Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə232/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   228   229   230   231   232   233   234   235   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---178--- 
Rutulların dili öz özünəməxsusluğu ilə seçilir. Mənşəyinə görə Qafqaz dilli xalqlara aiddir. Şimali 
Qafqaz ailəsinin Nax-Dağıstan qrupunun Rutul (və ya Muxad) dili hesab olunur. Müvafiq olaraq rutul dilinin 
şinaz, muxad, borç, xnov və mürək kimi dialektləri də mövcuddur. Əsasən leksik fərqlərə görə 4 qrupda 
birləşirlər. Bu günkü dialeklərə ərəb, fars, azərbaycan və rus mənşəli sözlər kəskin diffuziya etmişdir. Hal-
hazırda xüsusi olaraq hazırlanmış rutul əlifbası yoxdur. Lakin onların dili şifahi olaraq nəğmələri, şeirləri ilə 
nəsildən nəsilə ötürülür. 
Rutul dilinin ləhcələri hətta hər bir kəndin əhalisinin danışığında çox fərqlidir. Bu onların kəndlərinin 
bir-birlərindən təcrid olunmuş olmalarından irəli gəlir. Azərbaycanda yaşayan rutullar əsasən 
muxad 
dialektində danışırlar. Rutul ədəbi dili bu dialekt üzərində inkişaf etmişdir. Həmçinin, Azərbaycanda 
yaşayan rutulların ədəbi dilində ikidillilik müşahidə edilir ki, bu da onların həm Azərbaycan, həm də rutul 
sözlərindən istifadə etmələri ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, XX əsrin əvvəllərinədək rutullar yazıda 
əsasən ərəb əlifbasından istifadə edirdilər. Lakin ərəb əlifbasının rəsmi ləğvindən sonra yazı məsələlərində 
xeyli problemlər yaşadılar. [Khashayev, 1961, The social structure of Daghestan in the 19th century. Moscow] 
Əsas məşğuliyyətləri heyvandarlıq, yəni buynuzlu mal-qara və qoyun yetişdirilməsi və əkinçilikdir. 
Becərilən bitkilər isə əsasən yazlıq və payızlıq buğda, çovdar, arpa, darı, xırda. Tarixən rutullar köçəri həyat 
sürmüş, əsasən köçəri maldarlıqla məşğul olmuşlar. 
Xüsusən də,Şəki-Zaqatala bölgəsindəki rutullar əsasən maldarlıq, çox az qismi də əkinçiliklə məşğul 
olurlar. Təbiiki, bu, bölgəninn təbii coğrafi və iqtisadi şərati ilə bağlıdır.
Azərbaycan torpaqlarında da qışlaq yerlərinə gələrək məskunlaşmışlar. Deyilənə görə, onlar Axtıçay 
vadisində çayın daşması səbəbindən bir sıra kəndlərin dağılması baş vermiş ki, rutullar dabu səbəbdən doğma 
yurdlarını birdəfəlik tərk etməli olmuşlar. İlk əvvəl Şəkinin Şin və Qaynar kəndlərində məskən salaraq Şin 
kəndinin əsasını qoymuşlar. Şin rutullarının kökü Dağıstanın Şinas kəndindən gələnlər hesab olunur. Necə ki,
Dağıstanın Şinaz kəndində sənətkarlıq ilə məşğul olurdular, Şinə də bu adət-ənənələrini gətirmişlər. Ənənəvi 
məişət sənəti parçaçılıq, xalçaçılıq, keçə istehsalı, trikotaj yun ayaqqabılar, naxışlı corablar, dulusçusuz 
keramika, daş, mis, gümüş emalı ilə məşğul olmuşlar. Rutulların dəmiçilik, xüsusən də miskərliyə maraqları 
böyük olmuşdür. Qədim silahların hazərlanmasında bu kəndin sənətkarları çox mahir hesab edilirlər. Lakin 
daş oyma, ağac oyma sənətləri ilə məşğul olanlarda az olmamışdır. Rutullar dulusçuluqla da məşğul olmuş və 
bu peşələrini bu gün də qoruyub saxlamışlar. İlk əvvəl gili günün altında qurudar, sonra narın toz halına salıb 
xəlbirlərdən keçirərlər. Toz halına salınmış gili su qataraq ayaqla yoğurar, bir neçə gün nəm halda saxladıqdan 
sonra məişətdə iztifadə ütmək üçün qablar hazırlayardılar. Dulusçuluqda rutulların özəlliyi də onda idi ki, onlar 
qabları dulus çarxlarının köməyi ilə deyil, əllə düzəldərdilər və bişirilməsi üçün də isti kürələrdən deyil 
ocaqdan istifadə edərdilər. Dulusçuluq əsasən qadın rutulların sənəti idi. Maldarlıq rutulların əsas həyat tərzi 
olduğundan dəri emalının bir çox sahələrini özlərində inkişaf etdirməyə çalışmışlar. Digər etnoslarda olduğu 
kimi dəri və yun emalı ikə demək olar ki, hər bir rutul ailəsi məşğul olmuşdur. Qışda geyinilən dəri papaqlar, 
digər etnoslarda da rast gəlinən üst geyimi-kaval adlanan yapıncı və yəhər hazırlardılar. Rutulların sənətkarlıq 
orhamentlərini daş üzərindəki işlərində, ağacların üzərindəki oymalarında görmək mümkündür. Hələ Şəki xanı 
Məhəmmədhəsən xanın dövründə ilk 61 ailə bura köc edərək ilk yaylaq və qışlaq yerlərini 
müəyyənləşdirmişlər ki, daha sonralar onların hər biri yeni kəndlərin (Aydınbulaq, Göybulaq, Şorsu, Baş 
Küngüt) əsası sayılmışdır. (Akiner, Shirin, 1986).
Şin kəndinin rutulları özlərini çox zaman 
şinazlar
adlandırmışlar. Çox zaman rutullar özlərini yurd 
yerlərinin adları ilə şağırar, daha çox keçilməz dağlıq bölgələrdə məskunlaşdıqlarından bir-birlərindən təcrid 
olunmuş vəziyyətdə olardılar. Şin kəndi hal-hazırda Azərbaycanda rutulların yaşadığı ən böyük yaşayış 
məntəqəsi hesab olunur. Kəndin yaxınlığında yerləşən Salavat dağının ətəyində rutulların köç tarixində və 
iqtisadi-ticari əlaqələrində mühüm yer tutmuş xeyli sayda mağara və sığınacaqlara rast gəlinir. Şin kəndi tarixi 
abidələrlə, Azərbaycan və rutul dillərində olan toponimlərlə, rutulların qədim inanc yerləri ilə çox zəngindir. 
Kəndin ərazisində həm xristianlığa qədər, həm də erkən xristianlıq dövrünə aid qədim abidələr rutulların 
tarixinin birbaşa göstəricisidir. Rutullar da dağlıq ərazilərinin əhalisi kimi bulaqları müqəddəs sayırlar. Burada 
rutulların qədim məzarlıq, orta əsrlərə aid qüllə qalıqları, hətta su dəyirmanları belə qalmaqdadır. [Bennigsen, 
Alexandre, and S.Enders Wimbush, 1986] 
Qədim Çin kəndində qədim rutul nəsilləri hələdə qalmaqdadır. Məsələn ruxubər, qudeyar, zamanlar, 
kulleler, çuğayər, osmanoğulları, xeyrətoğulları, davudoğulları, afrizanər, miçoğulları və s. Bu nəsillər 
tuxumlar adlanır. 
Tuxum 
– rutul nəsilləri deməkdir. İlk dəfə Şəki-Zaqatala bölgəsində iki böyük sülalənin qah 
qohumluğu sayəsində yaranan birlikdir. Əvvəllər hər bir toxumun 
dindəxana, 
yaxud
 kim
adlanan şənlik , ocaq 
yerləri vardı ki, tuxumun nümayəndələri öz xeyir və şər məclislərini, ağsaqqlarının iclaslarını ora toplarlardı. 
Həmçinin tuxumun cavanlarının da toplaşdığı ictimai məkanlar dindəxanalar hesab olunurdu. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin