Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə280/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   276   277   278   279   280   281   282   283   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---214--- 
ECONOMICS / İKTİSADİ BİLİMLER / İQTİSADİ ELMLƏR 
AZƏRBAYCANDA İNNOVASİYA SİSTEMİNİN MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF
PERSPEKTİVLƏRİ 
 
Hacıyeva Aygün Alim qızı 
Baş müəllim 
Orcid id:
 
0000-0002-5673-6725
Salıyeva Validə İsa qızı
Baş müəllim 
Orcid id: 0000-0002-8860-6343 
Abbaszadə Nəsimi Əlipolad oğl
Baş müəllim 
Orcid id:0009-0001-4926-7166 
Məmmədova Maarifə Zeylim qızı 
Laborant 
Orcid id:0009-0009-4084-6936 
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan 
Abstract.
The qualitative changes taking place in the modern economy indicate a fundamental change 
in the factors and sources that determine economic development. The potential of traditional resources for 
economic growth is becoming increasingly limited. And this causes the superiority of innovation processes in 
the modern model of economic growth. Innovativeness is becoming an integral feature of the modern economy. 
Orientation to innovations is one of the most important issues both today and in the near future in all areas of 
human activity, including the economy.The article examines the activity and development of the national 
innovation system, the possibility of its development, and offers suggestions for the development of the 
innovation system. 
Key words:
economic progress, innovation, investment, reform, national innovation systems. 
Müasir dövrdə iqtisadi fəaliyyətdə yeni texnologiyaların sürətlə dəyişən tələbə cavab verməsi, dünya 
standartlarına uyğun yeni məhsulların yaradılması, yeni texnologiyaların tətbiqi, innovasiyalı inkişafın rolunu 
daha da artırır. Bildiyimiz kimi, innovativ iqtisadiyyatın aparıcı sütunlarından bir olan “bilik iqtisadiyyatı”nın 
ölkəmizdə daha da inkişaf etdirilməsi bu istiqamətdə atılacaq ən vacib addımlardan hesab olunmalıdır. Bu 
istiqamətdə yüksək keyfiyyətli insan kapitalının və kadr hazırlığının iqtisadiyyatın və əmək bazarının 
tələblərinə uyğunlaşdırılması olduqca vacibdir. (Hacıyev, 2021:s.3) 
Cəmiyyətin iqtisadi tərəqqisi əsasən elmtutumlu yüksək texnoloji məhsulların istehsalı və ixracı
bazasında təmin edilir. Dünyanın ayrı-ayrı ölkələrində və regionlarda onların istifadə səviyyəsi fərqlidir və 
innovasiya istehlakının siyasi-iqtisadi mühitinin hazırlıq səviyyəsindən asılıdır. Bununla əlaqədar olaraq 
Azərbaycanın əməyin dünya innovasiya bölgüsünə aktiv daxil olmasını təmin edən tədbirlər həyata keçirmək 
lazımdır.
Dünyanın əksər inkişaf etmiş ölkələrinin əmək qüvvəsinin təxminən 20-25%-i yüksək texnologiyalar 
və elm-təhsil sahəsində fəaliyyət göstərirlər. Məsələn, 2020-ci ilin Qlobal İnnovasiya İndeksi reytinqində ilk 
üçlüyü İsveçrə, İsveç və ABŞ kimi dövlətlər tutmuşlar. Qeyd etmək lazımdır ki, adı çəkilən reytinqdə 
Azərbaycan 82-ci yerdə qərarlaşmışdır. Bu reytinqdə ilk sırada qərarlaşan İsveçrədə yüksəkixtisaslı işçi 
qüvvəsi ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət və özəl sektor tərəfindən maliyyələşdirilən 
tədqiqatlar, ölkədə biznes mühitini daha da yaxşılaşdırır və yeni layihələrin dəstəklənməsini 
stimullaşdırır.(Hacıyev, 2021:s.2) 
Əgər layihə dövlət proqramına və elmi müəssisənin proqramına uygundursa və sifarişci dövlət olarsa, 
dövlət maliyyəsi cəlb olduqda innovativ layihənin təşəbbüskarı onu öz vəsaiti hesabına maliyyələşdirə 
bilər.(Afuah,2003) Xarici təcrübə göstərir ki, qeyri-sabit iqtisadi sistemlər şəraitində 
inflyasiya proseslərinin yüksək səviyyəsi iqtisadi subyektlərin davranışlarına güclü təsiri ilə 
xarakterizə olunur;bu zaman dövlət tərəfindən birbaşa stimullaşdırma rıçaqları arxa plana keçməlidir.Burada 
həlledici rol dolayı stimul rıçaqlarına aiddir:vergi güzəştləri, kredit, kredit üzrə faiz ödənişləri, sığorta, 
amortizasiya və s.( Быршева,2007: s 198) 
Hazırda innovasiya fəaliyyətinin əsas maliyyə mənbələri aşağıdakılardır:müxtəlif büdcələrdən 
vəsaitlər(dövlət,regional,yerli);innovasiyaların maliyyələşdirilməsi üçün ixtisaslaşdırılmış büdcədənkənar 
fondların vəsaitləri;müxtəlif maliyyə vasitəçilərinin resursları;xarici investisiya;fərdi investorların vəsaitləri.( 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin