndən  sonra  Qaçaq  Kərəmə  görə  divan-

hökumət  tərəfindən  danlanırdı:  “...  filan  qaçağa  niyə  çörək  veriblər,  niyə  qoyubsan  Qaçaq  Kərəm 

Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, görüm 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin