AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNİN GEOTERMAL SULARINDAN İSTİLİK ENERGETİKASINDA İSTİFADƏNİN TƏDQİQİ Babayeva Sevinc Şulan qızı Texnika elmlər namizədi, dosent
Orcid id: 0000-0002-9334-5483
Abbaslı İlkin Bünyad oğlu Magistrant
Orcid id: 0000-0002-2716-3585
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Abstract: In the article, the use of geothermal water, which is one of the alternative energy sources in
the southern region of Azerbaijan, in thermal energy is studied. For this, the experience of developed countries
was studied, and the scheme of the heat supply system was selected for the object under study. Unlike wind,
solar, and hydropower, which depend directly and indirectly on the sun's rays, geothermal energy is thermal
water that can emerge from underground as a result of radioactive decay and gravity. Bivalent-parallel mode
of geothermal power plant system is adopted and studied. The use of geothermal water in the heat energy of
the southern region was investigated and a number of analyzes were carried out. The temperature of thermal
water was checked in several districts of the southern region. The temperature of geothermal waters in these
regions has shown the factors that respond to the construction of geothermal power plants.
Key words: geothermal energy, thermal water, geothermal water, heat energy, geothermal power
plant, steam
Giriş Azərbaycan Respublikasında termal suların temperaturu çox yüksək olmasa da, onlardan istifadə
perspektivli sayılır. Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30 – 110℃ arasında dəyişir (Muxtarov,
Nadirov, Mammadova, V.A.Mammadov, s.4). Ölkə üzrə ən perspektivli ərazilər Kür çökəkliyi, Qusar dağətəyi
zonası və Abşeron yarımadası hesab edilir (IRENA, 2019), Bərpaolunan Enerji Mənbələrindən istifadəyə
hazırlığın qiymətləndirilmə, s.11). Bu ərazilərdə müvafiq olaraq 480, 70, 65 MVt gücündə potensial qoyuluş
imkanları vardır. Ümumilikdə, ölkə üzrə termal suların potensialı 245.6 min m
3
/gün və ya 800 MVt həcmində
qiymətləndirilir.