Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə159/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   155   156   157   158   159   160   161   162   ...   357
Eskisehir-25.03.23

Key words
: training, didactics, game, student, effective learning
Yan Amos Komenski “Böyük Didaktika” əsərində didaktikanın mahiyyətini aydınlaşdıraraq, 
pedaqoqlara onun hər şeyi hamıya öyrətməyin müxtəlif üsulları olduğunun geniş izahını vermişdir. Məhz 
bunun üçün də o, didaktikanı “Universal sənəd” adlandırmışdır. Qeyd edək ki, təlim pedaqoji prosesin əsas 
sütununu təşkil edir. Məhz təlim prosesi zamanı şagirdlərə ötürülən bilik, bacarıq və vərdişlər mənimsənilir və 
onlarda həyati bacarıqlar formalaşmağa başlayır. Müasir tədris metodlarına və məktəblərdə apardığımız 
müşahidələrə əsasən, hazırki təlim prosesi yalnız bilik və bacarıqların müəllimlər tərəfindən ötürülməsi və 
şagirdlər tərəfindən mənimsənilməsi ilə başa çatmır. Hazırda şagirdlər praktik işlər, vizual təqdimatlar, izahlı-
illüstrativ materiallar və didaktik, əyləncəli oyunlar vasitəsilə öyrənməni daha üstün tuturlar. Xüsusilə, xarici 
dil dərslərində şagirdlərdə maksimum öyrətmə prosesini həyata keçirmək məqsədilə əyləncəli oyunlar qurmaq 
tədris prosesini daha maraqlı və əlçatan edir. Bu oyunlar istər sinif otağında, istər xarici dil fənn kabinələrində, 
istərsə də məktəbyanı sahədə müəllimin rəhbərliyi ilə keçirilə bilər. Uşaqların hər dəfə fərqli məkanlarda 
oyunlar təşkil etməsi, onları sinifdaxili standartlardan kənarlaşaraq, azad və rahat mühitdə öyrənmələrini təmin 
edir. Xarici dil dərslərində istifadə oluna biləcək və şagirdlərin xüsusi marağını cəlb edəcək bəzi oyun növlərini 
nəzərdən keçirək:
Domino oyunu (Domino game) - əsasən kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş, onların göz 
yaddaşını və diqqət parametrlərini möhkəmləndirmək məqsədilə keçirilən bir oyun növüdür. İlk öncə 
şagirdlərdə öyrənmə prosesində zəiflik gördüyümüz məqamları aşkara çıxarırıq. Daha sonra, həmin 
məqamlara uyğun iki bölməli kartoçkalar hazırlayırıq. İki hissəyə bölünmüş kartoçkaların bir tərəfində ad, 
digər tərəfində isə şəkil verilir. Tutaq ki, şagird heyvanlar və onların adlarının öyrənilməsində çətinlik çəkir. 
Bu zaman qarışıq şəkildə hazırlanmış domino formalı kartoçkalar (bura heyvanlar, bitkilər, yemək növləri, 
səma cismləri və s. aid ola bilər) şagirdin önünə qoyulur və heyvan nümunələrini seçib, domino şəklində 
qurması tələb olunur. Bu zaman şagird həmin dominoları digərlərindən ayıraraq, stolun üstünə növbəli şəkildə 
düzməyə başlayır. Bu oyunun əsas məqsədi ondan ibarətdir ki, uşaq heyvan cisimlərini axtaran zaman onun 
qarşısına müxtəlif şəkilli və adlı digər kartoçkalar da çıxır. Həmin an ona lazım olan heyvan cisimləri olsa da, 
o həmçinin qarşısına çıxan digər ünsürləri də oxumuş olur. Beləliklə, oyunun tamamında müəllim istədiyinə 
nail olmaqla yanaşı, həmdə onun əlavə biliklərə yiyələnməsinə də şərait yaranır. Qeyd edək ki, bu oyun növü 
şagirdlərin zehni, psixoloji və göz yaddaşına olduqca müsbət təsir edir.
Əlifbalı söz oyunu (Alphabet word game) - Şagirdlərdə əqli hücum vasitəsilə onların zehni 
qabiliyyətini formalaşdıran və düşünməyə vadar edən ən əyləncəli oyun növlərindən biridir. Oyunun keçirilmə 
qaydasına əsasən, müəllim ingilis dili əlifbasının hərflərini lövhəyə yazır. Lövhənin digər kənarından isə 
şagirdlərin adlarını yazır. Şagirdlərə verilən tapşırığa əsasən, onlar əlifbanın bütün hərflərinə uyğun, həmin 
hərflə başlayan sözlər tapıb yazmalıdırlar. Şagirdlərdən hər hansı hərflə bağlı tapdığı söz sayı lövhədə onun 
adının qarşısında yazılır. İstənilən hərfə aid çox söz tapan şagird qalib hesab olunur. Oyunun əsas məqsədi 
şagirdləri düşünməyə vadar etmək və onların söz bazasını genişləndirməkdən ibarətdir.
Söhbət klubu (Conversation club) - Nisbətən böyük siniflər üçün nəzərdə tutulan bir oyun növüdür. 
Dəyirmi masa təşkil edərək şagirdlər 4-5 nəfərlik qruplara bölünürlər. Verilən tapşırıq isə hər hansı mövzu 
ətrafında fikir mübadiləsi yürütməkdir. Bu oyunda əsas məqsəd onların geniş cümlələr quraraq fikirlərini ifadə 
etmək bacarıqlarının inkişaf etdirilməsidir. Tutaq ki, verilən mövzu “internetdən istifadənin şagirdlər üçün 
faydalı istiqamətləri”dir. Həmin mövzu haqqında ətraflı, düşünülmüş, geniş izahlı cümlələr quran qrup qalib 
hesab olunur.
Toxun və hiss et (Touch and feel)– Şagirdlər tərəfindən olduqca maraqla qarşılanan bir oyun növü 
hesab edilir. Bu oyunda əsas əyləncəli məqam gözün bağlanmasıdır. Şagirdlərdən hansısa birinin gözü bağlanır 
və ona ətrafdakı əşyalara toxunmaqla adlarının çəkilməsi tələb olunur. Məsələn: desk, chair, book, pencil, bag, 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin