Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə84/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   80   81   82   83   84   85   86   87   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1193



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Толстой предстает как тонкий знаток жизни, быта, культуры,нравов и обычаев кавказских 

народов.  В  процессе  работы  он  изучил  достаточно  большое  количество  разнообразных 

источников, начиная с исторической литературы, и кончая рассказами очевидцев событий. 

Все произведения данного периода носят автобиографический характер. 

Толстой,  как  и  Лермонтов,  принимал  участие  в  военных  походах  и  вылазках  против 

горцев.  Он  проливал  чужую  кровь.  Война  изображена  писателем  без  прикрас:  разрушение 

горных аулов,убийство мирных жителей, грабежи. 

Толстой  сочувствовал  горцам,  Он  осуждал  насилие  и  жестокость.,  порожденные 

опустошительной  войной.Он  сознавал,  что  истребление  себе  подобных  «несправедливое  и 

дурное дело» .Война для него и спустя полвека останется безумием и преступностью. 

Война  стала  для  него  не  только  испытанием  силы  и  характера,  но  и  предметом 

нравственно-философских размышлений. В одном из дневников он признавался, что начинает 

любить  Кавказ  «хотя  посмертной,  но  сильной  любовью»,  и  что  «действительно  хорош  этот 

край  дикий,  в  котором  так  странно  и  поэтически  соединяются  две  самые  противоположные 

вещи – война и свобода». 

В  кавказских  рассказах  Толстого,  и  в  особенности  батальных  сценах  ,  усматривается 

влияние  А.Бестужева-Марлинского.  Но  Толстой  шагнул  далеко  от  романтических 

произведений  ,создав  шедевры  русской  реалистической  литературы.  Действительность  для 

него была лучше воображаемого. 

На  Кавказе  сформировалась  нравственная  философия  и  социально-историческая 

концепция Толстого. Кавказская действительность расширила его кругозор и явилась мощным 

стимулом в творчестве. Будучи на Кавказе он тесно общался с русскими солдатами, вольными 

казаками, горцами. Именно они, бесстрашные, стойкие, мужественные, далекие от тщеславия и 

напускной  удали,-  главные  герои  его  произведений.  В  них  ведущее  место  занимает проблема 

народа,  русского  национального характера  .Наблюдая  за  поведением  солдат  и  офицеров, 

привыкших  к  будням  войны,он  раскрывает  их  психологию.  Каждый  со  своими 

думами,философским отношением к жизни, и смерти , и войне. 

Уже  в  первых  военных рассказах  Толстого  с  достаточной  определенностью  выступает 

своеобразный  стиль  воссоздания  батальных сцен  и  образов  военной  среды,  получивший  свое 

дальнейшее развитие в «Войне и мире».Кавказская тема соотносится в творчестве Толстого с 

размышлениями  о  подлинной  и  мнимой  храбрости,  истинной  и  ложной  красоте,  духовной  и 

нравственной  сущности.Толстой  подходил  к  кавказской  войне  с  нравственных 

позиций,считая,что добром можно победить зло, и людям незачем убивать друг друга. Именно 

так  виделось  ему  решение  проблемы.  Толстой-моралист  утверждает:  русские  и  горцы  могут 

жить в мире и согласии. 

Кавказ  был  для  писателя  и  мечтой  и  действительностью.  Впоследствии,  оглядываясь  на 

прошлое,  он  скажет,  что  никогда  более  не  доходил  до  такой  высоты  мысли  как  тогда  ,в  то 

время, продолжавшееся 2 года. И всё, что он нашёл тогда, навсегда осталось его убеждением. 

Толстой  никогда  больше  не  бывал  на  Кавказе,  в  краю  «кипучей  жизни»  и  «смелых 

мечтаний», любовь к которому пронёс через всю жизнь. 

  

 



 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1194



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1195



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İNGİLİS DİLİ  

 

 

C.M.KUTZEENİNİN YARADICILIĞINDA İNSANIN                        

CƏMİYYƏT BASQISI QARŞISINDA ACIZLİYİ VƏ “ACİZLİYİN 

QİSASI” MƏQAMI 

(“AĞDƏRİLİLİK KOMPLEKSİ” VƏ ÖDƏNMƏYƏCƏK 

BORCUN AĞIRLIĞI FONUNDA) 

 

Səbriyyə İSMIZADƏ 

Azərbaycan Dillər Universiteti 



sabriyya@inbox.ru 

AZƏRBAYCAN 

 

Nobel  mükafatı  (2003-cü  il)  laurereatı,  Cənubi  Afrika  Respublikası  əsilli  ingilisdilli  yazar 



C.M.Kutzeenin  “Barbarları  gözləyərkən”  və   “Mikael  K-nın  həyatı  və  dövrü”  romanlarında  müəllif 

tərəfindən əsas qabardılan problemlərdən biri, ümumiyyətlə onun yaradıcılığı üçün səciyyəvi olan və 

demək olar ki, bütün yaradıcılığından “qırmızı xətt”lə keçən “günahkarlıq kompleksi”dir. Kutzee hər 

iki  romanda  cəmiyyət  basqısı  qarşısında  acizliyini  hiss  edən  insanın  zamanla  vicdan  əzabı  şəklində 

yaşamış olduğu “acızlik qisası” fəsadını, sonradan gələn günah etirafı qarşısında ozünü cəzalandırmaq, 

vicdan hesabatı qarşısında ödənməyəcək vicdan borcunun ağırlığının yükünü çəkmək kimi problemləri 

araşdırır.  L.Zalesova-Doktorovanın  da  qeyd  etdiyi  kimi,  Kutzee  yaradıcılığında  ən  güclü  əsərlərdən 

sayılan hər iki roman “apateid zamanında qələmə alınmaqla insana, insan şəxsiyyətinə qarşı zorakılıq 

əleyhinə ən böyük, ən nəhəng etirazları təcəssüm etdirmiş oldu ” (Лариса Залесова-Докторова. Мир 

Джозефа  Максвелла  Кутзее http://magazines.russ.ru/zvezda/2004/3/dok10.html ).  Düşünən  ziyalı, 

vicdanlı  vətəndaş,  həssas  yaradıcı  şəxsiyyət  olaraq  C.M.Kutzee  gözünü  açdığı,  özünü  tanıdığı 

dövrdən   etibarən   uzun  onilliklər  boyu  içində  yaşamış  olduğu  irqi  seqreqasiya,  sosial  ədalətsizlik, 

milli  ayrıseçkiliyin  yükünü,  “seçilmişlərdən”,  yəni  ağdərililərdən  olmağın  “utanc”ını,  özünün  irqi, 

milli  kimliyinə  görə  ölkədə  cərəyan  edən  zülüm  və  ədalətsizliklərin  məsuliyyət  yükünü  bölüşmək 

ağrısını  yaşayır.  Bu  səbəbdəndir  ki,  Kutzeeni  “yazıçı-kosmopolit”,  Dünya  vətəndaşı  kimi 

səciyyələndirən  A.Çaşınanın  da  bildidiyi  kimi,  “onun  (Kutzeenin  –  S.İ.) əsərləri  bir  personajın 

“solo”suna  köklənir,  hansı  ki, zamanına,  aid  olduğu  cəmiyyətinə  qarşı çıxır. Bu,  üzəində  əsrinin, 

zəmanəsinin bütün  ədalətsizlik,  amansızlıq  və  təhqirlərinin  hədəfi  olan, təqiblərə  məruz 

qalan, “alçaqdırmış və təhqir olunmuş” insandır (təsadüfi deyil ki, Kutzeeni Dostoyevski ilə müqayisə 

edirlər – qeyd A.Çaşınanındır.). Həmin personajın yeganə silahı – mənəvi dəyərləri, sarsılmaz dözümü 

və  dəyanətidir.  Bütün  bunların  qarşısında  qəhrəmanın  susqun  itaəti  istənilən  cəlladı  özünü  vicdan 

mühakiməsinə  çağırmağa  qadırdır”  (kursiv  bizimdir.  –  S.İ.)  (Анна  Чащина   Кутзее,  писатель-

космополит... http://www.gazeta29.ru/nextgen/ ). 

Susqun  itaətlə  cəlladı,  hakimləri  qarşısında  mənəvi  ucalıq,  ləyaqət  üstünlüyü  əldə  edilməsi 

yolunu  təkcə adı  çəkilən əsərlərinin  qəhrəmanları  deyil,  eləcə  də apateid  rejiminin  süqutundan  sonra 

qələmə  alınmış  “Rüsvayçılıq”  romanının  qəhrəmanı  Devid  Luri  (David  Lurie)  və  onun  qızı  Lusinin 

(Lusy) baş verən haqsızlıqlar qarşısında duruşu, nümayiş etdirdikləri dözüm və dəyənətdə də izləmək 

olar.  Əslində  M.F.Dostoyevski  ilə  tez-tez  müqayisə  edilməsinə  baxmayaraq,  bu  məqamda  Kutzee 

“sülhpərvər  itaətsizlik”,  “itaətin  etirazı”  formatında  cəmiyyətə  etiraz  mesajını,  baş  verənləri  qəbul 

etməmə duruşunu sərgiləyən qəhrəmanlarının həyat fəlsəfəsində o, həm də Mahatma Qandi fəlsəfəsinə 

yaxındır. (M.Qandinin “zorakızıs mübarizə” nəzəriyyəsilə müqayisə üçün daha ətraflı bax:  Конухова 

А.  В.  Ненасилие  как  идеал  и  принцип  человеческого  бытия:  социально-философский  анализ, 

автореферат…канд.филос.наук.,  Rhfcyjzhcr,  2014,  29  c.).  Bu  etiraz  formasında  M.Qandinin 

yanaşmasına görə “qeyri-zorakılıq (qeyri-zorakı mübarizə - S.İ.)  həqiqaətin sinonimi kimi çıxış edir” 

(kursiv  bizimdir.  S.İ.)  (Пряхин  Н.Г.  Философия  ненасилия:  история  и  современность, 

автореферат…канд.философ.наук., Санкт-Петербург, 2006, 23 с. ; c.8) 

Bütün anlaqlı həyatı boyu insan əleyhinə cinayətlərə, insan şəxsiyyətinin alçaldılması, irqi, dini, 

milli, sosial ayrıseçkilik əsasında insanların “keyfiyyət şkalası”na görə fərqləndirilməsinə qarşı çıxan 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1196



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və bu səbəbdən də, öz  əsərlərində apateid rejiminin alovlu tənqidçisi kimi çıxış edən C.M.Kutzeenin 

həyat  paradoksu  bu  baxımdan  maraq  doğurmaya  bilməz.  Belə  ki,  Vətəni  Cənubi  Afrika 

Respublikasındakı  qaradərili  insanların  hüquq  vəazadlıqlarının  ən  acımasızcasına  tapdalanmasının 

dövlət  mexanizmi  səviyyəsində  icra  edilməsini  hədəf  alan  apateidə  qarşı  mübarizəsilə  seçilən 

C.M.Kutzee  bu  rejimin  çökdürülməsindən  sonra  2002-ci  ildə  CAR-dan  Avstraliyaya  mühacirət  edir. 

Halbuki  ona  qədər  də  ABŞ  vətəndaşlığı  üçün   müraciət  etmiş,  lakin  Vyetnam  müharibəsi  əleyhinə 

etirazlarda 

iştirakına 

görə 


mənfi 

cavab 


almışdır 

(Джон 


Максвелл 

Кутзееhttp://injournal.ru/biograf/johncoetzee.html).  Bu  onu  göstərir  ki,  əslində  mübarizənin  ön 

cərgəsində  olan  C.M.Kutzee  “aödərililikdən”,  “seçilmişlikdən”  doğan  günahkarlıq  kompleksi, 

ödənməyəcək yükün ağırlığı altında yaşamaq kimi şəxsiyyət faciəsinin içindədir. 

Xatırladaq  ki,  1948-1989-cü  illərdə  rəsmi  şəkildə  CAR-ın  dövlət  ideologiyasının,  idarəetmə 

mexanzimlərinin  əsasını  təşkil  edən  və  irqi  seqreqasiyaya  əsaslanan  apateid  (istinad 

etdiyi apartheid sözü  afrikaans  dilində  “ayrılıqda,  əlaqəsiz,  təmassız  şəkildə  birgəmövcudluq  sürdür-

mək” anlamını verir) rejimi 1992-ci ildə Nelson Mandela və digər siyasi dustaqların azad edilməsi və 

əsas  ayrıseçkilik  qanunların  qüvvədən  salınması  ilə  tarixə  gömülmüşdür.  (Апартеид  //  Политика. 

Толковый словарь. М.: "ИНФРА-М", Издательство "Весь Мир". Д. Андерхилл, С. Барретт, П. 

Бернелл,  П.Бернем,  и  др.  Общая  редакция:  д.э.н.  Осадчая  И.М..  2001.http://dic.academic.ru/ ). 

Özünün  bioqrafik  məzmunlu  əsərlərində  hələ  erkən  yaşalarında  apateid  rejimin  ədalətsizliyinə 

vardığını və heç vaxt ifrat sağçı CAR “Milli partiyası”nın tərəfdarı olmayacağına söz veridyini, tipik 

irqçi  afrikanerlərə  ikrahla  yanaşdığını  etiraf  edən  C.M.Kutzee,  K.A.  Qriqoryevanın  da  haqlı  olaraq 

qeyd etdiyi kimi, ömrü boyu uşaq vaxtı əldə etdiyi kompleksin acısını yaşayıb. Belə ki, “balaca Con 

Kutzee insanların sinfə, etnik və irqi aidliyyata görə fərqləndirilməsinin ədalətsizlik və amansızlığını 

anlamağa  başlayır  və rəsmi  olaraq  “aparteid”  adını  almış  cinayətkarlığa  görə  öz  şəxsi  günahını  hiss 

edir.  Bununla  da,  artıq  yetkin  yazıçı  C.M.Kutzee  ...  özünün  təqib  edilən  azlığın  hüquqlarının 

müdafiəsində  duran  həyat  pozisiyasını  müəyyənləşdirmiş  oldu  (kursiv  bizimdir.  –  S.İ.)”  (К.А. 

Григорьева .Дж.М. Кутзее, южноафриканец: автобиография «Детство» // Изв. Сарат. ун-та. Нов. 

сер.  Филология.  Журналистика.  2011.  Т.  11.  Вып.  1.  С.  93  –  98. cyberleninka.ru ).Bununla  da 

balaca  Conun  gələcəkdə  Nobel  lauretı  Con  Maksvel  Kutzeeyə  çevrilməsi  kimi  (yetkin  şəxsiyyətin 

formalaşması  prosesi  kimi)  ağrılı  psxiemossional  –  inellektual  yenidən  “doğuluş”u  Freydin  bütün 

komplekslərin  uşaqlıq  dövründən  qaynaqlanması  həqiqətini  əyani  şəkildə  təsdiqləmiş  olur.  Belə  ki, 

“İnsan  qəlbinin  sirri  –  onun  uşaqlıq  faciələrində  gizlənir.  Həmin  faciələrin  kökünə  varın  və  şəfa 

(sağalma) bunla da gələcək ” – deyən psixoanalizin banisinin ( О Фрейд - ты Мир. Персонально для 

Вечного 

Оппонента. 

http://professionali.ru/Soobschestva/psi-faktorvzglyad/o-frejd--ty-mir-

personalno-dlja-vechnogo/ )  fikirləri  öz  dolayı  təsdiqini  CAR  –ın  aparteid  rejimini  ərsəyə  gətirmiş 

ağdırilə  əhalisinin  yerinə  günahkarlıq  kompleksini  yaşayan  və  qaradərili  əzilən  kütlə  qarşısında 

ödənməyəcək,  ödənə  bilməyək  borcun  ağır  yükündən  əziyyət  çəkən  Kutzeenin  yaradıcılığında 

izlənilir. Aparteid rejimi süquta uğradıqdan sonra ölkədə qaradərili çoxluğun bəzi qisminin revanşizm 

meylləri  sayəsində  ağdərilililərə  qarşı  ayrıseçkilik  siyasəti  yürüdülməyə  başlayanda  Kutzee  belə 

demək  olarsa,  “özünü  bağışlayır”,  etmədiyi  günahlarına  görə,  sadəcə  olaraq,  dəri  rənginə  görə 

bölüşdüyü məsuliyyət yükünə, borc ağırlığına görə itaətkarcasına bağışlayır. Y.A.Stukovanın da qeyd 

etdiyi kimi, “Kutzee aparteid rejiminin çöküşündən sonra ağdərili əhaliyə qarşı aparılan terrora qarşı 

da  etiraz  edir”  (Струкова  Е.  А.  Мифологизированный  образ  русского  писателя  в  романе-

псевдобиографии  Дж.  М.  Кутзее  «Осень  в  Петербурге»  /  Е.  А.  Струкова  //  Научный  диалог. 

2016, № 1 (49). С. 159—169. http://www.nauka-dialog.ru/userFiles/file/159-pdf  ; с.161). Lakin o, bu 

etirazında  aparteidin  ifşasında  olduğu  qədər  amansız  və  ardıcıl  deyil,  burada  da  ona  etmədiyi 

günahlardan doğan “ağdərilik kompleksi” mane olur. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1197



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AMERİKA UŞAQ ƏDƏBİYYATININ YARANMA TARİXİ

 

 



Turanə ABDULLAYEVA 

Qafqaz Univeristeti 



Turane_1988@mail.ru 

AZƏRBAYCAN 

 

Bildiyimiz kimi hələ XVII-XVIII əsrlərdə uşaq ədəbiyyatı deyilən bir məhfum yox idi. Zamanla 



bu ədəbiyyat yaranıb inkişaf etməyə başladı. Bir çox uşaq hekayələri bəzən olurdu ki, uşaqların özləri 

və  gənclər  tərəfindən  yazılır,  sonra  isə  bu  əsərlər  nəşr  edilərək  yaşıdları  arasında  yayılır.  Əlbəttəki, 

belə  yazıçıların  əsərlərinin  işıqlanmasında  valideynlərinin  və  müəllimlərinin  böyük  köməkliyi  olur. 

D.Aşfoldun 1919-cu ildə yazdığı  “Gənc səyahətçilər”, Ann Frankın 1952-ci ildə yazdığı “Gənc qızın 

gündəliyi”  adlı  əsərləri  belə  hekayələrdən  bəziləridir.  UAşaq  hekayələri  uşaqların  özləri  ilə  birbaşa 

kontakt  zamanıda  yarana  bilər.  Uşaqların  yuxu  vaxtı  qulaq  asmağı  sevdikləri  ən  yaxşı  yadda  qalan 

belə  hekayələrdən  biri  A.A.Milnin  öz  oğluna  danışdığı  “Vinni  pux”-dur  ki,  1926-cı  ildə  o  artıq  bu 

hekayəsini qələmə almışdır. 

Amerika  ədəbiyyatının  yaranmasından  çox  illər  əvvəl  Qərbi  Avropada  uşaq  əsərləri,  uşaqlıq 

dövrünü  əhatə  edən  bir  ədəbiyyat  sahəsi  yaranmağa  başlamışdı.  Flipp  Arilsin  fikrinə  görə 

ümumiyyətlə  “uşaqlıq”  məhfumu  anlayışı  ədəbiyyata  hələ  XVII  əsrdən  meydana  gəlmişdir. 

Baxmayaraq  ki,  bu  dövrdə  yazılan  kitabların  demək  olar  ki,  əksəriyyətinin  mövzusu  dini  və  ədəb 

mövzuları ilə bağlı idi, lakin bu kitablarında əksəriyyəti uşaqlara öyrədilməsi üçün nəzərdə tutulurdu. 

Harvi  Darton  isə  sübut  etməyə  çalışırdı  ki,  XVII  əsrdən  əvvəl  heç  bir  uşaq  ədəbiyyatı  mövcud 

deyildi.(Nineteenth  Century  Children:  Heroes  and  Heroines  in  English  Children's  Stories  1780–

1900.Avery,  Gillian.  1965. London)  O,  uşaq  ədəbiyyatının  inkişafını  bir  başa  Quttenberqin  kitab 

nəşrinin kəşfi ilə bağlayır. 

Qərb  ədəbiyyatının  xüsusi  ilə  də  İngiltərə  ədəbiyyatının    Şimali  Amerika  ədəbiyyatına  təsiri 

danılmazdır.  XVIII  əsrdən  başlayaraq  İngiltərə  ədəbiyyatında  sırf  uşaqlarla  bağlı  əsərlər  meydana 

gəlməyə  başladı.  Bunlar  arasında  Daniel  Defo  (Robinzon  Kruzo),  Jonatan  Svift  (Qulluverin 

səyahətləri)  kimi  yazıçıların  əsərləri  xüsusi  yer  tutur.  Purutian  dövrünün  yazıçıları  hesab  edilən  bu 

yazıçılarında əsərlərində dini fikirlər sözsüz ki, mövcud idi, lakin bunla belə əsərlərin mövzusu uşaqlar 

üçün nəzərdə tutulmuşdu. XVIII əsrdə Sarah Filding tərəfindən yazılmış “Mürəbiyyə’ əsəri də mövzu 

baxımdan, hec bir dini möhumatla bağlılığı olmayan bir əsər hesab edilir və uşaqlar üçün yazılmış bir 

əsər  hesab  edilir.(Nineteenth  Century  Children:  Heroes  and  Heroines  in  English  Children's  Stories 



1780–1900. Avery, Gillian. 1965.  London) 

Amerika  ədəbiyyatı  əsasən  Viktoriya  dövründə  inkişaf  etməyə  başlamışdı.  Bu  dövrdən 

başlayaraq  uşaqlar  üçün  əsərlər  yazılmağa  başlamışdır.  Bu  dövr  uşaq  ədəbiyyatının  özünə  məxsus 

xarakterik  xüsusiyyəti  mövcud  idi.  Bu  vaxt  yazılan  əsərlərin  mövzusu  uşaqların  cinsiyyətinə  görə 

fərqlənirdi.  Qız  və  oğlanlara  aid  hekayələr  ayrı-ayrılıqda  qələmə  alınırdı.  Qız  uşaqları  üçün  yazılan 

hekayələrin  əksəriyyətini  evdarlıq,  ailəyə  bağlılıq  mövzular  əhatə  edirdi.  Belə  əsərlərə  misal  olaraq 

Alkottun (Little women) “Balaca xanımlar”, Keyt Duqlasın (Rebecca of Sunnybrook Farm) “Sanibruk 

fermasının  Rebekası”göstərmək  olar.(American  Picturebooks  from  Noah's  Ark  to  the  Beast 



Within. Bader, Barbara. 1976. New York) 

Digər növ əsərlərə isə oğlan uşaqları üçün nəzərdə tutulmuşdur. Belə əsərlərdə əsasən onların pis 

və ya yaxşı obraz kimi, qorxaq və ya qəhrəman kimi olmaqları təsvir edilir. Amerika uşaq ədəbiyyatı 

dedikdə  ilk  əvvəl  yadımıza  Mark  Tven  düşür.  Mark  Tven  oxuculara  daha  çox  "Haklberri  Finin 

sərgüzəştləri" (Adventures Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom 

Sawyer)  adlı  romanları  ilə  tanışdır.  Tveni  tanımış  amerika  yazıçısı  Vilyam  Folkner  Amerika 

ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının onun sadəcə bir əsərindən 

– "Haklberri Finin sərgüzəştləri" romanından törədiyini bildirmişdir.  O, bir-birindən maraqlı, çoxlu 

bədii  əsərlər  yazmışdır.  Onun  ağlasığmaz  məcarələr,  sehirli  hadisələr,  şən  və  qorxulu  əhvəlatlarla 

zəngin  olan  əsərləri  dünyanın  bütün  uşaqlarının  və  böyüklərinin  xoşuna  gəlmişdir.(Mark  Tven. 

Seçilmiş əsərləri. Bakı, "Öndər nəşriyyat", 2005, 5səh.) 

Amerika  ədəbiyyatında  Robert  Lui  Stevin  (Treasure  island)  “Xəzinə  adası”,  Ridyard  Kiplingin 

(Kim)  “Kim”  əsərləridə  sırf  oğlan  uşaqları  üçün  nəzərdə  tutulub  yazılmış  əsərlərdir.  Zamanla  bu 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1198



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tendesiyada ədəbiyyatda itməyə başlayır, yeni-yeni əsərlər yazılır ki, artıq bura da cinsi ayrı-seçkiliyə 

yol verilmir, əsərlərin mövzusu həm qız həm də oğlan uşaqlarının maraqlarına uyğun gəlir. Anna Syu-

velin (Black beauty) “Qara gözəllik,” Kiplingin (Jungle book) “Cungili kitabı’ hər iki cinsin uşaqları 

üçün maraqlı hekayəyə çevrilmiş, sonralar bu əsərin əsasında hətta “Tarzan” adlı bədii film və fultifilm 

çəkilmişdir ki, nəyin ki bu film uşaqların eləcə də gənclərin və yeniyetmələrin sevimli filminə çevrilmişdir. 

Amerika  ədəbiyyatında  uşaq  ədəbiyyatına  aid  əsərlərin  yazılması  XX-ci  əsrdə  bir  ənənəyə 

çevrilməyə  başlamışdır.  1902-ci  ilə  Bietriks  Porterin  (  The  tale  of  Peter  Rabbit)  “  Dovşan  Pitrın 

nağılı’, 1926-cı ildə A.A. Milinin (Winni-the-pooh) “Vinni pux”əsəri yazılmışdır. Burada hekayənin 

əsas  qəhrəmanları  heyvanlardır.  Bu  tip  hekayələr  əsasən  uşaqların  daha  erkən  yaşlarında  maraq 

göstərdikləri hekayələr sırasına aiddir.  

Artıq müasir dövr uşaq ədəbiyyatı  XX əsrin əvvələrindən başlayaraq ayrıca bir ədəbi janr kimi 

daha geniş yayılmağa başladı. Bu dövrdə rasist əsərlər kimi qiymətləndirilən bir sıra əsərlər meydana 

çıxmışdı. Çox erkən məşhurluq qazanmış J.Ş. Harisin (uncle Renus, his songs and his saying) “Renus 

dayı, onun mahnıları və deyimləri’, H.Beykirmənin (The story of Little Black Sambo) “Balaca qara 

sambonun  hekayəsi”  və  s.  kimi  əsərlər  o  dövrdə  rasist  əsərlər  olaraq  qiymətləndirlirdi.(American 



Picturebooks from Noah's Ark to the Beast Within. Bader, Barbara. 1976. New York) 

1920-ci  illlərdən  başlayaraq  uşaq  ədəbiyyatında  yeni  yanaşma  tərzi  meydana  çıxdı.  Bu  daha 

sonralarda  geniş  yayılmış  multikultural  yanaşma  idi.  Du  Boysa  məxsus  olan  və  ilk  Afrika-Amerika 

uşaq jurnalı hesab edilən (The brownies book) Bronilərin kitabı nəşr edilməyə başladı.(1920-1921-ci 

illərdə).  J.Fauseti  və  L.Haşın  müəllifləri  olduğu  bu  jurnalda  uşaqlar  üçün  hekayələr,  poemalar  və 

məlumat  xarakterli  yazılar  nəşr  edilməyə  başladı.  Bu  dövrdə  bir  sıra  Afrika-Amerika  yazıçıları  olan 

Arna  Bantemz,  Lusiy  Klifton,  Mildred Teyler, Vircinia  Hamilton  və  Asiya-Amerika  yazıçıların  olan 

Laurens Yip, Alen Sey və s. uşaq ədəbiyyatının ağ dünyasını əbədi olaraq dəyişdilər. 

Uşaq  ədəbiyyatı  ədəbiyyatın  ayrıca  bir  sahəsi  kimi  inkişaf  edirdi  və  yeni-yeni  metod  və 

yanaşmalar meydana çıxırdı. 1940-cı illərdə Margarit Braun, Lusi Mitçelin təhsil nəzəriyyəsi əsasında 

altı  yaşından  balaca  uşaqlar  üçün  kitablar  istehsal  etməyə  başladılar.  M.Braunin  ən  məşhur  şəkilli 

kitabları  (the  Runaway  Bunny)  “Qaçaq  Bani”  və  (Goodnight  Moon)  “Gecən  xeyrə  ay”  adlanır.  Bu 

kitabların rəsimləri Kliment Hard tərəfindən çəkilmişdir. 

Uşaq ədəbiyyatı inkişaf etdikcə bu ədəbiyyatla bağlı olaraq bir sıra televizor filimləri və seriyallar 

çəkilməyə başladı. Valdirin (Little House) “Balaca ev” və Mark Braunin (Arthur adventure) “Arturun 

macəraları” əsərləriəsasında 1976-cı ildə məşhur televizor serialları  işıq üzü gördü. Ilk uzun metrajlı 

uşaqlar  üçün  olan  film  1937-ci  ilə  Valt  Disneyin  rəhbərliyi  altında  (Snow  white  and  seven  dwarfs) 

“Qar  bəyaz  və  yeddi  cücə”  olmuşdur.  Daha  sonralarda  Valt  Disney  bir  çox  uşaq  hekayələrinə 

animasiyalı  filimlər  çəkmişdir.  Bu  filimlər  təkcə  Amerikada  deyil,  dünyanın  bir  çox  ölkələrində  də 

geniş auditoriya kütləsi yığmışdır.  

Son olaraq onu da qeyd etmək lazımdır ki, Amerika ədəbiyyatında uşaq ədəbiyyatının xüsusi yeri 

bugün  də  öz  əhəmiyyət  və  vacibliyini  qoruyub  saxlayır,  yeni-yeni  yazıçılar  öz  yeni  əsərlərində 

tarxiliklə  yanaşı  yeni  ideyalar  ilə  uşaqların  zövqünü  oxşayırlar.  Artıq  texnologiyanın  geniş  yayıldığı 

bir  dövrdə  belə  əsərlər  təkcə  Amerikada  deyil,  dünyanın  bir  çox  ölkələrində  bir  çox  dillərə  tərcümə 

edilərək oxunur, digər xalqların da uşaq ədəbiyyatına öz təsirini göstərir. 

 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin