Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə208/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   204   205   206   207   208   209   210   211   ...   357
Eskisehir-25.03.23

Keywords
: USA, South Korea, Free Trade Agreement, KORUS FTA, audiovisual services, “screen 
quota”. 
1994-cü ildə ABŞ-ın Kanada və Meksika ilə imzaladığı Şimali Amerika Azad Ticarət Sazişindən 
(NAFTA) sonra ən böyük saziş olan ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişi (KORUS FTA) təxminən on ilə 
yaxındır ki, ABŞ-Cənubi Koreya ticarət-iqtisadi əlaqələrinin mərkəzini təşkil edir. Saziş iki tərəf arasında 
istehsal olunan mallar, kənd təsərrüfatı məhsulları və xidmətlər üzrə tarif və qeyri-tarif maneələrini azaldıb və 
əksər hallarda aradan qaldırıb, investisiya, əqli mülkiyyət hüquqları (ƏMH) və digər məsələlər üzrə qayda və 
intizamları təmin edir, hər iki ölkəninin müəyyən işçi və ətraf mühit standartlarına riayət etməyini öhdəsinə 
götürür və mübahisələrin həlli mexanizmlərini təklif edir.
ABŞ və Koreya Respublikası arasında azad ticarət sazişi üzrə danışıqlar Cənubi Koreyanın dörd sahə- 
mal əti, avtomobillər, əczaçılıq məhsulları və xarici filmlərin nümayiş oluna biləcəyi ekran vaxtını 
məhdudlaşdıran “ekran kvotası” üzrə güzəştlərindən sonra başlamışdır.
2 fevral 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının Ticarət Nümayəndəsi (USTR) Robert Portman və 
Cənubi Koreyanın Ticarət Naziri Kim Hyun-Çonq iki ölkənin Koreya-ABŞ Azad Ticarət Sazişi (KORUS 
FTA) üzrə danışıqlar aparmaq niyyətlərini açıqlamış ( Manyin, Cooper, 2006: s. 2),
 
2007-ci ildə Corc Buş və 
Roh Muhyun administrasiyaları dövründə saziş imzalanmışdır. Onun ratifikasiyası isə iki ölkədəki idarəetmə 
dəyişikliyi, qlobal maliyyə böhranı və ABŞ istehsalı olan avtomobillər və mal əti ilə bağlı məhdudiyyətləri 
yumşaltmaq tələbləri ilə gecikdirildirilmiş, beləliklə, ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişi (KORUS FTA) 
2012-ci il martın 15-də qüvvəyə minmişdir. 
ABŞ-Cənubi Koreya Azad Ticarət Sazişinin spektri bir çox sahəni əhatə edir. Sazişdə əks olunan 
məsələrdən biri də audivizual xidmətlər və “ekran kvotası”dır. ABŞ-Cənubi Koreya FTA əksər yerli məzmun 
kvotalarını minimuma endirməklə və ya dondurmaqla və Koreya yayım və kino sənayesində xarici mülkiyyət 
məhdudiyyətlərini əsaslı şəkildə liberallaşdırmaqla ABŞ-ın audiovizual xidmət şirkətləri üzrə bazara çıxışını 
təmin edir.
ABŞ-ın Koreyadan audiovizual xidmətlərin transsərhəd idxalı, əsasən, ABŞ-da yerli televiziya 
proqramları və filmlərinin üstünlük təşkil etməsi ilə əlaqədardır. 2005-ci ildə ABŞ-ın Koreyadan kino və 
televiziya lentləri icarəsinin transsərhəd idxalı təxminən 4 milyon dollar, ABŞ-ın Koreyaya transsərhəd ixracı 
isə 65 milyon dollar təşkil etmişdir. 
ABŞ firmalarının FTA çərçivəsində Koreya Respublikasının audiovizual xidmətlər bazarına çıxışının 
yaxşılaşdırılması iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, 1966-cı ildən bəri Cənubi Koreya kinoteatrlara ildə ən azı 146 gün (və ya təqvim ilinin 
40%-i) yerli filmlərin nümayişinə vaxt ayırmağı tapşırmaqla öz yerli kino sənayesini qorumağa çalışır. Məsələ 
ABŞ və Cənubi Koreyanın 1990-cı illərin sonunda başlamış, lakin 1999-cu ildə dayandırılmış ikitərəfli 
investisiya müqaviləsi üzrə danışıqları yekunlaşdıra bilməmələrinin əsas səbəbi idi. Bəllidir ki, hər bir ölkənin 
kino sənayesi əhəmiyyətli siyasi nüfuza malikdir. Cənubi Koreyada 2002-ci il prezident seçkiləri zamanı Roh 
bir neçə tanınmış Cənubi Koreya aktyoru tərəfindən dəstəkləndi. Buna baxmayaraq, illərdir Roh 
administrasiyası kvotaları ləğv etməsə də, azaldacağını vəd etdi (
 
Manyin, Cooper, 2006: s. 22). ABŞ ticarət 
rəsmiləri üçün bu məsələ Roh hökumətinin FTA danışıqlarında da gələcək çətin siyasi güzəştlər etmək 
bacarığının və qabiliyyətinin simvolu oldu. 2006-cı il yanvarın 26-da mal əti qadağasının qismən ləğvindən 
bir gün sonra, Cənubi Koreyanın Baş naziri ekran kvotalarının yarıya endiriləcəyini, yəni ildə 73 günə qədər 
azalacağını bildirdi. Növbəti həftə iki ölkə FTA danışıqlarına başlamaq niyyətini açıqladı. Cənubi Koreya 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin