cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Aterogenezdə hansı tip hiperlipidemiyalar daha çox əhəmiyyətlidir?



Yüklə 1,07 Mb.
səhifə13/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

599) Aterogenezdə hansı tip hiperlipidemiyalar daha çox əhəmiyyətlidir?
A) I, III, V

B) II, III, IV

C) II, III, V

D) I, II, IV

E) I, IV, V
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
600) 40 - 60 yaşlı kişilərdə aterosklerozun kliniki və digər təzahürləri olmadıqda, xolesterinin aterogenlik əmsalı normada hansı həddi keçmir?
A) 3, 0 - 3, 5

B) 4, 6 - 4, 9

C) 3, 6 - 3, 9

D) 5, 0 - 5, 5

E) 4, 0 - 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
601) Mülayim riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı həddə olur?
A) 6, 0 - 7, 0

B) 3, 0 - 4, 0

C) 5, 0 - 6, 0

D) 7, 0 - 8, 0

E) 4, 0 - 5, 0
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
602) Yüksək riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı göstəricidən çox olur?
A) 3, 0

B) 4, 0


C) 2, 5

D) 3, 5


E) 2, 0
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
603) Hansı pozğunluq aterosklerotik piləyin destabilizasiyası hesab olunmur?
A) ateromatoz piləyin daxilində qansızmanın yaranması

B) aterosklerotik örtüyün nazikləşməsi

C) fibroz kapsulanın dağılması, lipid nüvənin hissəvi boşalması

D) ateromatoz piləyin daxilində trombozun əmələ gəlməsi

E) lipid ləkələrin əmələ gəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
604) Hansı faktorlar aterosklerotik piləyin destabilizasiyasının səbəbi hesab olunmur? (ASL - aşağı sıxlıqlı lipoproteid, LP - lipoproteid).
A) damarların endotelinə və fibroz qişasına oksidləşmiş ASL və LP (α) - nın təsiri

B) trombositlərin aqreqasiyasının yüksək olması

C) nəzərə çarpan fiziki yüklənmə hesabına gərginliyin yüksəlməsi

D) ASL və LP (α) - nın modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin olmaması

E) aortada yüksək təzyiq hesabına gərginliyin yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
605) Aterosklerotik piləyin destabilizasiyasına səbəb olan faktorlara hansılar aid deyil?
A) neyrohumoral sistemin aktivliyini yüksəldən endotelin disfunksiyası

B) aşağı sıxlıqlı lipoproteidlərin modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi

C) aterosklerotik piləkdə aktiv iltihablaşma və immun reaksiya

D) aktivləşmiş iltihabı proses və trombositlərin aqreqasiyasının azalması

E) lipoproteid (α) modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
606) Təsdiq edilmiş aterosklerotik prosesi olan fəsadlaşmış aterosklerozlu pasiyentlərin müalicəsi və ikincili profilaktikasında hansı tədbir ikinci prinsip hesab olunur?
A) aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısının alınması

B) arterial hipertenziyanın təsirinin aradan qaldırılması

C) tütün çəkmənin təsirinin zəiflədilməsi

D) piylənmənin təsirinin aradan qaldırılması

E) hiperlipidemiyanının təsirinin aradan qaldırılması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
607) Modifikasiya olunmuş (oksidləşmiş) aşağı sıxlıqlı lipoproteidlər nəyə səbəb olmur?
A) damar tonusunu requlə edən faktorlardan biri olan azot oksidinin damar endotelindən ifrazının artmasına

B) sitokinlərin və inkişaf faktorunu ifraz edən köpük hüceyrələrinin əmələ gəlməsinə

C) trombositlərin aqreqasiya və adqeziyasına

D) saya əzələ hüceyrələrinin proliferasiyasına və müvafiq olaraq, onların inkişaf faktorunun hasilatına

E) endotelin zədələnməsi və disfunksiyası hesabına endotelinlərin və digər vazokonstriktorların hasilatının artmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 354
608) Yanaşı piylənmə və ya artıq bədən çəkisi olan aterosklerozlu xəstələrdə diyetik müalicə ücün hansı prinsiplər formalaşmayıb?
A) tərkibində bişmə məmulatları əvəzində asan mənimsənilməyən karbohidratların istifadəsi (meyvə, tərəvəz və s.)

B) qida rasionunda yüksək energetik dəyərə malik olan yağların miqdarının məhdudlaşdırmaq

C) tərkibində bişmə məmulatları olan (şəkər, mürəbbə, konfet, bal və s.) asan mənimsənilən sadə karbohidratların istifadəsini məhdudlaşdırmamaq

D) fərdi seçilmiş qida rasionunun ümumi energetic dəyərinin aşağı salınması (gündəlik kalorini 2000 kkal qədər)

E) doymuş yağ turşularından istifadəni kəskin azaltmaq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
609) Aterosklerozlu xəstələrdə yanaşı piylənmə və ya artıq bədən çəkisi varsa, diyetik müalicəyə hansı prinsip uyğun deyil?
A) polidoymamış yağ turşularının istifadəsinin artırılması

B) qida rasionunda yüksək energetik dəyərə malik zülal tərkibli ərzaqlardan istifadəni artırmaq

C) qida rasionunda sadə və mürəkkəb karbohidratların münasibətini dəyişmək (mürəkkəbdən daha çox istifadə etmək)

D) xolesterinlə zəngin ərzaqlardan istifadəni kəskin azaltmaq

E) monodoymamış yağ turşularının istifadəsinin artırılması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
610) Ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin (IIа tip hiperlipidemiya) yüksək həddi olan aterosklerozlu xəstələrin müalicəsi ücün hansı dərman birinci seçim preparatı hesab olunur?
A) nikotin turşusunun törəmələri

B) statinlər

C) öd turşusu sekvestrantları

D) fibratlar

E) nikotin turşusu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
611) Hiperlipidemiyanın hansı tipinin müalicəsində fibron turşusunun törəmələrindən (fibratlar) istifadə olunmur?
A) IIа

B) IIб


C) IV

D) V


E) III
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
612) Aterosklerozlu xəstələrin müalicəsi ücün lipantilin məsləhət görülən düzgün dozasını göstərin.
A) 200 mq sutkada 1 dəfə

B) 400 mq sutkada 1 dəfə

C) 500 mq sutkada 1 dəfə

D) 300 mq sutkada 2 dəfə

E) 100 mq sutkada 1 dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
613) Aterosklerozlu xəstələrin müalicəsi ücün siprofibratın məsləhət görülən düzgün sutkalıq dozasını mq - la göstərin.
A) 100 - 200

B) 200 - 300

C) 400 - 500

D) 50 - 100

E) 300 - 400
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
614) Fibratların əlavə effektlərinə hansılar aid deyil?
A) baş ağrısı, baş gicəllənmə, bayılma

B) dəri allergik reaksiyaları, paresteziyalar

C) teratogen (eybəcərlik) effekt, hipertenziya

D) yuxululuq, depressiya, libidonun zəifləməsi

E) anemiya, hipotenziya, leykopeniya (nadir fəsad)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364 - 365
615) Hiperlipidemiyanın hansı aterogen növündə nikotin turşusunun istifadəsi göstəriş deyil?
A) IIб

B) IIа


C) I

D) IV


E) III
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
616) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?
A) 95 - 97% - dən çox

B) 70% - dən az

C) 80 - 87% arasında

D) 90 - 95% arasında

E) 70 - 80% arasında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
617) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) distal koronar arteriyalarda

B) intramural tac damarlarda, ürək əzələsinin makroskopik dəyişikliyi ilə

C) distal koronar arteriyaların mənsəbinə yaxın hissəsində

D) tac damarların laminar axını istiqamətində

E) proksimal (epikardial) koronar arteriyalarda, başlıca olaraq mənsəbində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
618) Ateroskleroz və onun fəsadlarının profilaktikası və müalicəsində hansı tədbir birinci vacib prinsip hesab olunur?
A) Natrium kanallarının blokatorlarının (“membranstabilləşdirici” preparatlar) istifadəsi

B) Anqioplastika və şuntlanma üsulu ilə okklüziyanın və ya stenozlaşmanın vaxtında aradan qaldırılması

C) Antioksidant müdafiəli fermentlərin tətbiqi

D) Aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısını almaq

E) Şəklini dəyişə bilən əsas risk faktorunun təsirini aradan qaldırmaq və ya zəiflətmək
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
619) Aterosklerozun konservativ müalicəsi və ikincili profilaktikası məqsədilə aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damar divarı tromblaşmanın başlamasının qarşısının alınmasında hansı tədbir vacib hesab olunmur? (RF - risk faktoru, HLD - hiperlipidemiya, AH - arterial hipertenziya, AÇFİ – anqiotenzin çevirici fermentin inhibitoru).
A) Stenoz və ya okkluziyanın aradan qaldırılmasında çərrahi metodlardan vaxtında istifadə

B) Kalsium antaqonistlərinin təyini və fiziki aktivliyin məhdudlaşdırılması

C) Antiaqreqant müalicə və antioksidant qoruyucu fermentlərdən istifadə

D) Bəzi neyrohumoral sistemlərin aktivliyinin aşağı salan AÇFİ və β - blokatorların təyini

E) Aterosklerozun əsas RF-un təsirini aradan qaldırmaq və ya zəiflətmək (HLD, AH, tütün çəkmək, piylənmə, karbohidrat mübadiləsinin pozğunluğu, hipodinamiya və s. )
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
620) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?

