Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə178/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   174   175   176   177   178   179   180   181   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1667

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

saxsı məmulatları ilə oxşarlıqlara malik olan və özündən əvvəlki tarixi  ənənələri yaşadan və inkişaf 

etdirən  bu  nümunələr  eyni  zamanda  özünəməxsusluğu  ilə  də  fərqlənirlər.  Küp  qəbirlərin  saxsı 

məmulatları  içərisində  təsərrüfatda  və  məişətdə  istifadə  olunan  qablar  üstünlük  təşkil  edir.  Ritual 

səciyyə daşıyan fərqli saxsı məmulatı da diqqəti cəlb edir. Misal üçün rayonun Şatırlı kəndi ərazisində 

təsərrüfat  işləri  zamanı  təsadüfən  açılmış  küp  qəbirdən  tapılan  antropomorf  qab  öz  formasına  görə 

bölgədə  nadir  nümunələrdəndir.  Cəlilabad  tarix-diyarşünaslıq  muzeyində  qorunan  qab,  yerli  saxsı 

məmulatı  üçün  səciyyəvi  olan  açıq  sarı  rəngli  narın  gildən  əldə  hazırlanmış  və  yaxşı  bişirilmişdir. 

Üzəri  cilalanmış, nazik divarlı və  qırmızımtıl rəngdədir. Hündürlüyü 24 sm. olan qab, qadın sinəsi 

formasında  hazırlanmışdır.  Təsərrüfat  xarakterli  saxsı  qab  olması  haqda  bəzi  mülahizələr  söylənilsə 

də,  bu  nümunənin  daha  çox  ritual  səciyyə  daşıdığı  qənaətindəyik.  Digər  abidələrdə  hələ  ki,  belə 

nümunəyə rast gəlinməmişdir.  

Küp  qəbirlərdən  əldə  olunan  ən  kütləvi  maddi  mədəniyyət  nümunələri  olan  saxsı  məmulatları 

qeyd  edilən  əsrlərdə,  bölgədə  dulusçuluq  sənətinin  inkişaf  səviyyəsi,  məmulatların  hazırlanma 

texnikası  və  texnologiyası  haqqında  bizə  məlumat  verən  çox  önəmli  mənbə  rolunu  oynayır. 

Aşkarlanan  müxtəlif  formalı  saxsı  məmulatının  xammalının  necə  seçilməsini,  onların  necə  və  hansı 

əmək  alətləri  ilə  hazırlanmasını,  məmulatın  bişirilmə  keyfiyyətini  müəyyənləşdirmək,  burada 

dulusçuluq    sənətinin  inkişaf  səviyyəsinin  öyrənilməsində  mühüm  əhəmiyyət  daşıyır.  Əldə  edilmiş 

saxsı  qabların  əksəriyyəti  əldə  hazırlanmışdır.  Lakin  bununla  yanaşı  dulus  dəzgahında  hazırlanmış 

nümunələrə də rast gəlinir. Antik və ilk orta əsrlərdə, dulus dəzgahından istifadənin çox azaldığı bir 

dövrdə bölgədə belə nümunələrə rast gəlinməsi, həmçinin  dulusçuluqda nisbətən çətin iş hesab olunan 

və yüksək ustalıq tələb edən iri küplərin istehsalı bölgədə dulusçuluq sənətinin  yüksək inkişafından, 

həm də mahir ustaların yaşadığından xəbər verir.  

Küp  qəbirlərdən  aşkar  edilmiş  saxsı  məmulatı  təkcə  dulusçuluq  sənətinin  inkişaf  səviyyəsini 

araşdırmaq baxımından önəmli deyildir. Bu nümunələrin hər biri aid olduğu sahəni öyrənmək üçün də 

çox qiymətli maddi mənbədirlər. Ümumiyyətlə arxeoloji materialların, tarixin öyrənilməsində əvəzsiz 

rolunu  nəzərə  alsaq,  uzun  bir  tarixi  mərhələni  əhatə  edən  küp  qəbirləri  abidələrindən  əldə  olunmuş 

zəngin  arxeoloji  materialların,  o  cümlədən  saxsı  məmulatlarının  Azərbaycan  tarixinin  müxtəlif 

aspektlərdən tədqiqi üzrə daşıdığı  əhəmiyyət aydın olur. Cəlilabad rayonu ərazisində küp qəbirlərdən 

aşkar  edilmiş  saxsı  məmulatlarını  tədqiq  etdikdə  də,  təsərrüfat,  məişət  və  cəmiyyət  həyatının  başqa 

sahələrində  baş  vermiş  inkişafı,  bəzən  isə  tənəzzülü  izləmək  mümkün  olur.  Əsasən  yerli  istehsal 

malları  olan,  içərisində  bəzi  gətirilmə  materiallara  da  təsadüf  edilən  saxsı  nümunələri  o  dövrün 

sənətkarlığını,  qonşu  bölgələrlə  əlaqələrini,  mədəniyyətini  və  s.  məsələlərini  öyrənməkdə  də  bizə 

yaxından kömək etmiş olurlar. Qeyd edək ki, rayonun düzən ərazilərinə nisbətən, dağlıq və dağətəyi 

ərazisində  qeydə  alınan  qədim  yaşayış  yerlərinin  mədəni  təbəqələri  son  dərəcə  zəifdir  və  maddi 

mədəniyyət  nümunələri  ilə  də  zəngin  deyildir.  Bu  çox  güman  ki,  ərazidə  yaşayan  əhalinin  təsərrüfat 

fəaliyyəti ilə əlaqədar olmuşdur. Belə ki, əsasən maldarlıq təsərrüfatı ilə məşğul olan qədim tayfaların 

məskənləri  müvəqqəti  xarakter  daşımışdır.  Buna  görə  də,  antik  və  ilk  orta  əsrlərdə  rayonun  xüsusilə 

dağlıq  və  dağətəyi  bölgələrində  yaşayan  qədim  tayfalarının  tarixini  araşdırmaq  üçün,  küp  qəbir 

abidələri  və  onlardan  əldə  olunan  maddi  mədəniyyət  nümunələrinin  öyrənilməsinin  çox  böyük  elmi 

əhəmiyyəti  vardır.  Cəlilabad  rayonu  ərazisində  bugünədək  arxeoloji  kəşfiyyat  işləri  nəticəsində, 

həmçinin  təsərrüfat  işləri  zamanı  təsadüfən  açılmış  küp  qəbirləri  avadanlıqlarının,  o  cümlədən  saxsı 

məmulatlarının  timsalında  burada  cəmiyyətin  inkişaf  prosesini  müəyyən  dərəcədə  izləmək  mümkün 

olur.   

 

 



 

 

 



 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1668

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



XVIII YÜZİLLİKDƏ MARAĞANIN SOSİAL-İQTİSADİ                   

TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ OSMANLI MÜFƏSSƏL                  

DƏFTƏRİ BİR MƏNBƏ KİMİ 

 

 

Gülər QAFQAZLI 

AZƏRBAYCAN 



 

XVIII  yüzilliyin  20-ci  illərində  Səfəvi  dövlətinin  çökməsindən  sonra  onun  ərazilərinin  böyük 

hissəsi  Osmanlı  imperiyası  tərəfindən  zəbt  edilmiş  və  burada  yeni  Osmanlı  üsul-idarə  sisteminin 

tətbiqinə başlanmışdı. Belə ki, yeni fəth edilmiş torpaqlarda Osmanlı idarə qaydalarına uyğun inzibati-

ərazi bölgüsü aparılır, onlar əyalət, liva (sancaq) və nahiyələrə bölünür, bu ərazilərdə əhalinin və vergi 

obyektlərinin  ümumi  siyahıya  alınması  (“təhrir”)  həyata  keçirilir  və  Osmanlı  vergi  sistemi  tətbiq 

edilməyə  başlayırdı.  Qeyd  edilən tədbirlərin nəticəsi öz  əksini  Osmanlı  vergi  və  maliyyə  məmurları 

tərəfindən  tərtib  edilən  “təhrir”  (“icmal”  və  “müfəssəl”)  dəftərlərində  tapırdı.  Bu  vergi  sisteminə 

müvafiq olaraq olmaqla iki növ vergi dəftərləri tərtib edilirdi. Bu növ sənədlərin arasında, ehtiva etdiyi 

tarixi məlumatların önəminə görə “müfəssəl” dəftərlər xüsusilə seçilir.  

1728-ci ildə Osmanlı məmurları tərəfindən Marağa bölgəsinin də müfəssəl dəftəri tamamlanmış 

və bu sənəddə Marağa livasının (sancağının) inzibati quruluşu, sosial-iqtisadi və demoqrafik vəziyyəti, 

əhalinin  dini  tərkibi,  kənd  təsərrüfatı,  şəhərləri,  əhalinin  məşğuliyyəti  haqqında  dolğun  məlumat 

verilmişdir.  İki  hissədən  və  ümumi  həcmi  528  səhifədən  ibarət  olan  dəftərin  orijinalı  İstanbul 

Başbakanlık Arxivində saxlanılır. Bu sənəd çətin oxunan “siyaqət” xətti ilə yazıya alınmışdır. Vergi 

dəftərinin  birinci  hissəsində  Marağa  livasına,  ikinci  hissəsində  isə  Soyuqbulaq  livasına  daxil  olan 

nahiyələrin adları verilmişdir. Dəftərin fihrist hissəsində “nəfs-i Marağa”, yəni Marağa şəhərinin özü 

və şəhərin tabeliyində olan kəndlərin adları qeyd olunduğu müqətaaları göstərilmiş və dəftərin ikinci 

hissəsi də eyni qayda üzrə tərtib edilmişdir. 

Digər  müfəssəl  dəftərlərdə  olduğu  kimi  öncə  Marağa  şəhərinin  özündə  yaşayan  vergi 

ödəyicilərinin  adları  müəyyən  qayda  üzrə  tərtib  edilmiş,  onların  sosial  statusları  və  evli  və  yaxud 

subay  olmaları  dəqiq  şəkildə  göstərilməklə  yaşadıqları  məhəllələrin  adları  qeyd  olunmuşdur.  Daha 

sonra  şəhər  əhalisinin  siyahısı  bitdikdən  sonra  buğda,  arpa,  darı,  pambıq,  meyvə,  bostan  və  şəhər 

əhalisi tərəfindən istehsal edilən məhsul növləri üçün yığılan vergilərin və onların miqdarı, həmçinin, 

digər vergi növləri (torpaq vergisi gəlinlik vergisi, işlənmiş hər-hansı bir cinayətə görə alınan vergi) 

qeyd olunmuşdur. 

Bununla yanaşı, sənəddə Marağanın sənətkarlıq və ticarət mərkəzi olmasını göstərən dabbaqxana, 

sabunxana  kimi  emalatxanalar  və  onlardan  alınan  vergilər  haqqında  ayrıca  məlumat  verilmişdir. 

Burada  həmçinin,  tikinti  işlərinin  aparılmasında  orta  əsrlərə  məxsus  olan  və  xammal  kimi  istifadə 

edilən  çayır  bitkisi,  onun  hansı  nahiyələrdə,  ərazilərdə  becərilməsi  və  bitkidən  xəzinəyə  daxil  olan 

verginin miqdarı hesablanaraq göstərilmişdir.  

Müfəssəl  dəftərinin  ikinci  hissəsi  adlanan  Soyuqbulaq  (bugünki  Məhabad)  livası  barədə  ətraflı 

məlumat  verilmişdir.  Bu  hissədə  də  eyni  qayda  üzrə  Soyuqbulaq  livasının  tərkibinə  daxil  olan 

nahiyələrin və bu nahiyərin tabeliyində olan kəndlərin adları, burada yaşayan və vergi ödəyən şəxslər 

qeyd  edilmiş,  eləcə  də  kənd  yerlərində  becərilən  bitkilərdən  toplanan  vergilərin  növləri  və  miqdarı 

göstərilmişdir.  

Beləliklə,  qeyd  edilən  müfəssəl  dəftər  XVIII  yüzilliyin  ilk  yarısında  Azərbaycanın  Marağa 

bölgəsinin sosial-iqtisadi tarixinin araşdırılması üçün ən önəmli və informativ qaynaqlardan biridir və 

bu mənbənin tədqiqi tarixçünaslığımızın qarşısında duran ən önəmli məsələlərdən birini təşkil edir.

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1669

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



ABŞ-IN İSRAİL-FƏLƏSTİN SÜLH DANIŞIQLARINDA İŞTİRAKI: 

OSLO RAZILIĞI VƏ ONUN NƏTİCƏLƏRİ 

 

Nigar ƏSGƏROVA 

Azərbaycan Dillər Universiteti 



Asgarova.n@gmail.com 

AZƏRBAYCAN 

 

 

 



II Dünya müharibəsindən sonra Yaxın Şərqdə İsrail dövlətinin yaranması və daha sonrakı illərdə 

ABŞ-İsrail  müttəqfiqliyinin  formalaşması,  Ərəb-İsrail  müharibələri  və  digər  hadisələr  bu  regionda 

sülhün bitdiyinin bir nişanəsi idi. 

Bu  münaqişələrdən  ən  çox  əziyyət  çəkən  isə  Fələstin  xalqı  oldu.  İllər  ərzində  azadlıq  uğrunda 

aparılan  mübarizədə  on  minlərlə  fələstinli  həlak  olmuş,  milyonlarla  fələstinli  isə  öz  doğma 

yurdlarından didərgin düşmüşdür.  

1987-ci ildən fələstinlilər tərəfindən başladılan İntifada (ərəb dilində qiyam deməkdir) fonundan 

iki tərəf arasında vəziyyətin gərginliyi artıq beynlxalq ictimaiyyəti də narahat etməyə başladı. Belə ki,   

1987-ci  il  İntifadasında  1500  fələstlinli,  450  İsrail  vətəndaşları  həlak  olmuşdur.  Əslinə,  bu  Fələstin 

mübarizəsində  dönüş  nöqtəsi  idi  və  baş  verən  İntifada  Fələstin  Diasporası  tərəfindən  dəstəklənirdi. 

İsrail  fərqli  yollarla  Fələstin  cəmiyyətindən  gələn  bu  mübarizənin  qarşısını  almaq  üçün    bir  sıra 

tədbirlər görürdü. Lakin, münaqişə artıq hər iki tərəfi yormuş və haldan salmışdır. Münaqişənin həll 

yoluna nail olmaq üçün hər iki tərəf beynəlxalq ictimaiyyətdən yardım istədi. Hətta belə bir şayələr də 

yayılmağa  başladı  ki,  İsrail  və  Fələstin  Azadlıq  Təşkilatı  (FAT)  artıq  norveçli  elm  adamlarının 

himayədarlığı ilə sülh prosesinin əsasının qoyması üçün işlərə belə başlamışdı. Bu prosesin başlanğıcı 

olan  Oslo  razılığı  1987-ci  il  İntifadasının  nəticəsi  idi.  Həm  İsrail,  həm  də  Fələstin  liderləri  belə  bir 

tarixi  fürsətdən  istifadə  etməyi  və  danışıqlar  masasında  əyləşməyi  münaqişənin  davam  etməsindən 

daha faydalı olduğu qənaətinə gəldilər. İsrailin beynəlxalq aləmdəki nüfuzuna İntifada zamanı həyata 

keçirilən  hərbi  əməliyyatlarla  xələl  gəlmişdi.  Şimali  Afrikaya  sürgün  edilən  FAT  üçün  isə  yerli 

səviyyədə siyasi səhnəyə qayıtmaq vacib idi.  

Rəsmi  olaraq,  müvəqqəti  özünüidarəetmə  prinsiplərinə  dair  deklorasiya  və  ya  Prinsiplər 

Deklorasiyası,  qeyri-rəsmi  isə  Oslo  razılığı  İsrail  və  fələstinlilər  arasında  bir  qrup  norveçli  elm 

xadiminin  vasitəçiliyi  ilə  aparılan  danışıqların  məhsulu  idi.    Bu,  sülh  razılığı  deyildi.  Oslo  razılığı 

tərəflərin  hansı  istiqamətdə  sülhə  nail  ola  biləcəklərinə  dair  bir  əsas  idi.  Tərəflər  arasında  razılığa 

mərhələli şəkildə gəlinməsi planlaşdırılırdı. Münaqişənin həllinə dair bu cür yanaşma tərəflər arasında  

etibarın yaradılmasını və danışıqlar üçün möhkəm təməl yaratmağı nəzərdə tuturdu. Danışıqlar zamanı 

müzakirə olunası əsas məsələ qaçqınların gələcəyi, Qüdsün statusu və sərhədlərlə bağlı idi.  

Oslo razılığına əsasən FAT terror aktlarını reallaşdırmaqdan əl çəkməli və İsraili tanımalı, İsrail 

isə Qəzza zolağından və Yeriço şəhərindən geri çəkilməli və daha sonrakı mərhələdə isə hər iki partiya 

Qüds,  sərhədlər,  qaçqınlar  və  qəsəbələrə  aid  məsələləri  qarşılıqlı  şəkildə  danışıqlar  vasitəsi  ilə  həll 

etməli  idilər.      Hər  iki  tərəf    “sülh,  qarşılıqlı  anlayış    və  təhlükəsizlik  şəraitində  yaşamağa  səy 

göstərməli, davamlı və tarixi barışığa nail olmalıdırlar”.  

Vaşinqtonun  Oslo  razılığındakı  rolu  başlanğıcdan  məhdud  idi.  Hər  halda,  XX  əsrin  ən  böyük 

siyasi məsələsini həll etmək  üçün bu görüşün hansı önəmə malik olmasını nəzərə alsaq, 1992-ci ildə 

ABŞ  prezidenti  seçilmiş  Klinton  adminstrasiyası  bu  prosesdə  niyə  mərkəzi  rol  oynamaq  qərarına 

gəldiyini  anlamaq  olar.  Oslo  prosesinə  daxil  olmaqla    ABŞ  “ziddiyyətli  münsif  rolu,  İsrailin  sadiq 

müttəfiqi,  regionda    sabitliyin  və  sülhüm  təbliğatçısı”    rolunda  çıxış  edirdi.    Osloda  aparılan  gizli 

danışıqlar  prosesə  nəzarət  edən  Klinton  1993-cü  ilin  sentyabr  ayının  13-də  Rabin  və  Ərəfatı  Oslo 

razılığını imzalamaq üçün Vaşinqtona dəvət etdi.  Yaser Ərəfat və Yitzak Rabinin Ag evin balkonunda 

əl sıxması Klintonun prezidentliyi dövründə çox önəmli hadisə idi. Bu hadisəni üç minə yaxın qonaq, 

bunların  arasında  ABŞ-ın  keçmiş  prezidentləri,  səkkiş  keçmiş  dövlət  katibləri  və  bütün  Vaşinqton 

diplomatik korpusu da var idi. KİV də bu hadisəni işıqlandırdı. “Bu cəsarətli və risk tələb edən addım 

bizə gələcəyin keçmişdən daha da yaxşı olacağını deyir” deyə Klinon vurğulamışdı. İsrailin baş naziri 

İsxaq  Rabin  isə  bəyan  etdi:  “Biz,  sizə-Fələstinlilərə  qarşı  vuruşmuşuq,  biz  sizə  uca  və  səlis  səslə 

deyirik,  qan  tökməyə  və  göz  yaşlarına  yetər!  Yetər!”.  Dramatik  bir  formada  Bill  Klinton  İsxaq 

Rabindən  Ərəfatın  sülh naminə uzanmış əlini sıxması üçün astaca itələdi.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1670

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Ərəfat üçün Oslo razılığı beynəlxalq səhnəyə geri  qayıtmaq idi. Ən önəmlisi isə, bu razılıq FAT-

ın Şimali Afrikadakı sürgünün başa çatması demək idi. Təşkilat işğal olunmuş ərazilərə geri qayıtdı və 

burada Fələstin adminstrasiyasını yaratdı. Bir çox siyasi partiyalar bu razılığın sülh gətircəyinə əmin 

deyildilər,  hətta  Rabbinin  Ərəfatın  əlini  sıxmasından  da  əmin  deyildilər.  Məhz  bu  sülh  əldə  etmək 

addımına görə onların hər ikisi Nobel mükafatına layiq görülmüşdürlər. 

 

1994-cü  ildə  İsrail  Müdafiə  Qoşunları  Qəzza  və  Yeriçodan  çıxdı  və  Ərəfat  Fələstin 



Muxtariyyətinin  əsasının  qoyulduğunu  elan  etdi.    1995-ci  ildə  isə  İsrail  və  Fələstin  Muxtariyyəti 

arasında İsrail-Fələstin Qərb sahili və Qəzzaya dair  Müvəqqəti Razılıq imzaladılar,  bu həmçinin II 

Oslo  razılığı  adlanırdı.  1996-cı  ildə  Ərəfat  Fələstin  Muxtariyyətinin  prezidenti  seçildi.    İsrail 

Leyboristlər Partiyası da Fələstin dövlətçiliyinə qarşı çıxmadığını elan etdi.  

Əslində, Oslo razılığı böyük əhəmiyyətə malik siyasi nailiyyət idi.  Belə ki, İsrail dövləti FAT-ı 

Fələstin xalqının yeganə təmsilçisi kimi qəbul etdi, FAT isə İsrail dövlətinin mövcud olma hüququnu 

tanıdı.  Lakin,  Fələstin  Milli  Muxtariyyətinin  əsasının  qoyulmasına  və  bir  sıra  istiqamətlərdə  sülh 

danışıqlarının  aparılmasına  baxmayaraq,  Fələstin  xalqının  başlıca  məqsədi  olan  dövlətin  yaranması 

prosesinə nail olunmadı. 

Oslo razılığı sülh müqaviləsi deyildi. Razılıq İsrail və Fələstin arasında münaqişəni həll etmədi. 

Əslində razılıq bu, iki icma arasında münasibətlərin gələcəyi üçün nəzərəçarpacaq bir irəliləyiş oldu.  

Belə ki, yüz minlərlə fələstinlinin Qəzza və Qərb sahilinə qayıtması bir nailiyyət idi. Razılıq Fələstin 

muxtariyyətinin əsasının qoyulmasına və həmçinin işğal olunmuş ərazilərdə İsrail silahlı qüvvələrinin 

geri çəkilməsinə  zəmin yaratdı. 

.  

 

 



HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ ÖLKƏNİN  

SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ROLU\ 

 

Gülnar TƏHMƏZLİ 

Milli Elmlər Akademiyası Tarix İnstitutu 

gtahmazli@yahoo.com 

AZƏRBAYCAN 



 

Bildiyimiz  kimi,  90-cı  illər  ölkəmizdə  baş  verən  siyasi  proseslər,  respublika  ərazisində  qeyri-

sabitliyin  mövcud  olması  bütün  sahələrə  olduğu  kimi,  sosial-iqtisadi  həyata  da  öz  mənfi  təsirini 

göstərirdi.  Yaranmış  maliyyə  və  texniki  problemlər  neft  və  qaz  sənayesinin  inkişafına,  “Azəri”, 

“Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. 1992-ci ildə Azərbaycan Respublikası 

Dövlət  Neft  Şirkəti  yaradılsa  da  neft  sənayesində  vəziyyət  ağır  olaraq  qalırdı.  1993-cü  ildə  xalqın 

tələbi ilə ikinci dəfə Heydər Əliyevin hakimiyyətə gəlməsi bu sahədə demək olar ki, dirçəlişi başlatdı. 

“Neft Azərbaycanın milli sərvətidir” devizi altında aparılan siyasət nəticəsində xarici neft şirkətləri ilə 

danışıqlar  nəticə  vermiş  və  ölkəmizin  maraqlarına  uyğun  olan  müqavilə  şərtləri  razılaşdırılmışdır. 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  birinci  vitse-prezidenti,  İlham  Əliyev  danışıqlar 

prosesinə cəlb olunmuş, yeni neft strategiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir. Beləliklə, 

gedən  danışıqların  nəticəsində  1994-cü  il  20  sentyabrda  Gülüstan  sarayında  Qərb  dövlətlərinin  neft 

şirkətləri ilə “Əsrin müqaviləsi” nin imzalanması neft sahəsində yeni dövrün başlanğıcı olmuşdur. Bu 

müqaviləni  dünyanın  8  ölkəsindən  11  iri  neft  şirkəti  imzalamışdır.  Neft  və  qaz  sərvətlərindən  artıq 

ölkənin  sosial-iqtisadi  inkişafı,  xalqın  rifahının  yüksəldilməsi  üçün  istifadə  olunmağa  başlanmışdır. 

Əsrin  müqaviləsinin  ardınca  artıq  bir  sıra  dövlətlərlə  yeni  neft  sazişləri  imzalanmış  və  ölkəmizə 

qoyulan  investisiyanın  sayı  getdikcə  artmışdır.  Yeni  neft  strategiyasının  nəaliyyətlərini  bir  neçə 

misalla göstərmək olar: sazişlərin nəticəsi olaraq neft-qaz sənayesinə təxmini olaraq 60 milyard ABŞ 

dolları  qədər  sərmayə  qoyulması  nəzərdə  tutulmuş,  neftin  ixracı  üçün  ixrac  boru  kəmərləri  sistemi 

yaradılmış,  Qərbin  qabaqcıl  texnologiyası  Azərbaycana  gətirilmiş,  Azərbaycan  Respublikası  Dövlət 

Neft  Fondu  yaradılmış  və  gələn  gəlirlərdən  ölkənin  sosial-iqtisadi  inkişafı  üçün  istifadə  olunması 

nəzərdə  tutulmuşdur.  Heydər  Əliyev  bu  müqavilənin  Azərbaycan  Respublikası  üçün  əhəmiyyətini 

vurğulayaraq  demişdir:  “1994-cü  ildən  Azərbaycan  dövləti  özünün  yeni  neft  strategiyasını  həyata 

keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1671

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

o  cümlədən  neft  və  qaz  sərvətlərindən  Azərbaycan  xalqının  rifahı  naminə  daha  da  səmərəli  istifadə 

etməkdən ibarətdir.” 

Neft  strategiyası  yolunda  daha  bir  mühüm  hadisə  Heydər  Əliyev  siyasətinin  bariz  göstəricisi 

olmuşdur. Bu, 1999-cu il 17 aprel tarixində Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze 

və  Ukranya  prezidenti  Leonid  Kuçmanın  iştirakı  ilə  Bakı-Supsa  ixrac  boru  kəmərinin  istismara 

verilməsi olmuşdur. Bununla da, “Çıraq” yatağından hasil olunan Azərbaycan nefti Supsa limanından 

dünya bazarına ixracına başlanmış və ilk dəfə şimala yox birbaşa qərbə göndərilmişdir. Heydər Əliyev 

uzaqgörənliyi onu göstərdi ki, Azərbaycan nefti dünya bazarına çıxmaqla ölkə digər dövlətlər arasında 

öz yerini tutmuş, regionun geosiyasi xəritəsində mərkəzi dövlətə çevrilmişdir.  

Heydər  Əliyev  tərəfindən  növbəti  mühüm  addım  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri 

vasitəsilə xam neftin nəql edilməsinə dair sazişin imzalanması olmuşdur. Saziş 1999-cu il ATƏT-in 

İstanbul  Zirvə  görüşündə  imzalanmışdır.  2002-ci  ildə  Səngəçal  terminalında  H.Əliyev,  Türkiyə  və 

Gürcüstan  prezidentlərinin  iştirakı  ilə  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  təməli 

qoyulmuşdur. Boru kəmərinin Azərbaycan hissəsi ilə Gürcüstan hissəsinin birləşdirilməsi 2004-cü ilə 

təsadüf etmişdir. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Türkiyənin Ceyhan 

şəhərində  təntənəli  açılış  mərasimi  keçirilmiş,  Xəzər  dənizi  ilə  Aralıq  dənizini  birləşdirən  bu  dəhliz 

sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara nəqli üçün geniş imkan yaranmışdır. Bakı-Tbilisi-

Ceyhan  əsas  ixrac  boru  kəməri  region  və  bütövlükdə  dünya  üçün  enerji  təhlükəsizliyi  baxımından 

böyük  əhəmiyyətə  malik  olmaqla  yanaşı,  həmçinin  Türkiyənin  Qara  dəniz  boğazlarının  artıq 

yüklənməsinin  də  qarşısını  almışdır.  Kəmər  ildə  50  milyon  ton  Azərbaycan  nefti  nəql  etmək  üçün 

nəzərdə tutulmuş, istismara verildiyi gündən etibarən 2007-ci ilin sonuna qədər 36 milyon 796 min ton 

Azərbaycan  nefti  dünya  bazarına  nəql  olunmuşdur.  Onu  qeyd  etmək  yerinə  düşər  ki,  bu  sazişlə 

Azərbaycan  uzunmüddətli  iqtisadi,  sosial,  siyasi  maraqlarını  təmin  etməklə  yanaşı  regionda  sülh  və 

təhlükəsizliyi bərqərar etməyə nail olmuşdur. Araşdırmalar və göz önündə olan nəticələr onu göstərir 

ki, kəmər gələcəkdə türkdilli ölkələrin əsas magistral kəməri olacaqdır. Neft siyasətinin gedişatı onu 

göstərirdi ki, Azərbaycan artıq dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  29  dekabr  Fərmanı  ilə  Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun yaradılması ölkənin sosial-iqtisadi inkişafındakı rolu əvəzedilməz 

olmuşdur. Fond fəaliyyətə başladığı vaxtdan indiyə qədər buraya 1 milyard ABŞ dolları məbləğində 

vəsait daxil olmuşdur. Belə ki, Fonddan ilk vəsait doğma torpaqlarında zorla didərgin salınmış qaçqın 

və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı olan problemlərin həlli ilə 

əlaqədar olaraq tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Fond eyni zamanda Samur-Abşeron 

suvarma  sisteminin  yenidən  qurulmasını,  Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihəsini,  Azərbaycan 

gənclərinin xarici ölkələrdə təhsili üçün Dövlət Proqramını və digər bir sıra sosial məsələlərin həllinin 

maliyyələşdirilməsinə xidmət etmişdir. 

Zəngin təbii qaz yataqlarının dünya bazarına çıxarılması istiqamətində daha bir uğurlu addım isə 

Azərbaycan  və  Türkiyə  arasında  yeni  layihə-Trans-Anadolu  təbii  qaz  boru  kəmərinin  (TANAP) 

reallaşdırılması  üçün  hökümətlərarası  sazişin  imzalanması  olmuşdur.  Bu  layihə  Azərbaycanda  hasil 

olunan  təbii  qazı  Gürcüstandan  keçərək  Türkiyə  vasitəsilə  Avropaya  nəql  olunacaq  “Şahdəniz” 

yatağının  işlənməsinin  ikinci  mərhələsinin  başlanğıcıdır.  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki, 

“Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilməsinə baxmayaraq, “Şahdəniz 1” üzrə əməliyyatlara 2006-cı 

ildən başlanmış və ilk qaz hasil olunmuşdur. Daha sonra “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan 

və  qardaş  Türkiyəyə  nəql  olunması  üçün  2007-ci  ildə  Bakı-Tbilisi-Ərzurum  boru  xətti  istifadəyə 

verilmişdir.  Bu  layihənin  reallaşması  İlham  Əliyevin  siyasi  qətiyyəti  və  Heydər  Əliyevin  əsasını 

qoyduğu Neft strategiyasının uğurlu davamı deməkdir. 

Heydər Əliyevin əsasını qoyduğu Yeni neft strategiyası Azərbaycanın öz milli sərvətinin sahibi 

olduğunun, ölkənin 90-cı illərin iqtisadi, sosial, siyasi böhranından çıxaraq dirçəlməsinin və XXI əsrin 

əvvəllərində  inkişaf  etmiş  və  dünya  dövlətləri  arasında  öz  sözünü  deyən  Azərbaycan  dövlətinin 

olduğunun göstəricisidir. 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin