Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə126/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   122   123   124   125   126   127   128   129   ...   357
Eskisehir-25.03.23

Qiymətləndirmə üsulları
Məlumdur ki, birinci sinifdə qiymətləndirmə “kəmiyyət” üsulları ilə aparılmır. Birinci sinifdə 
müəllimin qiymətləndirməsi ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarətin inkişafına təsir 
edən amil kimi çıxış edir. Bunun üçün təlim prosesində “keyfiyyətcə qiymətləndirmə” üsullarından istifadə 
olunur: 
1. Yazılı işlərdə və yoxlamalarda konstruktiv qeydlər. 
2.“Portfolio” sistemi. “Portfolio” sistemi ibtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi 
kimi sayıla bilər. “Portfolio” hər şagirdin xüsusi dosyesidir ki, burada şagirdə aid olan və aşağıda adları 
çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır: 
- cari qiymətlər; 
- şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları və yaşlılarla münasibəti 
üzərində gündəlik müşahidələr; 
- meydana çıxan problemlərin təsviri və onların təhlili; 
- müəllimin bu şagirdə yanaşmaya düzəlişlərin edilməsi haqqında, onun təlimin fərdiləşdirilməsi 
istiqamətləri haqqında qeydləri və proqnozları; 
- valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin 
ailə şəraiti haqqında qeydləri; 
- psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi. 
Bununla şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra onun nəticələrinin müəyyən 
edilməsi, həm nailiyyətlərin, həm də problemlərin keyfiyyətcə təhlili aparılır. 
Bundan sonra şagirdin inkişafının fərdi proqramı tərtib olunur. 
3.Verbal (sözlə) qiymətləndirmə. Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm 
üsullarından biri sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Şagirdin ancaq 
bilik, bacarıq və vərdişlərinin deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin