Conference Paper · March 023 citations reads 163 authors


Key words: analysis of artistic text, types of analysis, strategic goal and task, general conclusions and  proposals



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə122/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   118   119   120   121   122   123   124   125   ...   357
Eskisehir-25.03.23

Key words:
analysis of artistic text, types of analysis, strategic goal and task, general conclusions and 
proposals. 
 
Aktuallıq. 
Bədii mətnin linqvistik və məzmun təhlili deyilən bir anlayış da var. Bəzən onun dəqiq 
şərhini verməyə cəhd olunmur. Bir çoxları isə məsələyə səthi yanaşır və nəzəriyyə meydana çıxarmağa cəhd 
etmirlər. Əslində bu iş, həqiqətən, asan hasilə gələn təfəkkür məhsulu deyil. Ancaq zəruridir. Güman edirik ki, 
dilçi həmkərlarım mənim fikrlərimə müdrikliklə yanaşacaq və məqaləni axıra qədər oxuyub qeydlər edəcək 
və təkliflər verəcəklər.
Əsas hissə : 
Bildiyimiz kimi, bədii mətnlərin üslubunun və növünün təsviri, nəqli, mühakimə şəklində 
qurulması fonunda onun əlvanlığı açıq aşkar nəzərə çarpır. Belə mətnlərdə xoş mənzərə, sevinc, yaxud qüssə 
- kədər, xoş ovqat yaradan sözlər haqqında danışanda görürük ki, bunlar rəssamın da düzgün palitralar 
seçməyinə əsas verir.
Misal üçün, M.Füzulinin
“Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm, 
Qoyun bir sayə düşsün qəbrimə ol sərvi qamətdən” -
qəzəli Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadəyə güclü təsir etmiş və o, “Məcnun Leylinin 
qəbri üstdə” rəsmini yaratmışdır. Bu mətni ekstern yolla təhlil etməyimizdə məqsəd odur ki, bu iş şairin 
dominant sözləri və eyhamları əsasında meydana gəlmişdir.
Qeyd edək ki, bədii mətnlər məhz elə ideya məzmununa görə qiymətləndirilir. Mətnin ideya məzmunu 
nədir? İdeya məzmunu mətndə ifadə olunan fikir və onun hansı formada çatdırılmasından ibarətdir. Bəs 
linqvistik təhlillə ideya məzmununun genetik əlaqəsi varmı ? Bu sualın cavabı əslində məlumda yenini üzə 
çıxarmaq kimidir. Keçirik əsaslandırmalarımıza :
1.
Mətn cümlələrdən, cümlələr sözlərdən, sözlər isə səslərdən yaranır. Mətndə ideya məzmunu 
aşkarlamaqda nəinki cümlənin, sözlərin hətta səslərin rolu vardır. Misal üçün, bu mətnə fikr versək, hər şey 
aydın ifadə edilmiş olar.
Əgər əcəl əlində əyilməsəydi qətdim,
Həmidənin zəhmətin çiynimdə mən çəkərdim. (Sabir, 2004: II c., s.91) 
Göründüyü kimi, bu mətni əmələ gətirən cümlələrdə, habelə cümlələri əmələ gətirən sözlərdə “

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin