The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---97---
təkliflərlə) qiymətləndirilməsi mümkündür. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin bu
yanaşmanın orta məktəbdə tətbiqi də realdır və məqsədəuyğundur. Verbal (sözlə) qiymətləndirmənin rolunun
artması və eyni zamanda kəmiyyət qiymətinin əhəmiyyətdən düşməsi qiymətləndirmə prosesinin ən yaxşı
göstəricisi kimi sayıla bilər.
4. Rənglərlə qiymətləndirmə.
5. Şəkillərlə qiymətləndirmə.
6. Emosional münasibət yolu ilə qiymətləndirmə.
7. Meyar cədvəli əsasında qiymətləndirmə [Azərbaycan Respublikasının ümumtəhsil sistemində
Qiymətləndirmə Konsepsiyası, 2009].
Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə üsulları Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiymətin
şagirdin özü tərəfindən qoyulmasını və eləcə də şagirdlərin bir-birinin işinə qiymət qoymasını tətbiq etmək
olar. Bununla yarış həvəsinin oyadılması, təbii nailiyyət tələbatının (yəni daha yüksək bilik zirvələrinə qalxma
istəyi) formalaşması mümkün olur. Nəticədə təlimə müsbət motivasiyanın yaradılması müşahidə olunur.
“Keyfiyyətcə qiymətləndirmə” nin uyğun, çevik və fərqləndirici meyarlarının işlənib hazırlanması və meyar
cədvəli vasitəsilə istifadəsi, şagirdin nailiyyətlərinin keyfiyyətcə qiymətləndirilməsinin adekvat meyarları
prosesində şəffaflıq və aşkarlıq prinsipinin aşağıdakı kimi gözlənilməsidir:
-
Şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;
-
Qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırır;
-
Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə prosedurlarından istifadə edilməsi.
Qrup işinin qiymətləndirilməsi
Fəal (interaktiv) təlimdə müəllimləri daha çox maraqlandıran məsələlərdən biri qrup işinin
qiymətləndirilməsidir. Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif vasitələrlə (qrafik, cədvəl,
simvol, söz və üsullarla) müəllim tərəfindən şagirdlərin qarşılıqlı qiymətləndirilməsi şəklində, qruplararası
qiymətləndirmə şəklində keçirilə bilər.
1. Qrafik. Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və qrupların nömrələrini əks etdirir. Qrupun
nailiyyətlərindən asılı olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.
2. Meyar cədvəli. Cədvəlin sətirlərində qrupun nömrələri və sütunlarında qiymətləndirmə meyarları
qeyd edilir. Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara müvafiq olaraq “+” və ya “-”
işarələrilə qrupun nailiyyətlərini qeyd edir. Yekunda ümumi bal hesablanır.
3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir nümayəndəsinə qrup şagirdlərinin adları və
qiymətləndirmə meyarları qeyd edilmiş cədvəl paylanılır. Hər nümayəndə həm özünü, həm də yoldaşlarını
meyarlar əsasında “+” və ya “-“ işarələri ilə (və ya rəqəmlərlə) qiymətləndirir. Şagird nailiyyətlərinin
monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi)
və summativ (kiçik, böyük, yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır. Qiymətləndirmənin
bu 3 növündən hər biri digərinə xidmət edir, bir-birini tamamlayır və hər 3 növ öz mahiyyətinə uyğun olaraq
şagirdlərin bilik və bacarıqlarının standartlarına əsasən ölçülür.
- Diaqnostik qiymətləndirmə: Hər bir müəllim keyfiyyətli dərsə yiyələnmək üçün başlanğıcda özünə
“Şagirdlərin bilik və bacarıqlarının səviyyəsi necədir?”, “Şagirdlər tədris edilmiş materialı necə
mənimsəyiblər?”, “Əldə olunmuş bilikləri tətbiq edə bilərlərmi?”, “Şagirdlərin dərsi yaxşı mənimsəmələri
üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?” və s. kimi suallara cavab verməlidir. Məhz bu suallara
cavab tapmaq üçün müəllim şagirdlərin müvafiq hallarda qrup və ya sinfin hazırkı vəziyyətinə qiymət verməli,
yəni diaqnoz qoymalıdır. Buna görə də aşağıdakı üsullardan istifadə olunmalıdır: Məsələn, müsahibə (şifahi
yolla), tapşırıq vermə (çalışmalar), valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulları və s.
Diaqnostik qiymətləndirmənin aparılma formaları siniflərə uyğun olaraq dəyişir. Məsələn, ilk dəfə məktəbə
qədəm qoyan şagirdlə aparılan diaqnostik qiymətləndirmə digərindən fərqlənir. Diaqnostik qiymətləndirmənin
nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi dəftərində qeyd olunur, nəticələr barədə
valideynlər, sinif rəhbəri və digər fənn müəllimlərinə məlumat verilir.
-
Formativ qiymətləndirmə: Bu qiymətləndirmə növü şagirdlərin qəbul edilmiş standartların reallaşmasına
yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu proses zamanı qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsil
alanı istiqamətləndirmək məqsədi ilə aparılır. Yeni və ənənəvi qiymətləndirmə arasında fərq gündəlik rəqəmli qiymətlərin
yazılmaması və şagirdlərin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdlərin təlim nəticələrinə nail olması
və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədi ilə aparılır. Məhz formativ
qiymətləndirmə sayəsində şagirdlər gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymətlər almaq üçün deyil, yaxşı nəticələr
göstərmək üçün çalışırlar. Bu qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr aşağıdakılardır: müşahidə,
müsahibə və ya sorğu, şifahi sual-cavab, oxu, yazı, rollu oyunlar, testlər, tədqiqat. Formativ qiymətləndirmənin nəticələri