Conference Paper · March 023 citations reads 163 authors


ə ”  səsinin işlənməsi  assonans



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə123/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   119   120   121   122   123   124   125   126   ...   357
Eskisehir-25.03.23

ə
” 
səsinin işlənməsi 
assonans
yaratmışdır.
Assonans da bədii kəlama daha bir incəlik və ya ifadəlilik qatmaq deməkdir. Mirzə Ələkbər Sabir bu 
formadan, yəni assonans yaratmağı bəlkə də, nəzərdə tutmamışdır. Lakin bu fikrin hansı məqsədlə deyildiyi 
tarixi araşdıranda yəqin etmək olur ki, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın xəstə Sabirin 
qulluğunda çox lütfkarlıqla, nəzakətl,ə ziyalı incəliyi ilə dayanmasına əvəz olaraq şeir də həmin incəliklə 
yoğrulmuş gözəl kəlamdan ibarətdir.
Buradan çıxan linqvistik nəticə odur ki, incə saitlər incə mətləblərin ifadəçisidir. Bu incə saitlərin 
mənasıdır. Halbuki alimlər yazırlar ki, guya, söz mənasız səslər toplusudur. Bizim müstəqim düşüncəmizə 
görə, səs mənalı hissəcikdir, səslər mənalı hissəciklərdir. Təkcə nitq səsləri yox, təbiətdə yaranan səslər də 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---95--- 
nəyisə deyir. Onu da başa düşən məxluqat var. Bəzən biz başa düşmürük. Əlbəttə, başa düşməyə çalışmalıyıq. 
İndi də qayıdaq yenə nitq səslərinə. Deməli, söz mənalı səslər toplusudur. Əlavə sübut : nəinki söz- atomdur 
və fonemlərə parçalanır, hətta səs də atomdur o da qammalara parçalanır. Elə buna görə də səslər sözləri də 
əmələ gətirir, mətnlərin də əmələ gəlməsində və ifadəsində mühim rol oynayır. Mətnin fonetik təhlilindən 
çıxarılan bir nəticə bizə görə belə olmalıdır.
Mətnin orfoepik və leksik, frazemik təhlili bizə onun məna-məzmun cəhətlərini dərk etməyə çoxlu 
əsaslar verir. Daha aydın demiş olsaq, mətnin düzgün səsləndirilməsi, yəni oxunması və dinlənilməsi ilə 
leksik- semantik mənaları və mənalar seli də ideya məzmunu anlatmış olur.
Mətnin yaranmasında da dominantlıq təşkil edən sözlərin rolu haqqında bunları demək olar. Belə ki, 
söz leksemdirsə, bir başqa məna-məzmun ifadəçisidir ; frazemdirsə, başqa bir məna ifadəçisi olur. Bu tezisi 
biz iki mətnin müqayisəsi əsasında şərh etmək istəyirik. Mətnlərin hər ikisi hökm-mühakimə üslubundadır, 
belə ki, biri tərənnüm, biri satiradır. Fikir verək, Namiq Kamalın “Amalımız, əfkarımız iqbali - vətəndir” şeiri 
ilə Mirzə Ələkbər Sabirin yazdığı “Amalımız əfkarımız ifnayi vətəndir” şeirini tutuşdururuq. (Bax: 2, s. 145) 
Həmin şeirlərdən birincisinin tərənnüm olduğunu bildirən iqbali-vətəndir ifadəsi, satira olduğunu bildirən 
ifnayi-vətəndir ifadəsidir. Biz burada hətta bir sözün əksi olan sözlə, yəni antonimi ilə təzad yaratdığını və 
nəticədə ideya məzmunu əks qütblərdə qoyduğunu göstərmək üçün həmin mətnləri burada verməyi lazım 
bilirik.
Namiq Kamalda :
Amalımız, əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qələ bizim xaki-bədəndir. 
Osmanlılarız, zinətimiz qanlı kəfəndir, 
Qovğadə şəhadətlə bütün kam alırız biz
Osmanlılarız, can veririz, nam alırız biz” ” (Sabir, 2004: I c., s.346) 
Mirzə Ələkbər Sabirdə : 
Amalımız, əfkarımız ifnayi-vətəndir, 
Kinü qərəzü hirs bizə zinəti-təndir 
Əfal yox, işimiz lafi-bədəndir,
Dünyada əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz” (Sabir, 2004: I c., s.90)
Gördüyümüz kimi, mətnlərin biri tərənnüm, digəri kinayə, acı gülüş mənasındadır. Namiq Kamal 
tərənnümü seçməkdə haqlıdır, çünki şikayət etməyinə əsas yoxdur. Mirzə Ələkbər Sabir də kinayəli acı gülüş 
doğuran sözlər seçməklə vətənə, millətə xalqa xidmət etməkdə haqlıdır. Buradan aydın olur ki, “söz mənadan 
aslıdır, məna sözdən hər zaman” hikməti Füzuliyə bu məqamda da rəhmət qazandırır. Deməli, bu iki bəndə bir 
də qayıdaraq demək istəyirik ki, şairlərin hərəsi bir cəbhədən və fərqli sözlərlə çıxış etmişlər. Sözlər isə 
“meydanda komandandır” (Səməd Vurğun) və strategiyaları müəyyən edən məna yaradıcıları və ifadəçiləridir. 
Elə buna görə də deyirlər ki, sözlərin linqvistik xassəsi ilə məzmun təhlili arasında uyğunluqlar olur. Biz də 
bunu sübut etməyə çalışdıq ki, səs də söz də mətnin məzmununa öz linqvistik təsirini göstərir.

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin