Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə229/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   225   226   227   228   229   230   231   232   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---176--- 
“Bura gəlin” tamaşasının aktyor ifasına gəlincə tənqidin fikirlərinə əsaslanaraq deyə biləriki ki, onların 
da oyunu təqdirəlayiq olub. Usta Mateh obrazını Kərim Sultanov yaradır. O Matehin obrazını dərindən başa 
düşür, onun qəlbinin incəliklərindəki ülvü hissləri yaşayır. Onun hələ birinci səhnədə öz köməkçisindən 
soruşur: “kimin supisinin səsi daha gözəldir, mənim yoxsa Ayerin?” Matehin-Sultanovun səsində səmimi 
həyacan hiss edirik.
Usta Matehin həyat yoldaşı Zani obrazını Rəmziyyə Veysəlova canlandırır. Səhnəyə gəlişinin ilk 
anından hiss edirik ki, o əri ilə birlikdə həmişə yoxsul və ehtiyac içində yaşamışdır. O, ərini və uşaqlarını sevir. 
Zani obrazı R.Veysəlovanın ifasında canlı və təbiidir. O incə hərəkətləri, xoş rəftarı, məlahətli danışığı ilə sadə 
bir qadının sevinc və kədərini tamaşaçıya çatdıra bilir.
AMEA-nın müxbür üzvü, İnqilab Kərimov “Azərbaycan-Türkiyə teatr əlaqələri” adlı kitabında yazır: 
“Əlbəttə, Gəncə teatrının “Buraya gəlin” tamaşası nə insan ölümü haqqında, nə də insan ömrünün daimiliyi 
barədə tamaşa deyildi. O, insanları öz məqsədləri uğrunda mübarizəyə səsləyirdi” (Kərimov, 2000: s.135).
Tamaşada Azərbaycan xalq artistləri Kərim Sultanov (Meteh), Rəmziyyə Veysəlova (Zani), Solmaz 
Olenskaya (Aşi), artistlər Nisə Rzayeva (Cino), Məmməd Cəfərov (Bernak), Yusif Qaziyev (Şarey), Akif 
Quliyev və Faiq Qasımov (Misa), Məmməd Cəfərov və Əli Məmmədov (Bornoq), Məmməd Bürcəliyev və 
Zülfüqar Baratzadə (Efer), Abbas Məmmədov (Pinay) və başqaları öz obrazlarını müəllifin rejissor tərəfindən 
aşkarlanmış fəlsəfi fikrini tamaşaçıya düzgün təqdim etmişdir.
N.Sadıqzadənin quruluşunda göstərilən “Bura gəlin” tamaşası müasir Azərbaycan teatrının intellektual 
drama marağının artdığını bir daha sübut etdi. 
Jurnalist Mailə Muradxanlı türk yazarı Orxan Kamalın “Yad qızı” pomanı əsasında səhnələşdirdiyi eyni 
adlı faciə respublikamızın bir çox teatrlarında göstərildi. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram 
Teatrında (1982) Vaqif Şərifovun, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 
(1984) Vəli Babayevin, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı (1985) Əkbər Ziyadxanovun 
yozumunda göstərildi.
Yeri gəlmişkən qeyd etməliyik ki, Orxan Kamalın “Yad qızı” romanı əsasında Azərbaycanın xalq artisti 
Lütfi Məmmədbəyov Taryel Vəliyevlə birlikdə “Yad qızı” pyesini ekranlaşdıraraq televiziya tamaşasını da 
çəkiblər. Həmin televiziya tamaşası haqqında dövrü mətbuatda müsbət rəylər cap olundu.
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı Orxan Kamalın “Yad qızı” faciəsini 12 mart 1982-
ci ildə Vaqif Şərifovun quruluşunda səhnələşdirdi. V.Şərifovun yozumunda cəmiyyətdəki sosial problemlər 
araşdırılmışdır. Bu problemlər sosial ədalətsizliyə qarşı güclü etiraz motivləri əsasında açılırdı.
Rejissor tamaşaçıları başqa bir dünya ilə üzləşdirmiş, onlara insan taleyi haqqında acı hekayət nəql 
etmək istəmişdir. Nazanın başına gələn fəlakəti söyləyərkən pak, namuslu insanları məhv edən, onları bir-
birinə düşmən kəsən kapitalizm dünyasına lənət oxumuş, bəşəriyyəti yer üzündə gözəlliyi, insanlığı yüksək 
tutmağa çalışmışdır. Tənqid yazırdı ki, “Mailə Muradxanovanın səhnələşdirdiyi bu əsər Gəncə teatrının 
səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Quruluşçu rejissor Vaqif Şərifov, rəssam Çingiz 
Abdullayev və musiqi tərtibatçısı Cavanşir Quliyev burjua aləmində sosial ədalətsizliyə qarşı güclü etiraz 
motivləri ilə dolu olan maraqlı bir tamaşa yarada bilmişlər. Tamaşada yad qızı - Nazan rolunda gənc aktrisa 
Pərvanə Qurbanova böyük müvəffəqiyyətlə çıxış etmişdir” (Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram 
Teatrırının arxivi).
Tamaşada xalq artisti Rəmziyyə Veysəlova (Həcər xanım), əməkdar artistlərdən Alim Məmmədov 
(Nihat), Əli Allahverdiyev (Rza), aktyorlardan Əlican Əzizov (Məzhər), Pərvanə Qurbanova (Nazan), Elburus 
Zamanov (İkinci balıqçı) və s öz rollarının öhdəsindən bacarıqla gəlir, yüksək sənətkarlıq nümayiş etdirirdilər. 
“Yad qızı”nın ictimai baxış tamaşasından sonra onun müzakirəsi keçirilmiş və yüksək 
qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, O.Kamalın “Yad qızı” pomanı Gəncə teatrı səhnəsində maraqlı 
səhnə təcəssümü tapmışdır. “Yüksək zövqlə hazırlanmış yeni tamaşa keçən ilin axırlarında özünün 60 illik 
yubileyini bayram etmiş teatrın diqqətəlayiq yaradıcılıq nailiyyətlərindən biridir. Rejissor V.Şərifov 
aktyorlarla yaxşı işləmişdir ” (Kərimov, 2002: s. 137). 
Tamaşanın uğurlu alınmasında aktyorlarında böyük zəhməti olmuşdu. Zalım, qəddar, hiyləgər Həcər 
xanım obrazını xalq artistimiz Rəmziyyə Veysəlova ifa edirdi. Nazan rolunu isə gənc aktrisa Pərvanə 
Qurbanova oynayırdı. Səhnədə ilk böyük rolunu oynayan P.Qurbanova Rəmziyyə xanım kimi böyük 
sənətkarın ifasından təkan alaraq tamaşaçılara ülvi hisslər aşlayan obraz təqdim edirdi. “...Gənc aktrisa Pərvanə 
Qurbanovanın “Yad qızı” tamaşasındakı müvəffəqiyyəti təsadüfi deyildir. O, həqiqətən istedadlıdır. Teatrda 
əla yaradıcılıq mühiti hökm sürür. Bütün diqqət müasirlərimizin yüksək tələblərinə cavab verən samballı 
tamaşalar hazırlanmasına yönəldilmişdir” (“Kirovabad kommunisti” qəzeti, 1982). 
Gəncə Dövlət Dram Teatrında türk dramaturqları Nazim Hikmətin “Kəllə”, Əziz Nesinini “Bura gəlin” 
və Orxan Kamalın “Yad qızı” pyeslərinin tamaşaları teatrın repertuarını zənginləşdirməklə yanaşı, teatra yeni-



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin