Keywords : USA, South Korea, Free Trade Agreement, KORUS FTA, audiovisual services, “screen
quota”.
1994-cü ildə ABŞ-ın Kanada və Meksika ilə imzaladığı Şimali Amerika Azad Ticarət Sazişindən
(NAFTA) sonra ən böyük saziş olan ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişi (KORUS FTA) təxminən on ilə
yaxındır ki, ABŞ-Cənubi Koreya ticarət-iqtisadi əlaqələrinin mərkəzini təşkil edir. Saziş iki tərəf arasında
istehsal olunan mallar, kənd təsərrüfatı məhsulları və xidmətlər üzrə tarif və qeyri-tarif maneələrini azaldıb və
əksər hallarda aradan qaldırıb, investisiya, əqli mülkiyyət hüquqları (ƏMH) və digər məsələlər üzrə qayda və
intizamları təmin edir, hər iki ölkəninin müəyyən işçi və ətraf mühit standartlarına riayət etməyini öhdəsinə
götürür və mübahisələrin həlli mexanizmlərini təklif edir.
ABŞ və Koreya Respublikası arasında azad ticarət sazişi üzrə danışıqlar Cənubi Koreyanın dörd sahə-
mal əti, avtomobillər, əczaçılıq məhsulları və xarici filmlərin nümayiş oluna biləcəyi ekran vaxtını
məhdudlaşdıran “ekran kvotası” üzrə güzəştlərindən sonra başlamışdır.
2 fevral 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının Ticarət Nümayəndəsi (USTR) Robert Portman və
Cənubi Koreyanın Ticarət Naziri Kim Hyun-Çonq iki ölkənin Koreya-ABŞ Azad Ticarət Sazişi (KORUS
FTA) üzrə danışıqlar aparmaq niyyətlərini açıqlamış ( Manyin, Cooper, 2006: s. 2),
2007-ci ildə Corc Buş və
Roh Muhyun administrasiyaları dövründə saziş imzalanmışdır. Onun ratifikasiyası isə iki ölkədəki idarəetmə
dəyişikliyi, qlobal maliyyə böhranı və ABŞ istehsalı olan avtomobillər və mal əti ilə bağlı məhdudiyyətləri
yumşaltmaq tələbləri ilə gecikdirildirilmiş, beləliklə, ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişi (KORUS FTA)
2012-ci il martın 15-də qüvvəyə minmişdir.
ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişinin spektri bir çox sahəni əhatə edir. Sazişdə əks olunan
məsələrdən biri də audivizual xidmətlər və “ekran kvotası”dır. ABŞ-Cənubi Koreya FTA əksər yerli məzmun
kvotalarını minimuma endirməklə və ya dondurmaqla və Koreya yayım və kino sənayesində xarici mülkiyyət
məhdudiyyətlərini əsaslı şəkildə liberallaşdırmaqla ABŞ-ın audiovizual xidmət şirkətləri üzrə bazara çıxışını
təmin edir.
ABŞ-ın Koreyadan audiovizual xidmətlərin transsərhəd idxalı, əsasən, ABŞ-da yerli televiziya
proqramları və filmlərinin üstünlük təşkil etməsi ilə əlaqədardır. 2005-ci ildə ABŞ-ın Koreyadan kino və
televiziya lentləri icarəsinin transsərhəd idxalı təxminən 4 milyon dollar, ABŞ-ın Koreyaya transsərhəd ixracı
isə 65 milyon dollar təşkil etmişdir.
ABŞ firmalarının FTA çərçivəsində Koreya Respublikasının audiovizual xidmətlər bazarına çıxışının
yaxşılaşdırılması iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 1966-cı ildən bəri Cənubi Koreya kinoteatrlara ildə ən azı 146 gün (və ya təqvim ilinin
40%-i) yerli filmlərin nümayişinə vaxt ayırmağı tapşırmaqla öz yerli kino sənayesini qorumağa çalışır. Məsələ
ABŞ və Cənubi Koreyanın 1990-cı illərin sonunda başlamış, lakin 1999-cu ildə dayandırılmış ikitərəfli
investisiya müqaviləsi üzrə danışıqları yekunlaşdıra bilməmələrinin əsas səbəbi idi. Bəllidir ki, hər bir ölkənin
kino sənayesi əhəmiyyətli siyasi nüfuza malikdir. Cənubi Koreyada 2002-ci il prezident seçkiləri zamanı Roh
bir neçə tanınmış Cənubi Koreya aktyoru tərəfindən dəstəkləndi. Buna baxmayaraq, illərdir Roh
administrasiyası kvotaları ləğv etməsə də, azaldacağını vəd etdi (
Manyin, Cooper, 2006: s. 22). ABŞ ticarət
rəsmiləri üçün bu məsələ Roh hökumətinin FTA danışıqlarında da gələcək çətin siyasi güzəştlər etmək
bacarığının və qabiliyyətinin simvolu oldu. 2006-cı il yanvarın 26-da mal əti qadağasının qismən ləğvindən
bir gün sonra, Cənubi Koreyanın Baş naziri ekran kvotalarının yarıya endiriləcəyini, yəni ildə 73 günə qədər
azalacağını bildirdi. Növbəti həftə iki ölkə FTA danışıqlarına başlamaq niyyətini açıqladı. Cənubi Koreya