Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə236/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   232   233   234   235   236   237   238   239   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---181--- 
təbiət və cəmiyyətin proses və hadisələrini səciyyələndirərək maddi və mənəvi əşyaları komplektləşdirir, 
qoruyur, tədqiqi ilə məşğul olaraq bərpa edir və bununla yanaşı, elmi və təlim-tərbiyə məqsədləri üçün istifadə 
edir. (Allahverdiyeva, 2010: s.16). Muzeylərin fondlarında toplanan tarixi və mədəni dəyərlər nə qədər 
zəngindirsə, cəmiyyətin ictimai inkişafı üçün maddi və mənəvi potensialı da o qədər yüksəkdir. Muzey 
fəaliyyətinin əsas istiqamətlərini fond işi və ekspozisiya təşkil edir. Fond muzeyə qorunmaq məqsədilə daxil 
olan əşyaların ümumi toplusudur. Bu əşyalar təsviri, yazılı, kino-foto materiallar, səs yazıları və müxtəlif 
ölçülü əşyalar ola bilər. Muzey əşyaları bütün əlamətləri ilə informativ səciyyə daşımalıdır. Onun məzmunu, 
atributiv xarakteristikası, emosionallığı informasiya potensialını təşkil etməlidir. Çünki bu nümunələr məişət 
şəraitində yaranmış və tarixi həqiqətləri, faktları, hadisə və prosesləri inikas etmək qabiliyyətinə malik olur. 
İnsanlar muzey əşyası vasitəsilə tarixi və mədəni bilikləri daha asan və dəqiqliklə qavrayır. Buna görə də 
muzey toplumu üçün hadisələri maksimal şəkildə tam, dəqiq və tipik əks etdirən mənbələr maraqlıdır. Predmet 
hadisə və prosesləri nə qədər çox əks etdirirsə, bir o qədər özünə bənzərlər sırasında cəlbedici olur. Hər bir 
muzeyin əsas missiyası bu tip nümunələrlə öz fondlarında komplektləşdirilmiş kolleksiyalarını 
zənginləşdirmək, öyrənmək, mühafizə etmək və elmi mahiyyətini açıqlamaqdan ibarətdir. Fondlar xüsusi 
saxlanc yerlərində yerləşdirilir və geniş, işıqlı, ventilyasiya və istilik sisteminə malik , muzey sərvətlərinin 
düzgün qorunmasını təmin edən yerləşkələrdən ibarət olmalıdır. (Allahverdiyeva, 2010: s.108). 
Muzey fəaliyyətinin digər istiqaməti olan ekspozisiya işində isə tarixi və mədəni sərvətlər işlənilmiş 
elmi konsepsiya və müasir bədii-memarlıq həll prinsipinə əsasən təşkil olunaraq nümayiş etdirilir. (Eyvazova, 
2009: s.9). Ekspozisiya xüsusi olaraq elmi, estetik və bədii prinsiplərdən qaynaqlanır. Ekspozisiya muzey ilə 
kütlə arasında əlaqə yaradan əsas kommunikativ vasitə olub, əhalinin müxtəlif təbəqələri ilə canlı ünsiyyət 
obyekti rolunu oynayır. Lakin ekspozisiya əşyaların nümayiş etdirilməsi olsa da, bir sıra spesifik xüsusiyyət-
lərə malikdir. Belə ki, ekspozisiyada muzey əşyası nümayiş olunur ki, seyrçi onun vasitəsilə özünə gərəkli 
hesab etdiyi informasiyanı əldə edə bilir. Həmçinin ekspozisiyada muzey əşyalarının əks etdirdiyi tarixi 
hadisələrlə tamaşaçı arasında hissi əlaqə yaranır və emosional təsir formalaşır. Buna görə də müasir dövrdə 
ekspozisiyaların daha dərin, məzmunlu, ideya və elmi cəhətdən zəngin və əsaslandırılmış, formaca daha 
cəlbedici və emosional qavranılacaq formada təşkil edilməsi zəruridir. Məsələn XVIII əsrin axırlarında 
ekspozisiyanın təşkilində dekorativlik prinsipi əsas rol oynayırdı. XIX əsrdən başlayaraq isə sənət prinsipi əsas 
rol oynamağa başladı və muzeylərdə Rembrandt, Rubens, Van-Deyk kimi məşhur sənətkarlara zal və guşələr 
ayrılmağa başladı. Tretyakov qalleriyasında isə monoqrafik, daha sonra isə reekspozisiya təşkil edilməyə 
başlanıldı. Ötən əsrin əvvəllərində isə ekspozisiya qurulmasında tarixi-xronoloji və illüstrativ prinsip aparıcı 
rol oynayırdı. (Eyvazova, 2009: s.13). Hazırda isə ekspozisiyalar muzeylərin təsnifat əlamətlərinə əsasən 
təşkili üstünlük təşkil edir. Muzey ekspozisiyası əvvəlcədən düşünülmüş elmi ideya və mövzu fikrinə uyğun 
yaradılmalı, bitkin və əhatəli tematik elmi tərkibə malik olmalıdır. İdeya məzmunun qabardılmasında struktur 
prinsipinin rolu güclüdür. Məsələn, son zamanlara qədər tarixi saray binalar nəzdində yaradılmış muzeylərdə 
simmetriya və assimetriyanın müəyyənləşməsi üzrə ekspozisiya təşkil olunurdu. Müasir dövrdə simmetrikliyə 
üstünlük verilsə də, kreativ qurulmuş ekspozisiyalarda əşyalar assimetrik yerləşdirilir. Muzeylərin sıx ziyarət 
edildiyi məkan olması üçün bu detallara diqqət yetirilməlidir. Çünki düzgün qurulmuş ekspozisiya ziyarətçi 
axınına zərurət yaradır. Muzeyə gələn ekskursantlar nə qədər çoxluq təşkil edərsə nümayiş edilən tarixi və 
mədəni dəyərlər o qədər də geniş tanıdılar. 
Azərbaycan dövlətinin mədəni siyasətində muzey fəaliyyətinə, onun inkişaf tendensiyasının 
dinamikliyinə diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Ali Qanununun 77-ci maddəsində qeyd olunur: 
“Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.” Muzeylər vasitəsilə nəzəri öyrəndiyimiz 
bilikləri əyani olaraq vizual şəkildə görüb öyrənirik. Tarixi, mədəni irsimizizin öyrənilməsində muzeylərin 
rolu əvəz edilməzdir. (Eyvazova, 2009: s.5). Buna əsasən günümüzdə muzey və muzeyşünaslıq sahəsində 
yeniliklər, nailiyyətlər əldə edilir və dövlət tərəfindən qayğı göstərilir. Ümumilli lider Heydər Əliyev 
çıxışlarının birində qeyd etmişdir: “Muzeylər mühim mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan 
nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir. Bu gün onun layiqli davamçısı Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsindəki kursunu davam etdirir və 
muzeylərimizə diqqət və qayğısını əsirgəmir. Prezidentin 6 mart 2007-ci il tarixli “Azərbaycanda muzey işinin 
yaxşılaşdırılması haqqında” sərəncamı nəticəsində ölkəmizin bir çox muzeylərində əsaslı yenidənqurma və 
təmir-bərpa işləri aparılımış, regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə 
olunmuşdur. Hazırda ölkəmizdə Azərbaycan xalqının maddi və mənəvi xəzinəsi hesab olunan fondlarında 
minlərlə muzey əşyası cəmlənmiş 300-dən artıq müxtəlif profilli muzey fəaliyyət göstərir ki, onların mühafizə 
edilməsi dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. (Allahverdiyeva, 2010: s.18). 
Bu muzeylərdən biri olan və Azərbaycan ədəbi irsinin tarixi yaddaşı rolunu daşıyan Nizami Gəncəvi 
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini xüsusilə qeyd etmək lazımdır. İlk baxışda XIX yüzilliyə məxsus 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin