Conference Paper · March 023 citations reads 163 authors


AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRİLƏN KÜTLƏVİ QIRĞINLARIN “MOLLA



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə200/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   196   197   198   199   200   201   202   203   ...   357
Eskisehir-25.03.23

AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRİLƏN KÜTLƏVİ QIRĞINLARIN “MOLLA 
NƏSRƏDDİN” VƏ DİGƏR AZƏRBAYCANDİLLİ JURNALLARDA ƏKSİ 
 
Pənahova Şövkət Eyvaz qızı
Dissertant 
AMEA Tarix İnstitutu, Azərbaycan 
Orcid id: 0000-0002-8227-4122 
Abstract
: The rise of national consciousness and national self-awareness coincides with the years 1905-
1907, when the socio-political opinion of Azerbaijan was formed. Because in these years, magazines such as "Molla 
Nasreddin", "Fyuuzat", newspapers such as "Irshad", "Hayat", "Hummat", "Takamul", which played an exceptional 
role in the awakening and education of the Azerbaijani people, were published. The involvement of these press 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---153--- 
bodies in the research can be considered both a valuable and relevant topic, as it will play a beacon role in the way 
of studying many topics that need to be studied more objectively even today. These topics include the idea of 
creating an independent statehood, a constitutional free civil society and the struggle against colonialism, the 
struggle of the Azerbaijani people to get rid of national oppression and political freedom, and the mass genocides 
of Armenians against Azerbaijanis. 
Key words:
Azerbaijani people, Karabakh, Shusha, press, Molla Nasreddin, Muslim, Turk. 
1906-1907-ci illərdə çap olunan azərbaycandilli jurnallarda həm ermənilərin Azərbaycanın türk-müsəlman 
əhalisinə qarşı törətdiyi soyqırımları, həm də bu soyqırımlar nəticəsində qaçqın düşmüş azərbaycanlı əhalinin ağır 
vəziyyəti barədə silsilə məqalələr dərc edilmişdir. Hətta bu jurnalların səhiflərində imkanlı müsəlmanlara müraciət 
edilərək onları qaçqınlara, ata-anasını itirən kimsəsiz uşaqlara yardım göstərməyə dair çağırışlar öz əksini tapmışdır. 
Xüsusilə də “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının bu istiqamətdə səsi daha gur çıxırdı (Mustafayev, 2014: 
s.64-65).
1905-1906-cı illər soyqırımlarına dair Füyuzutla müqayisədə sözsüz ki, “Molla Nəsrəddin” jurnalı daha 
zəngin məxəz hesab edilə bilər. Bu jurnalda dərc olunan “Qoloşapova”, “Qoloşapovun geri çağırılması”, “Quli-
biyabanlar”, “Cəhənnəm məktubları”, “Şuşa”, “Şühəda”, “Zəngilan”, “Erməni-müsəlman davası” və sair yazılarda 
ermənilərin Qarabağda törətdikləri soyqırımlar, imperiyanın qanlı əlləri ilə aparılan işğalçılıq siyasəti pislənilmiş, 
öz həmvətənlərini məkrli düşmənin xəyanətindən xəbərdar edərək onları ayıq-sayıq olmağa səsləmişdir 
(Bayramova, 2014: s.14).
Ümumiyyətlə, çar Rusiyasında milli məsələ sağalmasına imkan verilməyən bir yara idi. İmperiyanın bu 
siyasəti xalqların mərkəzi hakimiyyətə qarşı birgə mübarizəsinin önləmək üçün onları bir-birindən təcrid etmək 
məqsədi daşıyırdı. Bu məqsədlə erməni və müsəlmanlar da istər açıq, istərsə də gizli şəkildə bir-birlərinə qarşı 
qoyulurdu. Daha çox da ermənilər bu işdə dəstək görürdülər. Bu siyasətin məntiqli nəticəsi kimi baş verən belə 
məşum hadisələrdən biri Arazın o tayında ermənilərlə müsəlmanlar arasındakı dava oldu. “Molla Nəsrəddin” 
jurnalının birinci sayında bir karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə düşmən olan müsəlmana və 
erməniyə silahı bir çar kazakı verir və bunun müqabilində onların hər ikisinin cibini boşaldır(Qaliboğlu,2019:s13)
Molla Nəsrəddin jurnalının da maraqlı və fərqli cəhəti də budur ki, jurnalın ayrı-ayrı nömrələrində erməni və 
azərbaycanlıların arasında milli ədavət, etimadsızlıq yaradan "şeytan"ı, çar mütləqiyyətini əsas tənqid hədəfinə 
çevirirdi.( Mirzə Cəlil) Yəni baş verənlərin arxasındakı əsas düşməni açıq şəkildə qeyd edirdi. Bu səbəbdən də 
jurnalın ilk nömrəsindəcə “Bilməli xəbərlər” rubrikasında belə bir sual qoyulur: 
“Bu nə sirrdir ki, erməni-müsəlman 
vuruşması düşən kimi hökümət əsgərləri elə şiddətli əzaba mübtəla olundular ki, təbiblər onların çölə çıxmağını 
rəva görmürdülər?” 
(Molla Nəsrəddin,1906, №1)
 
Belə ki, həmin məqalədə belə qeyd olunur: “
Məgər belə 
sədaqətin əvəzidir ki, indi sən eyləyirsən, ey vəfasız Qoloşapov? Yoxsa ondan ötrü eləyirsən ki, müsəlmanın 
həmiyyət və qeyrətindən xəbərdarsan? Yoxsa ondan ötrü eləyirsən ki, sənə qabaqca yəqin imiş ki, ... gəncəlinin 
bakılı ilə, bakılının iranlı ilə, irəvanlının şirvanlı ilə işi yoxdur? Yoxsa qabaqca sənə məlum imiş ki, sən Qarabağı 
topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi quracaqlar... Yoxsa bunları sən qabaqca bilirmişsən, 
ey vəfasız Qoloşapov?”
(Molla Nəsrəddin, №1: s130-131)

Bu məqam “Bir adam lazımdır” felyetonunda da ön 
plana çıxır. Həmin məqalədə müsəlmanlar arasında, o cümlədən Qarabağda birliyin olmaması məsələsi qeyd olunur 
və tənqid obyektinə çevrilir. Bu birliyin yoxluğu isə xalqı, dövləti uçuruma aparan qorxulu bir tendensiyadır. Yüz 
il öncə "Molla Nəsrəddin” də yer alan bu taleyüklü məsələ indi də aktuallığını qoruyub saxlayır. Felyetonda istehzalı 
və gizli eyhamlarla oxucuya üz tutan jurnal yazır: 
"Rusiyada və Yevropada nəşr olunan qəzetlər ha yazırlar ki, 
müsəlmanlar çalışırlar “ittihadi-müslimin” (müsəlmanlar birliyi) düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib 
bütün yer üzünə sahib olsunlar. Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa 
və Qarabağın bir para vaizlərin nişan verə; haman vaziləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir 
işləri yoxdur”
(Molla Nəsrəddin, №1: s246 ).
Jurnalda dərc olunmuş “Şühəda” məqaləsində isə ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdiyi 
soyqırımları, azərbaycanlıların başına gətirilən müsibətlər qələmə alınmışdır: 
“1905-ci ildə erməni-müsəlman 
davasında Xankəndi qəsəbəsində otuzdan artıq müsəlman məqtul olunmuşdular. Meyidləri də Malıbəyli kəndinin 
yanında dəfn olunubdur. Bir vaxt var idi ki, malıbəylilər oları “şühədadır” deyirdilər”. 
(Bayramova, 2018: s.14)
 
“Molla Nəsrəddin” jurnalı millət dərdinin, faciəsinin haradan və kimin tərəfindən qaynaqlandığını, qlobal xarakter 
aldığını dönə-dönə vurğulamışdır. "Molla Nəsrəddin” jurnalında Əbdürrəhim bəy Haqverdiyevin "Xortdan" imzası 
ilə 1907-ci ildən silsilə şəklində dərc etdirdiyi "Cəhənnəm məktubları"nda da Qarabağ mövzusuna geniş yer 
verilmişdir. Xüsusilə də jurnalın 1907-ci ildə çap olunan 4-cü sayındakı “Cəhənnəm məktubları”na (Molla 
Nəsrəddin, 1907: № 4, s.6) diqqət etdikdə çarizmin törətdiyi fitnə-fəsadların qurbanı olan Şuşa şəhərinin viranəyə, 
xarabalıqlara çevrilməsinin təsviri insanı dəhşətə gətirir və hadisələrin əsil səbəbkarı "şeytan”ın - rus imperiyasının 
ifşası obrazlı şəkildə, sətiraltı eyhamlarla oxuculara çatdırılır: Şuşanın o dövr fotoları erməni təbliğat maşını 
tərəfindən hətta Amerikada belə “müsəlmanlar bizi qırır” deyə təbliğ olunduğu halda müsəlmanlar tamam başqa 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin