Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə233/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   229   230   231   232   233   234   235   236   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---179--- 
«Dingah» sözünün kökü də türkcə «dincəlmək» sözündən götürülüb, ümumən «istiraht yeri» anlamını 
verir. Elə rutul toyları da mütləq idi ki,
kim 
adlanan belə meydanlarda keçirilməliydi. Şin kəndində hələ də 
ağsaqqalların toplaşdığı, məsləhətləşdiyi, xalq bayramlarının və xeyir-şər məclislərinin keçirildiyi 
kim 
yerləri 
qalmaqdadır
Rutul ənənələri bir sıra qədim inanclar və mərasim ayinləri ilə zəngindir. Bir çox ayin və adətlər bu 
gün saxlanılmaqdadır. [Lavrov, 1962] 
Rutullar ənənəyə görə bədnəzərdən qorunmaq üçün yeni tikilən evin bunövrəsinə qurd və ya ayı dişi, 
bəzən də gümüş pul qoyarlarmış. Bir başqalarıevin ruzisi bol olsun deyə bünövrə daşına halva bişirib 
sürtərlərmiş. Rutul kəndlərində evlərin girişində həz bəznəzərdən qorunmaq, həm də bolluq rəmzi kimi keçi 
buynuzu asarlarmış. Məsələn, Şəkinin Şin kəndində 
Qaflan 
piri adlanan ziyarətgahında da belə buynuza çox 
rast gəlinir. Rutul inanclarında od müqəddəs hesab olunur. Rutul inanclarında 
Qınış 
adlı varlığa sitayiş olunur 
ki, bu Günəş kultunun izi kimi qəbul olunur. Əslində rutullarda olan inanclar Azərbaycandə tarixən 
məskunlaşmış digər etniklərdə olan inanclarla çox oxşardır. Çox zaman Quran ayələrinin yazıldığı kağızları 
üçkünc dəri və parçaların içərisinə qoyub üstlərində gəzdirərlər. Bununla da, sanki özlərini təbii fəlakətlərdən, 
bədnəzərdən qorumuş olardılar. Bu adət qədim türklərdə olan pitikləri xatırladır. Pitiklər qədim türk 
inanclarında da bu məqsədlə istifadə olunur. Pitik mənaca tü
rkcə «yazı» anlamını verən «bitik» sözündən 
götürülmüşdür.
Mərkəzi Asiya türklər isə bunları «tumar» adlanan dua qablarında saxlayaraq 
«
haykal» adlandırarlarmış.
Hətta gəlin gətirərkən həmin haykalı atın alnına bağlayaraq onu bəd nəzərdən, pis 
nəfsdən qorumağa çalışarlarmış. [Lavrov, 1962]
Ovçuluq rutulların qədim peşələri kimi adətlərində də özünü biruzə verir. Rutullar arasında qədim 
ovçuluq adətlərinin izləri onların məişət ənənələrində bu gün də qalmaqdadır. Rurul gənclərinin oynadığı 
«Ovçu oyunu» rəqsi bunun bariz nümunəsidir. Bu rəqsdə rutulların qədim oğçuluq adətlərinin detallarını 
görmək mümkündür. 
Yazın gəlişi ilə əlaqədar rutulların hər bir nəsli öz məhəlləsində toplaşar, baharın gəlişini müxtəlif 
mərasim və ayinlər ilə qeyd edərlərmiş. Çox zaman rutullar bahar mərasimlərini qeyd etmək üçün açıq havada 
toplaşar, müxtəlif rəngli parçalardan bağlanmış yelləncək qurarlar. Rutullar bu yelləncəkləri 
şadvalid 
yaylıqları 
adlandırırlar. Yelləncəyə oturmuş rutul qızları «Pərizadə» mahnısını oxuyar, əylənərlərmiş. Bu 
mərasimdə həm də qız bəyənmə ayini də aparılardı. Oğlanlar bəyəndikləri qızlara yaxın gələr, onlar ilə mahnı 
vasitəsilə deyişərlər. 
Yelləncək mərasimi təkcə gənclər üçün deyil, yaşlılar üçün də önəmlidir. Çünki, qədim rutul 
inanclarına görə, yelləncəkdə əyləşənlərin günahları yel ilə gedər və insanlar yüngülləşərlər. Rutullar da bu 
ərazilərdə yaşayan dişər etniklər kimi bahar mərasimlərinə xüsusi önəm verərlər. Mütləq xonça tutar, xonçaya 
müxtəlif şirniyyatlar, meyvə və çərəzlər, boyanmış yumurta düzərək meydanlara gətirərlər. [Ramazanov, 
Shikhsaidov, 1964] 
Rutulların qədim toy adətləri də çox maraqlıdır və digər etniklərdən öz spesifikliyi ilə fərqlənir. Rutul 
toyu “Davat” adlanır. Qonaqları toya dəvət edərkən əvvəllər qaşığınızla gəlin deyə çağırardılar. Rutullarda 
qohumevliliyinə qəti olaraq yol verilmir. Rutul toylarının bir xüsusiyyəti də onun ən azı 3 gün olmasıdır. Ona 
görə də rutullar gəlini birinci gün bəy evinə aparmır, toy mərasimi bitənə qədər oğlan evinin yaxın 
qohumlarından birinin evində saxlarlar. 
Rutul toylarında bəy və gəlinin dayıları mühüm rola malikdirlər. Xüsusən də, dayının toy 
mərasimlərində mühüm rol alması adətinin izləri çox qədimlərə söykənir. Təxminən ta qədim nəsil-qəbilə 
quruluşuna, qədim ana ailəsindən 
(matriarxat) 
ata ailəsinə 
(patriarxat) 
keçid dövrünədək gedib çıxır. Bu rutul 
adətlərinin qədimliyinin əsas göstəricilərindəndir. Adətə görə, gəlini ya dayısı, ya da kı, qardaşı evin ətrafına 
dolandırır, sonra ata mindirərək gəlin atının cilovunu özü cilovdara təhvil verir. Bu adətə Azərbaycanın digər 
alban köklü tayfalarıda, o cümlədən, saxurlarda və udilərdə də rast gəlinir. Əslində bu bir daha Şahdağ 
xalqlarının alban mənşəli vahid kökdən qaynaqlandığını təsdiq edir. Yaxud, eynən türk boylarında olduğu kimi 
rutullarda da 
beşikkərtmə 
adəti hələ də qalmaqdadır. [Ramazanov, Shikhsaidov, 1964] 
Rutul toylarında indiki dövrümüzdə belə «Daş atma», «Gərdən vurma» yarışları keçirilir, «Turna-
turna», «Tataldüyün», «Şah oyunu» «Turai» kimi qədim oyunlar oynanılır. 
Məsələn «Tataldüyün» oyunu gənclərin ən çox maraq göstərdiklərindəndir. Bu zaman gənclər iki 
hissəyə ayrılır, ortada olan uzun bir ağacı öz tərəflərinə çəkməyə çalşardılar. 
Rutul toylarında gəlin bəy evinə «Pərizadə», «Zarı-Zarı» kimi qədim mahnıların sədaları altında yola 
salınar. Şin kəndində bu adət dəqiqliklə icra olunur. Adətə görə oğlan evinin adamları qız evinin qapısındakı 
nişangahı vurmadan içəri keçməzlər. Yəni oğlan evinin adamlarından biri gəlini aparmağa gələndə uzun bir 
ağacın başına keçirilmiş almanı güllə ilə vurar, qapını tutanlara 
baxrı 
adlanan şirinliyi verərmiş. Əks halda 
bəyin adamlarını içəri buraxarmazlar. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin