The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---179---
«Dingah» sözünün kökü də türkcə «dincəlmək» sözündən götürülüb, ümumən «istiraht yeri» anlamını
verir. Elə rutul toyları da mütləq idi ki,
kim adlanan belə meydanlarda keçirilməliydi. Şin kəndində hələ də
ağsaqqalların toplaşdığı, məsləhətləşdiyi, xalq bayramlarının və xeyir-şər məclislərinin keçirildiyi
kim yerləri qalmaqdadır
Rutul ənənələri bir sıra qədim inanclar və mərasim ayinləri ilə zəngindir. Bir çox ayin və adətlər bu
gün saxlanılmaqdadır. [Lavrov, 1962]
Rutullar ənənəyə görə bədnəzərdən qorunmaq üçün yeni tikilən evin bunövrəsinə qurd və ya ayı dişi,
bəzən də gümüş pul qoyarlarmış. Bir başqalarıevin ruzisi bol olsun deyə bünövrə daşına halva bişirib
sürtərlərmiş. Rutul kəndlərində evlərin girişində həz bəznəzərdən qorunmaq, həm də bolluq rəmzi kimi keçi
buynuzu asarlarmış. Məsələn, Şəkinin Şin kəndində
Qaflan piri adlanan ziyarətgahında da belə buynuza çox
rast gəlinir. Rutul inanclarında od müqəddəs hesab olunur. Rutul inanclarında
Qınış adlı varlığa sitayiş olunur
ki, bu Günəş kultunun izi kimi qəbul olunur. Əslində rutullarda olan inanclar Azərbaycandə tarixən
məskunlaşmış digər etniklərdə olan inanclarla çox oxşardır. Çox zaman Quran ayələrinin yazıldığı kağızları
üçkünc dəri və parçaların içərisinə qoyub üstlərində gəzdirərlər. Bununla da, sanki özlərini təbii fəlakətlərdən,
bədnəzərdən qorumuş olardılar. Bu adət qədim türklərdə olan pitikləri xatırladır. Pitiklər qədim türk
inanclarında da bu məqsədlə istifadə olunur. Pitik mənaca tü
rkcə «yazı» anlamını verən «bitik» sözündən götürülmüşdür. Mərkəzi Asiya türklər isə bunları «tumar» adlanan dua qablarında saxlayaraq
«
haykal» adlandırarlarmış. Hətta gəlin gətirərkən həmin haykalı atın alnına bağlayaraq onu bəd nəzərdən, pis
nəfsdən qorumağa çalışarlarmış. [Lavrov, 1962]
Ovçuluq rutulların qədim peşələri kimi adətlərində də özünü biruzə verir. Rutullar arasında qədim
ovçuluq adətlərinin izləri onların məişət ənənələrində bu gün də qalmaqdadır. Rurul gənclərinin oynadığı
«Ovçu oyunu» rəqsi bunun bariz nümunəsidir. Bu rəqsdə rutulların qədim oğçuluq adətlərinin detallarını
görmək mümkündür.
Yazın gəlişi ilə əlaqədar rutulların hər bir nəsli öz məhəlləsində toplaşar, baharın gəlişini müxtəlif
mərasim və ayinlər ilə qeyd edərlərmiş. Çox zaman rutullar bahar mərasimlərini qeyd etmək üçün açıq havada
toplaşar, müxtəlif rəngli parçalardan bağlanmış yelləncək qurarlar. Rutullar bu yelləncəkləri
şadvalid yaylıqları adlandırırlar. Yelləncəyə oturmuş rutul qızları «Pərizadə» mahnısını oxuyar, əylənərlərmiş. Bu
mərasimdə həm də qız bəyənmə ayini də aparılardı. Oğlanlar bəyəndikləri qızlara yaxın gələr, onlar ilə mahnı
vasitəsilə deyişərlər.
Yelləncək mərasimi təkcə gənclər üçün deyil, yaşlılar üçün də önəmlidir. Çünki, qədim rutul
inanclarına görə, yelləncəkdə əyləşənlərin günahları yel ilə gedər və insanlar yüngülləşərlər. Rutullar da bu
ərazilərdə yaşayan dişər etniklər kimi bahar mərasimlərinə xüsusi önəm verərlər. Mütləq xonça tutar, xonçaya
müxtəlif şirniyyatlar, meyvə və çərəzlər, boyanmış yumurta düzərək meydanlara gətirərlər. [Ramazanov,
Shikhsaidov, 1964]
Rutulların qədim toy adətləri də çox maraqlıdır və digər etniklərdən öz spesifikliyi ilə fərqlənir. Rutul
toyu “Davat” adlanır. Qonaqları toya dəvət edərkən əvvəllər qaşığınızla gəlin deyə çağırardılar. Rutullarda
qohumevliliyinə qəti olaraq yol verilmir. Rutul toylarının bir xüsusiyyəti də onun ən azı 3 gün olmasıdır. Ona
görə də rutullar gəlini birinci gün bəy evinə aparmır, toy mərasimi bitənə qədər oğlan evinin yaxın
qohumlarından birinin evində saxlarlar.
Rutul toylarında bəy və gəlinin dayıları mühüm rola malikdirlər. Xüsusən də, dayının toy
mərasimlərində mühüm rol alması adətinin izləri çox qədimlərə söykənir. Təxminən ta qədim nəsil-qəbilə
quruluşuna, qədim ana ailəsindən
(matriarxat) ata ailəsinə
(patriarxat) keçid dövrünədək gedib çıxır. Bu rutul
adətlərinin qədimliyinin əsas göstəricilərindəndir. Adətə görə, gəlini ya dayısı, ya da kı, qardaşı evin ətrafına
dolandırır, sonra ata mindirərək gəlin atının cilovunu özü cilovdara təhvil verir. Bu adətə Azərbaycanın digər
alban köklü tayfalarıda, o cümlədən, saxurlarda və udilərdə də rast gəlinir. Əslində bu bir daha Şahdağ
xalqlarının alban mənşəli vahid kökdən qaynaqlandığını təsdiq edir. Yaxud, eynən türk boylarında olduğu kimi
rutullarda da
beşikkərtmə adəti hələ də qalmaqdadır. [Ramazanov, Shikhsaidov, 1964]
Rutul toylarında indiki dövrümüzdə belə «Daş atma», «Gərdən vurma» yarışları keçirilir, «Turna-
turna», «Tataldüyün», «Şah oyunu» «Turai» kimi qədim oyunlar oynanılır.
Məsələn «Tataldüyün» oyunu gənclərin ən çox maraq göstərdiklərindəndir. Bu zaman gənclər iki
hissəyə ayrılır, ortada olan uzun bir ağacı öz tərəflərinə çəkməyə çalşardılar.
Rutul toylarında gəlin bəy evinə «Pərizadə», «Zarı-Zarı» kimi qədim mahnıların sədaları altında yola
salınar. Şin kəndində bu adət dəqiqliklə icra olunur. Adətə görə oğlan evinin adamları qız evinin qapısındakı
nişangahı vurmadan içəri keçməzlər. Yəni oğlan evinin adamlarından biri gəlini aparmağa gələndə uzun bir
ağacın başına keçirilmiş almanı güllə ilə vurar, qapını tutanlara
baxrı adlanan şirinliyi verərmiş. Əks halda
bəyin adamlarını içəri buraxarmazlar.