Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə83/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   79   80   81   82   83   84   85   86   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1188



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

necə  olursan?  Vəzifə  boyunduruq  kimi  bir  şeydir.  Elə  ki  boynuna  qoydular,  belinə  minib  istədikləri 

səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da (hökumət-divan adamlarını nəzərdə tuturdu- 

D.Cümənov) özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!”. 

Göründüyü kimi, Niftalı koxa da el-oba ilə üz-göz olmaq istəmirdi, çünki o da daxilən bu torpağa

onun  insanlarına  canı-qanı  ilə  bağlı  adamdır.  “Onları  da  özünlə  bərabər  sürüyüb  boyunduruqlu-

moyunduruqlu  tökəsən  Kürə!”  ifadəsində  biz  şüuraltı  olsa  da,  müqavimət,  özünümüdafiə  (geniş 

mənada el-oba müdafiəsi) görürük. 

 

 

İSMAYIL ŞIXLININ ROMANLARINDA TƏBİƏT TƏSVİRLƏRİNİN       



VƏ İCTİMAİ HADİSƏLƏRİN VƏHDƏTİ 

 

Sədəf ABUŞOVA 

BakıSlavyanUniversiteti 

abushovasedef@mail.ru 

AZƏRBAYCAN 

 

İsmayıl  Şıxlının  zəngin  və  əhatəli  yaradıcılığında  roman  başlıcayertutur.  Uzun  vəmürəkkəb 



yaradıcılıqyolukeçmişyazıçınəsrinənmüxtəlifjanrlarındaqələminisınasa  da,  ədəbiyyattarixindədahaçox 

roman  ustasıkimitanınmışdır.Yazıçınınmüraciətetdiyijanrəhatəlilik,  tamlıq,  dəqiqlik,  düzgünlük 

vəböyükbədiiustalıqtələbedirdiki,  bu  da  İsmayılŞıxlıkimibirnasirüçünyaddeyildi.  İsmayıl  Şıxlının 

yaradıcılığında aparıcımövzunuAzərbaycankəndi, xalqhəyatıolduğunudesəkyanılmarıq. Ədəbiyyatımız 

daxarakteryaratmaqustasıkimitanınanyazıçınınhərbirsurətibitkin,  mükəmməlobrazlarolmaqlabərabər, 

həyatı,  məişəti,  dövrüolduğukimiyaşatmaqdaböyükroloynayırlar.İsmayılŞıxlı  romanlarıbütövdür. 

Xarakterlər,  dialoqlar,  geyimlər  -  ənxırdadetallarıiləbirgəböyük  birmənanımükəmməlləşdirməyə 

xidmətedir.Bütünsüjetxəttiboyudavamedənharmoniyatəbiəttəsvirləriiləhadisələrarasında 

da  özünü 

göstərir.TəbiətaşiqiolanİsmayılŞıxlıinsanvətəbiətarasındaolanuyğunluğu,  tamlığı  real  boyalarla  əks 

etdirmişdir. 

 

Romanlarınhərbiranındatəbiətvəhadisələrləbiruyğunluqduyulur,  sankihərşey,  o  cümlədən, 



təbiətdə  o  anınhökmünətabeolur.Sevinc,  kədər,  ölüm  –  yaşamınhərbiranıtəbiətfəsilləri,  torpaq,  hava, 

suiləəlaqələndirilir.“Ölən  dünyam”romanındaƏləddininHəsənağanı  ova  dəvətetməsi,  ovsırasında 

gülləyətuşgələrəkvəfatıpayızfəslinətəsadüfedir.Ömrününbaharındahələyeninişanlanmış,  toy  tədarük 

ügörərkənölənƏləddinömrününvaxtsızpayızınıyaşayır.Xəzəlindizəçıxdığıbirzamanda, 

qovaqlar, 

palıdlar,  cırmeyvəağaclarıyarpaqlarınıtöksələrdə,  bir-birlərinəsöykənibsıxılmış,  eləbilsoyuqdan 

qorunmaqüçünqısılmışdılar.Təkcəqızılcıqkollarıyarpağınıtökməmiş,  yaz-yay  aylarındaolduğukimi 

qalınlaşıbfızıllığadönmüşdülər.Eləhəminbubirüzündənbaxanda 

üzügörünməyənkollardanbiri 



Həsənağanıyanıldırvə  o  tüfəngikolluğatuşlayıbƏləddinivurur.Zəmanənindəyişməsi,  keçmişləbu  gün 

arasındagetdikcəböyüyənuçurum,  mərdliyinyeriniacizliyin,  qorxaqlığınalması  da  təbiətdə  əksini 

tapmışdır.ÖmərKoxanındüşüncələrifonundaəvvəllərkəndinətrafında  “ağzıqanlı  canavarlar”ın,  indiisə 

“çaqqal-maqqal”ındolaşdığıgöstərilir: 

“Beləgetsə, 

camaatözüdəçaqqaladönəcək”. 

El-obaya 

bağlıbirömürsürənÖmərKoxaölümündənəvvəlböyüyübboya-başaçatdığı, 

uşaqlığını, 

gəncliyini 

keçirdiyibuyerlərləvidalaşarkənonuKürünsahilində-meşəninkənarındagörürük.İri,qollu-budaqlı 

bir 


qovaqağacınıayaqtərəfdənsularınyuması,  köküişləmiştorpağıyumasıvəbuhəmlələrdəntitrəyən,  dağ 

kiminəriltiiləsuyasərilənağacıntaleyiiləqəhrəmanınölümüeyniləşdirilir. 

NəvəsininvəfatıiləhəyatşövqüsönənÖmərKoxaKürüncoşduğu, 

meşəniağzınaaldığıbirvaxtbudünyailəəbədiayrılır.Obrazlarınölümanındasankitəbiətdəbunu  hiss  edir. 

Beləsəhnələrdəxalqıninanclarıvəsınamalarını  da  İsmayılŞıxlıustalıqlasüjetədaxiledir.Məsələn,  Qara 

telinözünüyarğandanatıböldürdüyüzamanətrafdanbayquşsəslərieşidilirki,  bu  da  bayquşun  oturduğu 

yerəölümgətirməsiinancınınəksidir. 

İsmayılŞıxlıhadisələrinaxarınaparalelolaraqqəhrəmanlarınəhvali-

ruhiyyəsinəuyğuntəbiəttəsvirləriyaratmışdır.Oxucuhəminanhavanıntutqunvəyaaçıqolmasındantutmuş, 

ağacdahansıquşunoxumasınadəkənkiçikdetallarıbeləgörəbilir.  “DəliKür”  romanınıngiriş  hissəsində  də 

kəndinhavası,  suyu,  Kürəenənotbasmışcığırlarıbizəçoxdoğmaolanbirdilləromantikşəkildəəksolunur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1189



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Çoxvaxtbutəsvirlərgələcəyinxəbərçisinəçevrilir,  hadisələrləeyniləşir.  Hələoxucunun  Zərnigar  xanımın 

nə  səbəbə  için-içinağladığınıbilmədiyizamandahavadairibir  çalağankölgəsigörünür.Kölgəçəpəriaşıb 

tövləyə 


doğrusürünür.Çalağanınhəyət-bacadancücələriaparmaqməqsədiləgəldiyininəzərəalsaq, 

hadisələringedişindəZərnigarınhəyatınaMələyinbirdən-

birəgiribbalalarınıevdəndidərginsalmasıylaeyniliyinşahidioluruq. 

Ümumiyyətlə, “DəliKür” romanındahadisələrinbaşverdiyiilKürçayınındahaçoşqunolduğu, nəhəng 

paıldağaclarınıkökündənqopardığıqeydedilir.  Bu  isəŞamxalıngözündənverilir.Hansıki,  atasınınümidi, 

dayağısaydığıoğlupalıdkimiailədənqopmuş,  özünəayrıcahəyatqurmağaqərarvermişdi.  Şamxalhərnə 

olursa  olsun,  geriyədönməməyəözünəsözverir.Bu  qərarınverilməanında  “boğuq  bir  uğultu  qopdu. 

Hündurlüyü  10  sajenəyaxınolanyarğanuçubsuyatöküldü.  Yarğanuçandaqabağıkəsilib  göllənənsu 

özünəyolaçıb...  qıjıltıiləaxıbgetdi”.  CahandarağanınbacısıŞahnigarıöldürdüyüanbelədeməkmümkünsə, 

həyathadisələriylətəbiəttəsvirləriarasındakıeyniliklərinzirvənöqtəsidir.  Bacısınınarxasında  tüfəngini 

onatuşlayıbdayananCahandarağavəbuan  lap  yaxındanuçanbirquşun  Şahnigarındiqqətiniçəkməsitəsvir 

olunur.  Həmin  o  quşki,  maviəngəlliklərədoğrubaşalıbuçarkənpeydaolan  ley  onunüstünəcumur: 

“Yazıqquştərpənəbilmədi. 

Havadalələkləroynadı”.Yazıçıəsərinəndiqqətçəkicisəhnələrindənbirində-

CahandarağanınatıQəmərivurduğusəhnədədəyenəkiçikbirdetallaböyükmənaifadəetməyə  nail  olmuşdur: 

“Günəşinişığıaşağılaraendi.Dərələrəçökənqatıkölgədağlarındöşüiləyuxarıqalxdı.  Cahandar  ağanın 

dayandığıyerbirdən-birəgünəşinnurunaqərqoldu”.  Günəşbatmasınadəqiqələrqalmış  özünün  ən  parlaq 

işıqlarınısaçır. Bu səhnədəCahandarağanövbəti,ən son, ənağıritkilərdənbiriniyaşayır. 

 

 

SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI TÜRK VƏ                       



AZBAYCAN TƏNQİDÇİLƏRİNİN TƏDQİQATINDA 

 

Pərvanə KƏRİMOVA 

ince_kapli@hotmail.com 

AZƏRBAYCAN 



 

Sovet  dövrü  Azərbaycan  ədəbiyyatı  zaman  baxımından  uzun,  ziddiyyətli  və  mürəkkəb  bir 

dövürdür.  Bu  dövr  ədəbiyyatına  müxtəlif  zamanlarda,  fərqli  aspektlərdən  yanaşılmış,  təqdiqatçılar 

tərəfindən  yazıçılara  və  onların  ədəbi  irslərinə  doğru  qiymət  verilməmişdir.  Bunun  səbəbi  kimi  isə 

rejimə qarşı olan qəzəb hissi əsas götürülmüşdür. 

Yavuz  Akpınar  "  Sovet  dövrü  Azerbaycan  ədəbiyyatı"  başlıqlı  yazıda  dövrə  ümumi  aspektdən 

baxmış, sovet edəbiyyatını şərti olaraq dövrlərə bölüb yazıçılar və onların əsərlərinin adını çəkməklə 

kifayətlənmiş,  bu  istiqamətdə  tədqiqat  işlərini  daha  çox  ümumi  səviyyədə  ortak  türk  ədəbiyyatları 

konteksində dəyərləndirmişdir. 

Birinci  dövrü  1920-ci  ildən  II  Dünya  müharibəsinə  qədərki  dövr  olaraq  qeyd  edib,  bu  mövzuda 

yazdığı yarımbaşlıqda " kaba ve suni sekilde yaratılan bu edebi eserlerin bir-birine benzemesi" ndən 

şikayət edir, milli ədəbiyyat və dilin inkar edilməsini, sovet dövrü Azərbaycan ədəbiyyatının qüsurları 

kimi təqdim edirdi.  

Bir çox tədqiqatçı bu dövrə qiymət vərərkən əsərlərin quru ve sxematik olmağından, qəlibləşmiş 

şəkildə eyni tərzdə yazılmasından şikayətlənmişlər. 

İlk  öncə  onu  qeyd  etmək  istəyirəm  ki,  əsərlərin  quru  və  sxematik  olması  əsərin  keyfiyyətinin 

bədii  cəhətdən  asağı  olmasına  gətirib  çıxarsa  da  bu  yazıçıların  yox  sovet  ədəbiyyatı  metodunun 

nəticəsi idi. Sosrealizm  metodundan başqa heç bir metod ve cərəyanda  əsərlərin yaradılmasına icazə 

verilməməsi ədəbiyyatda cılızlaşma və "boz ədəbiyyat" anlayışlarının yaranmasına səbəb oldu. 

Ədəbiyyatda  nə  qədər  quru  və  sxemastiklik  olsa  da  istedad  hər  zaman  öz  sözünü  deyir.  İstər 

Mikayıl Müşfiq, Hüseyn Cavid kimi sonu ölümə məhkum olsun istərsə də Mehdi Hüseyn kimi fanatik 

sovet  ədəbiyyatı  təmsilçisi  olsun.  Sovet  dövrü  ədəbiyyatının  müxtəlif  zamanlarında  bir-birinə  zidd 

mövqedə  əsərlər  yazıb  yaratmış  bu  yazıçıları  şəxsiyyətə  və  zamana  ayırmadan  irslərini  tədqiq  etmək 

və dəyərləndirmək lazımdır. 

Elçin Əfəndiyevin də qeyd etdiyi kimi "Sosrealizm dövrü əsərləri qiymətləndirərkən bu sistemə 

qarşı olan kin-küdurəti bir kənara qoyub ədəbi irsə obyektiv yanaşmaq lazimdir. Əsərlərə bədii estetik 

gücünə və ədəbi əsərlərin cəmiyyətdəki roluna görə qiymətləndirmək lazımdır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1190



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sovet  dövrü  əsərləri  yox  saymaqla  ədəbiyyatımız  və  ədəbiyyatşünaslığımız  tarxilik  baxımından 

itgiyə  məruz  qalır.  Misal  üçün:  İlyas  Əfəndiyevin  "Bahar  suları"  əsərində  kolxoz  quruluşu,  onun 

yaranmasından  söhbət  gedir.  Əsər  ilk  başda  hər  kəsə  məlum  olan  bir  mövzudur,  lakin  bədiilik 

baxımından nəzər yetirdikdə əsərdə Alxan kişi, Uğur, Şəfəq kimi obrazlar, onların daxil dünyası əlvan 

boyalarla  təsvir  olunmuşdur.  Və  bu  bədii  təsvir  əsərə  ölməzlik  qazandırır,  eyni  zamanda  onu  da 

göstərir  ki,  nə  qədər  eyni  metodda  sxematik  şəkildə  yazılar  yazılmağa  məcbur  edilsə  də  qiymətli 

əsərlər öz dəyərini gec tez tapır.  

1920-ci  ildən  əvvəl  yaradıcılığa  başlamış,  qələmi  ilə  kifayət  qədər  silinməz  iz  qoymuş 

yazıçılarımız da bu dövrün məngənəsindən qurtarmaq üçün çıxış yolu axtarırdılar. Akpınarlı bu dövür 

ədəbiyyatını  şərh  edərkən  yazıçıların  bir  qisminin  tarixi  mövzulu  əsərlərə,  uzaq  ölkələrdə  baş  verən 

hadisələrə yönəldiyini bildirir və bunu da çıxış yolu olaraq göstərir. Yusif Vəzir Çəmənzəminli 1920-

ci ildən sonra Türkiyədə, Fransada bir müddət yaşamış, dövrü ədəbiyyatı əks etdirməmək üçün tarixi 

mövzulu  əsərlər,  Azərbaycan  ədəbiyyatı  tarixinə  aid  araşdırmalar  etmişdir,  lakin  bu  onu  rejimin 

əlindən  qurtara  bilmədi.  Tarixi  mövzuya  müraciət  edən  Cabbarlı,  Cavid,  Səməd  Vurğunu  misal 

göstərmək olar. 

Bir qisim yazıçılar isə susub kənara çəkildi və ya vəzifə ilə susduruldu, bir qisminin isə həm yeni 

dövrə həm də öz zövqlərinə uyğun əsər yazıb yaratdılar. 

Sosialist  realizmin  banisi,  otuzuncu  illərdə  kamillik  zirvəsinə  ucalan  Cəfər  Cabbarlı  sovet 

dövrünü  əks  etdirən,  zamanın  tələblərinə  cavab  verən  "Sevil",  "Almaz",  "Yaşar",  "Dönüş"  kimi 

pyesləri  qələmə  aldı.  Bu  əsərlər  artıq  bədii  ənənənin  radikal  şəkildə  dəyişdiyi  və  qəti  şəkildə 

sabitləşdiyini göstərən sovet edəbiyyatının ilk nümunələri idi(Yaşar Qarayev). 

Sosrealizmə  xidmət  etməyənləri  isə  37-ci  ilin  məşhur  "ifşa"  plenumu  gözləyirdi.  Nəticədə,  Əli 

Nazim,  Əhməd  Cavad,  Mikayıl  Müşfiq,  Cavid,  Yusif  Vəzir  Çəmənzəminli  Sibirə  göndərildi.  Əgər 

repressiyadan  əvvəl  öz  əcəli  ilə  ölməsə  idi  yəqin  ki,  Cəlil  Məmmədquluzadə  də  bu  siyahıda  olardı. 

Molla  Nəsrəddin  də  yayımlatdığı  hekayələrdə  sovet  cəmiyyətinin  eyibləri,  öz  əksini  tapırdı. 

Azərbaycan  ədəbiyyatında  sükut.  II  Dünya  müharibəsindən  sonra  ədəbiyyatda  yenidən  canlanma 

yarandı. 

Şərti də olsa ikinci dövür olaraq 50-60 -cı illər müharibədən sonrakı Azərbaycan ədəbiyyatı, canlı 

boyalarla  müharibə  səhnələrinin,  uzaq  şərq  ölkələrinin  təsviri  əsas  göstəricisi  idi.  60-cılar  nəsrini 

Yavuz  Akpınar  yeni  bir  devrin  başlanğıcı  olaraq  görmüş,  yeni  realist  əsərlər,  ideologiyadan  uzaq, 

realist nəsr örnəkləri ilə zəngin bir ədəbiyyat dövrü olaraq səciyyələndirmişdir. Bu nəsrin Azərbaycan 

ədəbiyyatına yeni bir nəfəs, abu-hava getirdiyini qeyd etmişdir. 

Bu əsərlər dövrün xarakterini, sovet dövrü ədəbiyyatını əks etdirmək baxımından əyani vasitədir. 

Bizim üzərimizə düşən vəzifə niyə sovet dövrünü onun eybəcərliklərini əks etdirmədilər demək yox, 

yazılmış  əsərləri  olduğu  kimi  mənimsəmək  və  onların  bədii  cəhətdən  dəyərini  verərək  qoruyub 

saxlamaqdır. 

70illik  bir  dövrü  əhatə  edən  sosrealizm  dövrü  Azərbaycan  ədəbiyyatına  itirdikləri  ilə  yanaşı 

qazandırdıqları da oldu. Yavuz Akpınar qeyd edir ki, zamanla xalq hərəkatları, humanizm ədəbiyyatda 

o  səviyəyə  çatdı  ki,  zaman  zaman  milli  ədəbiyyat  və  dil  inkar  edildi.  Azərbaycan  ədəbiyyatının 

vəzifəsi: "böyük qardaş Rusların" ədəbiyyatını örnək almaq idi.  

Elçin  Əfəndiyev  isə:  Sosrealizmin  müasir  Azərbaycan  ədəbi  və  bədii  dilinin  formalaşmasında 

fövqəladə rol oynadığını qeyd edir. 

Yavuz Akpınarın irəli sürdüyü bu fikir sosrealizmin 1 mərhələsinə aid etsək daha doğru olar. Çox 

guman ki, bu fikri düşüncə baxımından nəzərdə tutub qeyd etmişdir. Müəllif fikirlərini ümumi şəkildə 

yazmış,  repressiya  dövründən  sonra,  1940  cı-  ildə  Azərbaycan  ədəbi-bədii  dili  ən  yüksək  zirvəsinə 

çatdığını qeyd etməmişdir. Sosrealizmin yaratdığı şərait nəticəsində Azərbaycan dili hər tərəfli tədqiq 

olundu,  lüğət  və  ensiklopedyalar  işıq  üzü  gördü.  Sosrealizmin  Azərbaycan  ədəbiyyatına  ən  böyük 

töhvəsi hesab etmək olar. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1191



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

"ŞEYX SƏNAN" ƏSƏRİ: HÜSEYN CAVİDİN TƏSƏVVÜFİ                     

DÜNYA GÖRÜŞÜNÜN BƏDİİ İNKASI KİMİ 

 

Nərmin HACIYEVA 

Qafqaz Universiteti 



nermin.Qafqaz@box.az 

AZƏRBAYCAN 

 

Ədəbiyyаtın özündə dаşıdığı ən böyük mаrаq və ölməzlik, dаim еhtiyаc duyulаn bir sаhə оlmаsı, 



оnun bir mövzuyа müхtəlif bахışlаrın аyrı-аyrı dünyа görüşlərin əksini еhtivа еtməsidir. Kоnkrеt bir 

mövzu  hər  bir  yаzıçının,  həttа  bахış  pəncərəsindən  işləndiyində  müхtəliflik,  rəngаrənglik  və  еlmi 

ədəbiyyаtın  özündə  də  bахış  müхtəlifliyi  yаrаdır.  Həyаtа,  gerçəkliyə  H.Cаvid  yаrаdıcılığındа  bu 

rоmаntik аləmin özündə оlаn və еyni zаmаndа rеаl аləmdə əks оlunаn təsəvvüfi dünyа görüşlərə ilk 

bахışdа diqqəti cəlb еdəcək dərəcədə оlmаsа dа gеniş şəkildə əks оlunmuşdur. 

Аpаrdığımız tədqiqаt işi göstərdi ki, hаnsı yаzıçının yаrаdıcılığı tədqiq оlunursа, ilk оlаrаq оnun 

yаşаdığı zаmаnа və mühitə və ən əsаsı yаzıçıyа təsir еdən, yəni dünyаgörüşünün fоrmаlаşmаsınа təsir 

göstərən,  şəхsiyyətin  həyаtа  bахış  kоnsеpsiyаsınа  diqqət  yеtirmək  lаzımdır.  H.Cаvid  ХХ  əsrin 

əvvəllərində  Türkiyə  mühitində  yаzıb-yаrаtmış  yаzıçıdır  və  оnun  təsəvvüfi  dünyа  görüşünün 

fоmrаlаşmаsındа böyük təsəvvüf şаiri M.C.Ruminin təsiri çох güclü оlmuşdur. 

 XX əsrin əvvəllərində yaşayıb yaratmış yazıçı dramturq Hüseyn Cavid yaradıcıığında təsəvvüfü 

dünya  görüşü  olduğunu  zənn  etdiyimizdən  bu  aspektdə  araşdırmalar  aparmağı  qərara  aldım.  Bu 

mövzuya  müraciət  etməyimizin  bir  sıra  səbəbləri  var.  İlk  olaraq  qeyd  edək  ki,  Hüseyn  Cavid 

yaradıcılığının  əsas  tədqiqat  dönəmi  Sovet  dövrünə  təsadüf  etdiyindən  Sovet  idealogiyasının  təsiri 

nəticəsində  demək  olar  ki,  bütün  tədqiqatçılar  onun  yaradıcılığında  təsəvvüfün  olmadığını  və  ya 

ponteizm  olduğunu  bildirmişlər.  Məqalədə  panteizmlə  təsəvvüfü  dünya  görüşünün  əsas 

konsepsiyalarından  olan  vəhədti  vücud  arasındakı  fərqi  izah  etməyə  çalışmışıq  və  ponteizmin  nə 

olduğunu  araşdırdıqdan  sonra  yazıçının  təsəvvüfi  dünya  görüşünü  eks  etdirən  əsərlərlərinə  nəzər 

saldıqda  görürük  ki,  burada  ponteizm  deyil  təsəvvüfü  dünya  görüşü  öz  əksini  tapıb.  Lakin  burada 

təsəvvüf  klassiklərin  yaradıcılığında  gördümüz  şəkildə  deyil  arxatip  səviyyəsindədir.  Bu  da 

zənnimizcə  təəcüblü  deyil.  Belə  ki,  artıq  ədəbiyyat  ilhahi  eşq  konsepsiyasından  dörd  əsr  idi  ki, 

uzaqlaşmışdı və ədəbiyyatın mövzusu ilahi eşq deyil, real məhəbbətin tərənnümü idi. 

Burаdа jаnr məsələsini də qеyd еtmək lаzımdır. Klаssik dövrdə məsnəvi jаnrındа lirik “növdə” 

təsəvvüfi  əsərlər  yаrаnırdı.  Bu  dа  zаmаnın  tələbi  idi.  Lаkin  ХХ  əsrin  əvvələrində  аrtıq  ədəbiyyаt 

məsnəvi jаnrdаn хеyli uzаqlаşmışdı və bu dövrdə drаmаturgiyа ön plаnа kеçmişdir və drаm jаnrı qərb 

mоdеli оlduğundаn şərt təfəkkür tərzini və dünyа görüşünü bir o qədər də qüvvəli ifаdə еdə bilmir. 

Drаm jаnrındа hərəkət, dinаmikа güclü оlduğundаn dini-fəlsəfi fikirləri ifаdə еtmək çətin оlur. 

Hüseyn  Cavidin  "Şeyx  Sənan"  əsərində  dramaturqun  eşq  idealı  təsəvvüfü  mənəvi  kamilləşmə 

ideyası  kontekstində  verilmişdir.  Hüseyn  Cavidin  təvvüfü  görüşlərində  mənəvi  kamilləşmənin 

mərhələləri  öz  əksini  tapmışdır.  Şeyx  Sənanın  real  məhəbbətdən  mənəvi  təkamül  yolu  ilə  ilahi  eşqə 

keçidinin  və  əsl  aşiq  məqamına  yüksəldiyini  görürük.  Bu  obrazın  timsalında  Cavid  təsəvvüfün 

müxtəlik  konsepsiyalarını  təsəvvüfü  sinvolları,  poetik  fiqurları  əsaərdə  geniş  şəkildə  əks  etdirmişdir. 

“Şeyx  Sənan”  əsərində  təsəvvüfdə  olan  dörd  qapı  –  şəriət,  təriqət,  mərifət,  həqiqət  mərhələsindən, 

qəlbin təmizliyi, bəsirət gözünün açıq olması, mürid və mürşid, dörd ünsür və s təsəvvüfü fikirləri izah 

etməyə çalışmışıq. Xüsusilə qeyd etmək lazımdır ki, dramaturq təsəvvüf əhlinin daxili dünya görüşü 

ilə bərabər, zahiri portretini də yaratmağı bacarmışdır:  



Yeməz – içməz zavallı pək düzgün 

Ağlamaz ağlatır cihanı bütün 

Həm seçilməz o bir müqəvvadan 

Adı köçəməmiş bu dünyadan 

Aşağıda göstərəcəyimiz şeir nümunəsində isə təsəvvüf əhlinin daxili aləmini, onlara məxsus 

daxili təlatümü göstərmişdi.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1192



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

Əhli-hal eşq için evet bayılır,  

Haydı Zəhrayı get çağır ayılır. 

Olsa merac olur da ruhani

 Hep yalandır üruci-cismani. 

Yuxarıda qeyd olunan misralar açıq-aydın şəkildə təsəvvüf əhlinin halından xəbər verir.Bildirilir 

ki,aşiqlik məqamına çatmış insanlar hal-əhli olanlardır. Təsəvvüf əhli müxtəlif hallar yaşayır, bir sıra 

mərhələlərdən keçir və ən sonda həqiqət mərhələsinə çatır. Həqiqət mərhələsində aşiq əksər hallarda 

ekstaz vəziyyətdə olur. Yəni o bayılır, huşunu itirir və bu zaman o öz yarını - Haqqı görür. Bu əsərdə 

də görürük ki,H.Cavidin yaratdığı Şeyx Sənan obrazı əsl aşiqdir.O da bu cür ruhi hallar yaşayır,huşunu 

itirir və bu məqamda ruhun meracı baş verir.Aşiq məşuqla yəni mütləq varlığla görüşür.H.Cavid yazır 

ki, bu halın yəni ekstaz halının Peyğəmbər (s.a.v) özündə də baş vermişdir.O deyir ki,insan heç vaxt 

cisim  kimi  ərşə  yüksələ  bilməz.Yəni  ərşə  yüksəlmək,  haqqı  görmək  yalnız  ruhla  bağlıdır.  Məhz 

Peyğəmbərin  (s.a.v)  Allahla  meracı  ruhu ilə  olmuşdur.  Şeyx  Sənanın  bu  halının  da  merac  olduğunu 

görürük. Bu fikir “Qurani Kərim”də də öz əksini tapmışdır. Müqəddəs kitabda qeyd olunur ki,insan 

qiyamət günü Allahı cismani gözləri ilə deyil, bəsirət gözləri ilə görürlər və eşq əhlinin bəsirət gözü bu 

dünyada  açığ  olduğundan onlar  artıq  haqqı  görürlər və  ona  doğru  can atırlar. Yenə  də  Quranın  İsra 

surəsinin 72-ci ayəsində bu dünyada (Allahın dəlillərini ,möcüzələrini görməyib gözü, qəlbi) kor olan 

axirətdə də kor olar və haqq yolundan daha çox azar. 

Bu fikrin M.C.Rumi yaradıcılığına böyük təsiri olmuşdur.Bu surədən təsirlənən Mövlana yazır ki, 

Haqqın  camal  sifətlərini  bəsirət  gözü  ilə  görməyən  adam  kordur.  Yeri  gəlmişkən  qeyd  edək 

ki,Ruminin bu fikirinin H.Cavidə olan böyük təsiri “Şeyx Sənan“da aydın şəkildə öz əksini tapıb. Belə 

ki,  H.Cavid  Şeyx  Sənanı  kor  dərvişlərlə  qarşılaşdırır  və  şeyxlə  dərvişin  dialoqunda  bu  özünü  açıq 

şəkildə ifadə edir.Əsərdən məlumdur ki,Şeyx Sənanın qarşılaşdığı dərvişlər kordur.Və bu dərvişlər eşq 

əhlidir.Bu  dərvişlər  gözlərində  zülmət  pərdəsi  olan  lakin  bəsirət  gözləri  açıq,qəlblərində  məhəbbət 

nuru  olan  şəxslərdir.Onlar  Sənana  kor  olduqlarını  dedikdə  Sənan  razılaşmır.  Deyir  ki,cismani  gözlə 

görməyin  böyük  bir  əhəmiyyət  iyoxdur.  Məqalədə  əsərin  geniş  təhlilini  vermək  imkanımız  olmadığı 

üçün bir neçə məqama toxuunmaqla kifayətləndik. 

Yekun olaraq qeyd edək ki, əsərin təhlili zamanı görürük ki, əsər təsəvvüfi-fəlsəfi dünya görüşü 

əks etdirmə baxımdan qüvvəli əsərdir. Bu əsər təsəvvüfi dünya görüşünün elmi deyil, bədii inkasıdır. 

 

 

КАВКАЗСКИЕ СТРАНИЦЫ В ТВОРЧЕСТВЕ Л.Н. ТОЛСТОГО 

 

Гюльнара ГАСАНОВА

 

Бакинский Славянский Университет 



qjulnara-qasanova@rambler.ru 

АЗЕРБАЙДЖАН 

 

С  ним  связаны  годы  военной  службы  и  первые  литературные  опыты,  окончательно 



утвердившие в нем призвание писателя. 

Поистине Толстой как писатель был «рожден» на Кавказе . Могучий и прекрасный Кавказ 

с  его  щедрой  природой  и  смелыми  гордыми  обитателями  стал  приютом  желанной  свободы. 

Здесь он осознал себя художником слова. 

Кавказ был настоящей школой жизни и художественного мастерства для писателя. Здесь 

рождались творческие замыслы и вдохновение. Он усиленно сочинял, появлялись новые темы, 

определялись  яркие  образы,  складывались  мысли.  В  стремлении  к  художественному 

совершенству оттачивал мастерство, учился «управлять своим пером и мыслями». 

На  Кавказе  им  были  написаны  «Детство»  (1852),  «Записки  маркера»(1853).  Под 

впечатлением  кавказской  войны  созданы  рассказы  и  повести  и  задумано  многое  ,  что 

воплотилось  позднее:  «Набег»  (1852),  «Рубка  леса»(1855),  «Из  кавказских  воспоминаний. 

Разжалованный»(1856).  «Казаки»(1863),  «Кавказский  пленник»  (1872).  «Хаджи-Мурат»(1896-

1904). 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin