Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə237/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   233   234   235   236   237   238   239   240   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---182--- 
memarlıq üslubu ilə diqqəti cəlb etməsinə baxmayaraq muzey binası müasir dünya standartlarına uyğun 
formada təşkil olunmuşdur. Muzeydə Azərbaycanın zəngin ədəbi irsini əks etdirən minlərlə maddi-mədəniyyət 
nümunələri, rəsm əsərləri, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, yazıçıların 
xatirə əşyaları, sənədli fotoşəkillər, heykəltaraşlıq nümunələri mühafizə və nümayiş etdirilir. Şəms Təbrizi, 
Zülfüqar Şirvani, Molla Qasım Şirvanin yaradıcılığını əks etdirən ekspozisiya, Şah İsmayıl Xətaiyə, Həsən 
bəy Zərdabiyə, Hüseyn Cavidə həsr olunmuş ayrıca zallar da ziyarətçilərin heyranlığına səbəb olur. Müasir 
Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiya zalı qiymətli sənədlər, şəxsi əşyalarla tamaşaçıların böyük 
marağına səbəb olur (Url-5). Burada həm də dünya xalqlarının görkəmli ədiblərinə məxsus dəyərli 
nümunələrlə tanış olmaq olar. Əcnəbi yazarların Azərbaycana gəlişi, onlarla keçrilən görüşlər, tədbirlər, xatirə 
hədiyyələri və əməkdaşlıqlar nəticəsində yaranan nümunələr ziyarətçilərdə xüsusilə maraq yaradır. Gənclər 
tədris prosesində öyrəndikləri məlumatları bu zallarda görə, yazarlara aid nümunələrlə təmasda ola bilərlər. 
Muzeyin elmi-kütləvi işlər şöbəsi vardır ki, məktəblər və universitetlərlə sıx əməkdaşlıq edir. Sevindirici haldır 
ki, ekspozisiya zallarında şagird və tələbələrə əyani vasitələrlə biliklər, dərslər tədris edilir. Bu dərslər yalnız 
azərbaycan deyil, rus, ingilis, fars dillərində də tətbiq edilir. Muzeyin direktoru Rafael Hüseynov “Muzey və 
məktəb” adlı elmi- praktiki seminarda qeyd etmişdir : “1939-cu ildə Nizami muzeyi yaranarkən muzeyin ilkin 
vəzifələrindən biri də məktəblərlə, şagirdlərlə əlaqələr yaratmaq və möhkəmləndirmək olmuşdur. Muzey 
məktəbin daha bir şəkli kimi əyani məktəb olub” (Hüseynov, 2006: s.184). Ölkələr iqtisadi cəhətdən güclənir 
və lazımdır ki, insanlar, gənclər də əqli cəhətdən düşüncə və intellektual baxımdan güclü olsunlar. Ona görə 
muzey və təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi zəruridir (Əmirxanov, 2002: s 227). Lakin 
xalqlar arasında ədəbi və mədəni dostluqların dərinləşməsi üçün yalnız yerli məktəblər, universitetlər, ayrı-
ayrı elmi institutlar da deyil xarici elm və təhsil müəssisələri də cəlb edilməsi müsbət hal ola bilər. Onların 
ədəbi irsimizin tarixi yaddaşı olan bu muzeyə maraq göstərib elmi-konfranslarda, seminarlarda və muzeyin 
həyata keçirdiyi tədbirlərdə iştirak etmələri xalqların bir-birlərinin ədəbi irsinin daha geniş şəkildə 
tanıdılmasına və bənzər, ortaq nümunələr üzərində yeni işlər görülməsinə gətirib çıxaracaq. Məsələn, türkdilli 
xalqların ortaq mədəni sərvəti olan “Orxon-Yenisey” abidələrindəki yazılar, “Kitabi Dədə Qorqud”, “Koroğlu” 
dastanları əsasında yeni layihələri birgə həyata keçirmək olar. Eyni kökdən gələn xalqların mədəniyyətin hər 
sahəsində olduğu kimi folklorunda da ortaq və bənzər əlamətlələr çoxdur. Bu xalq yaradıcılığı nümunələrinin 
birgə tədqiq olunub dəqiqləşdirilməsi, onların müəlliflik hüququnun qorunmasına, oğurlanma və təhrif 
olunmasının qarşısını almaqda da müsbət təsir edəcək. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 
Muzeyi bu folklor nümunələri, ədəbi sərvətlərlə bağlı tədbirlərə ev sahibliyi etməsi türk xalqlarını ədəbi 
münasibətlərinin dərinləşməsində böyük rol oynayacaq. Çünki muzey mühafizə edib sərgilədiyi nümunələrlə 
yanaşı fasiləsiz olaraq ədəbi əhəmiyyətli mərasimlər də təşkil edir. Muzeydə keçrilən yaradıcılıq, yubiley və 
anım mərasimlərində yazıçıların ailə üzvləri, ədəbiyyat və mədəni aləmdə olan dostları, görkəmli şəxsiyyətlər 
öz xatirələrini danışır. Gənclər informasiyanı canlı şahidlərin dilindən eşidərək öyrənir, onlara səs yazıları və 
video lentlər təqdim olunur. Hətta yüzillər əvvəl yaşamış böyük yazıçı və şairlərə aid tədbirlər də güclü təsirə 
malikdir. Məsələn, dahi şair İmadəddin Nəsiminin 635 illiyinə həsr olunmuş elmi-sessiyada mədəniyyət 
xadimlərinin çıxışları, şairin irsinin tanıdılması istiqamətində görülən işlərin mülahizələri, filmin çəkilməsi ilə 
bağlı xatirələrini bölüşməsi informasiya kimi əhəmiyyətlidir. Şairin yubiley mərasimində Mikayıl 
Abdullayevin yaratdığı Nəsimi portreti və filmdə Rasim Balayevin yaratdığı obrazın bir-birindən xəbərsiz 
bənzərliyi ilə bağlı fikirlərin səsləndirilməsi, onların birgə bu obraz üzərində müzakirələri, işləri ilə bağlı 
xatirələrini paylaşması tədbir iştirakçılarının yeni məlumatlar əldə etməsinə imkan yaradır. (Hüseynov, 2006: 
s.8). Tədbirdə qeyd edilən dəyərli məlumatlardan biri də Nəsiminin kiçik qardaşı Şahxəndanın da şair 
olmasıdır. Bu gün Şamaxıda “Şahəndan qəbirstanlığı” adlı tarixi məzarlıq da yerləşir. Şair Seyid Əzim Şirvani 
də “Divan” ında adını qeyd etmişdir. (Hüseynov, 2006: s.12). Digər tədbirlərdən biri kimi Azərbaycan aşıq 
sənətinin bəhrəsi, təcrübəsi olan Aşıq Şəmşir 110 illiyinə həsr olunmuş ədəbi-konfrans, Hüseyn Arifin 80 illiyi 
münasibətilə keçrilən xatirə axşamını misal göstərmək olar. Aşıq Şəmşirin adına arxiv sənədlərində 1927-1928 
-ci illərdə tədqiq edilmiş yazılarda rast gəlinsə də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
arxivlərində onunla bağlı sənədlər saxlanılır. (Hüseynov, 2006: s.93). Həmin sənədlərdəki informasiya geniş 
ictimaiyyətə bəlli olmasa da, konfransda müəyyən məlumatlar verildi, folklorşünasların həmin sənədləri 
araşdırıb tədqiq və təhlil etməsi ilə bağlı tövsiyyələr edildi, istiqamətlər göstərildi. Yubiley mərasimində aşıq 
sənətinin çağdaş dövrü sənətkarları, Aşıq Şəmşirin yaratdığı ənənəni yaşadan Aşıq Əmrah, Aşıq Hüseyn, Aşıq 
Kamandarın da adları qeyd edildi. Bu elmi-ədəbi konfransın həyata keçrilməsi nəticəsində Azərbaycan aşıq 
yaradıcılığı tarixinin keçdiyi inkişaf yolu, görkəmli nümayəndələri bir daha xatırlanaraq yada salındı. Eyni 
fikirləri biz Hüseyn Arifin xatirə axşamı haqqında da qeyd edə bilərik. Bu şəxslərin Azərbaycan sözünə, 
folkloruna göstərdiyi xidmətləri onların əsərlərini, kitablarını oxumaqla kifayətlənmək qeyri-mümkündür. 
Onlar təbiəti, insanı detalları, cizgiləri ilə sadə dildə sözlərdə əks etdirərək ana dilin zənginliyini göstərmişlər. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin