The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---95---
nəyisə deyir. Onu da başa düşən məxluqat var. Bəzən biz başa düşmürük. Əlbəttə, başa düşməyə çalışmalıyıq.
İndi də qayıdaq yenə nitq səslərinə. Deməli, söz mənalı səslər toplusudur. Əlavə sübut : nəinki söz- atomdur
və fonemlərə parçalanır, hətta səs də atomdur o da qammalara parçalanır. Elə buna görə də səslər sözləri də
əmələ gətirir, mətnlərin də əmələ gəlməsində və ifadəsində mühim rol oynayır. Mətnin fonetik təhlilindən
çıxarılan bir nəticə bizə görə belə olmalıdır.
Mətnin orfoepik və leksik, frazemik təhlili bizə onun məna-məzmun cəhətlərini dərk etməyə çoxlu
əsaslar verir. Daha aydın demiş olsaq, mətnin düzgün səsləndirilməsi, yəni oxunması və dinlənilməsi ilə
leksik- semantik mənaları və mənalar seli də ideya məzmunu anlatmış olur.
Mətnin yaranmasında da dominantlıq təşkil edən sözlərin rolu haqqında bunları demək olar. Belə ki,
söz leksemdirsə, bir başqa məna-məzmun ifadəçisidir ; frazemdirsə, başqa bir məna ifadəçisi olur. Bu tezisi
biz iki mətnin müqayisəsi əsasında şərh etmək istəyirik. Mətnlərin hər ikisi hökm-mühakimə üslubundadır,
belə ki, biri tərənnüm, biri satiradır. Fikir verək, Namiq Kamalın “Amalımız, əfkarımız iqbali - vətəndir” şeiri
ilə Mirzə Ələkbər Sabirin yazdığı “Amalımız əfkarımız ifnayi vətəndir” şeirini tutuşdururuq. (Bax: 2, s. 145)
Həmin şeirlərdən birincisinin tərənnüm olduğunu bildirən iqbali-vətəndir ifadəsi, satira olduğunu bildirən
ifnayi-vətəndir ifadəsidir. Biz burada hətta bir sözün əksi olan sözlə, yəni antonimi ilə təzad yaratdığını və
nəticədə ideya məzmunu əks qütblərdə qoyduğunu göstərmək üçün həmin mətnləri burada verməyi lazım
bilirik.
Namiq Kamalda :
Amalımız, əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qələ bizim xaki-bədəndir.
Osmanlılarız, zinətimiz qanlı kəfəndir,
Qovğadə şəhadətlə bütün kam alırız biz
Osmanlılarız, can veririz, nam alırız biz” ” (Sabir, 2004: I c., s.346)
Mirzə Ələkbər Sabirdə :
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə zinəti-təndir
Əfal yox, işimiz lafi-bədəndir,
Dünyada əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz” (Sabir, 2004: I c., s.90)
Gördüyümüz kimi, mətnlərin biri tərənnüm, digəri kinayə, acı gülüş mənasındadır. Namiq Kamal
tərənnümü seçməkdə haqlıdır, çünki şikayət etməyinə əsas yoxdur. Mirzə Ələkbər Sabir də kinayəli acı gülüş
doğuran sözlər seçməklə vətənə, millətə xalqa xidmət etməkdə haqlıdır. Buradan aydın olur ki, “söz mənadan
aslıdır, məna sözdən hər zaman” hikməti Füzuliyə bu məqamda da rəhmət qazandırır. Deməli, bu iki bəndə bir
də qayıdaraq demək istəyirik ki, şairlərin hərəsi bir cəbhədən və fərqli sözlərlə çıxış etmişlər. Sözlər isə
“meydanda komandandır” (Səməd Vurğun) və strategiyaları müəyyən edən məna yaradıcıları və ifadəçiləridir.
Elə buna görə də deyirlər ki, sözlərin linqvistik xassəsi ilə məzmun təhlili arasında uyğunluqlar olur. Biz də
bunu sübut etməyə çalışdıq ki, səs də söz də mətnin məzmununa öz linqvistik təsirini göstərir.
Dostları ilə paylaş: