Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə238/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   234   235   236   237   238   239   240   241   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---183--- 
Məhz keçrilən mərasimlərdə də bunlara toxunulmuş, nümunələr səsləndirilmişdir ki, gənc nəslin dinləyib 
öyrənməsi, diqqətinin cəlb edilməsi üçün vacibdir. Bu gün milli özünüdərkə marağın artdığı, tarixi keçmişi 
öyrənməyə üstünlük verildiyi bir dövrdə müsbət hal olardı ki, türk xalqları, dövlətləri eyni kökdən meydana 
gəlmiş folklor yaradıcılığı və onun görkəmli nümayəndələri ilə bağlı birgə elmi konfranslar, xatirə və 
yaradıcılıq axşamları muzeydə həyata keçirsinlər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 
Muzeyində bu cür tədbirlərə cəlb edilərək qardaş xalqlar bir-birlərinin ədəbiyyatına daha dərindən 
yiyələnəcəklər. Çünki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yalnız Azərbaycan 
mədəniyyət xadimləri deyil, əcnəbi ədiblərə də həsr olunmuş elmi-sessiyalar, konfranslar, yaradıcılıq gecələri 
təşkil edilir. Bu isə xalqlar, mədəniyyətlər arasında körpü yaranmasına, bir-birlərinin ədəbi irsinin 
öyrənilməsinə, yeni beynəlxalq mədəni əməkdaşlıqlar, dostluqlar, layihələr üçün zəmin yaradır. İran şairləri 
ilə görüş, Sergey Yesenin poeziya günü, Əmir Xosrov Dəhləvinin 750 illik yubileyinə həsr olunmuş konfrans, 
avstriyalı yazıçı Ceyms Oldricin 85 illiyi münasibətilə keçrilən elmi-sessiya bu qəbildəndir.(Hüseynov, 2006: 
s.149). Bu tip konfransalar, elmi-sessiyalar, ədəbi mərasimlərin türkdilli dövlətlərin ədiblərinin təşkili ilə birgə 
ənənəvi keçrilməsi də məsləhətlidir, çünki xalqlar arasında yaranmış ədəbi və mədəni körpünü daha da 
möhkəmləndirəcək. 
Muzeydə olan tədbirlərin səs və video lentlərə yazılıb fondlarda saxlanılması isə gələcəkdə elmi-
tədqiqat işlərinin aparılmasında zəngin informasiya mənbəyi və bazası rolunu oynayır. Bu audio və video 
yazılar eyni zamanda ədəbi irsimizin oğurlanmaqdan, təhrif olunmaqdan qorunması, müəlliflik hüququnun 
qorunmasında əhəmiyyətli sübut, dəlildir. Ədəbi-mədəni irsimizə dərindən yiyələnib sahib çıxmaq 
coğrafiyanın bizə verdiyi zərurətdən irəli gəlir.
 
Ədəbiyyat 
1.
Allahverdiyeva, A.(2010). Muzey fondları. - Bakı: Mars Print- 208 s. 
2.
Eyvazova, Y.(2009).Muzey ekspozisiyası. -Bakı: Mars Print- 228 s. 
3.
Əmirxanov, S. (2002). Muzey pedoqogikası. Muzeyşünaslıq. -Bakı: Mars Print- 449 s. 
4.
Hüseynov, R.(2006). Məclis: 3 cilddə. c – Bakı: Nurlan- 300 s 
5.
URL-5. (2023). Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyinin tarixi. // https://nizamimuseum. az/index.php? mod=about 
&lang=az 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin