Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə14/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   10   11   12   13   14   15   16   17   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---12--- 
maddədə göstərir. (Əmin, 1929:10). Əmin Abidin ədəbiyyat tarixçiliyi konsepsiyasının əsasında çağdaş 
metodoloji dəyərləndirmə dururdu. Bir neçə dil bilməsi və Qərb mənbələri ilə tanışlığı onun ədəbiyyat 
tarixçiliyi təfəkkürünü formalaşdıran amillərdəndir.
Ədəbiyyat tarixinin yazılmasına da məhz bu prizmadan baxır, elmi-estetik meyarlarla yanaşırdı. Həm 
"Azərbaycan türklərinin ədəbiyyatı tarixi", həm də ayrı-ayrı məqalələrində yeni ədəbiyyat tarixçiliyinin 
konturlarını aydın görmək olar. Doğrudur, bəzən onun da ədəbiyyat tarixçiliyi yanaşmasında səhvlər olurdu, 
yaxud nəzəri, estetik yanaşması praktikada istədiyi kimi həll olunmurdu. Lakin bütün bunlara rəğmən, yeni 
ədəbiyyat tarixçiliyinin əsasını qoyanlardan biri kimi, onun ədəbiyyat tarixi və bu barədə nəzəri fikirləri 
Avropa üsullu ədəbiyyat tarixinə nisbətən uyğun gəlirdi.
"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" çoxcildliyi və ayrı-ayrı görkəmli nümayəndələrinin 
yaradıcılığı ilə bağlı portret oçerkləri bunu deməyə əsas verir. Əmin Abid İstanbul Darülfünunu bitirərkən 
məzuniyyət tezi olaraq yazdığı araşdırma işi o dövrdə yazılan ədəbiyyat tarixlərinə nisbətən mövcud sxema-
tizmdən kənara çıxır. Lakin onun ədəbiyyat tarixi zamanında çap olunmadığından bu sahədə etdiyi yeniliklər 
ədəbiyyatşünaslığımız tərəfindən qiymətləndirilməmiş qalmışdır. Əlyazması ərəb əlifbası ilə 400 səhifəyə 
yaxın olan “Azəri türklərinin ədəbiyyatı”nı "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabının sonuncu cildi 
hesab etmək olar.
Əmin Abid Firudin Köçərlidən sonra İsmayıl Hikmətlə eyni vaxtda Azərbaycan ədəbiyyatı tarixi və 
ədəbiyyat tarixçiliyini formalaşdıran görkəmli fikir adamlarından biridir. Onun bir neçə cildlik ədəbiyyat tarixi 
zamanında elmi dövriyyəyə daxil olmasa da, bu və ya digər şəkildə özündən sonra ədəbiyyat tarixçiliyi mə-
sələlərinə təsir etmək gücündə olmuşdur. Onun həm ədəbiyyat tarixi və ədəbiyyat tarixçiliyi ilə bağlı bir çox 
məqalələri mətbuatda və elmi jurnallarda dərc edilmişdir. Azərbaycanda 30-50-ci illərdə yazılan 
araşdırmalardan görünür ki, dövrün ədəbiyyatşünasları bu mənbələrdən xəbərdar olmuş, hətta yeri gəldikcə 
istifadə (istinadlar verilməsə də!) etmişlər. 1957-60-cı illərdə çap olunmuş üçcildlik "Azərbaycan ədəbiyyatı 
tarixi" kitabında isə tədqiqatçının bir neçə məqaləsi ədəbiyyat siyahısına daxil edilmişdir. Bütün bunlar onu 
göstərir ki, Əmin Abid repressiya olunsa da, onun ədəbiyyat tarixi və tarixçiliyi ilə bağlı konsepsiyası, fikirləri 
elmi dövriyyədə olmuşdur.
"Azəri ədəbiyyatı tarixi" adlı araşdırması 1926-cı ildə İstanbul Universitetində görkəmli alim Mehmed 
Fuad Köprülünün rəhbərliyi ilə müdafiə edilmişdir. Əmin Abidin bu əsəri özü tərəfindən "Azəri ədəbiyyatı 
tarixi" və "Azəri-türk ədəbiyyatı tarixi" adlandırılmışdır. Əsərin üz qabığında "Azəri ədəbiyyatı tarixi" kimi 
getmiş, ön sözdə isə "Azəri-türk ədəbiyyatı tarixi" şəklində yer almışdır (Əmin, 2016). 
Məlumdur ki, ədəbiyyatşünas çoxcildliyinin birinci cildini "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" 
adlandırmışdır (Əmin, 2016). Araşdırmalarında "Azəri ədəbiyyatı" və "Azərbaycan ədəbiyyatı" ifadələrindən 
istifadə etmişdir ki, bunu müxtəlif dövrlərdə başqa ədəbiyyatşünaslar da işlətmişdir.
Türkiyədə İstanbul Universitetində yazdığı araşdırma isə üz qabığında "Azəri ədəbiyyatı tarixi", titul 
vərəqində isə "Azəri-türk ədəbiyyatı tarixi" adlarından istifadə etməsi elmi rəhbəri Mehmed Fuad Köprülünün 
təsiri ilə də ola bilərdi. Çünki Mehmed Fuad Köprülü Azərbaycan ədəbiyyatı haqqında yazdığı araşdırmalarını 
əsasən "Azəri ədəbiyyatı" adı ilə nəşr etdirirdi (Köprülüzadə, 1926). 
Bakıya qayıtdıqdan sonra dərc etdirdiyi məqalələrində bu ifadələrdən paralel olaraq istifadə etmişdir. Bu da 
onu göstərir ki, ədəbiyyat tarixinin adı hələ tam olaraq onda yəqinləşməmişdir. Hələ də nəşrini gözləyən "Azəri-
türk ədəbiyyatı tarixi" bir çox cəhətdən əhəmiyyətlidir. Məlumdur ki, Əmin Abidə qədər olan ədəbiyyat tarixləri 
ədəbiyyatın ən qədim dövrlərindən başlayıb 19-cu yüzildə tamamlanırdı. Hətta dövrün ən mükəmməl ədəbiyyat 
tarixçilərindən biri İsmayıl Hikmətin ədəbiyyat tarixi 17-ci yüzildə bitir. Əmin Abidin bu əsəri isə özünün yaşadığı 
dövrü əhatə edir.
Dövrün ədəbiyyat tarixçiləri üçün qədim və orta yüzillər dövrünü qiymətləndirmək bir qədər asan olsa 
da, müasir ədəbi hadisələri araşdırmaq və dəyərləndirmək o qədər çətindir. Çünki Əmin Abidin bu əsərinin 
yazıldığı dövrdə ədəbi hadisələrə proletar baxışı, yaxud ideoloji meyarlar mühüm yer tuturdu. Həm də ədə-
biyyatda elə şəxsiyyətlər və hadisələr olmuşdur ki, onların yaradıcılığına birmənalı qiymət vermək həmin 
dövrdə o qədər də asan deyildi. 
Ümumiyyətlə, müasir ədəbi hadisələr və şəxsiyyətləri qiymətləndirmək həmişə çətin olmuşdur. Çünki 
əldə olan bədii materialların hələ bir-iki onilliyi aşmayan bir zaman məsafəsində dəyərləndirmək 
araşdırmaçıdan böyük istedad və uzaqgörənlik tələb edir. Bu işlə daha çox ədəbi tənqid məşğul olurdu, lakin 
ədəbi tənqidin vəzifəsi həmin ədəbi hadisəni, şəxsiyyəti ədəbiyyat tarixçiliyi kontekstində dəyərləndirmək 
deyildi. Bu üzdən əsas ağırlıq yenə də ədəbiyyat tarixçisinin üzərinə düşürdü.



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin