The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---82---
Zərreyi-sərkəştə mən, sən aftabi-ovci-hüsn,
Zəfliğdən qulluğuna varə bilmən, neyləyim.
Aşiq olan müddəinün minnətin çəkmək gərək,
Vəh ki, mən hər nakəsə yalvarə bilmən, neyləyim.
Qönçəyanlıq könlüm oldu qan ləbaləb hicrdin,
Lalətək bağrımdürür yüz parə bilmən neyləyim.
Xəlq der kim, ol vəfasızdur, bir özgə yar tut,
Ağrımaz barmağa əski sarə bilmən, neyləyim.
Kişvərinün başına səndən gəlürsə yüz bəla,
Hökmi-sultandır, anı qaytarə bilmən, neyləyim. (Kişvəri, 1984: s. 63)
Bu şeirdəki xalq dilindən kəlmə orijinal tapıntılar olduqca çoxdur. Aşiq sevgilisindən ayrı düşdüyü
üçün avara olmuşdur və bu dərdinə bir çarə bilmir, nə edəcəyini bilmir. Biçarə qalmışdır və bir çarə tapa bilmir
və bilmir neyləsin. Şeirin "bilmən neyləyim" rədifi özü də canlı xalq dilindən gələn uğurlu bir tapıntı kimi
diqqəti cəlb edir. Şair bu rədifi elə işlədir ki, əsərdəki fikrin ifadəsinə heç bir xələl gəlmir. “Ağrımaz barmağa
əski sarıya bilmərəm” kimi ifadə isə xalq dilinin incəliklərini şairin gözəl bildiyindən xəbər verir.Aşağıdakı
qəzəldə Kişvərinin xalq dilinə bələdliyi başqa cizgiləri ilə görünür.
Çeşmi-siyahuna, sənəma, sənci salmışam,
Qıl bir nəzər mana ki, qara gündə qalmışam.
Hər bixəbər sözilə səni tərk edərmiyəm,
Mən kim, iki cahanı verib sizni almışam.
Vəslin dəki gər olmasa, hicrinə həm xoşam,
Mən ol səməndərəm kim, od içrə olalmışam.
Hər xanda kim, dəhanün içun püstə söz demiş,
Qatlanmayıb mən ağzına daş ilə çalmışam.
Ey piri-meyfüruş, mana Xızri-rah bol
Kim, xəstə Kişvəri təki qatı munalmışam. (Kişvəri, 1984: s. 58)
Bu şeirdəki bir çox sözlərlə, ifadələrlə bərabər “qara gündə qalmışam”, “səni tərk edərmiyəm”, “mən ol
səməndərəm kim od içrə olalmışam”, “qatlanmayıb mən ağzına daş ilə çalmışam”, “qatı munalmışam” kimi
idiomatik tərkiblər ona xüsusi gözəllik və təbiilik verir. Xalq dilinin əlvan deyimlərinə yaxşı bələd olan şair
bu deyimlərdən yerli-yerində bəhrələnərək təbii səslənən, ürəkdən gəldiyi şübhə doğurmayan sənət inciləri
yaradır. Şeirin qafiyələri də çox maraqlıdır. Şair felin nəqli keçmiş formasından istifadə edərək yadda qalan
qafiyələr yaratmışdır.
Nəsimi şeirinin dil xüsusiyyətlərinə həssaslıqla yanaşan M.Quluzadə yazır: “Nəsiminin yaradıcılığında
ən böyük tarixi- mədəni əhəmiyyəti olan cəhət, onun Azərbaycan bədii dili üzərində qüdrətli bir çöz ustası
kimi işləməsi, onu qüvvətləndirməsi,zənginləşdirməsidir. Nəsimi ixtiraçı, novator bir şair kimi Azərbaycan
şeir dilini cilalamış, ona yeni keyfiyyətlər gətirmişdir.” (Quluzadə, 1973: s.15). Eyni sözləri Kişvəri haqqında
da söyləmək mümkündür. Kişvəri də öz növbəsində, öz dövründə Azərbaycan şeir dilinin zənginləşməsində,
cilalanmasmda xeyli iş görmüşdür. Şeirə canlı xalq dilindən gələn əlvan boyalar gətirmişdir.
M.Quluzadə Nəsimi dili üzərindəki müşahidələrini bir qədər də dərinləşdirərək yazır: ”XV əsrin
ortalarında ədəbi-elmi həyatda fars və ərəb dillərinin əsrlər boyu hakim olduğu şəraitdə böyük sənətkarlıqla
Azərbaycan xalq dilində şeir yaratmaq, bədii dilə canlı şifahi nitqin təsvir və ifadə vasitələrini gətirmək
Nəsiminin ən böyük yaradıcılıq qələbəsidir.” (Quluzadə, 1973: s.68) Yenə hörmətli alimin bu qeydləri eynən
Kişvəriyə də aid edilə bilər.
Kişvəri canlı xalq dilinin imkanlarından bacarıqla istifadə etməkdə bütün sələflərinin, o cümlədən
Nəsiminin işini davam etdirmişdir. Kişvəri də rəngarəng poetik lövhələr yaratmaq, insan hisslərinin təbii ifadə
və inikasına nail olmaq üçün xalq dilinin zəngin ifadə xəzinəsindən məharətlə bəhrələnmiş, dolğun ifadələr,
gözəl frazeoloji birləşmələr taparaq şeirə gətirmiş, özünə məxsus bir şeir dili yarada bilmişdir.
Kişvəri də böyük mütəfəkkir sələfi Nəsimi kimi, xalqın həyatına onun minillərdən keçib gələn zəngin
dilinə yaxşı bələd olan bir sənətkar olmuş, xalqın söz sərvətinə məhəbbət və hörmətlə yanaşmış, xalq dilinin
söz xəzinəsindən bəhrələnərək Azərbaycan bədii dilinə yeni gözəlliklər gətirmişdir. Q.Cahani yazır: “Milli
bədii fikir tarixində bir şair kimi Kişvərinin xidməti həmçinin şeirin poetik leksikonuna canlı xalq dilini
gətirməyə, poeziya dilinisadələşdirməyə, saflaşdırmağa və zənginləşdirməyə səyi ilə bağlıdır.” (Azərbaycan
ədəbiyyatı tarixi: altı cilddə, 2009: s. 355). Onun əsərlərində doğma türk sözləri hiss ediləcək qədər artmışdır.
İstər izafət tərkiblərinin sadələşməsi yönündən, istərsə də doğma türk sözlərinin cəsarətlə şeirə gətirilməsi
baxımından Kişvəri xüsusi öyrənilməyə layiq bir sənətkardır. Onun əsərlərindəki sürməli çeşm, fərəh bürcü,
eşqin vətəni, hər yeri, səadət günəşi, sərv boylu, könül bağı, mürüvvət çağı, dolu piyalə, şümşad qamət, adəm