The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---183---
Məhz keçrilən mərasimlərdə də bunlara toxunulmuş, nümunələr səsləndirilmişdir ki, gənc nəslin dinləyib
öyrənməsi, diqqətinin cəlb edilməsi üçün vacibdir. Bu gün milli özünüdərkə marağın artdığı, tarixi keçmişi
öyrənməyə üstünlük verildiyi bir dövrdə müsbət hal olardı ki, türk xalqları, dövlətləri eyni kökdən meydana
gəlmiş folklor yaradıcılığı və onun görkəmli nümayəndələri ilə bağlı birgə elmi konfranslar, xatirə və
yaradıcılıq axşamları muzeydə həyata keçirsinlər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində bu cür tədbirlərə cəlb edilərək qardaş xalqlar bir-birlərinin ədəbiyyatına daha dərindən
yiyələnəcəklər. Çünki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yalnız Azərbaycan
mədəniyyət xadimləri deyil, əcnəbi ədiblərə də həsr olunmuş elmi-sessiyalar, konfranslar, yaradıcılıq gecələri
təşkil edilir. Bu isə xalqlar, mədəniyyətlər arasında körpü yaranmasına, bir-birlərinin ədəbi irsinin
öyrənilməsinə, yeni beynəlxalq mədəni əməkdaşlıqlar, dostluqlar, layihələr üçün zəmin yaradır. İran şairləri
ilə görüş, Sergey Yesenin poeziya günü, Əmir Xosrov Dəhləvinin 750 illik yubileyinə həsr olunmuş konfrans,
avstriyalı yazıçı Ceyms Oldricin 85 illiyi münasibətilə keçrilən elmi-sessiya bu qəbildəndir.(Hüseynov, 2006:
s.149). Bu tip konfransalar, elmi-sessiyalar, ədəbi mərasimlərin türkdilli dövlətlərin ədiblərinin təşkili ilə birgə
ənənəvi keçrilməsi də məsləhətlidir, çünki xalqlar arasında yaranmış ədəbi və mədəni körpünü daha da
möhkəmləndirəcək.
Muzeydə olan tədbirlərin səs və video lentlərə yazılıb fondlarda saxlanılması isə gələcəkdə elmi-
tədqiqat işlərinin aparılmasında zəngin informasiya mənbəyi və bazası rolunu oynayır. Bu audio və video
yazılar eyni zamanda ədəbi irsimizin oğurlanmaqdan, təhrif olunmaqdan qorunması, müəlliflik hüququnun
qorunmasında əhəmiyyətli sübut, dəlildir. Ədəbi-mədəni irsimizə dərindən yiyələnib sahib çıxmaq
coğrafiyanın bizə verdiyi zərurətdən irəli gəlir.
Ədəbiyyat 1.
Allahverdiyeva, A.(2010). Muzey fondları. - Bakı: Mars Print- 208 s.
2.
Eyvazova, Y.(2009).Muzey ekspozisiyası. -Bakı: Mars Print- 228 s.
3.
Əmirxanov, S. (2002). Muzey pedoqogikası. Muzeyşünaslıq. -Bakı: Mars Print- 449 s.
4.
Hüseynov, R.(2006). Məclis: 3 cilddə. c – Bakı: Nurlan- 300 s
5.
URL-5. (2023). Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyinin tarixi. // https://nizamimuseum. az/index.php? mod=about
&lang=az