288) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?
A) nitratlar və antiaqreqantlar
B) AÇF inhibitorları və spironolakton
C) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri
D) ürək qlikozidləri və sidikqovucular
E) periferik vazodilatatorlar ( prazorin, apressin )
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
289) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?
A) hipertrofik kardiomiopatiya
B) dilatasion və hipertrofik kardiomiopatiya
C) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası
D) dilatasion kardiomiopatiya
E) sağ mədəciyin aritmogen displaziyası
Ədəbiyyat: Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
290) Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?
A) restriktiv kardiomiopatiya
B) hipertrofik və dilatasion kardiomiopatiya
C) dilatasion kardiomiopatiya
D) miokardit zamanı
E) hipertrofik kardiomiopatiya
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
291) Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?
A) ürək nahiyəsində qısa müddətli yandırıcı ağrılar, boğulma tutmaları, qorxu hissi
B) əsəbilik, yuxunun pozulması, baş ağrıları
C) yorğunluq, təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində diskomfort
D) başgicəllənmə, tərləmə, quru öskürək
E) hərarətin kəskin yüksəlməsi, üşütmə, güclü tərləmə
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
292) Hipertrofik kardiomiopatiya nədir?
A) ÜİX zamanı ürək əzələsinin hipertrofiyası
B) revmatik mənşəli aortal stenozlu xəstələrdə sol mədəciyin hipertrofiyası
C) ürək əzələsinin hipertrofiyası nəticəsində sol mədəciyin diastolik funksiyasının pozulması
D) hipertoniya xəstəliyi zamanı sol mədəciyin hispertrofiyası
E) sol mədəciyin hipertrofiyası ilə (onun dilаtasiyası olmadan) xarakterizə olunan miokardın birincili xəstəliyi
Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
293) Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) döş qəfəsinin R-qrafiyası
B) sfiqmoqrafiya
C) elektrokardioqrafiya
D) fonokardioqrafiya
E) exokardioqrafiya
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
294) Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?
A) böyüyür
B) yalnız xəstəliyin terminal mərhələsində kiçilir
C) kiçilir
D) dəyişilmir
E) əhəmiyyətli şəkildə böyüyür
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
295) Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?
A) spironolakton
B) venadaxili 5% qlükoza
C) panangin
D) diqoksin
E) AÇF inhibitorları
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
296) Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?
A) Koksaki – B virusu
B) streptokok
C) poliomielit virusu
D) stafilokok
E) pnevmokok
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
297) Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?
A) su çiçəyi
B) qızılca
C) məxmərək
D) infeksion sarılıq
E) difteriya
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
298) Daxildən xaricə doğru ürəyin qişalarını göstərin?
A) epikard, endokard, miokard
B) miokard, endokard, epikard
C) endokard, epikard, miokard
D) miokard, epikard, endokard
E) endokard, miokard, epikard
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
299) Normada qulaqcıq miokardının qalınlığı nə qədərdir?
A) 1-2 mm
B) 5-6 mm
C) 4-5 mm
D) 3-4 mm
E) 2-3 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
300) Mədəciklərin diastolik dolmasının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) işlək əzələlərdə vena tonusunun artması zamanı
B) müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində
C) qulaqcıq yığılmalarının mədəciklərin işi ilə sinxron olmaması (səyrici aritmiya, qulaqcıqların titrəməsi) zamanı
D) psixoemosional gərginlik zamanı zamanı
E) skelet əzələlərinin «nasos« funksiyası artarkən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
301) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?
1. ürək vurğularının sayı
2. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)
3. mədəciklərin yüksək, müxtəlif etioloqiyalı dilatasiyası, Frank-Starlinq qanununa görə, miokardın maksimal imkanlı gərginliyinin zəifləməsi ilə nəticələnir
4. aorta və ağ ciyər arteriyasinda qan təzyiqinin həddi
5. dövr edən qanın həcmi və qanın yapışqanlığı
A) 2, 3, 5
B) 1, 3, 4
C) 3, 4, 5
D) 1, 2, 4
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
302) Mədəciklərin diastolik funksiyasını nə müəyyənləşdirmir?
A) mədəciklərin son diastolik təzyiqinin həddi və qulaqcıqlardakı orta təzyiq
B) qulaqcıqların effektiv yığılması
C) mədəciklərin aktiv diastolik boşalma sürəti (izovolümik boşalma fazasının davam müddətilə qiymətləndirilir)
D) mədəciklərin diastolik dolma strukturu (doppler- exokardioqrafik müayinələrin transmitral və ya transtrikuspidal qan axınının nəticələrinə əsasən qiymətləndirilir)
E) mədəciklərin bir dəqiqə ərzində qovduğu qanın miqdarı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
303) Miokardın qan təhcizatının aşağı düşməsinə və sol mədəciyin işemik zədələnməsinə, ürək əzələsində coxsaylı funksional və morfoloji pozğunluqların əmələ gəlməsinə gətirib çıxaran əhəmiyyətli fəsadlara nə aid deyil?
A) Kardiomiositlərin energetik təhcizatının zəifləməsi
B) Diffuz aterosklerotik və ocağlı infarkdan sonrakı kardioskleroz
C) Sol mədəciyin diastolik və sistolik disfunksiyası, həmçinin ritm və keçiricilik pozğunluqları
D) Miokardın müxtəlif şöbələrində postarteriolaların bərabər dilatasiyası
E) Hibernasiyalı (“yatmış”) və karlaşmış miokard
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
304) Mitral stenoz ən çox hansı xəstəliyin nəticəsidir?
A) revmatizm
B) revmatoid artrit
C) sistemli qurdeşənəyi
D) ateroskleroz
E) infeksion endokardit
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
305) Mitral qapağın üzvü çatışmazlığında requrqitasiya sindromu nədən ibarətdir?
A) zirvədə sistolik küy
B) I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu
C) I-ci tonun zəifləməsi
D) III-cü tonun mövcudluğu
E) zirvədə sistolik küy, I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
306) Aortal qapaq stenozunun inkişafına nə səbəb ola bilər?
A) revmatizm, ateroskleroz, qapağın anadangəlmə patologiyası
B) revmatizm
C) ateroskleroz
D) revmatizm, ateroskleroz
E) qapağın anadangəlmə patologiyası
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
307) Aortal qapaq çatışmazlığının əsas səbəbi nədir?
A) sifilis
B) döş qəfəsinin travması
C) revmatizm
D) ateroskleroz
E) infeksion endokardit
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
308) Mitral stenoz zamanı ilkin simptomlardan biri hansıdır?
A) səyrici aritmiya
B) təngnəfəslik
C) qaraciyər böyüməsi
D) periferik ödemlər
E) mədəciklərin ritm pozğunluqları
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
309) Mitral stenozu olan xəstələrdə ürəyin ritm pozğunluqlarının daha çox müşahidə olunan növü hansıdır?
A) səyrici aritmiya
B) əciklərin paroksizmal taxikardiyası
C) sol qulaqcıq ritmi
D) qulaqcıqların paroksizmal taxikardiyası
E) atrioventrikulyar dissosiasiya
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
310) Aortal qapaq çatmamazlığı olan xəstələrdə nə müşahidə olunur?
A) nəbz təzyiqinin azalması
B) sistolik qan təzyiqinin enməsi, diastolik təzyiqin artması
C) sistolik və diastolik qan təzyiqinin dəyişməməsi
D) sistolik qan təzyiqinin artması, diastolik təzyiqin enməsi
E) sistolik qan təzyiqinin dəyişməməsi və diastolik təzyiqin artması
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
311) Hansı ürək qüsuru üçün bud arteriyası üzərində “ikili” Dürozye küyünün eşidilməsi xarakterikdir?
A) aortal qapaq stenozu
B) mitral qapaq çatışmazlığı
C) aortal qapaq çatışmazlığı
D) ağciyər arteriyasının qapaq çatışmazlığı
E) ağciyər arteriyasının qapaq stenozu
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
312) Mitral stenoz zamanı aşağıdakı klinik simptomlardan hansı müşahidə edilmir?
A) qanhayxırma
B) döş sümüyünün arxasındakı ağrılar
C) səsin tutulması
D) sistolik arterial təzyiqin artması
E) öskürək
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
313) Mitral stenoz zamanı EKQ-də hansı dəyişikliklər müşahidə edilir?
A) sol mədəciyin hipertrofiyasının EKQ-əlamətləri
B) P-mitrale
C) sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri
D) P-mitrale, sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri
E) P-mitrale, sol mədəciyin hipertrofiyasının EKQ əlamətləri
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
314) Mitral qapaq taylarının prolapsı olan xəstələrdə ürək nahiyəsində olan diskomfort və aritmiyaları aradan götürmək üçün hansı dərman daha effektivdir?
A) kordaron
B) beta-adrenoblokator
C) kaptopril
D) kalsium antaqonisti
E) diqoksin
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
315) Klinik simptomlarla müşayiət olunan nəzərəçarpan aortal stenozun hansı müalicə üsulu proqnostik əhəmiyyətlidir?
A) cərrahi müalicə üsulu mütləq göstərişdir, konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür
B) konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür
C) ürək qlikozidlərinin tədbiqi
D) sidikqovucuların və damargenəldicilərin tədbiqi
E) cərrahi müalicə üsulu mütləq göstərişdir
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
316) Hansı xəstəliklər zamanı mədəciklərin hemodinamik yüklənməsi ürək boşluqlarının dolmasının (ön yüklənmə yüksəlməsi) artması hesabına ürək çatışmazlıgına səbəb olur?
1. üçtaylı qapaq çatışmazlığı
2. qanın soldan sağa atılması ilə müşayiət olunan ürəyin anadangəlmə qüsurları
3. ürəyin amiloidozu
4. fibroelastoz
5. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi
A) 2, 3
B) 3, 4
C) 1, 2
D) 1, 3
E) 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 61
317) Yarımkəskin infeksion endokarditdə informativ instrumental müayinə metodu hansıdır?
A) rentgenoloji müayinə
B) exokardioqrafiya
C) fonokardioqrafiya
D) radionuklid ventrikuloqrafiya
E) elektrokardioqrafiya
Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.
318) Stafilokokk etiologiyalı (S.aureus, S.epidermidis və başqaları) endokardit zamanı efektli müalicə üçün hansı antibiotiklər təyin olunur?
A) Amfoterisin B+ flukanazol
B) Seftriakson + gentamisin
C) Sefepim + gentamisin
D) Benzilpenisillin + gentamisin
E) Oksasillin + gentamisin
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,785
319) Penisillinə nisbi davamlı streptokokk mənşəli endokarditin müalicəsi zamanı hansı preparat təyin olunur?
A) Oksasillin + gentamisin
B) Seftriakson + gentamisin
C) Sefepim + gentamisin
D) Vankomisin + gentamisin
E) Amfoterisin B + flukanazol
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 785
320) Aşağıdakılardan hansı kəskin infeksion endokarditi daha tez-tez törədir?
A) enterokoklar
B) göy-yaşıl irin çöpləri
C) göbələklər
D) stafilokoklar
E) streptokoklar
Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.
321) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?
A) ağrıların 30 dəqiqədən çox davam etməsi
B) ağrıların döş sümüyünün arxasında lokalizasiyası
C) küt, sıxıcı ağrılar
D) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi
E) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
322) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?
A) I-ci tonun ikiləşməsi
B) plevro-perikardial küy
C) çapma ritmi
D) perikardın sürtünmə küyü
E) qalosistolik küy
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
323) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?
A) parenteral yolla
B) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması
C) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası
D) birbaşa perikard boşluğuna yeridilməsi
E) peroral qəbul
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
324) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?
A) Aspirin
B) Furosemid
C) Heparin
D) Prednizolon
E) Nifedipin
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч.Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр.150
325) Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?
A) nəfəs almada
B) arxası üstə uzandıqda
C) bədəni dairəvi hərəkət etdirdikdə
D) üzüqoylu uzandıqda
E) qabağa əyildikdə
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
326) Kəskin perikarditlərdə ağrı sindromunu azaltmaq üçün hansı dərman qrupları ilkin seçim sayılır?
A) narkotik analgetiklər
B) qeyri-steroid iltihabəleyhinə dərmanlar
C) nitratlar
D) qlükokortikosteroidlər
E) spazmolitiklər
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
327) Ağciyər ürəyi zamanı xəstədə ürək nahiyəsində şiddətli ağrılar olduqda, AT isə kəskin aşağı olduqda, hansı dərmandan istifadə etmək zəruridir?
A) omnopon
B) promedol
C) mezaton
D) baralgin
E) morfin
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний» 2006.
Ağ ciyər arteriyasının tromboemboliyası. Ağ ciyər hipertenziyasının müalicəsi
328) Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?
A) cərrahi müdaxilə
B) ağciyərlərin süni ventilyasiyası
C) trombolitiklər və antikoaqulyantların tətbiqi
D) qlükokortikosteriodlər
E) analgetiklərin tətbiqi
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI
329) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?
A) prostat vəzinin trombozu
B) aşağı ətraf venalarının trombozu
C) çanaq venalarının trombozu
D) sağ qulaqcıqda tromboz
E) yuxarı ətraf venalarının trombozu
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
330) Neyrosirkulyator distoniyada müalicə necə aparılır?
A) sakitləşdirici dərman maddələri ilə
B) psixoterapevtik üsullarla
C) qeyrimedikamentoz üsulları
D) fiziki məşqlərlə
E) bütün cavablar düzgündür
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко « Внутренние болезни» , 1989.
331) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?
A) ürəyə gələn venoz qanın həcminin azalması
B) venoz tonusun azalması
C) hipovolemiya
D) ümumi periferik damar müqavimətinin azalması
E) hipervolemiya
Ədəbiyyat: А.С.Сметнев, А.А. Гроссу, Н.М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001.
332) Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?
A) aortal stenozu olan
B) mitral çatışmazlığı olan
C) aortal çatışmazlığı olan
D) mitral stenozu və mitral çatışmazlığı olan
E) mitral stenozu olan
Ədəbiyyat: Н.М. Шевченко « Кардиология» , 2006.
333) Hansı antianginal prepara ortostatik hipotoniyaya səbəb ola bilər?
A) nitrosorbid
B) anaprilin
C) verapamil (finoptin)
D) nifedipin
E) kaptopril
Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.
334) Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?
A) plazmaəvəzedici məhlullar
B) mezaton
C) ürək qlikozidləri
D) kalsium xlorid (və ya kalsium qlükonat)
E) efedrin
Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.
335) Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?
A) ağızda quruluq
B) ortostatik hipotoniya
C) fotofobiya
D) bradikardiya
E) quru öskürək
Ədəbiyyat: Ю. Белоусов, В.С. Моисеев, В.К. Лепахин « Клиническая фармакология и фармакотерапия. Руководство для врачей », 2000.
336) Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?
A) bütün cavablar düzdür
B) vena daxilinə noradrenalinin yeridilməsi
C) vena daxilinə mayenin (reopoliqlükin, 5%-li qlükoza məhlulu) köçürülməsi
D) vena daxilinə atropinin yeridilməsi
E) ürək qlikozidlərinin vena daxilinə yeridilməsi
Ədəbiyyat: В.А. Михайлов « Руководство для врачей скорой помощи», 1989.
337) Arterial təzyiq düşərkən (qanaxma zamanı), baroreseptorların impulsasiyası azaldığı zaman sinir siteminin hansı təsiri üstünlük təşkil edir?
A) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir
B) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür
C) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür
D) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm və damar tonusu yüksəlir
E) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
338) Kəskin sol mədəсik çatışmazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?
A) mannitol
B) hiqroton
C) diakarb
D) veroşpiron
E) furosemid
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
339) Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?
A) morfin
B) laziks
C) eufillin
D) heparin
E) dobutamin
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
340) Ağciyər ödemi zamanı dərman preparatının yeridilməsi ardıcıllığından hansı düzgündür?
A) morfin, laziks, nitratlar
B) laziks, pentamin, panangin
C) nitratlar, eufillin, enalapril
D) eufillin, strofantin, laziks
E) morfın, arfonad, strofantin
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
341) Ağ ciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat məsləhət görülmür?
A) Furosemid
B) Nitroqliserin
C) Enalaprilat
D) Labetolol
E) Natrium nitroprussid
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 665
342) Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?
A) adrenalin
B) strofantin
C) kordiamin
D) atropin
E) dopamin + natrium nitroprussid
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
Dostları ilə paylaş: |