Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə228/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   224   225   226   227   228   229   230   231   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---175--- 
Lakin bu iradları tamaşanın bütün aktyorları haqqında demək olmaz. R.Veysəlovanın (Paolina), 
Ə.Yusifzadənin (Vilyams), R.Tağıyevanın (Qapıçı qadın), Ş.Şahbazovun (Naşir), M.Cəfərovun (Sərsəri) və 
başqalarının rolları xüsusi qeyd edilməlidir. Düzdür, onların oyununda da bu və ya digər nöqsan cəhət tapmaq 
mümkün idi. Lakin obrazın ümumi cizgiləri ifaçılar tərəfindən düzgün şərh edildiyindən, onlar “bitkin və 
mükəmməl” təsir bağışlayırlar (Cəfərov, 1958). 
Bakı şəhərinə qastrola gələn C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı N.Hikmətin “Kəllə” 
pyesini paytaxt tamaşaçılara təqdim etdi. Rejissor Tofiq Kazımov “Ədəbiyyat və incəsənət” qəzetində 
tamaşanın müsbət və mənfi cəhətlərin göstərirdi. Məqalənin sonunda isə yazırdı: “ “Kəllə” pyesi mürəkkəb bir 
teatr sənəti materialıdır. C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının yaradıcı kollektivi əsər üzərində 
apardığı işi davam etdirsə, gözəl və mükəmməl sənət əsəri meydana çıxarmağa şübhəsiz ki, nail ola bilər” 
(Kazımov, 1958). 
“Kəllə” pyesi tamaşaya qoyularkən əsərin müəllifi Nazim Hikmət Bakıda olub. N.Hikmət yazıçı Mehdi 
Hüseynlə birlikdə Gəncəyə gedib tamaşaya baxıb. Tamaşadan sonra rejissorun (K.Sultanov), rəssamın 
(S.Hacıyev) işindən və aktyor ifasından razı qaldığını bildirib.
Görkəmli türk jurnalisti, satiriki və dramaturqu Əziz Nesinini “Bura gəlin” pyesin C.Cabbarlı adına 
Kirovabad Dövlət Dram Teatrı 23 oktyabr 1965-ci ildə tamaşaya qoydu. 
Əsərin tərcüməsi və quruluşçu rejissoru Nəsir Sadıqzadədir. N.Sadıqzadə müəllif fikrinə dəstək olaraq 
insan həyatında özündən sonra iz qoymaq problemini önə çəkir. Rejissor işinin uğurlu cəhətlərindən biri əsərin 
hansı ölkədə baş verməsini göstərməməsidir. Belə ki, tamaşa boyu biz hadisələrin yer kürəsinin qarşısında baş 
verdiyini görürük. ”Pyesdəki hadisələrin hansı ölkədə baş verdiyi məlum deyil, personajların milliyyəti 
göstərilməmişdir; adları da şərtidir... Tamaşa boyu biz səhnənin arxasında işıqlandırılmış yer kürəsinin 
təsvirini görürük. Bu o deməkdir ki, tamaşada baş verən hadisələr dünyanın hər yerində ola bilər” (İsgəndərov, 
Salayev, Nəzərova, 1966). 
Rejissor N.Sadıqzadə eyni zamanda tamaşa da kapitalist aləminin çirkin problemlərinidə açaraq göstərir. 
Belə ki, kapitalist Effer böyük pulla usta Matehin bütün supilərini (musiqi aləti) alaraq təzə tikdirdiyi evin 
hasarını bəzəmək istəyirdi. Kapitalizmin sənətə qarşı münasibətinin dəhşəti məhz ondan ibarətdir ki, sənətkarın 
əsərin onun varlığından qoparıb adi bir əmtəəyə çevirir. Supi adlanan bu musiqi alətində Matehin istedadının, 
fikrinin, hissinin öz ifadəsini tapması Efferi maraqlandırmır.
Tamaşa boyu usta Mateh öz ailəsi ilə bir daxmada yaşayır, eyni zamanda onun emalatxanasında burada 
yerləşir. Usta öz ailəsi ilə birlikdə gecə-gündüz solfa düzəldirlər. Ancaq bu da Matehi razı salmır. Divardan 
asılan saatın əqrəbləri durmadan irəliləyir. Mateh qaçılması mümkün olmayan çağırışdan gizlənməyə çalışır. 
Buna görədə Mateh vaxtı daha çox olan bir şəhərə köçür. Bu şəhərin qəribə “qanunu” var. Sakinlər məqsədsiz 
yaşayırlar, ömürlərinin mənasını ancaq yeyib, içib yatmaqda görürlər. Buna görə də kimə “bura gəlin” deyə 
çağırsalar, o gedir və qayıtmır. “Ölümə gedən” birinci adam yeni şəhərin sakini Aşidir. Aşiyə “bura gəlin” 
dedikdə o, körpəsini ərinə verir və gülə-gülə pillələri qalxır.
“Ölümə gedən” ikinci adam Matehin arvadı Zanidir. Zani ərini və övladlarını sevir. “Bura gəlin”
xitabını eşidərkən o, Aşi kim sevinə-sevinə getmir, tərəddüd edir, ailəsindən, həyatından ayrılmaq istəmir, 
sonra isə çox məhzun-məhzun pillələri qalxır.
“Ölümə gedən” üçüncü adam Matehdi. Mateh getmək istəmir, çünki supi hazırlayır. Bu vaxt Effer 
gəlir, ustanı hədələyir ki, supiləri satsın. Usta rəd cavabı verdikdə Effer onu təhqir etməyə başlayır. Supini 
ustadan az sevməyən kiçik oğlu Musanın və köməkçisi Bornoqun etirazı eşidilir. Bunları eşidən Mateh sevinir, 
indi o, ölümə arxayın gedə bilər. Ölümə gedərkən deyir, “İndi mənim işimi siz davam eləyəcəksiz, usta Musa, 
usta Bornoq”. Usta gedsə də tamaşaçılar hiss edir ki, onun əməlləri, onun qayırdığı supilər həmişə 
yaşayacaqdır.
Cəfər Cəfərov Azərbaycan teatrı (1873-1973) adlı kitabında yazır: “İnsanın həyatı tərk etməyə yalnız o 
zaman haqqı olur ki, o, insanlıq üçün artıq nə isə xeyirli bir iş görmüş olur, dramaturqun demək istədiyi əsas 
fikir budur. Əbədiyyət haqqında tamaşa yaradarkən teatrda məhz bu fikrə güvənmişdir. Gənc rejissor 
N.Sadıqzadə pyesin simvolikasını adi məişət detallarının köməyi ilə açırdı” (Cəfərov, 1974: s. 285). 
“Adi güzəranla əbədi problemlər arasındakı təzaddan gah kədər, gah da həyacan ifadə edən bir şairanə 
bir atmosfera yaranırdı. 
...Adi gündəlik zəhmət yekrəng və yorucudur, lakin ilham və ehtiras məhsulu olan zəhmətdə həmişə 
şeriyyət işığı vardır” (Сафарова, 1966). 
N.Sadıqzadənin uğurlu səhnə yozumuna, tamaşanın bədii tərtibatını vermiş rəssam Konstantin 
Kulişovun işinidə qatmaq olar. K.Kulişin rejissor fikrinə şərik çıxaraq sadə tərtibatla qane olmuşdu. Səhnədə 
göy-yaşıl divar, mixəyi taxça qurulmuşdur. Səhnənin sol tərəfində göy rəngli divar milli ornamentlərlə 
haşiyələnmişdi.



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin