Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə176/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   172   173   174   175   176   177   178   179   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1657

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

После  этих  событий  Башкирское  правительство  боле  активнее  занялось  формированием 

башкирского войска. 

Вскоре  территорию  Башкортостана  охватила  гражданская  война.  По  вышеуказанным 

причинам, башкирские отряды на начальном этапе гражданской войны выступили под белым 

флагом.  

  

 



HOMO SAPİENS NEANDERTHALENSİS: MEYDANA GƏLMƏSİ, 

MİQRASİYASI VE NƏSLİNİN KƏSİLMƏSİ 

 

Yaqub MƏMMƏDOV 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 



yaqub_amea@mail.ru 

AZƏRBAYCAN

 

 

Antropogenezisin  əsas  problemlərindən  biri  Homo  sapiensin  (bundan  sonra  H.  sapiens) 



formalaşması və bu sistemdə Neandertalların yeri məsələsidir. 1856 – cı ildə Düsseldorf yaxınlığında 

Neander hövzəsində bir neçə qəribə qalın və yüngül əyilmiş sümüklər aşkar edilmişdir. O zamandan 

etibarən,  uzun  müddət  Neandertal  adı  düzgün  olmayaraq,  bütün  kobud  formalı  ibtibai  qalıqları 

göstərmək üçün işlədilmişdir.  

XX  əsrin  50  –  ci  illərində  Avropada  Araqo,  Montmorendə  (Fransa)  və  digər  ərazilərdə  aşkar 

olunan  materiallar  əsasında  H.  sapiensdən  əvvələ  aid    iki  hominid  qrupu  ayrılmışdır.  Birinci, 

“şteynheym”  qrupu  adalandırılmışdır  ki,  bura  Neandertallardan  fərqlənən  ayrıca  insan  qanadının  en 

ərkən forması aid olunmuşdur. İkinci, H. erectusa bənzər xüsusiyyələrə malik “totavel – montmoren” 

qrupudur. Bu qrup daha çox preneandertal və ya erkən Neandertallar adlandırmışdırlar. Lakin, hər iki 

qrup hazırda erkən arxaik homo sapiensə və yaxud Homo heydelbergensis növünə (bundan sonra H. 

heydelbergensis) aid olunur. İlk nümunələri 1,3 milyon il əvvəl, son nümunələr 250.000 il əvvəl qədər 

movcud  olmuş  Homo  heidelbergensis  növünün  Avropaya  köç  edən  növləri  xüsusilə  Almaniya  və 

Fransanın  şimal  bölgələrində  təkamül  edərək,  350.000  il  əvvəl  qədər  digər  ərazilərdə  yayılmışdır, 

Avropada  300.000  il  əvvəl,  volşteyn  dövründə  Neandertallara,  Asiyada  Denisovanlara 

ayrılmışdır.Vürm  buzlaşmasın  birinci  mərhələsində  (75  min  il  əvvəl)  isə  Avropada  geniş 

yayılmışdırlar. 350.000 il əvvələ aid Neandertal qalıqları H. heidelbergensis növünə xas xüsusiyyətləri 

daşıyır və bu xüsusiyyətlər 135.000 il əvvələ qədər davam etmişdir. Bu dövrdən sonra Neandertallar  

tamamilə özünəməxsus növ şəkli almışdır.  

 

 XX  əsrin  80  –  illərinə qədər  yalnız  Avropa  ərazisində  Neandertallara  aid  200  dən  çox  qalıq 



aşkar  olunmuşdur.  Ümumilikdə,    bu  zamana  qədər  400  dən  artıq  Neandertal  fərdinə  aid  qalıq  əldə 

olunmuşdur.  

Kifayət  qədər  çox  sayda  Neandertal  qalıqlarının    aşkar  olunması,  onları  əraziyə  görə  də 

bölünməsinə  imkan  verir.  Avropada  Erinqdorfdan  (Almanya)  aşkar  olunmuş  tam  olmayan  kəllə 

(müasir qiymətlərə görə 200 min il), Pontneviddən (Şimali Uels) aşkar olunmuş diş və çənə fraqmenti 

(təxminən 250 min il əvvəl), Fonteşevadan (Qərbi Fransa) aşkar olunmuş kəllə fraqmenti (150 min il), 

Krapinadan (Sloveniya) kəllə qutusu (100 min il əvvələ aid olunur) və digərlərinə Sakkopastore I və II 

dən (İtalya), Yaxın və Orta Şərqdən Sanidar, Tabun və Sxulda qalıqlar əlavə edilməklə erkən “qeyri 

tipik”  Neandertal  qrupu  adı  altında  birləşdirilir,  bəzən  “Erinqdorf  qrupu”  və    ya  “preneandertallar” 

adlandırılır.  Vürmə  qədər  dövrə  aid  olunan  bu  Neandertal  qrupunun  (erkən  vürm  forması  da 

adlandırılır) əsas əcdadları totavel montomer tipi nümayəndələri (H. heydelbergensis) hesab olunur. 

Krapina,  Erinqdorf,  Sakkopastore  ilə  bərabər  Erinqdorf  qrupuna  Svanskomb  və  Şteynheymdən 

olan  qalıqlar  da  aid  olunsada,  daha  sonra  aparılmış  tədqiqatlarla  onlar,  daha  qədim  forma  və  yaxud 

Neandertalların  əcdadı  hesab  olunan,  erkən  arxaik  Homoya  və  yaxud  H.  heydelbergensisə  aid 

olunması şübhə doğurmur. 

         Daha  çox  Neandertal  qalıqları  vürm  dövrünə  dair,  Fransa  (Ortyu,  La  Kina,    La  Şez,  La 

Ferrai  və  s.)  İtaliyada  (Quattari  və  Monte  Çirçeo),  Belçikada  (Spi  I  və  II),  İspaniyada  (Urtiaqa, 

Banolas,  Giberaltar),  Almaniya  və  Macarıstan,  Çexiya,  Ukraynada  aşkar  olunmuşdur.  Bu  qalıqlar 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1658

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

70.000 – 40.000 il  əvvəli əhatə edir. Qeyd olunan materiallar ikinci Avropa Neandertalları qrupu kimi 

ifadə olunur və “klassik” və ya “Spi” qrupu adlandırılır. 

Klassik  Neandertallar    Orta  Paleolit  mədəniyyətini  yaratmışlar  ki  bu,  arxeologiyada  ayrıca 

Mustye madəniyyəti adlanır. Onlar  

lassik  Neandertallar  artıq  aydın  nitqə  malik  olmuşdurlar  və 

müasir insanlarla müqayisədə asta danışırdılar.  

 

Klassik  Neandertallar  alçaq,  enlikürək  və  əzələli  görünürdülər.  Qısa  əl  –  ayaq  ilə  bədənin 



proporsiyasına  görə  onlar  xüsusiyyətlərilə  müasir  soyuğa  uyğunlaşmış  insanları  –  loparları  və 

eskimosları, eləcədə soyuğa uyğunlaşan digər xalqları xatırladırlar.  

 

Kişilərin boyu orta hesabla 164 – 168 sm, çəkisi 77 kq, qadınların ki isə 152 – 156 sm, çəkiləri 



isə 67 kq olmuşdur. Beynin həcmi orta hesabla 1450 sm

 olmuş və müasir insanlardan bir qədər böyük 



olmuşdur.  

İnkişaf etmiş şüura malik olan Neandertallar qida hazırlamağı bacarmış, ocağı qorumuş, ölülərini 

dəfn  etmiş,  yığıcılıqla  bərabər  ovçuluqla  məşğul  olmuşdurlar.  Sələflərlərinə  məxsus  mədəniyyəti 

inkişaf etdirərək özlərinə məxsus yeni mədəniyyət yaratmışlar.    

Neandertal və müasir insanın DNA- sının müqayisəsi göstərir ki, təxminən 400.000 il əvvəl onlar 

eyni kökü paylaşmışdırlar. Buna görə də, Neandertallar H. sapiensin yarımnövü kimi müəyyən edilir 

və Homo sapiens neandertalensis adlandırılır.  

Bu  zamana  qədər  Orta  –  Üst  Paleolit  dövründə  və  şəraitində  Avropada,  Yaxın  Şərqdə  və 

Qafqazda Neandertal və anatomik cəhətdən müasir insanın – Homo sapiens sapiens (bundan sonra – 

AMİ) qarşılıqlı əlaqəsinə dair geniş paleoantropoloji və paleolitik tədqiqatlar aparılmışdır. 

 Paleolit  kranioloji  kompleksinin  Neandertallardan  fərqləndiyini  və  onlar  arasında  morfoloji 

ardıcıllığı izləməyin kifayət qədər çətin olduğunu qeyd etsələr də, bir sıra mütəxəsislər Neandertalları 

H. sapiensin formalaşması üçün əsas hesab edirlər. Lakin tədqiqatlar Neandertalların dalanlı təkamül 

qanadı  olduğunu  göstərdi  və  sonuncu  buzlaqlar  arası  mərhələnin  ikinci  yarısında  və  vürmada 

Neandertal  və  H.  sapiens  tiplərinin  eyni  vaxtda  mövcud  olduğunu  təsdiq  edir.  Genetik  tədqiqatlara 

görə Avropa mənşəli insanların genində 1,5 %  - i Neandertallara aid genlər müəyyən olunmuşdur.  

Avropada,  son  Neandertallar  Çexiya  Respublikasında  Kulna  mağarasının  Orta  Paleolit  VII 

təbəqəsindən, Almaniyada Neandertal məskənindən, İspaniyada El Sidron mağarasından, Xorvatiyada 

Vindijada Vindija Vi – 80 nin G3 təbəqəsində də aşkar olunmuş Neandertalların yaşı 40 min il bundan 

əvvəldə çoxdur və ya bərabərdir. Açar yaşayış ərazisi hesab olunan Belçikadan Spay I  və Spay II olan 

yaşlı Neandertala aid sümük və dişlər təxminən 41 min il bundən əvvələ aid edililir. 

Beləliklə, Neandertallar 40 min il bundan əvvəldən sonra Avropada olmamışdırlar. Bununla belə, 

tam  təsdiq  olunmayan  araşdırmalara  görə  10.000  min  il  əvvələ  qədər  mövcud  olmasına  dair  fikirlər 

var.  


AMİ nin mədəni, texnoloji, demoqrafik üstünlüyü (daha uzun ömür, daha yüksək təkrar istehsal 

tempi,  qısa  doğum  fasiləsi,  sosial  şəbəkəsi  və  əlverişli  ov  etmə  imkanı  və  digər  faktorlar 

Neandertalların nəslinin kəsilməsini ekoloji proses kimi izah edir. Digərləri Neandertalların kökünün 

kəsilməsinə iqlim dəyişilməsi əlamətinə və faktorların birləşməsinə üstünlük verirlər. 

Hal  hazırda  qəbul  olunmuş  xronologiya  göstərir  ki,  Avropada  AMİ  nin  ilk  meydana  gəlməsi 

əsasən son Neandertalların yox olmasından qabaq olmuşdur  və Neandertal – AMİ nin Avropada bəzi 

regionların da eyni zamanda yaşaması təxminən 45 – 40 min il bundan əvvəl olmuşdur. Lakin sonrakı 

minilliklərdə əvvəlki kimi olmamışdır. 

Yuxarıda  deyilənlərdən  belə  nəticə  çıxarmaq  olur  ki,  Homonun  təkamülündə    dalanlı  forma 

yaradan  Neandertallar  350.000  –  300.000  il  əvvəl  Avropada  H.  heydelbergensisdən  təkamül  edərək  

H. sapiensin ayrı yarımnövünü – H. sapiens neanderthalensis kimi formalaşmış və 250.000 – 40.000 

min il əvvəl Avroasiyada yılmışdırlar. Sonrakı təkamül prosesində məhv olmuşdurlar və bunun səbəbi 

tam  aydınlaşdırılmamışdır.  Afrikada  meydana  gəlmiş    müasir    insanlar  Avropaya  miqrasiya  etdiyi 

zaman  Neandertallarla  qarşılaşmışdırlar.  Neandertallar  bilavasitə  müasir  insanların  əcdadları 

olmasalarda, genlərində onlara məxsus kodları daşıyırlar.  

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1659

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



OSMANLI İMPERİYASINDA KATOLİK MİSSİONERLƏRİN 

FƏALİYYƏTİ 

(XV-XVII ƏSRLƏR)

 

 

Günay HEYDƏRLİ 

Bakı Dövlət Universiteti 

gunay.heyderli@gmail.com 

AZƏRBAYCAN

                                                       

                                                                                                                                                                                                   

 

Fateh  Sultan  Mehmed  II  İstanbulun  fəthindən  sonra  Osmanlı  imperiyasının  xristian  təbəəsinə 



etiqad azadlığı verməklə kifayətlənməyək, onların sərbəst inanclarına davam etməsi üçün patriarxların 

fəaliyyətini  bərpa  etdi.  1461-  ci  ildə  Fatehin  Erməni  patriarxlığının  yaradılmasıyla  bağlı  verdiyi 

fərmandan sonra qreqorian erməniləri daha geniş azadlıq əldə etdilər . 

 Osmanlının Şərq xristianlarının etiqadına toxunmaması və azadlıq verməsi din təəssübkeşi olan 

bəzi  Avropa  dövlətlərini  narahat  edirdi.  Çünki  bu  tolerantlıq  Romanın  xristianlar  üzərində 

hakimiyyətinə zərər verə bilərdi. Bu məqsədlə də missionerlər vasitəsilə erməniləri katolikləşdirmək 

və qreqorian məzhəbinin aradan qaldırılması üçün addımlar atıldı . 

 Papalıq  artıq  güclə  monofizit  təriqətlərini  tabe  etməyin  mümkün  olmadığını  görüb  siyasəti 

dəyişərək  “inandırma”  və  “qandırma”    yolu  ilə  insan  hislərinə  təsir  etmək  yolunu  tutdu.  Bu  strateji 

dəyişiklik özünü katolik dövlətlərin Osmanlıya münasibətində də göstərdi. Papa və katolik dövlətlər 

təriqətlər vasitəsilə Osmanlının daxilində ozlərinə tərəfdar zümrələr formalaşdırmağa başladı. 

 1587-  ci  ildə  papa  seçilən  V  Sikst  Osmanlı  sərhədləri  daxilində  olan  xristian  camaatıyla 

(ermənilər,  məlkailər,yaqubilər,kəldanilər)  görüşmək  üçün  səfirlər  göndərdi.  Papalığın  məqsədi  bu 

dörd  camaatı  Osmanlıya  qarşı  qaldırmaq  və  onlara  katolikliyi  qəbul  etdirmək  idi.  Papa  missinerlərə 

erməniləri katolik məzhəbinə çəkmək üçün göstərişlər vermişdi. Papalığın missioner fəaliyyətində ən 

böyük  köməyi  Fransa  edirdi.  Fransa  missionerləri  maliyyələşdirərək,  katolikliyə  keçənlərə  maddi 

dəstək verib Avropada təhsil almasını təmin edir və məzhəb dəyişməyi cəzb edici hala gətirirdi. 

1604- cü ildə yenilənən kapitulyasiyaya görə Fransa katoliklər üzərində himayə hüququ aldı. 

Fransanın  İstanbulda  olan  elçisi  De  Breves  1606-  cı  ilinə  qədər  22  il  İstanbulda  qalmışdı  və 

kapitulyasiyanın  yenilənməsindən  sonra  geri  qayıdaraq  “Osmanlı  dövlətini  yıxıb  yox  etmənin 

mümkün çarələri” adlı geniş raport hazırlamışdı. Raportda Osmanlı ilə müharibə başlayacağı təqdirdə 

xristian  albanları,  rumları,  Misirdəki  kiptiləri,  Lüblindəki  maruniləri  və  durziləri  üsyana  qaldırmaq, 

Anadoluda  yaşayan  ermənilər  və  gürcülər  arasında  iş  apararaq  Osmanlını  zəiflətmək,  xristian 

dövlətlərin  müharibəyə  başlamamışdan  əvvəl  Osmanlı  torpaqlarını  bölüşdürmək  planı  hazırlamalı 

olduqları qeyd olunurdu . 

 Kapitulyasiyanın nəticəsi olaraq fransızlar Osmanlı dövləti daxilində geniş dini sərbəstliyə sahib 

oldu.  Müqəddəs  yerlər  olan  Qüdsün  və  Kəəbənin  mühafizəsi  və  baxımı  fransız  təbəəsinə  tapşırıldı. 

Osmanlının bu bəxşişləri sonradan ona baha başa gəldi . 

 Missionerlər onlara yaradılan şəraiti belə təsvir edirdilər: “Çox istəyərdik ki, katoliklər Osmanlı 

padşahının ölkəsində olduğu kimi İngiltərə və Hollandiyada da rahat və sərbəst olsunlar”. 1621- ci ildə 

“ikinci  dərəcəli  katolik”  məzhəbindən  olan  Paris  Kapusin  Təriqətinin  vaizi  rahib  Racifiko  Osmanlı 

dövlətinə gələrək İstanbul, Rumeli, Kipr, Suriya, Fələstin və İraqda kapusin monastrlar qurdu. 1626- cı 

ildə  bir  qrup  kapusin  Qalatada  erməni  Qreqor  kilsəsinin  ətrafında  yerləşdi  .Artıq  1630-  cu  ildə 

kapusinlər ermənilərə “Əgər katolik olarsızsa Fransanın himayəsinə qovuşarsız” deyib umidləndirərək 

qriqoryanlığın  sıxıcı  və  çətin  olduğu,  katolikliyin  daha  asan  olduğunu  öyrədərək  katolikliyə  dəvət 

edirdilər . 

  Erməni  patriarxlığı  sultan  IV  Muradın  zamanında  missioner  fəaliyyətlərdən  narahat  olaraq 

sultana müraciət etdi.Osmanlı hökuməti məzhəb dəyişdirən ermənilərin daha çox toplaşdığı Əziz və 

Əzra Yəhya kilsələrini bağlanması haqqında əmr verdi. 

  1641- ci ildə Balanus adlı bir missioner ermənilərin arasında fəaliyyətə başladı və bu da yenidən 

patriarxlığın  narazılığına  səbəb  oldu.  Fransızlar  yenidən  boş  dayanmayaraq  sultandan  rəsmi  olaraq 

yezeuitlərin Qalatada yerləşməsi üçün icazə aldılar.  

 1642-  ci  ildə  təhsilini  ermənilər  üzrə  tamalayan  keşiş  Klement  Galano  İstanbula  göndərilir.  O, 

1622-  ci  ildə  papa  XIV  Qreqorinin  “Centenario  di  Propaganda  Fide”  (inancı  yayma  məclisi)  adıyla 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1660

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yaratdığı  missioner  məktəbinin  tələbələrindən  idi  .  Bu  məktəbə  qəbul  edilən  rahiblər  xüsusi  dərslər 

alırdılar.Göndəriləcəkləri  millətin  dilini,  mədəniyyətini,  zəif  cəhətlərini  ən  incə  detallara  qədər 

öyrənirdilər.    Klement  Galano  İstanbul  ermənilərinin  ən  çox  olduğu  yerlərdən  biri  olan  Qalatada 

yerləşərək  Surp Qreqor (Kirkor) Lusavoriç kilsəsində uşaqlara və gənclərə dərs deməyə başlamışdı. 

1644- cü ildə Aravelk I Tavitin erməni patriarxı seçilməsiylə Qalano ölkədən sürgün olundu.  

Öz  mövqeyini  gücləndirən  yezeuitlər  San  Fransesko  monastr  və  kilsəsini  yaradılmasına  nail 

oldular. 1653- cü ildə  İstanbulda təsis olunan Papa vəkilliyinin  kafedralı bu kilsə olur. 

 Sultan Süleyman Qanuni hakimiyyətə gəldikdən sonra Fransa ilə əlaqələri genişləndirir və XIV 

Lui bundan istifadə edərək katolikliyin mövqeyini daha da artırır. Artıq Köprülü Fazil Əhməd paşanın 

zamanında  yəni  1673-  cü  ildə  yenilənmiş    kapitulyasiyaya  “Osmanlı  ərazilərində  rahiblərin 

fəaliyyətinin qanuniləşdirilməsi” maddəsi  rəsmi olaraq əlavə olunur. 

Osmanlı  tarixçisi  Əhməd  Rəfiqin  yazdığına  görə  fransız  səfiri  Markiz  de  Bonnak  İstanbuldan 

XIV  Luiyə  yazdığı  məktubda  katolik  missionerlər  vasitəsilə  erməniləri  gətirmək  istədikləri  nöqtəni 

belə təsvir edirdi: “Erməni kilsəsinin idarə orqanlarına yaxınlaşmaq və bu əlaqələrdən heç bir fayda 

güdmədiyimizi,  hakimiyyətləri  üçün  heç  bir  təhlükənin  olmayacağına  inandırmaq,    türk 

boyunduruğundan xilas olmağa  razılaşdırmaq lazımdır” . 

XIV  Luinin  vaxtında  casusluq,  Osmanlı  təbəələrinin  katolikləşdirilməsi  Fransa-  Osmanlı 

münasibətlərinin  gözlənilmədən  pisləşməsinə  səbəb  oldu.  Yezeuitlər  hökumətin  şübhəsini  çəkərək 

İspaniya və Romaya casusluqda günahlandırıldı. 

Missinerlərin  katolikliyi  yayması    Erməni  patriarxlığına  bağlı  camaatın  Papalığa  bağlanmasına 

gətirib  çıxara  bilərdi  ki,  bu  da  Osmanlı  hakimiyyətini  narahat  edirdi.  Sədrəzəm  Fransa  səfirliyinə 

gələrək etdiyi çıxışda bildirdi ki, “Bəyoğlunda bir yezeuit görməkdənsə on adi ruhani görməyi üstün 

tuturam”. Yezeuitlər nifaq toxumu səpməkdə və düşmənçilikdə günahlandırılaraq mühakimə olunmaq 

üçün Divani- humayuna çağrıldı. Ancaq fransız elçisinin müdaxiləsi ilə azad olundular . 

 Fransızlar  katolik  propaqandasından  əl  çəkmədilər.  Belə  olduqda  1692-  ci  ildə  Qalata  əhalisi 

üsyan qaldırdı. Lakin Osmanlı hakim dairələri yenidən göz yummaqla kifayətləndilər. Hələb erməni 

kilsə  patriarxının  XIV  Luiyə  yazdığı  mədhiyyələrlə  dolu  məktubunda  Ermənistan  fransızların  ən 

qüdrətli kralı tərəfindən qurulacaqdır ifadəsi işlənmişdir.  

Sultan  II  Mustafa  ruhanilərlə  yezuitlər arasında  baş verən  narazılıqdan istifadə  edərək  1695-  ci 

ildə Osmanlının xristian təbəəsinə katolik dininə keçməyi qadağan edən fərman verdi  . 

Lakin  getdikcə  hakim  dairələrdə  qərbə  meyillilik  hisləri  katolikliyin  əl-qolunu  açdı.  Katolik 

missionerlərin və Papanın fəaliyyəti nəhayət meyvəsini verdi. Saqqız adasında xristianların bir hissəsi 

katolikliyə keçdi. Erməni,maruni, suryani, rumların bir hissəsi katolik oldu. Missionerlər 1691- ci ildə 

30  min  erməninin  katolik  kilsəsinin  hakimiyyətini  qəbul  etdiyini    yazaraq  Hələbdə  Yaqubilər  və 

süryanilər  arasında  katolik  propaqandasını  artırmışdılar.  Hadisələrdən  bezən  Osmanlı  dövləti 

günahkarları 1697- ci ildə Limni adasına sürgün etdi . 

Katoliklikliyin  yayılmasında  əsas  rol  oynayan  fransızlar  yenidən  ermənilərə  dəstək  verərək 

Sivaslı Mixitarın qurduğu monastrın vasitəsilə erməni dilini, tarixini öyrədəcək əsərlər nəşr etdirərək 

əl altından əhaliyə payladılar. Sonralar bu monastr ‘Erməni akademiyası’ kimi tanınmağa başladı . 

Beləliklə  mənbələrin  təhlili  göstərir  ki,  ilk  vaxtlar  missionerlərin  fəaliyyəti  pərakəndə  olsa  da, 

vaxt keçdikcə bütün diqqətlərini ermənilərin üzərinə yönəldərək onları dövlətə qarşı qaldıra bildilər. 

Ortodoks  qreqorian  erməniləri  öz  milli  məzhəblərinin,    qorunmasına  görə  Osmanlı  dövlətinə  borclu 

olsalar da, missionerlərin təsiri ilə ərazi iddialarına başladılar.                                             

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1661

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



KONSTANTİNOPOLUN FƏTHİ ƏRƏFƏSİNDƏ KATOLİK 

KİLSƏSİNİN UĞURSUZ XAÇ YÜRÜŞÜ SİYASƏTİ 

 

G.E.HEYDƏRLİ 

Bakı Dövlət Universiteti 



gunay.heyderli@gmail.com 

AZƏRBAYCAN 

 

Xristian  dünyasında  Papalığın  gücü  “Papa  yer  üzündə  Allahın  vəkilidir”  inancına  dayanırdı. 



Lakin  XV  əsrdən  başlayaraq  kralların  belə    boyun  əydiyi  katolik  kilsəsi  öz  etibarını  və  nüfuzunu 

itirərək tənəzzül dövrü keçirirməyə başladı. Bunun bir sıra səbəbləri vardı. Əsrin əvvəllərində xristian 

dünyasında bir deyil üç papa vardı. Bu papalar İohann XXIII adını alan Baltazar Kassa, Qreqori XII 

kimi papa seçilən kardinal Ancelo Korrer və Aleksandr V kimi tanınan Pyotr Filarq idi.  

“ Kilsə konsullarının qərarları yoxsa papanın buraxdığı bullalar (papalıq fətvası) ?” sualı ətrafında 

başlanan  qarşıdurma  konsulların  xeyrinə  nəticələndi.  1417-  ci  ildə  saxtakar  papalar  konsullar 

tərəfindən  hakimiyyətdən  uzaqlaşdırıldı.  Oddone  Kolonna  papa  V  Martin  adıyla  papa  seçildi.  Yeni 

seçilən  papa  “türk  təhlükəsi”nə  qarşı  Bizans  imperatoru  II  Manuillə  əlaqələri  genişləndirdi.  12  iyul 

1420-  ci  ildə  V  Martin  ,  kim  ki,  türklər  əleyhinə  xaç yürüşlərində  iştirak  edəcəksə  ona  indulgensiya 

vəd etdi . Lakin papa 1431- ci ildə vəfat etdi və bu təşəbbüs həyata keçirilməmiş qaldı.  

1430-cu ildə osmanlılar Fessalonikanı işğal etdilər və Bizansın əraziləri Konstantinopol və onun 

ətrafı  ilə  məhdudlaşdı.  Türklərin  irəliləməsi  Bizans  imperatorunu  təşvişə    saldı  və    imperator  VIII 

İohan  Palelog  yeni  xaç  yürüşünün  başlanması  üçün  1434-  cü  ildə  Papalığa  müraciət  etdi.  Yeni 

qaydalara görə göndərilən elçiləri ilk papa deyil Bazel konsulu qəbul edirdi . Lakin konsul Ortodoks 

kilsəsi və onun imperatoruyla maraqlanmadı. Bunu görən imperator birbaşa papanın özü ilə görüşmək 

üçün  məktub  göndərdi.  Konsul  bu  məktubu  üç  il  yubadaraq  imperatora  məktub  göndərdi.Məktubda 

1437- ci ildə Avinyonda papanın imperatoru qəbul edə biləcəyi bildirilirdi. Konsul bu qərarı papa ilə 

danışmadan  almışdı.  Papa  konsulun  bu  davranışından  hiddətlənərək  onu  “Tanrının  qulluğundan 

çıxmaqda” günahlandırdı və bulla yayımladı . Burada imperatorla görüşmənin ruhani deyil sekulyar 

bir  hadisə  olduğunu,  konsulun  sadəcə  ruhani  məsələlərdə  qərarlar  ala  biləcəyini  bildirilirdi.  Papa 

konsulla razılaşdırmadan birbaşa Bizansa gizli bir heyət yolladı və imperatoru birbaşa özü dəvət etdi. 

İmperator patriarx və 700 din və elm adamlarından ibarət bir heyətlə 1438- ci ildə Forensiyaya gəldi. 

Papa bu görüşdən öz xeyrinə lazımınca istifadə etdi. Əlində imperator Konstantinin vəsiyyətini tutaraq 

öz  fikirlərini  imperatora  yeritdi.  Görüş  zamanı  o  “Budur  Böyük  Konstantinin  vəsiyyəti  əlimizdədir. 

Konstantin  öz  əliylə  yazdığı  bu  vəsiyyətnamədə  Konstantinopol  olmaqla  bütün  imperatorluğun 

haqlarını  və  torpaqlarını  bizə  vəsiyyət  etmişdir”  sözləriylə  türk  qorxusu  ilə  titrəyən  imperator  və 

patriarxı təhdid etdi . Uzun sürən danışıqlardan sonra 1439-cu ildə Florensiyada katolik və provaslav 

kilsəsi  arasında  uniya  bağlandı.  Provaslav  kilsəsi  güzəştə  gedərək  papanın  hakimiyyətini  və  bir  sıra 

katolik  dininə  aid  ayinləri  qəbul  etməli  oldu.  Parisdə  rəsmi  açıqlama  verən  papa  Bizansın  Roma 

tərəfindən qorunacağını bildirdi. Bizans əhalisi bundan qəzəblənərək imperatora qarşı çıxışara başladı. 

Tarixçi Dukanın yazdığı o məşhur şüar Bizans küçələrində eşidilməyə başladı: “Bizansda Latın mitrası 

(  papaların  dini  mərasimlərdə  geydiyi  qızılı  papaq)  görməkdənsə  müsəlman  türk  türbanları  görməyi 

üstün tuturuq”).  

1440 – cı il, Bizansın Konstantinin vəsiyyətinə əsasən papanın hakimiyyətini tanımasından bir il 

sonra,  italyan  humanisti  Lorenso  Valla  Konstantinin  vəsiyyətinin  ifşa  edərək,  saxta  olmasını  sübut 

edən kitab buraxdı. Vallanın açıqlaması bütün xristiyan dünyasını sarsıtdı. Valla elmi, məntiqi sübutlar 

göstərərək  papanın  əlindəki  sənədin  həqiqi  olmadığını  təsdiqlədi.  Belə  bir  vəziyyətdə  Papa  IV 

Yevgeni  saxta  bir  sənədlə  bütün  xristianlıq  üzərində  haqq  tələb  etmiş  olurdu.  Bu  hadisə  Bizansı 

ümidləndirdi.  Sənədin  saxta  olması  Romanın  Konstantinopol  üzərində  deyil  tam  əksinə 

Konstantinopolun Roma üzərində haqqı olması demək idi. Papanı “müqəddəs” saymağa artıq ehtiyac 

qalmırdı.  

Kilsələr  arasında  mübarizə  getdiyi  vaxt  Osmanlı  dövləti  sərhədlərini  Avropaya  doğru 

genişləndirmişdi.  Avropada  türklərə  qarşı  mübarizə    aparan  macar  hakimi  Yanoş  Hunyadi  kral    I 

Ulaslonun təsiri ilə türklərə qarşı “Böyük yürüş”ə çıxmışdı. Trayan qapısından keçərək Nis və Sofiya 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin