The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---189---
Cənub bölgəsi əsasən, Lənkəran iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Lənkəran
iqtisadi rayonu, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə
etməklə, Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7 min kv.km əhatə edir.
Əhalinin ümumi sayı 770 min nəfər olmaqla ölkə əhalisinin 10 %-ni təşkil edir. Burada yerləşən əhalini
geotermal mənbələrdən istifadə edərək, istilik enerjisi ilə təmin etmək mümkündür.
Geotermal (geo - yer, termik - istilik deməkdir) isti su, buxar və yer qabığının müxtəlif dərinliklərində
yığılan istilik nəticəsində əmələ gələn kimyəvi mayedir. Geotermal enerji termal mənbələrdən və birbaşa
yaxudda dolayı yolla istehsal etdikləri enerjidən istifadəni əhatə edir. Geotermal enerji bərpa olunan, yenilənə
bilən, davamlı, tükənməz, nisbətən ucuz, etibarlı, ekoloji cəhətdən təmiz, yaşıl ilkin enerji mənbəyidir. Su
olmadan isti quru qayalar da geotermal enerji mənbəyi hesab oluna bilər.Yağış, qar, dəniz sularının torpaq
altında məsaməli və çatlamış qaya kütlələrini qidalandırmaqla yaratdığı geotermal ehtiyatlar yeraltı şərtlərinin
davam etdiyi müddətdə bərpa olunan və yenilənmə xüsusiyyətlərini qoruyur. Qısa müddətli atmosfer
şəraitindən təsirlənmirlər. Yerin dərinliyinə getdikcə hər 33 metrdən bir temperatur orta hesabla 1℃ artır.
“Yeraltı” enerjinin istifadəsi asan deyil, amma bir sıra hallarda rentabelli ola bilər. Məsələn, Mutnovski
geotermal yatağında Mutnovski vulkanının yaxınlığında Kamçatkanın cənubunda güclü termal sahə yerləşir
ki, onun sahəsi 600 km
2
təşkil edir. Orada atmosferə atılan buxarın temperaturu 270℃-ə çatır. Əgər quyuya
dərinliyə su vurularsa, yüksək temperaturun təsiri ilə qaynar buxara çevrilər, təzyiq isə onlarca atmosfer ola
bilər. Onun sonrakı istifadəsi prinsipcə, buxarın istilik elektrik stansiyalarında istifadəsindən fərqlənmir: buxar
elektrogeneratorun turbinini fırladır, o da cərəyan verir. Amma əgər quyudan buxar ilə birlikdə aqressiv qazlar
da çıxarsa, o halda birbaşa olmayan istilik dəyişmə sxemi istifadə olunur. Yəni buxar aqreessiv qazlardan
təmizlənərək, təmiz buxar əldə olunur. Geotermal stansiyalar artıq bir neçə on ildir ki, bir sıra ölkələrdə işləyir.
Birinci növbədə 2003-cü ildə işə salınmış Mutnovsk geotermal elektrik stansiyaları onlarla meqavat gücündə
enerji verir. Geotermal elektrik stansiyaları Kamçatkanın elektrik təlabatının üçdə birini təmin edir. Bu da
yarımadanın bahalı, kənardan gətirilən mazutun asılılığını xeyli zəiflətməyə imkan verir. Geotermal elektrik
stansiyaları bir sıra digər ölkələrdə də tikilib. Bu kifayət qədər perspektivli istiqamətdir: geotermal stansiyalar
– ekoloji təmiz enerji mənbəyidir, onun işi iqlim şəraitindən asılı deyil. Dünyanın ən böyük geotermal enerjisi
istehsalçıları ABŞ, Filippin və İndoneziya ölkələridir. Hal-hazırda bu enerjinin dünya üzrə potensialı 7% təşkil
edir (Geothermal energy utilization, technology and financing by Kriti Yaday, Anirbid Sircar, Apurwa Yaday
s.17). Dünyada bu qədər inkişaf etmiş enerji bizim ölkədə də özünə yer ala bilər. Quru buxar stansiyalar – bu
stansiyalar daha sadə və köhnə bir dizayna malikdir (şəkil 2).
Dostları ilə paylaş: