Key words: multiculturalism, ethnic, rutul, national minority, language, religion, custom
Azərbaycanın etnik xəzinəsinin ən qiymətli nümayəndələrindən biri də rutullardır. Rutulların inkişaf
tarixi əslində Qafqaz Albaniyası ilə sıx bağlıdır. Rutullar islam dininə sitayiş edirlər, əsasən sünni
təriqətlidirlər. Daxıştan xalqları işərisində islamı ən tez qəbul edən etniklərdəndirlər. Rutullar Azərbaycanda
və Dağıstanda yaşayan ən qədim etniklərdən sayılır. Əsasən Dağıstanın cənub hissəsində, Samur çayının
yuxarı vadisində məskunlaşmışlar. 2010-cu il siyahıyaalınmasına görə, Rusiyada 35.240 Rutuliyalı yaşayır.
[Bulatova, 1988]
Tarixi kökləri qədim Rutul kəndi sayıldığından onları rutullar adlandırırlar. Rutulların indiki
Azərbaycan ərazisindəki Şəki və Zaqatala torpaqlarına köçməsi təxminən XVII əsrin əvvəllərinə təsadüf edir.
Dağıstanın Rutul kəndindən köç etdiklərinə görə özlərini rutul, yaxud, rutullular adlandırırlar. Deyilənə görə
Dağıstanda hələ də 22 rutul kəndi qalmaqdadır. Etonimlərindəki bir çox detallar digər Dağıstan xalqları ilə çox
oxşardır. Ləzgilər onları midxadarlar, saxurlar isə mixadalilər adlandırır. Rutulların özləri isə özlərini müxrek,
xnov, şinaz, muxad kimi də adlandırırlar. Hal-hazırda rutullar Şəki rayonunun Göybulaq, Aydınbulaq, Baltalı,
Baş Göynük, Aşağı Göynük, Orta Zəyid, Küdürlü, Şorsu, İncə, Şin adlı kəndlərində məskunlaşmışlar.
[Bulatova, 1988]
Qafqaz Albaniyasının tayfalarının Alban Tayfa İttifaqında rutulların əcdadları da təmsil olunduğu
güman edilir. Q.Qeybullayevə görə bu etnoslar birliyinə daxil olan alban tayfalarının qədim mənbələrdə lbin,
silv, ciqb, hərr, qat leq kimi tayfalar müvafiq olaraq indiki avarların, saxurların, rutulların, ləzgilərin,
ingiloyların, udilərin ulu əcdadlarıdır. [Khashayev, 1961]
Qafqaz Albaniyasındakı ciqb tayfalarının rutulların əcdadları olduğu iddia edilir. Çünki, Qafqaz
Albaniyasına dair yazılı mənbələrdə rutulların bu gün özlərini adlandırdıqları
mıxad termininə yaxın
olan
muxxan və ya
mxans nəslinin adına da rast gəlmək olur.
XIX əsrdə Rusiya imperiyasının Qafqaza işğalçı yürüş edən zaman İlisu sultanlığına tabe olan rutul
icmaları da fəal mübarizə aparmışdı. Yalnız 1844-cü ildə İlisu sultanlığının işğalından sonra Rutul icması
süquta uğradı və rutul mahalı Rusiyanın Qafqaz bölgəsində apardığı inzibati-ərazi islahatları nəticəsində
yaradılan və Azərbaycanın Samur ətrafındakı tarixi ərazilərini də əhatə edən Samur dairəsinin Dağıstan
vilayətinin tərkibinə daxil edildi. [Khashayev, 1961]