Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə73/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   69   70   71   72   73   74   75   76   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1138



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ayı  və  kərgədandır.  Bu  heyvanları  tutmaqla  Oğuz  xaqan  qəhrəmanlıq  sınağından  qalibiyyətlə  çıxır. 

Bildiyimiz  kimi,  mədəni  qəhrəmanlar  insanlara  təhlükə  yaradan  qorxunc  varlıqlara,  nəhənglərə  qarşı 

vuruşub onları məhv edirlər. Qəhrəmanın alplığın, məğlubedilməzliyin simvolu kimi dünyaya gəlməsi 

mifoloji baxımdan təqdim edilir. Bu cür təqdimata biz Manasın, Çingizin doğulmasında da rast gəlirik. 

Onlarında  doğuşu  Oğuz  Xaqan  kimi  mifoloji  anlam  kəsb  edir.  Oğuz  xaqanın  təsviri  bütünlüklə 

mifoloji  sistem  çərçivəsində  verilmişdir.  Bu  dastanın  daha  qədim  çağlarda,  dastan  kimi 

formalaşmamışdan  öncə  mifoloji  əhvalat  kimi  ifadə  olunmasının  sübutudur.  Zamanla  qəhrəmanlıq 

dastanlarında  ilk  qəhrəmanlıq  olaraq  dəyərləndirilən  baş  kəsmək,  qan  tökmək  kimi  halların  Dədə 

Qorqud dastanında ad almaqla mükafatlanırılmasına rast gəlirik. 

Oğuz  Xaqan  dastanında  Oğuzun  xaotik  gücü  simvolizə  edən  mifoloji  varlıqları  öldürməsi  və 

xalqını  bu  bəladan  xilas  etməsi  özünü  mədəni  qəhrəman  olaraq  təsdiq  etməsi  kimi  başa  düşülür. 

Oğuzun bu qəhrəmanlıqdan sonra böyük dövlət qurmaq iddiasına düşür, istər uyğur, istərsə də, islami 

variantlarda  Oğuzun  bütün  idialları  onun  daha  çox  mifoloji  xarakter  olmasınının  göstəricisidir. 

Semantik planda Oğuz, arxaik qəhrəman tipindən zamanla tarixi qəhrəman tipinə keçmişdir. Oğuzun 

Mete xan. Çingiz xanla eyniləşdirilməsi türk etnik mədəni sistemində bu qəhrəmanın mifoloji və tarixi 

vəziyyəti ilə ələqadardır. 

“Oğuz Xaqan” dastanında biz Oğuzun qarşısına ardıcıl olaraq “işıq, qadın göl və ağac” ünsürləri 

çıxdığını  görürük.  Oğuz  xaqan,  qadınla  bütünləşərək  anarxik  quruluşla  patriarxal  quruluş  arasında 

uyğunluq  yaratmışdır.  Daha  doğrusu  bu  quruluşa  keçid  mərhələsində  qadını  rədd  etmək  əvəzinə 

onunla uyğunluq yaradır və və qadının varlığını qəbul etməklə keçid mərhələsini tamamlayır. Çünki 

nəslin  davam  etdirilməsi  üçün  qadının  vacibliyini  dərk  edir.  Türklərin  həyat  tərzindəki  anarxiya  və 

patriarxal bərabərliyini göstərməsi baxımından “Oğuz Xaqan” dastanı cox dəyərli mətndir. 

Oğuzun evlənmə aktı onu başqa dastan qəhrəmanlarından fərqləndirir. Bu evlənmə aktı daha çox 

şaman  miflərini xatırladır. “Oğuz xaqan” dastanında evlənmə fərqli semantik yükə  malikdir. Arxaik 

dastanların  çoxunda  qəhrəman  göydən  enmiş  şaman  qızla  evlənirsə  də  bu  evlənmə  aktı  dastan 

arealından kənara çıxmır. Oğuz xaqanın evlənməsində isə etnoqnik səciyyəli makrokosmik elementlər 

yaranır.  