A) Öküz ürəyi

B) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması

C) Hipertonik krizlər

D) Sol mədəciyin atım fraksiyası <50%

E) Xroniki böyrək çatmazlığı


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
621) Hansı törədici miokarditin inkişafına səbəb olmur?

A) Göbələk

B) Virus, bakteriya

C) Spiroxetlər, rikketsilər

D) Xlamidilər, aktinomisetlər

E) Parazitlər


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
622) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?

A) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar

B) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi

C) Ensefalopatiya

D) Tromboembolik fəsadlar

E) Stenokardiya tutmaları


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
623) Perikarditlərin əsas səbəbləri hansıdır?

A) Qeyri-infeksion (aseptik) perikardit

B) Autoimmun perikardit

C) İonlaşdırıcı radiasiya

D) Birləşdirici toxumanın diffuz xəstəlikləri

E) İnfeksion perikardit


Ədəbiyyat: Q.E.Roytberq,A.B. Strutinskiy "Daxili xəstəliklər" 2007
624) İnfeksion endokardit zamanı obyektiv müayinə nəticələrinə hansılar aiddir

A) Myüsse simptomu

B) Müsbət “venoz ” nəbz

C) Hiperemiya

D) Dəri örtüklərinin solğunluğu, arıqlama, “təbil çubuqları” şəklində barmaqlar

E) Dəridə düyünlü səpgilər


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007
625) Mitral qapaq çatışmazlığının kliniki əlamətlərinə hansı aiddir?

A) Zirvədə diastolik küy

B) “Bildirçin” ritmi

C) Zirvədə İ tonun güclənməsi

D) Mitral qapağın açılma tonu

E) Zirvədə I tonun zəifləməsi və zirvədə sistolik küy


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy " Daxili xəstəliklər",2007
626) Mitral qapağın çatmazlığı olan xəstələrdə EKQ müayinə nəticələrini göstərin

A) Hər iki qulaqcığın hipertrofiyası

B) Sol qulaqcığın hipertrofiyası

C) Sağ mədəciyin hipertrofiyası

D) Sol qulaqcığın və sol mədəciyin hipertrofiyası

E) Hər iki mədəciyin hipertrofiyası


Ədəbiyyat: V.X. Vasilenko “Qazanılmış ürək qüsurları”1998
627) Mitral stenozun kliniki əlamətlərinə hansılar aiddir ?

A) Stenokardiya

B) Güclənmiş nəbz

C) Boyun nahiyəsində güclənmiş pulsasiya

D) Başgicəllənmə və bayılma

E) Fiziki gərginlik zamanı təngnəfəslik (I-III f.s.), boğulma tutmaları, qanhayxırma


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
628) Mitral stenoz zamanı ürəyin auskultasiyasının nəticələri:

A) Aorta nöqtəsində sistolik küy

B) Zəıf I ton

C) Güclənmiş I ton, diastolik küy zirvədə

D) Flintin diastolik küyü

E) Zirvədə sistolik küy


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
629) Mitral stenozun EKQ əlamətlərinə hansılar aiddir?

A) His dəstəsi sol ayaqcığın blokadası

B) Sol qulaqcığın, sağ mədəciyin hipertrofiyası

C) Mədəcik paroksizmal taxikardiyası

D) Sol qulaqcığın, sol mədəciyin hipertrofiyası

E) Hər iki mədəciyin hipertrofiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
630) Aortal stenozun klinik əlamətlərinə hansılar aiddir?

A) Zirvədə diastolik küy, aorta üzərində II tonun zəifləməsi

B) Zirvədə İ tonun güclənməsi

C) Diastolik “pişik” mırıltısı

D) Zirvədə I tonun zəifləməsi, II qabırğaarası sahədə sağda güclü intensiv sistolik küy

E) Zirvədə pansistolik küy


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
631) Aortal stenozun elektrokardioqrafik diaqnostikasına hansılar aiddir?

A) Hər iki mədəciyin hipertrofiyası

B) Hər iki qulaqcığın hipertrofiyası

C) His dəstəsi sağ ayaqcığının blokadası

D) Sistolik yüklənmə ilə sol mədəciyin hipertrofiyası

E) Sağ mədəciyin hipertrofiyası


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
632) Trikuspidal qapaq çatışmazlığının EKQ əlamətlərinə hansılar aiddir ?

A) Hər iki qulaqcıq və sağ mədəciyin hipertrofiyası

B) His dəstəsi sol ayaqcığının blokadası

C) Sağ mədəcik və sağ qulaqcığın hipertrofiyası

D) Hər iki mədəciyin hipertrofiyası

E) Sol qulaqcıq və sol mədəciyin hipertrofiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
633) Hipertrofik kardiomiopatiyalı və aritmiyası olmayan xəstələrdə müalicə seçimi hansıdır?

A) Diltiazem

B) Verapamil, ivabradin

C) Metoprolol,diltiazem

D) Metoprolol

E) Verapamil, kordaron


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
634) Ürəyin əsasında epikard nəyə məruz qalır?
A) perikardın parietal səhifəsinə, sonra aorta və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsinə, həmçinin ağ ciyər və boş venaların mənfəzinə kecir və ürəyi ətraf orqanlardan mühafizə edir

B) perikardın parietal səhifəsinə kecir, sonra aortanın başlanğıc hissəsini bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

C) perikardın visseral səhifəsinə kecir, sonra ag ciyər arteriyası kötüyünü bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

D) perikardın parietal səhifəsinə və boş venaların mənfəzinə kecir, sonra ürəyi ətraf orqanlardan mühafizə edir

E) perikardın visseral səhifəsinə keçir, sonra aortanın başlanğıc hissəsini bürüyür, beləliklə ürəyi ətraf orqanlardan mühafizə edir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
635) Ürəyin hansı hissəsi avtomatizm funksiyasına məhrumdur?
A) sinoatrial düyünün hüceyrələri

B) atrioventrikulyar (AV) birləşmənin hüceyrələri ( AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələri)

C) Hiss dəstəsinin hüceyrələri

D) Hiss dəstəsinin son hissəsi və ayaqcıqları

E) yığılma qabiliyyətli miokard
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
636) Hansı xəstəliklər miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklərə aid deyildir? (AH - arterial hipertenziya).

1. miokardın nəzərə çarpan hipertrofiyası (eyni zamanda aortal stenozda, AH və başqaları)

2. idiopatik dilatasion kardiomiopatiya

3. miokardın toksiko - allerqik zədələnməsi

4. hipo və ya hipertireoz

5. kəskin miokard infarktı
A) 1, 4, 5

B) 2, 4, 5

C) 2, 3, 5

D) 2, 3, 4

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.61
637) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) meksiletin

B) amiodaron

C) sotalol

D) xinidin

E) lidokain


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
638) Ən qısa təsirli beta-blokator hansıdır?

A) atenolol

B) asebutolol

C) metoprolol

D) esmolol

E) propranolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
639) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) “Torsades de pointes” tipli aritmiyalarda

B) Resiprok atrioventrikulyar taxikardiyaların tutmalarında

C) Nəzərə çarpan bradikardiyalarda

D) Volf-Parkinson-Vayt sindromunda

E) Mədəcik taxikardiyalarında


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство,2007г.
640) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) atrioventrikulyar blokada

B) səyrici aritmiya, atrioventrikulyar blokada

C) mədəcik taxikardiyası

D) səyrici aritmiya

E) paroksizmal atrioventrikulyar taxikardiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
641) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 400 mq və daha çox

B) 50-60 mq

C) 80-200 mq

D) 30-40 mq

E) 10-20 mq


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
642) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?
A) Diqoksin

B) Kordaron

C) Finoptin

D) Xinidin

E) Anaprilin
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
643) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?

A) qulaqcıq ekstrasistoliyası

B) II dərəcəli atrioventrikulyar blokada

C) sinus arrest

D) səyrici aritmiya

E) I dərəcəli atrioventrikulyar blokada


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
644) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?

A) Atrioventrikulyar dissosiasiya

B) QRS komplekslərinin itməsi

C) PR intervalının qısalması

D) PR intervalının uzanması

E) QRS kompleksinin genişlənməsi


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
645) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

B) PR intervalının sabitliyi

C) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

D) Atrioventrikulyar dissosiasiya

E) His dəstəsi ayaqcıqlarının blokadası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
646) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması

B) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi

C) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması

D) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması

E) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
647) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

B) bütün cavablar düzgündür

C) sinus ritmindən başqa bütün ritmlər

D) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

E) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
648) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) QT - intervalının uzanması sindromunda

B) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

C) II-III dərəcəli sinoatrial və atrioventrikulyar blokadalarda

D) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)

E) Şəkərli diabet 1 tip kompensasiya mərhələsində


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
649) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

B) səyrici aritmiya tutmasını aradan qaldırır

C) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

D) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

E) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
650) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) xinidin və kordaron

B) verapamil (finoptin)

C) novokainamid və ritmilen

D) verapamil (finoptin), xinidin və kordaron

E) anaprilin (obzidan)


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin