IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1112
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yaşadığı olayların ve tanıştığı yeni fikirlerin rolü büyük olmuştur. Cavit bu ortamın neticesi olarak,
İstanbul’da bulunduğu dönemde bazı Türk Dünyası aydınlarının İstanbul’a gelmeleri ile, kanaatimizce
daha da heyecanlanmış ve duyduklarının etkisi ile millî meselelere daha da yoğunlaşarak, bu fikri
cephesini başta Rıza Tevfik olmak üzere İstanbul’da şekillendirmeyi başarmıştır. Zaten kendisinde var
olan kabiliyeti de bu öğrendikleri ile birleştirince de ortaya Hüseyin Cavit çıkmıştır.
Sonuçda Azerbaycan âlimi Ali Nazım’ın ifadesi ile Azerî Türkçülüğünden başka, Osmanlıcılık,
Turancılık, Türkiyecilik ve Türkçülükten tedricen geçmiş ve bunları eserlerinde aksettirmiştir.
HÜSEYN CAVİDİN “ŞEYX SƏNAN” FACİƏSİNDƏ EŞQ
Günel ƏHMƏDLİ
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının və dramaturgiyasının ən parlaq simalarındandır.
Onun yaratdığı əsərlər həm milli, həm də dünya ədəbiyyatının nadir nümunələrindəndir. Hüseyn
Cavidin dramaturgiyasında mühüm yer tutan əsərlərdən biri “Şeyx Sənan” faciəsidir. Zahid Əkbər
özünün “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi” kitabında haqlı olaraq qeyd edir ki, “Şeyx Sənan”
faciəsi hələ yarandığı dövrdə ədəbiyyat maraqlılarının diqqətini özünə cəlb etmişdir. Hüseyn Cavid
“Şeyx Sənan” mənzum faciəsini yazmağa başlamazdan əvvəl “Şeyx Sənan” faciəsi və dastanı ilə bağlı
məlumatlar toplayır. “Şeyx Sənan türbəsi” ni ziyarət edir və orda kiçik bir qəzəl yazır. O, qəzəldə
Sənanın eşqindən söhbət açır. Hüseyn Cavid topladığı geniş məlumatlardan sonra əsəri yazmağı qərara
alır. “Şeyx Sənan” əsəri oxucular tərəfindən maraqla qarşılanır. Əsərin sevilməsinin səbəbi onun
nikbin ruhda yazılması,qəmdən uzaq olması idi. Əsərin əsas sujet xəttini islam və xristian dinləri
arasında olan ziddiyyətlər və ixtilaflar təşkil edir. Faciə əsərin qəhrəmanı olan Sənanin ətrafinda
qurulmuşdur. “Şeyx Sənan” əsəri dörd pərdə və bir “əlavə” dən ibarət faciədir. Əsərin əvvəlində din
xadimləri görünür. Dramatik gərginlik isə Zəhranın sevgi iztirabları ilə başlayır. Lakin Sənan üçün
dini vəzifələr daha çox önəm kəsb edir. Əlbətdə ki, bu onun Xumarla rastlaşması ilə öz əhəmiyyətini
itirir. Faciənin əsas surəti Sənandır. O, aşağı təbəqədən çıxan və ali ruhani təhsili alaraq islam dinini
təblig edən bir mürşiddir. Lakin məhəbbət Sənan kimi dindar bir şeyxi belə dəyişərək onu alovlu bir
aşiqə çevirir. Sənan sonda “dinsiz olmaq da bir təriqətdir” nəticəsinə gəlir. Sənan eyni zamanda
azadlıqsevər bir insan olmaqla yanaşı nəcib keyfiyyətlərə də malikdir. Bu onun Zəhraya olan
münasibətində özünü açıq göstərir. O,dərin fikirlərə sahib olan bir mütəfəkkirdir. Sənan insanları bir –
birinə sevdirə biləcək bir etiqad axtarır. Ancaq bu ideya da onu həqiqətə çatdıra bilmir. Əsərin müsbət
qəhrəmanlarından biri də Xumardır. O da Sənan kimi çiynində din yükünü daşıyır. Xumarın da
faciəsinin birinci səbəbi dini təəssübkeşlikdir.
Əsərin qəhrəmanları mənəvi cəhətdən bir –birinə çox yaxındırlar. Xumar Sənanla rastlaşdıqdan
sonra onun küskün əhvalı dəyişir və artıq xristian dini onun üçün müqəddəsliyini itirir. Xumarın dini
Şeyx Sənana olan məhəbbəti olur.
Əsərdə ikinci əsas qadın surəti Zəhradır. O da Sənanı sevir. Zəhra sevdiyi insan üçün hər bir
fədakarlığı etməyə hazırdır. Lakin Sənan tərəfindən rədd edilməsi onu faciəyə aparır və o, qəmdən
xəstələnir. İndi o, Sənanı sadəcə görmək xəyalı ilə yaşayır. Nəzakət Əzizova “Hüseyn Cavid
dramaturgiyasında İnsan, İblis, Tanrı” adlı kitabında qeyd etdiyi “Sevgi iztirabla əkiz yaranmışdır. Bu
iztirablar, bu əzablar Xumarla Sənanın həyatlarının mənasıdır, xoşbəxtliyidir. Cəfakeş, cəfaya can atan
Sənan Xumarı öz səviyyəsinə qaldıranda qəhrəmandır.” fikri ilə tam razıyam. Çünki Sənan öz
məhəbbəti yolunda nə qədər əyilirsə bir o qədər ucalır, yüksəlir. Əsərdə Sənanla Dərviş arasında olan
dialoqda dini ayrı – seçkiliyə qarşı mübarizə əsas ideyalardandır. Dərviş haqlı olaraq hesab edir ki, yer
üzündə əgər bir din olsaydı bütün bəşəriyyət daha firavan yaşardı. Hüseyn Cavid bu əsər vasitəsilə
həm islam, həm də xristian dinindəki təəssübkeşliyi ifşa edir. O, yüksək eşq ilə dini təriqətlər arasında
olan mübarizədə Sənan və Xumarı qalib edir və onların faciəsinə dərin həyati məna bəxş edir.
Faciədə müsbət obraz kimi diqqəti çəkən Şeyx Kəbir dövrünün qabaqcıl fikirli din xadimidir. O,
insanın şübhə etmək hüququna haqq qazandıran və dini mövhumatı rədd edən bir obrazdır. Buna görə
də o, oxucunun rəğbətini qazanır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1113
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Cavid əsərdə məhəbbəti insanın daxili gözəlliklərindən biri kimi göstərir. Məhəbbətin gücünün
din və mövhumata qalib gələcək qədər böyük olduğunu əsas ideya kimi qoyur.
“Şeyx Sənan” əsəri həm bədii, həm də fəlsəfi bir əsərdir.Əsərə sadəcə nakam sevgini əks etdirən
bir əsər kimi baxmaq olmaz. Hüseyn Cavid məhəbbət fonunda bir sıra fəlsəfi məsələlərə də
toxunmuşdur. Məhz buna görə də bu əsər Cavidi bir filosof sənətkar kimi tanıtmışdır. Onun əsərindəki
fəlsəfi motivlər təsadüfi deyildir. Sənanın dinlə əlaqədar hər şeyə şübhə ilə yanaşması,
narahatlığları,axtarışları bunu açıq göstərir. “Şeyx Sənan”da ən çox yadda qalan obraz olan Xumarın
Sənana olan məhəbbəti gizlidir,dərindir. Zahirən sakit görünsə də onun sakitliyində bir romantizm var.
Xumar sevginin əsas rəmzidir. O, Sənanı hələ yuxuda ikənözünə əsir edir. Onu yüksəlməyə çağırır.
Durma, yüksəl, ənisi - ruhum, gəl!
Mütərəddid görünmə! Gəl,yüksəl!
Oqunur gözlərində nuri – dəha!
Yüksəl,ey Şeyx! Gəl düşünmə daha!
Əsərin finalı yüksək səviyyədədir. Əsərdə iştirak edən şəxslərin böyük əksəriyyəti bir yerə
toplaşır. Papasın və şeyxlərin mənfi simalarını Cavid açıq şəkildə göstərir. Oxucu əsərin
qəhrəmanlarının mənəvi qələbəsinin şahidi olur. Eyni zamanda oxucuda dini təəssübkeşliyə, din
xadimlərinə,şeyxlərə,papaslara nifrət və qəzəb hissi yaranır.
Əsərin sonunda Sənan Xumarı itirir. Bundan sarsılan Sənan Şeyx Kəbirin “səni ehtiras yıxacaq”
sözlərini xatırlayır və taleyindən qaçmağın mümkün olmadığını dərk edir. O, Xumar üçün ağı deyir.
Uyu, ey yari – məhcəbinim, uyu!
Uyu, ey tifli – nazəninim, uyu!...
Hüseyn Cavid əsərin finalında Sənan və Xumarın ölməsi ilə bütün dinlər, əfsanədir, ancaq
insanları bir – birindən ayırmağa xidmət edir – ideyasını ortaya qoyur. Əsil həqiqətin bütün dinlərdən
yüksək olması qənaətinə gəlir.
“Şeyx Sənan” faciəsi məhəbbətə həsr olunmuş ən dəyərli əsərdir. Əsərdə azad məhəbbət uğrunda
mübarizə dini ayrı – seçkilik əleyhinə mübarizə ilə vəhdət təşkil edir və Hüseyn Cavid yaradıcılığının
zirvəsində özünəməxsus yer tutur.
XƏLİL RZA ULUTÜRK POEZİYASINDA
TÜRKÇÜLÜK İDEYALARI
Türkan İsmayılbəyli
Bakı Dövlət Universiteti
turkan.ismayilbeyli@gmail.com
AZƏRBAYCAN
Xəlil Rza Ulutürk 20-ci əsr Azərbaycan poeziyasının görkəmli, seçkin simalarından biridir. Milli
azadlıq və müstəqillik uğrunda sarsılmaz mücahid, qara və qırmızı imperiya əsarətinə qarşı üsyankar
şəxsiyyət, bəşər tərəqqisi və səadəti uğrunda böyük mübariz Xəlil Rza Ulutürk "durğunluq" deyilən
illərdə orden, medal, vəzifə dalınca düşmədi, ilk andını unutmadı. Həmişəmilləti, vətəni üçün
döyüşdü. O, sovet dövründə yaşasa da, həmin quruluşu tərənnüm etməyib. "Türk" sözünün qadağan
olunduğu bir dövrdə əksər şeirlərində "türk" sözündən istifadə edir, türkçülük ideyaları uğrunda
mübarizə aparırdı. Təbii ki, şairə təzyiqlər olunur. Lakin mübariz şair düşüncələrindən vaz keçmir,
şeirlərində onları tənqid edirdi. Şair türk sözünü işlədəndə ona təzyiqlər olunurdu. Həmin quruluşda
"türk" sözü çoxlarını narahat edirdi. Mübariz şair 1986-cı ildə aşağıdakı şeiri yazmışdır.
Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən,
Oddan, sudan, dənizdən, ilandan qorxan da var.
Həyuladan, teyfdən, xortdandan da qorxan da var.
Ancaq sözdən qorxanı dünyada görən hanı?
Yox, bu, adi söz deyil, Türk sözüdür, ay canım.
Mübariz şair 80-ci illərdə "Ürəyimdə qalan tikan" poemasında türkçülük ideyalarına görə hər
zaman tənqid olunduğunu açıq-aydın göstərir. Belə ki, o illərdə "Natavan" klubunda təşkil olunmuş bir
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1114
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tədbirdə şair və yazıçılar bir-bir çıxış edirdilər. Nəhayət, söz X.R.Ulutürkə verilir. Xəlil Rza çıxışı
zamanı "Yazıçılar Birliyi" ifadəsini işlədir. Bu zaman sədr zəngi basır, X.Rzanın çıxışını yarıda
saxlayır:
- X.Rza, cibində qızıl bir kitabça var.
Rəngi lalə, ərğəvan.
"Birlik" yox, "ittifaq"dır orada aşkar yazılan..
Xəlil Rza, bunu bil,
İstanbul başdan-başa al-qırmızı geysə də,
Ankaranı, İzmirin kommunist bayraqları
Ulduzlara dəysə də,
Yenə türk deyilik biz
Bu şəksiz həqiqəti
Dərk et, şəksiz, şübhəsiz.
Xəlil Rza cavab verir:
- Söz mənimdir, söylədim
Kəsmə reqlamentimi.
Gözəl tanıyıram mən soyumu, millətimi.
Soyumuzun türk olduğunu sübut etmək üçün Xəlil Rza hətta 12-ci əsrdə yaşamış Xaqani
Şirvaninin şeirini öz poemasında epiqraf kimi işlədir:
"Nə zindandan çəkinirik, nə qanlı dar ağacından,
Çünki türkük, ər köksümüz al qırmızı dan yeridir".
Şairin şeirlərindəki hər misranı oxuyarkən hiss olunur ki, şairin ən böyük qürur yeri onun türk
olmasıdır. Bu, şairin 1988-ci ildə yazdığı "Nə yaxşı ki.." şeirinin aşağıdakı misralarında da bəlli olur.
Dayağımdır, bayrağımdır, varlığımdır TÜRKLÜYÜMÜZ,
Cəsur, ağüz TÜRKLÜYÜMÜZ.
Əməli düz, ürəyi düz TÜRKLÜYÜMÜZ.
Və ya şairin aşağıdakı misralarına diqqət edək.
Biz Türküstan elləriyiz,
Qeyrət, qüdrət selləriyiz.
... Ləngərlənən meydana birdən yeni can gəlir,
Azərbaycan, Türküstan, ardınca Turan gəlir.
Həqiqətən də, böyük şairə güc, qüvvət verən qəlbindəki türkçülük sevgisi olmuşdur. Elə bir sevgi
ki, heç bir işgəncə, zindan, təzyiq bu sevgini qəlbindən qoparıb ata bilməmişdi. Və bu yol onu
Lefortovo zindanına aparıb çıxardı.İzolyatora salındığı ilk gündən – 26 yanvar 1990-cı ildən şeirlərini
Xəlil Rza Ulutürk adı ilə imzaladı. Şairi Bakının Azadlıq meydanında insanları mitinqə səsələyən
çıxışları, səsləndirdiyi şeirləri üstündə həbs edib Lefortovo zindanına salıblar.Hətta böyük şair
zindanda da öz əqidəsindən dönmədi.
Xəlil Rza Ulutürk sovet dövründə yaşasa da, qəlbi hər zaman Türkiyə ilə döyünürdü. Onun
arzusu Türkiyəyə getmək, oranı görmək olmuşdur. Nəhayət, 1989-cu il, 12 noyabr tarixində İstanbul-
Bakı hava limanı açılır. Və, təbii ki, türkçü şair öz sevincini bu dəfə də şeirlərində bildirir.
Ərşdən endilər, təyyarədən yox,
Sevincim sığmadı yer ilə göyə.
Üç rəng bayrağımın ucu qılınc, ox,
Hayqırdı - Xoş gəlib qardaş Türkiyə!
Mübariz şair türklərin qədim millət olduğunu, bir zamanlar bütün dünyaya hökm etdiyini, bir çox
millətin soy-kökünün türklərə dayandığını aşağıdakı misralarda bildirir.
Türkəm, neçə millətə öz qanımı vermişəm,
Dənizlər bətnimdədir, ümmanımı vermişəm.
Get, dolan Kamçatkanı, Alyaskaya kəmənd at.
Orada rişəm var mənim,
Dillərini araşdır, öz doğmaca balamdır qədim hindular mənim.
Xəlil Rza Ulutürk soyuna, kökünə bağlı şair olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Dövlət
Pedoqoji Universitetində Xəlil Rzanın tələbəsi ədəbiyyat müəllimi işləyərkən şair haqqında xatirələrini
danışır və bu fikirləri təsdiqləyərək demişdir: "Biz tələbəlik illərində şəkil çəkdirmişdik. Və hər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1115
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəkildə olduğu kimi, bu şəkildə də bizi təqdim etmək üçün adımızı, soyadımızı yazmışdılar. Lakin
sonradan Xəlil Rza soyadların üzərində dəyişiklik aparır. Belə ki, -ov, -yev, -zadə şəkilçilərini -
lı,li,lu,lü şəklində düzəldir. Və bizə bildirir ki, biz nə rus, nə də farsıq. Biz türkük. Və bunu ilk öncə
soyadımızla bildirməliyik. Və 1965-ci ildə "Adımız, soyadımız" poemasında da şair böyük bir ağrı ilə
soyad məsələsinə toxunur:
Adlarım gözümdən, qoy, işıq içsin.
Çıxıb yad biçimdən, qoy, türkcələşsin.
..Mənim öz şəkilçim, mənim öz adım,
Öz ruhum, öz soyum, öz istedadım.
Xəlil Rza da Şəhriyarın yolu ilə davam edərək türk dilinin ən incə, ən zərif dil olduğunu bildirir:
Dillər vahid bir ağac.. gövdəsi sən, kökü sən,
Nə qədər budaqlara öz şəhdini vermisən.
Dağlarımın zirvəsi, bağlarımın qönçəsi,
Döyüşdə şaqqıldayan Misri qılıncın səsi.
Səslərin ən incəsi - Azərbaycan türkcəsi!
... Rahat yat, bəy! Bir zamanlar "türk" sözü yasaq idi, indi isə hər bir Azərbaycan türkü qürur
hissi ilə, hayqıraraq "türkəm" deyə bilir. Arzuların çin oldu!
“XƏYYAM” PYESİ - İŞIQLA QARANLIQ ÜZ-ÜZƏ
Səadət AĞAKİŞİYEVA
Mingəçevir Dövlət Universiteti
agakishiyeva@box.az
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatını inkişafı etdirən və zənginləşdirən ölməz sənətkar Hüseyn Cavid
yaradıcılığı, əsrarəngiz poeziyası, bənzərsiz dramaturgiyası ilə Azərbaycan xalqının milli şüurunun,
düşüncəsinin oyanmasına xidmət göstərmişdir.
H. Cavidin istər lirik, istər epik, istərsə də, dramatik əsərləri özünün dərin fəlsəfi məzmununa,
milli xüsusiyyətlərinə görə ölməz sənət inciləri kimi öz dəyərini və əhəmiyyətini hər zaman qoruyub
saxlamış və saxlayacaqdır. Cavid türk və şərq xalqlarının tarixinin müəyyən dövrləri, müxtəlif tarixi
şəxsiyyətlər haqqında dram əsərləriyazmışdır. Cavid dram əsərlərini yazarkən bir çox tarixi mənbələri
diqqətlə tədqiq etmiş, tarixi hadisələri dərinliyi ilə öyrənmişdir. Cavid yaşadığı dövrün ədəbiyyata,
sənətə, sənətkara qoyduğu çərçivələrə sığmamış, yalnız öz ideologiyasına sadiq qalmışdır.
“Xəyyam” dramının bədii baxımdan tədqiqi nəinki tarixi şəxsiyyətlərin həyatlarının
öyənilməsinə, eyni zamanda onların yaşadıqları dövrü xarakterizə etmək baxımından çox önəmlidir.
Şərqin və ümumilikdə bütün dünyanın ən böyük filosof, alim, riyaziyyatçı və şairlərindən biri
Ömər Xəyyam Azərbaycan ədəbiyyatında ilk dəfə Cavidin qələmi ilə tanındı. Ömər Xəyyam Cavidin
sayəsində əbədi qəhrəmana çevrildi.
“Xəyyam” pyesi üzərində uzun illər böyük cəhdlə, həvəslə işləyən Hüseyn Cavid bu möhtəşəm
əsərini 1935-ci ildə tamamlamışdır. “Xəyyam” əsərinə görə Hüseyn Cavidə mükafat da verilir. Əsər
yazılıb qurtardıqdan sonra müsabiqəyə təqdim olunur və əsər üçüncü yerə layiq görülür. Əslində o
müsabiqədə birinci yerə heç bir əsər layiq görülmür.
“Xəyyam” pyesinin əlyazması Cavid sürgün olunduqdan sonra itmişdir. Uzun illər sonra Hüseyn
Cavidin qızı Turan Cavid tərəfindən 1957-ci ildə Yerevanda, Ermənistanın əməkdar artisti Əli
Şahsabahlıdan iki min manat verilməklə alınmışdır.
“Xəyyam” pyesi altı pərdədən ibarət faciədir. Faciədə Ömər Xəyyamın dünyagörüşü, əqidəsi,
amalı hərtərəfli verilmişdir. Ömər Xəyyam oxucuya görkəmli alim, filosof, şair və təmiz qəlblə sevən
aşiq kimi təqdim olunmuşdur.
M. Cəfər Hüseyn Cavidin “Xəyyam” dramını təhlil edərkən qeyd edirdi: “Xəyyam” , hər şeydən
əvvəl həyat sevgisini, səadət eşqini tərənnüm edən bir əsərdir. Bu dramda həyata bağlı olan möhtəşəm
bir şair ruhu çırpınır. Bütün bəşəriyyəti bəxtiyar, xoşbəxt görmək istəyən bir şair ruhu!..”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1116
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Əsər həm tarixi faktlar, həm də xalq arasında yayılan rəvayətlər əsasında yazılmışdır. Hüseyn
Cavid əsəri yazarkən tarixi faktlara bir o qədər əsaslanmamış, əsasən xalq arasında yayılan
rəvayətlərə, məlumatlara istinad etmişdir. Məsələn Xəyyamla , Nizamülmülk və Həsən Sabbahın eyni
mədrəsədə təhsil almaları heç bir tarixi fakta əsaslanmır. Cavid əsasən xalq arasında yayılmış
rəvayətlərə əsasən yazmışdır.
Əsərdə Xəyyam, Nizamülmülk, Həsən Sabbah, Alp Arslan, Məlikşah kimi tarixi şəxsiyyətlərin
obrazlarını görürük və bu tarixi şəxsiyyətləri ilk dəfə Azərbaycan ədəbiyyatına Cavid gətirmişdir.
Onların hər biri əsərin əsas qayəsinin, məqsədinin açılmasına yardımçı olurlar.Əsərdə Cavid
Xəyyamın vasitəsilə “ürfan”, Nizamülmülkün vasitəsilə “dövlətçilik”, Həsən Sabbahın vasitəsilə
“xəyanət, batinlik” ideyalarını irəli sürüb.
Biz “Xəyyam” əsərində həm elm, ürfan və mədrəsəyə, həm də cahalət və xurafata aydın
münasibət görürük. Bütün bunlar bir-birinə tamamilə zidd təzadlı anlayışlardır. İşıqlı dünya ilə,
qaranlıq dünya kimi.
İşıqla qaranlığın ziddiyyətini, mübarizəsini “Xəyyam” əsərində olduğu kimi “Peyğəmbər”
əsərində də görürük. Belə ki, cahil ərəblər Məhəmmədin dinini, təlimini qəbul etmədikləri kimi, cahil
insanlar da Xəyyamın açıq fikirlərini qəbul edə bilmirlər. Xəyyamı avara, əyyaş kimi tanıyır və onu öz
cəmiyyətlərinə qəbul etmək istəmirlər. Əslində isə Xəyyam özü cəhalətin, ətalətin hökm sürdüyü bu
kor cəmiyyəti qəbul etmir, riyakarlığı, ikiüzlülüyü kəskin şəkildə tənqid edirdi.Xəyyam onu
anlamayan insanların onu incitmədiyini, lakin onu anlayıb da, özlərini bilməməzliyə vuranlar, onun
elmini anlayıb, özlərini dövrünün adamlarına xoş göstərmək istəyənlərin incitdiyini söyləyir.
Bu fikirlər Cavidin düşüncəsinə yad deyildir. Çünki, Cavidi də onu anlamayanların tənqid etməsi
heç incitmirdi. Lakin Cavid fəlsəfəsini anlayıb, onunla eyni düşüncələri paylaşanların, Sovet
hakimiyyətinə xoş gəlsin deyə öz ideyalarından əl çəkib, qondarma Sovet idealogiyasını üstün tutanlar
incidirdi.
Əsərdə Xərabati, Rəmzi, Sevda, Vəfa, Səfa kimi rəmzi-irfani obrazlar da var. Bu obrazlarda
Cavid özünün irfani və təsəvvüf düşüncələrini insanlara çatdırır. Onlar Xəyyamın qaranlığa, cəhalətə
qarşı mübarizəsində yeganə tərəfdarlarıdır. Xəyyamın xarakterini açmak, onun xərabat əhlindən
mərifət əhlinə yüksəlişini göstərmək üçün badə, gül, səba, saqi, meyxana kimi ürfani rəmzlərdən
istifadə etmişdir.
Xəyyam və onun həmpiyalələri qəlblərinin Allah sevgisi ilə dolmasını istəyir. Müftilərin yalançı
vazehlərinə inanmır, onların vəd etdikləri cənnəti qəbul etmir. Xəyyam qəlbinin Allah nuru ilə
dolduqca hər bir duyğudan - nəfs, maddi dünyanın hər cür həvəs və meyllərindən uzaq olduğunu
söyləyir.Xəyyamın Allahı sevməsi üçün ona heç bir güc lazım deyil. Xəyyam Allahı nə cənnət arzusu,
nə də cəhənnəm qorxusu üçün sevmir. Onun qəlbi təmənnasız və qorxusuz bir şəkildə, saf hislərlə
Allaha bağlıdır.
Xəyyama nə lazımdı ki, zəncir
Onsuz da köləndir.
Biz Xəyyamın şeirlərindən onun dinə, Allaha qarşı olduğunu düşünə bilərik, lakin dərinliyə
vardıqda görə bilərik ki, Xəyyam Allaha qarşı deyil, əksinə o Allaha səmimi qəlblə bağlıdır. Xəyyam
sufidir. Biz onun şəriət əhlindən mərifət əhlinə yüksəlməsini, kamil insan kimi Allahı dərk edib, ona
qovuşmasını görürük.
Xacə Nizam, Həsən Sabbah maddi dünyanın insanlarıdırsa, Xərabati, Rəmzi, Vəfa, Sevda, Səfa
mənəvi dünyanın insanlarıdır. Cavid əsərdə təsəvvüf rəmzlərindən, irfani düşüncələrdən istifadə
etməklə, Xəyyamın kamil insana doğru yüksəlişini göstərmişdir.Pyes Cavidin ürfani düşüncələrini
özündə əks etdirən mükkəməl bir sənət əsəri kimi daim öz sehrini qoruyub saxlayacaqdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1117
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
XX ƏSRİN 60–90–CI İLLƏRİNDƏ AZƏRBAYCAN
POEZİYASINDA TÜRKÇÜLÜK
Aysel ƏLƏKBƏRZADƏ
Bakı Dövlət Universiteti
ozdilindedanis@gmail.com
AZƏRBAYCAN
“Hər türk əsgər doğular”.
Hal-hazırda bir çox türk dövlətlərində bu fikri eşitmək mümkündür. Əsrlərdir türklər dünyaya
örnək xalq kimi təqdim edilmiş, vətənpərvər, cəngavər, öz millətini, dilini sevən, eyni amal uğrunda
vuruşan, öz qadınına böyük hörmət göstərən, torpağını heç bir vəchlə, heç kimə güzəştə getməyən
millət kimi tanınıb.
Türkçülük ideologiyası türklərin məskunlaşdığı ərazilərdə hər zaman var olmuşdur və indi də
vardır. “Tarix Şumerdən başlayır”. Bu fikri Kramer adlı amerikan alim bildirmişdir. Bir sıra alimlərin
şumerlərin türk olduğuna şübhələri olsa belə, şumerlərin dilində yüzlərlə qədim türk sözləri
işlədilmişdir. Şumerlər dünyaya böyük ədəbi irs, sənət nümunələri bəxş etmişlər. Şumerlərin bəzi
ixtiralarından hazırda da istifadə olunur.
Türklərin müxtəlif boyları, tayfaları fərqli əsrlərdə böyük imperiyalar yaratmışdır. Bu imperiyalar
uzun müddət mövcud olmuş, müxtəlif millətləri vahid xalq, vahid dil altında birləşdirmişlər. Azərbay-
can da uzun illər bu imperiyaların tərkibində olmuş, müxtəlif mədəniyyətlər qurşağında zənginləşmiş-
dir. Bu imperiyalardan ən böyüyü olan Səfəvi imperiyası dövrün digər əzəmətli türk imperiyası Os-
manlı ilə eyni dövrdə mövcud olmuşdur. Lakin ölkəmizi hər zaman öz türk sülalələrimiz idarə etmə-
mişlər. Ölkəmizin təbii sərvətləri hər zaman qeyri-türk imperiyalarının maraq dairəsində olmuşdur.
Təsadüfi deyil ki, bu imperiyalardan biri olan SSRİ “parçala və hökm sür” taktikasından istifadə
edərək xalqımızın milli kimliyini unutdurmağa çalışmış, digər millətlərin içində bir növ yoxa çıxart-
maq istəmişdir. Təbii olaraq, ziyalılarımız, ədiblərimiz bu siyasətə göz yuma bilmədilər. Beləliklə,
SSRİ-nin mövcud olduğu illərdə ədəbiyyatımızda yeni bir cərəyan formalaşdı. Bu cərəyanın əsas
məqsədi, xalqımıza milli kimliyini tanıtmaq, SSRİ – nin anti–humanist yanaşmasını üzə çıxarmaq idi.
Hələ 1880-ci illərdən Türkçülük, Türkizm Rusiya imperiyasının türkdilli ziyalıları arasında
yaranmış və türkdilli xalqların mədəni və siyasi birliyini öz məqsədi kimi təqdim etmişdir. Bu
ideologiya böyük şairlərin poeziyasında XX əsrin 60–90-cı illərində daha da təkmilləşmişdir. O dövr
Azərbaycan türklərinin keşməkeşli taleyiylə səciyyələnsə də, dahi şəxsiyyətlərimiz bunların hamısını
gözə alaraq haqq sözü deməkdən çəkinməmişlər. Hər zaman ya bilavasitə, ya da dolayı yolla öz milli
kimliyini biruzə vermiş, dilinə, qədim türk adət - ənənələrinə sahib çıxmışlar. Azərbaycan SSRİ-nin
tərkibində olduğu vaxtlarda, xüsusilə XX əsrin 60-cı illərindən başlayaraq yaranmış yeni bir cərəyan,
dalğa ziyalılar arasında günü-gündən artmaqda idi. Ziyalılarımız, şairlər, yazıçılar – hər kəs
Azərbaycanın istiqlaliyyəti üçün bir yumruq altında birləşmişdilər. XX əsrin 80-ci illərində bu
mübarizə özünü daha açıq formada biruzə verdi. Artıq şairlərin şeirlərini “azadlıq”, “istiqlaliyyət”,
“mübarizə”, “Cənubi Azərbaycan” və s. kimi kəlmələr bəzəməyə başladı. Bu mübarizə meydanının
mərkəzində Xalq dayanırdı. Hər kəs müstəqillik arzusunda idi.
Yaradıcılığı həmin dövrə təsadüf edən Xəlil Rza Ulutürk öz poeziyasında türkçülük ideyalarını
geniş tərənnüm etmişdir. Xalq şairi Xəlil Rza Ulutürkün poeziyasına yaxından bələd olmaq üçün,
əvvəlcə, onu bir şəxsiyyət kimi tanımaq lazımdır. “İstiqlal şairi”, “Milli ideal mücahidi” adlandırılan
Ulutürk öz millətini, dilini hər şeydən üstün tutan, bütün yaradıcılıq dövründə - “Mən türkəm!” –
deyən, bununla fəxr edən dahi şairlərimizdəndir. Ədəbi azadlığın və cəsarətin meydanı dar olan
durğunluq illərində bəzən açıq – açığına, bəzənsə sətiraltı mənalarla fikrini oxucusuna çatdırmışdır.
Şair çoxlarından fərqli olaraq, poeziyasında şəxsiyyətini, şəxsiyyətində isə poeziyasını əks etdirmişdir.
Qədim türkçülük simvolularından olan bozqurda öz poeziyasında yer vermiş, bozqurdun türk simvolu
olduğunu, poeziyasında sırf türkçülüyə işarə etdiyini göstərmişdir:
-
Hə, bu bozqurddur!
Ayağının altındakı doğma yurddur!
Ulu Türkün xilaskarı bu bozqurdu,
|