Key words: analysis of artistic text, types of analysis, strategic goal and task, general conclusions and
proposals.
Aktuallıq. Bədii mətnin linqvistik və məzmun təhlili deyilən bir anlayış da var. Bəzən onun dəqiq
şərhini verməyə cəhd olunmur. Bir çoxları isə məsələyə səthi yanaşır və nəzəriyyə meydana çıxarmağa cəhd
etmirlər. Əslində bu iş, həqiqətən, asan hasilə gələn təfəkkür məhsulu deyil. Ancaq zəruridir. Güman edirik ki,
dilçi həmkərlarım mənim fikrlərimə müdrikliklə yanaşacaq və məqaləni axıra qədər oxuyub qeydlər edəcək
və təkliflər verəcəklər.
Əsas hissə : Bildiyimiz kimi, bədii mətnlərin üslubunun və növünün təsviri, nəqli, mühakimə şəklində
qurulması fonunda onun əlvanlığı açıq aşkar nəzərə çarpır. Belə mətnlərdə xoş mənzərə, sevinc, yaxud qüssə
- kədər, xoş ovqat yaradan sözlər haqqında danışanda görürük ki, bunlar rəssamın da düzgün palitralar
seçməyinə əsas verir.
Misal üçün, M.Füzulinin
“Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərvi qamətdən” -
qəzəli Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadəyə güclü təsir etmiş və o, “Məcnun Leylinin
qəbri üstdə” rəsmini yaratmışdır. Bu mətni ekstern yolla təhlil etməyimizdə məqsəd odur ki, bu iş şairin
dominant sözləri və eyhamları əsasında meydana gəlmişdir.
Qeyd edək ki, bədii mətnlər məhz elə ideya məzmununa görə qiymətləndirilir. Mətnin ideya məzmunu
nədir? İdeya məzmunu mətndə ifadə olunan fikir və onun hansı formada çatdırılmasından ibarətdir. Bəs
linqvistik təhlillə ideya məzmununun genetik əlaqəsi varmı ? Bu sualın cavabı əslində məlumda yenini üzə
çıxarmaq kimidir. Keçirik əsaslandırmalarımıza :
1.
Mətn cümlələrdən, cümlələr sözlərdən, sözlər isə səslərdən yaranır. Mətndə ideya məzmunu
aşkarlamaqda nəinki cümlənin, sözlərin hətta səslərin rolu vardır. Misal üçün, bu mətnə fikr versək, hər şey
aydın ifadə edilmiş olar.
Əgər əcəl əlində əyilməsəydi qətdim,
Həmidənin zəhmətin çiynimdə mən çəkərdim. (Sabir, 2004: II c., s.91)
Göründüyü kimi, bu mətni əmələ gətirən cümlələrdə, habelə cümlələri əmələ gətirən sözlərdə “