Skandinav əsatirlərində Odin – dünyanın başçısı, qədim qəbilə - tayfa başçısının bütün xüsusiy-

yətlərini  özündə  birləşdirən,  ölkə  kralların  nümunəsi  kimi  çıxış  edirdi.  Təsadüfi  deyildir  ki,  bir  sıra 

tədqiqatçıların  fikrincə  Odin  –  tarixi  şəxsiyyət  –  Skandinaviya  tayfalarının  birinin  başçısı  sonradan 

ilahiləşdirilmiş sürətidir. Odin eyni zamanda hərbi biliklər allahıdır. Odin insanlar arasında baş verən 

mübarizə və müharibənin taleyini həll edir, ən yaxşı döyüşçüləri öləndən sonra da onları özü ilə aparır. 

Odin hər tərəfli güclü obrazdır. Onun gücü müdrikliyindədir. O öz gözünün birini müdrikliyi uğrunda 

qurban vermişdir. 

Skandinav mifologiyasında tanrılar iki qrupa ayrılır: As və Vanir tanrıları. Odin bütün tanrıların 

atası  kimi  göstərilsə  də  o,  As  tanrısı  hesab  olunur.  Vanir  tanrılarının  həm  sevgisini  həm  də  nifrtini 

qazanmışdır.  Bir  sıra  dünya  mifoloji  mətnlərində  adı  dəyişik  verilsə  də  biz  onu  tək  gözü  və 

mizrağından  tanıyırıq.  Odin,  german  mifologiyasında  və  “Nibelunglar  haqqında  dastan”da  Wotan 

olaraq qarşımıza çıxır 

Skandinav  və  türk  dastalarının  müqayisəli  şəkildə  öyrənilməsi  bu  xalqların  arasında  tarixən 

mövcud olan ictimai - mədəni əlaqələrin nəticəsi sayıla bilər. Odinin çiynində oturan iki qarğa, Qunin 

və  Munin  “düşünən”  və  “yadda  qalan”  hər  gün  uçub  yerin  başına  dolanırdılar  və  qayıdıb  nələrin 

olduğunu, nələr baş verdiyini Odinə danışırdılar. Odinin ayağının yanındakı Qeri və Freki “acgöz” və 

“qarınqulu”  adlı  canavarlar  hər  gecə  yer  üzünü  başdan  –  başa  gəzib,  gördükləri  və  eşitdiklərini  öz 

ağalarına  danışırdılar.  Odin  tez  –  tez  simasını  dəyişə  bilir,  istənilən  quş,  heyvan  və  s.  cildinə  girə 

bilirdi. Odin başqa allahlarla birlikdə səma iqamətgahı olan Valaqallada, gümüşlə örtülən məskənində 

olur. Özünün Xlidskyalv adlanan taxtında oturur. Asların baş Allahı Odin təkcə bal və braqa içməklə 

qidalanırdı. Asqardda Odinin tabeliyində döyüşkən valkirilər də yaşayırdılar. Onlar döyüşün taleyini 

həll  edirdilər.  Odin  müharibə  və  döyüş  drujinası  allahıdır.  O  qəhrəmanlara  qələbə  və  məğlubiyyət 

verəndir., igidlərin hamisidir. Odin özünü qurban verir. 

Oğuz xaqan kimi Odin obrazında da Qurd – Odin parallelinə rast gəlirik. Ümumiyyətlə, mədəni 

qəhrəmanlar  dünya  xalqlarının  əksəriyyətinin  mifoloji  mətnlərinin  əsas  personajlarından  biri 

olmuşdur.  Hər  bir  xalqın  mifologiyasında  ayrı-ayrı  adlarla  movcud  olan  bu  personajların  mədəni 

fəaliyyəti  isə  demək  olar  ki,  eynidir.  Mədəni  qəhrəman,  onun  mifoloji  mətnlərdə,  əfsanələrdəki 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1139



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

personajları  və  bu  personajların  iştirak  etdiyi  miflər  barəsindəki  məlumatlardan  aydın  görünür  ki, 

başqa  xalqların  mifologiyasında  olduğu  kimi,  türk  xalqları  mifologiyasında  da  bu  haqda  ətraflı 

danışmaq üçün yetərincə mənbə mövcuddur. 

 

 

MƏMMƏD İSMAYIL POEZİYASININ MÖVZU DAİRƏSİ



 

 

Heyran AMANOVA 

Azərbaycan Dillər Universiteti 



miss_pozitive86@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  ədəbiyyatında  ədəbi-bədii  fəaliyyətini  zəngin  ənənə  üzərinə  kökləyən  görkəmli 

şairimiz Məmməd İsmayılın poeziya yaradıcılığını izlədikdə onun nə qədər geniş və əhatəli bir mövzu 

dairəsinin olduğunu görürük. 

Yaradıcılığının  ilk  illərindən  başlayaraq  o  dövrün  diktə  və  tələb  olunan  ideologiyasını  deyil, 

bütün  dövrlər  üçün  müasir  və  aktual  olan,  oxucu  kütlələrinin  zövqünü  oxşaya  bilən  əsl  ümumbəşəri 

humanist mövzuları və ideyaları tərənnüm etmişdir. Bu baxımdan şairin poeziyasını mövzu cəhətdən 

üç qrupda birləşdirməyimiz daha məqsədəuyğundur : 

1.

 

Vətənpərvərlik 



2.

 

Təbiət və məhəbbət 



3.

 

Sosial-fəlsəfi 



M.İsmayılın  yaradıcılığının  müəyyən  hissəsi  60-cı  illərdə  təşəkkül  tapsa  da  onun  üçün 

vətənpərvərlik  anlayışı  heç  vaxt  azərbaycançılıq  ideologiyasından  kənarda  ifadəsini  tapmamışdır. 

Bildiyimiz  kimi,  Sovet  dövründə  mücərrəd  vətənpərvərlik  ideyalarının  təbliği ön  planda  olduğundan 

birbaşa  vahid  Azərbaycan idealından,  bütövlüyündən söz  açmaq  olduqca çətin  idi.  Lakin  bu  qadağa 

M.İsmayılın  vətənə,  torpağa  olan  alovlu  məhəbbəti  qarşısında  aciz  idi.  Hətta  şair  cəsarət  nümayiş 

etdirərək 1961-ci ildə qələmə aldığı “Halına mən yandım...” şeirində Azərbaycanın iki yerə parçalanan 

qanlı tarixi keçmişinə də diqqət çəkir. 

Arzum da, 

Araz da bölündü iki, 

Yenə biz-biz oldu başımın tükü. 

Nifrət o günə ki, 

O zamanə ki, 

Bir qəlbin iki cür aləmi oldu. 

Və ya 1983-cü ildə yazdığı “Savalanda yatan igid” şeirində də şimallı-cənublu vahid Azərbaycan 

idealı canlandırılır. 

Sabaha səsləyir zamanı yollar, 

 Yollar gah ayrılıb, gah calanıbdı. 

Girib nağıllarda yatıb oğullar, 

Bir Vətən ikiyə parçalanıbdır. 

90-cı illərdə Azərbaycan xalqının başına gələn müsibətlər vətəndaş-şair M.İsmayılın qələmindən 

də  yan  keçmədi.  “Bu  qan  yerdə  qalan  deyil”,  “Laçınım”,  “Xan  əsgər”,  “Torpaq”,  “Vətən”,  “Ürəksiz 

ölkə” və s. şeirlərində Qarabağ, 20 Yanvar hadisələrinə biganə qalmayan şair tarixə, zamana, dünyaya 

qarşı  etiraz  səsini  ucaldır.  M.İsmayılın  vətənpərvərlik  mövzusunda  yazdığı  şerilərinin  bir  qismi  də 

türkçülük ideyalarını əks etdirir. Məşhur türk yazıçısı Mutlu Dəvəçi haqlı olaraq yazırdı ki, Məmməd 

İsmayılın şeirlərində yurd sevgisi Azərbaycanla məhdudlaşmayıb, bütün türk dünyasını qucaqlayan bir 

sevgi seli halına gəlmişdir. 

Şairin  təbiət  və  məhəbbət  mövzusunda  yazdığı  şeirlər  istər  60-cı  illərdə,  istərsə  də  çağdaş 

dövrümüzdə  oxucular  və  sənət  adamları  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  Çox  zaman  təbiəti 

insan  xarakterinə  bənzədib  “insanın  təbiəti”  ifadəsini  işlədirik.  Təbiətdə  baş  verən  bütün  hadisələr 

insanın daxili aləmində də təkrarlanır. M.İsmayıl təbiətin füsünkar gözəlliklərini, fəsillərin rəngarəng 

lövhələrini  işində  mahir  olan  bir  rəssam  incəliyi  ilə  təsvir  etmişdir.  Onun  təbiətlə  bağlı  “Ellərin 

ömründə canlanır bahar”, “Bu yaz idi”, “Payız lövhələri”, “Qar təmizliyi”, “Gör nələr gətirdi özüylə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1140



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

bu yaz”, “Yollar gedir Qutqaşına”, “Qayalar”, “Şəlalələr”, “Yaz yağışları” və s. şeirləri insanda həzin 

hisslər oyadan səmimi duyğuların təzahürüdür. M.İsmayıla şair ilhamını, istedadını Tanrı vermişsə, bu 

istedadı  cilalandırıb,  kamilləşdirən,  pöhrələndirib  qollu-budaqlı  ağaca  çevirən  Tovuz-Əsrik  elinin 

misilsiz təbiətidir. 

 Dağlar arasında bir ulu kənd var

Uca zirvələri xaldı Tovuzda. 

 Mənə döşlərindən ilham içirən 

 Əsriyin suları baldı Tovuzda. 

Məhz bu gözəllik şairin məhəbbət lirikasına təkan verib bu lirikanın onun poeziyasında bütünlük 

təşkil  etməsinə  səbəb  olmuşdur.  Məhəbbət  mövzusu  M.İsmayıl  yaradıcılığının  şah  damarıdır  desək 

yanılmarıq. Bu mövzu özünü iki aspektdə daha qabarıq göstərir: sevgilisinə duyduğu nakam məhəbbət 

və  anaya  məhəbbət.  Gənclik  illərində  sevib  seçdiyi  yarın  əhdinə  sadiq  qalmaması,  könül  verdiyi 

gözəlin  mənəvi  dünyasının  M.İsmayılın  yoxsul  həyatı  ilə  uyuşmaması  şairin  poeziyasında  nakam 

məhəbbət mövzusuna yol açır. “Bir ildir”, “Harda qaldı bu məhəbbət, məhəbbət...”, “Ürəksiz qalana”, 

“Qorxuram” və s. şeirlərində şair məhəbbət yolunda onu yarıyolda buraxan sevgilinin vəfasızlığından 

şikayətlənir.  

Bəşər aləmində bir sevgi var ki, o saf, təmənnasız duyğularla qidalanaraq insanların qəlbində ən 

uca  zirvəni  fəth  etmişdir.  Bu  sevgi  anaya  olan  sevgidir.  Elə  şair  tapılmaz  ki,  onun  yaradıcılığında 

anaya  həsr  olunmuş  şeir  olmasın.  Lakin  M.İsmayıl  poeziyada  mücərrəd,  ümumiləşdirilmiş  bir  ana 

obrazını  deyil,  təpədən-dırnağa  kimi  məhrumiyyətlərə,  əzablara,  yoxsulluğa  sinə  gərmiş  fədakar  bir 

ana-Gülzar ana obrazını yaratdı.  Müharibənin iztirablarından öz nəsibini almış M.İsmayıl hələ körpə 

ikən  atasını  itirir.  “Ata  kəlməsi”,  “Ata”,  “Atam  ölməyib”,  “Ata  şəkli”  və  s.  şeirlərində  şair  üzünü 

görmədiyi  atasının  yoxluğunu  daim  hiss  etdiyini  dilə  gətirir.  Təəssüflər  olsun  ki,  analı  günlərin  də 

ömrü  uzun  olmur.  “Xatın  bibi”,  “Müqəddəs  kədər”  kimi  poemalarında,  “Varıb  gedək  o  yerlərə”, 

“Qızlarım  şəhərdən  kəndə  dönəndə”,  “Adını  andıqca”,  “Əbədiyyət  yolçusu”,  “Nigaran  anam”,  “Ay 

ana”,  “Yaman  darıxmışam  səninçün,  ana”,  “Ana  vətəni”  və  s.  şeirlərində  ana  həsrətilə  qovrulan  bir 

övlad ah-naləsinin pıçıltısını duyuruq. 

 Dünyadan ağırdı, ana, bu həsrət 

Düzüymüş hər ilin axırı qışdı. 

O boyda obaya, elə məhəbbət, 

 Bu boyda məzara necə sığışdı ?! 

 Həyatının ən çətin, qayğılı günlərini övladı ilə bölüşən, ona sonsuz sevgi miras qoyan ana – 

Gülzar M.İsmayıl üçün hələ də tamamlanmamış bir mövzudur. 

Şairin  yaradıcılığını  izlədikdə  görürük  ki,  M.İsmayıl  ömrün  müdriklik  zirvəsinə  irəlilədikcə  öz 

daxili  dünyası  ilə  haqq-hesabı,  Allaha  olan  bağlılığı  daha  da  böyüyüb  poeziyası  ilə  bütünlük  təşkil 

edir.  Onun  “Yoxun  varlığı”,  “Yetmişdən  sonra”  kitablarına  daxil  etdiyi  şeirlərinin  əksəriyyəti  öz 

fəlsəfi  mahiyyəti  ilə  diqqəti  cəlb  edir.  “Bu  dünya  bizim  yox,  sənindir  Allah”,  “Tanrı  bilər”,”Allah”, 

“Allah unutmur”, “Dua” və s. kimi şeirlərində şair insan oğlunun Allaha hər zaman möhtac olduğunu 

dilə gətirir, haqqı nahaqa satanların dünyasında Allahdan yardım istəyir. 

 Dağlara çən düşüb günün yerinə

Qanunlar yazılır dinin yerinə. 

 Bəndələr göz dikib sənin yerinə, 

Allahlıq eləyir hərə bax, Allah. 

Son  dövrlərdə  M.İsmayıl  poeziyasını  incələdikdə  aydın  görürük  ki,  şairin  ötən  illərdəki 

poeziyasına hakim kəsilən nikbin ruh artıq yavaş-yavaş bədbin notlarla əvəzlənir. Bu hal çox güman 

ki, şairin bu illər ərzində vətəndən uzaqda, Türkiyənin Çanaqqala şəhərində yaşaması ilə əlaqədardır. 

Qürbət  eldə  şairin  ən  çox  müraciət  etdiyi  fəlsəfi  mövzulardan  biri  də  ölüm  mövzusudur.  Bu  mövzu 

bütün dövrlərdə şairlərin, ədiblərin müraciət etdiyi, lakin fərqli yollarla öz oxucu kütlələrinə çatdırdığı 

mövzular sırasındadır. M.İsmayıl həyatı, yaşamağı sevdirdiyi kimi ölümü də bizlərə sevdirir. Məlum 

məsələdir  ki,  dünyaya  göz  açan  hər  bir  canlının  varlığı  bir  gün  dünyadan  köçərək  yoxluqla 

əvəzlənəcək.  Sadəcə  insan  bu  reallığı  qəbul  etmədiyi  üçün  ölüm  adı  gələndə  bir  narahatlığa,  təlaşa 

düşür.  Şairin fəlsəfi  şeirləri  ilə  tanışlıq  bu təlaşı  aradan  qaldırmağa,  ölümü  var  olan  bir reallıq  kimi 

qəbul etməyimizə yardımçı olur. 

Sonda onu qeyd edə bilərik ki, M.İsmayıl poeziyasının təkcə mövzu dairəsini izləmək kifayətdir 

ki, onun öz yurduna, el-obasına, öz xalqının şərəfli tarixinə nə qədər bağlı olduğunu hiss edəsən. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1141



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏRİMİZ “GÜMÜŞGÖL ƏFSANƏSİ”NDƏ 

 

Sədrəddin HÜSEYN  

Qafqaz Universiteti 



shuseyn@qu.edu.az 

AZƏRBAYCAN 



 

Hər  millətin  kimliyinin  əsas  göstəricilərindən  biri  də  onun  sahib  olduğu  milli  mənəvi-əlaqi 

dəyərlər  sistemidir.  Bu  system  formalaşıb fəaliyyətdə  olanda  millətin  yaşantısı kosmoqonuk  hal  alır, 

nizam pozulanda xaotik. 

Milli mentalitet öz-özünə müydana gəlmir. Onun yaranması üç əsas qaynağa söykənir: Yaradanın 

hər millətin ruhuna, geninə lütf etdiiyi xüsusiyyətlər, kənardan gələnlər, bir də millətin içində yetişən 

bilginlərin  söylədiyi  hikmətli  sözlərin,  xalqın  təcrübədə  qazanaraq  gəldiyi  qənaətlərinin 

qanuniləşməsi.  Nəticədə  ortaya  bəzi  özəlliklər  çıxır.  Biz  başqaları  kimi  qadına  zülm  etmir,  uşaq 

oldürmür,  onlara  etdiyimiz  zülmdən  zövq  almırıq.  Bizim  ədəb-ərkanımız,  ərdəmimiz  dilimizin 

saflığında,  söyüşlərin  dilə  gəlməməyindədir.  Ədəbiyyatda  belə  sözə  ehtiyac  olanda  onu  başqa  dildə 

işlətmişik.  Əlbəttə,  bunları  kimlərsə  oturub  “biz  belə  olaq,  belə  olsaq  özümüz  olarıq”  deməklə 

olmayıb. Bu Yaradanın bizə bəxş etdiyi özəlliyimizdir. 

İnsan yaranandan onun içində nəfslə vicdan baş-başadır. Allah hər şeyi cüt yaratdığı kimi bunları 

da  cüt  yaradıb.  Və  bunların  mübarizəsində  vicdan  yeniləndə  xaos  yaranıb,  nəfs  yeniləndə  kosmos 

hökm sürüb. Bu fərddə də belədi, cəmiyyətdə də, dünyada da. 

Formalaşan illi dəyərlər  o vaxt  yasaya  dönüb  sabit qalır  ki,  yazıya  alınsın.  Çünki  şifahi  olanda 

hökm  sahibləri,  güclülər  onu  istədikləri  vaxt  öz  xeyirlərinə  formalaşdırıblar.  Yazıya  qədər  isə  onun 

qoruyucusu ədəbiyyat olub. İşləməyən dişləməyib, dost dosta tən gəlib, qızını döyməyən dizini döyüb, 

oğul atadan görməyəndə süfrə yaymayıb, özgəsinə quyu qazan özü düşüb, su axıb çuxurunu tapıb... 

Azərbaycanın  sahib  olduğu  dəyərlər  onun  qalxanı,  qılıncı,  qoruyucusudur.  Dili  kimi  o  da  əsas 

atributlarından,  varlıq  səbələrindən  biridir.  Ona  görə  düşmənlər  birinci  növbədə  bunu  yox  etməyə, 

unutdurmağa,  əlimizdən  alıb  yerinə  bildiklərini  sırımağa  çalışıblar.  Bağqa  cür  tabe  etmək  olmurdu. 

Yüz illərdir aralı düşdüyümüz dəyərlərimizin axtarışında ədəbiyyat köməyə gəlir. XX əsrin əvvəlindən 

bolşevik işğalına qədər ədəbiyyatımızın qəhrəmanları tirboyunlardan, şişqarınlardan, dəyənək gücünə 

idarə  edənlərdən,  fanatik,  üzü  tüpürcəkli,  başı  qapazlı  zavallılardan,  tifağını  qumar  və  kef 

dağıdanlardan,  falçılardan,  fala-pirə  uyanlardan,  ölü  dirildənlərdən  ibarət  idi.  Yetmiş  illik  sovet 

dövründə isə məzlum fəhlə-kəndlidən, sinfi düşməndən və ədalətli raykom katiblərindən, əxlaqımız da 

bunların əxlaqından ibarət idi. 

Cahandar  ağalar,  Kərbəlayılar,  Abasqulu  bəylər  ədəbiyyatımızda  ancaq  altmışıncı  illərdə  zühur 

etməyə,  əyrisi-düzü  ilə  özü  kimi  görünməyə  başladı.  Bu  yolda  maraqlı  obrazlar  və  epizodlar  ortaya 

qoyanlardan  biri  də  İsi  Məlikzadə  idi.  Bütün  əsərlərində  özünü  yaradan,  ömrünün  aylarını,  illərini 

obrazlarına  paylayan  İsi  Məlikzadənin  “Quyu”su  çoxlarının  quyusunu  qazdı  və  bizi  özümüzə 

qaytarmaqda mühüm bədii akta çevrildi.  

Onun  əsərlərində  ciddi  bir  qorxu  hakimdi.  İçimizi  didib  dağıdan,  yuxumuzu  qaçıran  içimizdən 

infarkti, xərçəngi, təzyiqi, şəkəri cücərdən bir qorxu. Bu həm  milli yaddaşsızlığın, manqurdlaşmanın 

davam  edəcəyi  qorxusudur,  həm  də  əldə  olanların  fərqinə  varılmadan  əlimizdən  gedəcəyi  qorxusu. 

“Gümüşgöl əfsanəsi” bu baxımdan başqa əsərlərində qoyduğu məsələlərin davamı və inkişafıdır. 

Əsərin  qəhrəmanı  Orxan  kimliyini  bilməyən,  “avropalaşan,  müasirləşən”,  qəzavü-qədərə  gülən, 

yuxuya,  əfsanəyə  inananları  avam  sayan,  namus  anlayışını  ancaq  gəzdirdiyi  Səfanı  “medlenni”  üçün 

rəqsə verdiyi dostnun öpdüyünü görəndə dərk edən avara bir “professor”dur. “Medlenni”nin bu dönüş 

nöqtəsindən sonra onun da daxili dünyasının təbəddülatı, xaosu başlayır. Ancaq Orxanı Səfanın onunla 

evlənmək istəyi də, Ağazəkinin atmacaları da, anası Fatma doxturun göz yaşları da ayılda bilmir. Onu 

yalnız  Çapıqqayanın  təmiz  havası,  Gümüşgölün  gümüşü  rəngi,  günahları  ölçən  tərəzisi,  Bənövşənin 

saf  məhəbbəti,  bir  də  Dəmirin  dəmir  yumruqları  və  dostu  ağ  geyimli  Alen  Delon  aşiqi  Yavərin 

xəyanəti ilə, Səfanın ər sevdası ayıldacaqdı. 

Kəndə  fikrini  dağıtmaq  və  “elmi  axtarışlar”  üçün  gələn  Orxanı  Çapıqqayada  elə  axtardığı 

Ağbəyimin özü qarşılayır. Ancaq əlləri qızıl olan bu oxumamış xalça ustası-millətin nadir genefondu 

ozündən  və  taleyindən  küsüb.  Ona  görə  ki,  onun  xalçaların  sərgisində  Xürrəm  müəllimlə  şəkil 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1142



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

çəkdirməyi  ərinin  “qeyrətinə”  toxunmuş  və  bunu  bəhanə  edib  iki  uşağı  da  üstünə  ataraq  vaxtı  ilə 

gəzdiyi (“indi kimin uşağı gəzmir ki!”-demək gəzmək hünər imiş, müasirlik imiş, gəzməmək avamlıq, 

əfəllik.) başqa biri ilə evlənmişdi. 

Ağbəyimi  ərinin  haqsızlığı,  böhtanı,  bu  üzdən  sənətindən  üz  döndərməsi,  Rza  ilə  Bənövşənin 

yükünün  onun  çiyninə  düşməsi  əzir,  sındırır.  Bunlar  azmış,  Orxanın  da  qəfildən  çıxıb  dərdini 

təzələməsi,  Bənövşənin  ona  bənd  olması  da  bir  yandan  dərd  üstünə  dərd  gətirir.  Üstəlik  Dəmirin 

müdaxiləsi və qonağını o şəkildə döyməsi. Bu qədər yük bir qadının qaldıracağı yük deyildi. Bunların 

hamısına  qarşı  içində  kürəyən  kin-küdurət,  haqsızlığa  qarşı  mübrizə  hissi  Orxan  döyüləndən  sonra 

Rzanın  sifətində  bomba  kimi  partlayır:  “Qərib  adamı  bu  kökə  salmazlar”.  İkinci  şillə  isə  Rzaya 

hədəflənir:  “Allah  qonağına  əl  qaldıranın  əli  quruyar.”  Onu  atan  ərinə,  evində  ağalıq  edən  Dəmirə, 

Ağbəyimi  bu  günə  salan  “fələyə”  dəyəcək  şillə  Rzaya  dəyir.  Necə  ki  ikinci  dəfə  görüşəndə  Dəmir 

Orxanı  deyil,  inəyi  atmışdı  çomağın  altına,  heyfini  inəkdən  alırdı,  Ağbəyim  hamının  heyfini  oğlu 

Rzadan  alan  kimi.  Qonaq  da  qonaq  olsaydı.  Şəhərdə  Səfa  üçün  darıxan  burada  sərhəddi  keçmək 

istəyəndə avam bildiyi Bənövşədən “Kəbindən sonra” sözlərini eşidəndə yanıb tökülür. Çapıqqayadan 

başqa  bir  yer  görməyən  qızı  “başa  salmaq”  istəyir  ki,  insan  Aya  çıxıb,  göydə  peyklər  fırlanır.  İndi 

1982-ci  ildi.  Ürəyindən  isə  keçir  ki,”sən  hansı  əsrdə  yaşayırsan,  ay  binəva?...Dilindən  Allah, 

peyğəmbər  düşmür  sənin?  ...Sənin  şəhərdəki  yaşıdların  ...suya  susuz  aparıb  susuz  gətirərlər, 

barmaqlarına  dolayarlar  səni...Yəni  Gümüşgöl  əfsanəsindən  başqa  bir  şey  eşitməmisən?”  Sonra  da 

düşünür  ki,  şəhərə  gedər,  avamçılığın  daşını  atar,  ...şəhər  onu  öz  qəlibinə  salıb  düzəldər,  hər  şeyə 

başqa gözlə baxar. Orxan bilmirdi ki, o bunları düşünəndə avamçılığın daşını çoxdan atmış Səfa artıq 

şeytanı belə suya susuz aparan Yavərin qoynundadı və bu “ayıq” dostlarının ayıqlığına gülə-gülə öz 

keflərindədirlər. 

Pozulmuş  şəhərin  avara  sakini  özü  ilə  gətirdiyi  xaosu  Ağbıyimin  üzdə  sakit  dünyasına  da 

yoluxdurur  və  kəndin  yeganə  saflığının  simvolu  Bənövşə  əldən  gedir.  Bütün  dəyərləri  Ağbəyimin 

əlindən sürüşüb gedən kimi. İ.Məlikzadəyə görə bu elə bir mühit, elə bir quruluşdur ki, yaxşı nə var, 

hamısı  əldən  çıxır.  Kənddə  belə,  şəhərdə  də  son  istinadgah  Mirzə  Muxtarın  mülkünün  ölümündən 

sonra Tambovlu bir fəhlə tərəfindən işğalı və babasından yadigar qalan qoca tut ağacının devrilməsi. 

Modern dünyanın təmsilçisi Orxana Çapıqqayaya gedərkən ilk eşitdiyi “Allaha da qurban olum, 

onun  qonağına  da”  sözləri  Mirzə  Muxtarın  evi  və  tut  ağacı  kimi  milli  dəyərlərin  son  duracağı,  son 

nəfəsini  verməkdə  olan  sonuncu  saman  çöpləri  idi.  Bir  də  hər  kəsin  günahlarını  ölçən  Gümüşgöl. 

Orxanın hərdən ürəyinə gəlir ki, kaş bu göl həqiqət olaydı və bütün günahları üzə çıxara biləydi. Tez 

də sözündən dönür ki, yox belə olsaydı, bu adamlar ona da bir yol tapar, onu da yoldan çıxarar, yenə 

də günahkarların yerinə günahsızlar cəzalanardı. 

Orxanın  kənddə  ilk  eşitdiyi  böhtan  atılan,  ancaq  gölün  üstü  ilə  dimdik  yeriyən  Hüsnübəyim 

əfsanəsi,  son  gördüyü  də  yenə  gölün  üzü  ilə  dimdik  gedən  Atlıxanın  dediyinə  görə  “ləkələnmiş” 

Bənövşə -Keçmişdən bu günə saflığını, bakirəliyini qoruyan dəyərimiz olur. 

 

 



 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin