Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə246/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   242   243   244   245   246   247   248   249   ...   357
Eskisehir-25.03.23

a) b) 
Şəkil 2. 
Geotermal elektrik stansiyaları 
Buxarı birbaşa istifadə etməklə təxminən 150℃ və ya daha yüksək temperaturda turbini idarə etmək 
və elektrik enerjisi istehsal etmək üçün istifadə edilir (şəkil 2a). 
Flaş buxar stansiyaları - Bu sxem quyulardan yüksək təzyiqli isti suyun qaldırılması və aşağı təzyiqli 
çənlərə (seperatora) vurulması ilə işləyir. Təzyiq endirildikdə suyun bir hissəsi buxarlanır və turbini idarə 
etmək üçün mayedən ayrılır. Digər hallarda olduğu kimi, artıq soyudulmuş maye su və qatılaşdırılmış buxar 
su anbarına qaytarılır (şəkil 2b). 
İkili mərkəzi sistem – bunlar ən müasir texnologiyadır və 57℃ temperaturlu maye ilə işləyə bilər. 
Aşağı temperaturlu su, qaynama temperaturu sudan aşağı olan digər bir maye ilə istilikdəyişdirici vasitəsilə 
görüşdürülür. Bu sxemdə həmin maye su ilə təmasda olduqda, 57℃ və aşağı tempertaurlu maye belə bu 
istilikdə buxarlanır və turbinləri hərəkət etdirmək üçün istifadə edilə bilir (şəkil 3).


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---190--- 
Şəkil 3. 
İkili mərkəzi sistem 
Cənub bölgələsinin Lənkəran inzibati rayonunda fərdi yaşayış evinin istilik təchizatında istilik 
nasosundan istifadə olunmasının kompüter simulyasiyası modeli tətbiq edilmişdir. Bu model GeoTSOL 
kompüter proqramından istifadə olunmaqla tərtib olunmuşdur. Proqramın təyinatı istilik nasoslarının müxtəlif 
mənbələrdən istifadə etməklə layihələndirilməsidir. Kompüter proqramı vasitəsilə : 

İstilik nasosu üçün ilkin mənbə seçilir: geotermal zondlar, geotermal kollektorlar, hava və yeraltı sular; 

İstilik nasosunun işçi cismini seçir: duzlu su/su, su/su, hava/su; 

Bir il ərzində kompüter simulyasiyası ilə bütün istilik nasosu sistemi üçün mövsümi performans 
amillərini, enerji istifadəsini, itkilərini, iqtisadi göstəricilərini və s. hesablayır. 

Maliyyə təhlili edir: istilik nasosu sisteminin istilik qiyməti və müqayisəsi sisteminin istismar müddəti 
ərzində hesablanmasını həyatə keçirir. 
Bu sistemdə istilik mənbəyi kimi yeraltı termal sulardan istifadə edilmişdir. Fərdi yaşayış evinin isti 
su və istilik təchizatı üçün istilik nasosu sistemi və akkumlyasiya çənindən ibarət sistem şəkil 4-də 
göstərilmişdir. Kompüter proqramının köməyi ilə aşağıdakı sistemin həm texniki həm də iqtisadi 
göstəricilərini hesablamaq mümkündür(Babayeva S.Ş.(2022) İstilik təchizatı sistemində monovalent rejimdə 
işləyən istilik nasoslarının işinin tədqiqi. ENERGETİKANIN PROBLEMLƏRİ elmi texniki jurnal № 1, Bakı, 
25-31 səh.). 
Şəkil 4.
Fərdi yaşayış evinin isti su və istilik təchizatı üçün istilik nasosu sistemi 
Təqdim olunan sistemə əsasən istilik mənbəyi kimi yeraltı termal sular götürülmüşdür. Sistemdə aşağı 
temperaturlarda belə qaynayan işçi cisim kimi freondan istifadə olunmuşdur. Bu freon 4°C temperaturda belə 
qaynaya bilir və öz istiliyini istilik nasosu vasitəsilə ikinci işçi cismə ötürür. İkinci işçi cisim də öz növbəsində 
akkumlyasiya çənində dövr edərək fərdi evin isti su təhizatını təmin edir. Eyni zamanda ikinci işçi cisimdən 
həm də fərdi evin istilik təchizatında istifadə olunur. Aşağıdakı qrafikdə il ərzində aylar üzrə istilik nasosunun 
giriş və çıxışında işçi cismin temperaturu simulyasiya tərəfindən alınan nəticələrə əsasən göstərilmişdir (şəkil 
5). Qrafikdən göründüyü kimi yay aylarında yeraltı termal sulardan aldığımız temperatur daha yüksək olur. 
Buna səbəb termal suların ətrafında yerləşmiş süxurların və yeraltı təbəqənin qızmasıdır. 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin