cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Mədəciklərin diastola fazasını ardıcıl göstərin



Yüklə 1,07 Mb.
səhifə2/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   2   3   4   5   6   7   8   9   ...   19

44) Mədəciklərin diastola fazasını ardıcıl göstərin:
A) mədəciklərin zəif dolması, protodiastolik dövr, mədəciklərin izovolümik boşalma, qulaqcıqların sistolası, mədəciklərın sürətli dolması

B) qulaqcıqların sistolası, protodiastolik dövr, mədəciklərin izovolümik boşalma, mədəciklərın sürətli dolması, mədəciklərin zəif dolması

C) protodiastolik dövr, mədəciklərin izovolümik boşalma, mədəciklərın sürətli dolma, mədəciklərin zəif dolma, qulaqcıqların sistolası

D) mədəciklərın sürətli dolması, mədəciklərin zəif dolması, protodiastolik dövr, mədəciklərin izovolümik boşalması,qulaqcıqların sistolası

E) mədəciklərın sürətli dolma, mədəciklərin zəif dolması, protodiastolik dövr, mədəciklərin izovolümik boşalma, qulaqcıqların sistolası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29
45) Protodiastolik dövr nə vaxta uyğun gəlir? II ton bu fazada baş verir.
A) təzyiqlər fərqi (qradiyent) hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” töküldüyü vaxta

B) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq dərəcəsinə düşmə vaxtına

C) aorta və ağ ciyər arteriyası aypara qapaqlarının bağlanması vaxtına

D) qulaqcıqların yığılması vaxtına

E) mədəciklərin sürətlə və qüvvətli yığılması vaxtına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
46) İzovolümik boşalma fazasında nə baş verir?
A) qulaqcıqlarda təzyiq artır

B) mədəciklərdə təzyiq artır

C) mədəciklərin aktiv boşalması davam edir

D) mədəciklərdə və qulaqcıqlarda təzyiq artır

E) mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
47) İzovolümik boşalma fazası normada necə kecir?
A) atrioventrikulyar qapaqların hermetik bağlı,aypara qapaqların acıq qalması və mədəciklərin həcminin artması vəziyyətində

B) atrioventrikulyar və aypara qapaqların acıq qalması və mədəciklərin həcmi dəyişməməsi vəziyyətində

C) atrioventrikulyar və aypara qapaqların hermetik bağlı vəziyyətində, mədəciklərin həcmi artır

D) atrioventrikulyar və aypara qapaqların hermetik bağlı vəziyyətində, mədəciklərin həcmi dəyişmir

E) atrioventrikulyar qapaqların hermetik bağlı,aypara qapaqların isə acıq qalması vəziyyətində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
48) Mədəciklərin yavaş dolması fazasında nə baş verir?
A) qan aktiv olaraq qulaqcıqlardan mədəciklərə qovulur

B) qulaqcıq və mədəciklərdə təzyiq bərabərləşir və mədəciklərin dolması yavaşıyır

C) mədəciklərin başlamış boşalmaları nəticəsində təziq, maqistral damarlardakı həddən azacıq fərqlə aşağı düşür

D) atrioventrikulyar qapaqlar açılır

E) mədəciklərdə təzyiq qulaqcıqlardakı həddə düşür, bundan sonra atrioventrikulyar qapaqlar açılır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 29
49) Sol mədəcikdə son diastolik təzyiqin artması nəyə səbəb olur?

1. sol qulaqcıqda təzyiqin yüksəlməsinə

2. boş venalarda təzyiqin yüksəlməsinə

3. sağ qulaqcıqda təzyiqin yüksəlməsinə

4. ağ ciyər kapilyarlarında təzyiqin yüksəlməsinə

5. sol qulaqcıqda və boş venalarda təzyiqin yüksəlməsinə
A) 3, 4

B) 2, 3


C) 1, 4

D) 1, 3


E) 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
50) Sol mədəcikdə son diastolik təzyiqin düşməsi nəyə səbəb olur?
A) sol mədəciyin son diastolik həcminin qalxmasına

B) sol mədəciyin son diastolik həcminin enməsinə

C) sol mədəciyin vurğu həcminin qalxmasına

D) sol mədəciyin dəqiqəlik həcminin qalxmasına

E) sol mədəciyin atım fraksiyasının yüksəlməsinə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
51) Sol qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 3-5

B) 25-30


C) 8-12

D) 12-14


E) 18-21
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
52) Sağ mədəcikdə son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 4-6

B) 8-12


C) 9-12

D) 25-30


E) 0-3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
53) Sakit halda və fiziki yüklənmədə sol mədəciyin funksiyasının xarakterizə olunmasında hansı hemodinamık göstərici mühüm praktiki əhəmiyyət kəsb edir?
A) sol mədəcikdə maksimal sistolık təzyiq

B) sol mədəcikdə son diastolik təzyiq

C) sol mədəcikdə son sistolık təzyiq

D) sol mədəcikdə son sistolık həcm

E) sol mədəcikdə orta təzyiq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
54) Ürək atımı- dəqiqəlik həcm lazım gələrsə sakit haldakından neçə dəfə artıq arta bilər?
A) 2-3

B) 7-8


C) 3-5

D) 5-6


E) 1-2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
55) Ürəyin sistolik funksiyasını və qanın son-diastolik həcminin hansı hissəsinin sistola zamanı mədəciklərdən qovulmasını göstərən, əsas inteqral göstəricisi necə adlanır?

A) ümumi damar müqaviməti

B) vurğu həcmi

C) ürək indeksi

D) mədəciyin son sistolik həcmi

E) atım fraksiyası


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
56) Vurğu indeksi nədir ? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi,SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, м2)
A) vurğu həcminin bədən səthinin sahəsinə (S) nisbətidir

B) vurğu həcminin mədəciklərin son sistolik həcminə nisbətidir

C) vurğu həcminin mədəciklərin son diastolik həcminə nisbətinin faizlə ifadəsidir

D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın miqdarıdır

E) qanın dəqiqəlik həcminin bədən səthinin sahəsinə olan nisbətidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
57) Mədəciklərin dıastolik dolması və qanın son diastolik həcminin azalması nə ilə müşayət olunur?
A) mədəciklərin dəqiqəlik həcminin və vurğu həcminin düşməsi ilə

B) mədəciklərin dəqiqəlik həcminin və ağ ciyər damar müqavimıtinin düşməsi ilə

C) mədəciklərin vurğu həcminin və ağ ciyər damar müqavimıtinin düşməsi ilə

D) mədəciklərin vurğu həcminin və ümümi damar müqavimətinin düşməsi ilə

E) mədəciklərin vurğu həcminin və ümümi damar müqavimətinin düşməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
58) Frank-Starlinq qanununa əsasən diastola zamanı mədəciklərin tam dolması (qanın son diastolik həcmi ), hələ ki, ürək əzələsi «normadan artıq acılma» həddində deyilsə nə baş vermir?
A) növbəti yığılmanin gücünün azalması

B) növbəti yığılmanin gücünün artması

C) ancaq mədəciklərin vurğu həcminin ölçüsünün artması

D) mədəciklərin vurğu həcminin və qanın dəqiqəlik həcminin ölçülərinin artması

E) ancaq qanın dəqiqəlik həcminin ölçüsünün artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
59) Metabolizm məhsullarının (H+, adenozin, ATF, ADF, AMF, CO2, süd turşusu və s.) və bioloji aktiv maddələrin (bradikinin, histamin və s.) təsirindən intensiv işləyən organlarda nə baş verir?

1. arteriola sfinkterlərinin tonusu azalır

2. prekapillyar sfinkterlərin tonusu azalır

3. fəaliyyətdə olan kapillyarların miqdarı çoxalır

4. prekapillyar sfinkterlərin tonusu artır

5. arteriola sfinkterlərinin tonusu artır
A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
60) Arterial təzyiqin düşməsinə baroreseptorlar nə ilə cavab verirlər?
A) beyin yarımkürələri qabığında yerləşən vazomator mərkəzlərin işini (təsirini) azaltmaqla

B) uzunsov beyində yerləşən vazomator mərkəzlərin işini (təsirini) azaltmaqla

C) afferent impulsasiyanın fəaliyyətini azaltmaqla

D) onurğa beynində və hipotalamusda yerləşən vazomator mərkəzlərin işini (təsirini) azaltmaqla

E) damar tonusu requlyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
61) Efferent hissə, damar tonusunun sinir və humoral mexanizmlərlə tənzimlənməsini özündə birləşdirir.Sirkulyator effektləri yarada bilmək sürətindən asılı olaraq hansı mexanizmlər mövcuddur?

1. sürətli qısamüddətli

2. qısa müddətli

3. aralıq (orta) müddətli

4. sürətli

5. uzun müddətli
A) 2, 3, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 1, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
62) Arterial təzyiq qalxanda və ya bu zonaya mexaniki təsir etdıkdə aorta və karotid sinusun baroreseptorlarının qıcıqlanması nəyə səbəb olur ?
A) simpatik sinir sisteminin təsiri zəifləyir, parasimpatik sinir sisteminin təsiri yüksəlir

B) simpatik sinir sisteminin təsiri yüksəlir, parasimpatik sinir sisteminin təsiri zəifləyir

C) simpatik və parasimpatik sinir sistemlərinin təsirləri yüksəlir

D) simpatik sinir sisteminin təsiri zəifləyir, parasimpatik sinir sisteminin təsirləri dəyişməz qalır

E) simpatik və parasimpatik sinir sistemlərinin təsirləri zəifləyir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
63) Insanda sakit halda ürəyin qanla (koronar) təhcizatının ölçüsünü göstərin?
A) 0,6–0,7 ml/q/dəq, və ya ürək atımı-dəqiqəlik həcmin təxminən 4-5% faizi qədər

B) 0,3–0,5 ml/q/dəq, və ya ürək atımı-dəqiqəlik həcmin təxminən 3-4% faizi qədər

C) 1,3–1,5 ml/q/dəq, və ya ürək atımı-dəqiqəlik həcmin təxminən 2-3% faizi qədər

D) 1,0–1,2 ml/q/dəq, və ya ürək atımı-dəqiqəlik həcmin təxminən 1-2% faizi qədər

E) 0,8–0,9 ml/q/dəq, və ya ürək atımı-dəqiqəlik həcmin təxminən 5–6% faizi qədər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
64) Perfuzion təzyiq və ya koronar damarlarda qanın hərəkətini təmin edən təzyiq necə hesablanır?
A) vurğu həcminin son diastolik həcmə münasibətinin faizlə ifadəsilə

B) son sistolik həcmlə son diastolik təzyiq arasındakı fərqlə

C) sistolik və diastolik arterial təzyiqlər arasındakı fərqlə

D) 1/3 nəbz təzyiqi ilə diastolik arterial təzyiqin cəmi ilə

E) tac damar sisteminə daxil olan və xaric olan təzyiqlər arasındakı fərq ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56
65) Miokardın konsentrik hipertrofiyası zamanı nə baş verir?
A) mədəciklərin boşluğlarının genişlənməsi

B) mədəciklər boşluğlarının genişlənməməsi şərti ilə onun əzələ divarlarının qalınlaşması

C) mədəciklərin boşluğlarının genişlənməsi və Frank - Starlinq mexanizminin qoşulması

D) mədəciklərin boşluğlarının genişlənməsi və onun əzələ divarlarının qalınlaşması

E) mədəciklərin əzələ divarlarının qalınlaşması və Frank - Starlinq mexanizminin qoşulması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64
66) Angiotenzin çevirici fermentin təsiri hansı reseptorlarla həyata kecirilir və onlar harada yerləşirlər? (AÇF - angiotenzin çevirici ferment; АТ - angiotenzin reseptorları).
A) АТ1 и АТ2 – onlar ağ ciyərlərdə, böyrəklərdə, dalaqda yerləşirlər

B) АТ1 и АТ3– onlar ürəkdə, arteriyalarda, böyrəküstü vəzdə yerləşirlər

C) АТ1 и АТ3 – onlar dalaqda, miokardda, qara ciyərdə yerləşirlər

D) АТ2 и АТ3, –onlar ürəkdə, arteriyalarda, böyrəklərdə, qara ciyərdə və plazmada yerləşirlər

E) АТ1 и АТ2– onlar ürəkdə, arteriyalarda, böyrəküstü vəzdə yerləşirlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 69
67) Anqiotenzin - II, böyrəküstü vəzin qabıq maddəsinin yumaqcıqlı qatının hansı reseptorlarına təsiri aldosteron əmələ gəlməsilə nəticələnir? (АТ – spesifik anqiotenzin reseptorlar).
A) АТ2 и АТ3

B) АТ1 и АТ2

C) АТ3

D) АТ1


E) АТ2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69
68) Qulaqcıq natriumuretik peptid hansı maddələrin ifrazını zəiflədir ?

1. reninin

2. aldosteronun

3. A, D, E2 prostaqlandinləri

4. I2 prostasiklini
A) 1, 3

B) 1, 2


C) 3, 4

D) 2, 3


E) 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
69) Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?

1. hipoksiyada

2. katexolaminlərin həddindən yüksək qanda konsentrasiyasında

3. anqiotenzın–II - in aktivləşməsində

4. qanın qan damarında laminar xarakterli axını zamanı

5. arterial təzyiqin cuzi qalxmasında
A) 1, 2, 4

B) 2, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр70
70) Nyu - York ürək assosasiyasının təsnifatına əsaslanaraq xəstələrin fiziki yükə dözümlülüyündən asılı olaraq neçə funksional sinifə ayırırlar (FS)?
A) 2 FS

B) 4 FS


C) 6 FS

D) 5 FS


E) 3 FS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
71) Miokardın zədələnməsinin ən əsas səbəbi kimi hansı xəstəlik hesab olunur?
A) ürəyin qapaq xəstəlikləri

B) infeksion endokardit

C) ürəyin işemik xəstəliyi

D) arterial hipertenziya

E) kardiomiopatiyalar
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
72) Ürəyin hansı fəaliyyəti avtomatizm funksiyası adlanır?
A) ürək əzələsini oyatmaq və keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

B) ürəyin keçiricilik sistemi ilə qıcığı ötürmək

C) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

D) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

E) xarici mühit elektrik impulslarının təsiri altında ürəyin keçiricilik sistemini və yığılma qabiliyyətli ürək əzələsini oyatmaq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
73) Miokardın yalnız hansı hüceyrələri avtomatizm funksiyasına malikdir?
A) yalnız sinoatrial düyünün hüceyrələri

B) qulaqcıqların keçiricilik sistemin hüceyrələri və Baxman qulaqcıqlararası dəstəsi

C) miokardın yığılma qabiliyyətli və düyünlərarası yolların hüceyrələri (Baxman, Venkebax, Torel)

D) sinoatrial düyünün hüceyrələri və qulaqcıqların və mədəciklərin keçiricilik sistemləri (peysmekerlər)

E) mədəciklərin keçiricilik sisteminin və mədəciklərarası çəpərin hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
74) Neçə avtomatizm mərkəzi var?
A) 2

B) 3


C) 5

D) 4


E) 6
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
75) Üçüncü dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır? ( AV – atrioventrikulyar)
A) AV birləşmə hüceyrələri

B) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbəsinin hüceyrələri

C) miokardın yığılma qabiliyyətli hüceyrələri

D) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələrinin, həmçinin Hiss dəstəsi hüceyrələri

E) Hiss dəstəsinin son hissəsinin, ayaqciqlarının və şaxələrinin hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
76) İkinci dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 80-100

B) 100-120

C) 40-60

D) 60-80


E) 20-40
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
77) Üçüncü dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 25-dən az

B) 85-105

C) 45-65

D) 65-85


E) 25-45
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
78) Normada digər (ektopik) ritm aparıcılarının avtomatik aktivliyinə üstün gələn yeganə ritm aparıcısı hansı düyündür?
A) Purkinye lifləri

B) Sinoatrial düyün

C) Düyünlərarası yollar (Baxman, Venkebax, Torel)

D) His dəstəsi

E) Atrioventrikulyar düyün
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
79) Qulaqcıqlarda oyanmanın gedişinin düzgün variantını göstərin.
A) əvvəl sağ, sonra sağ və sol, sonda-ancaq sol qulaqcıq

B) əvvəl sol, sonra sağ, sonda-sağ və sol qulaqcıqlar

C) əvvəl sağ və sol, sonra sağ, sonda-ancaq sol qulaqcıq

D) əvvəl sağ və sol, sonra sol, sonda-ancaq sağ qulaqcıq

E) əvvəl sol, sonra sağ və sol, sonda-ancaq sağ qulaqcıq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
80) Oyanmanın fizioloji ləngiməsi harada baş verir (keçiricilik sürəti 2-5 sm/san qədər enir)?
A) Torel düyünlərarası yolda

B) Baxman düyünlərarası yolda

C) Atrioventrikulyar düyündə

D) Hiss dəstəsində

E) Venkebax düyünlərarası yolda
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
81) Normada atrioventrikulyar düyün dəqiqədə qulaqcıqlardan mədəciklərə necə impulsdan çox olmayaraq “buraxır”?
A) 160-180

B) 220-250

C) 130-160

D) 100-130

E) 180-220
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
82) Hansı ritm tezliyində hətta sağlam adamda belə qulaqcıqlardan mədəciklərə impulslar ötürülərkən natamam atrioventrikulyar blokada baş verir?
A) dəqiqədə 220-dən çox impuls olan sinus və qulaqcıq ritmlərində

B) sinus bradiaritmiyalarında

C) dəqiqədə 180-dan az impuls olan qulaqcıq ritmlərində

D) dəqiqədə 160-dan az impuls olan sinus ritmlərində

E) dəqiqədə 140- dan az impuls olan sinus və qulaqcıq ritmlərində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
83) Normada atrıoventrikuiyar ləngimə (gecikmə) neçə saniyəni keçmir?
A) 0,4

B) 0,3


C) 0,1

D) 0,2


E) 0,5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
84) Mədəciklərdə oyanmanın gedişini göstərin.
A) Baxman düyünlərarası yolla

B) Venkebax və Baxman düyünlərarası yollarla

C) Venkebax düyünlərarası yolla

D) Torel düyünlərarası yolla

E) His dəstəsi, onun ayaqcıqları və Purkinye lıflərıylə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
85) Mədəciklərdə oyanmanın yayılma sürəti necə sm/s həddindədir?
A) 300–400 - 500-600

B) 800-900 - 1000-1200

C) 500-600 - 800-900

D) 30-40 - 90 -100

E) 100–150 - 300–400
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
86) Mədəciklərarası çəpərin sol yarısı və sağ mədəciyin böyük hissəsinin depolyarizasiyasından necə saniyə sonra sol mədəciyin əsas hissəsi oyanır?
A) 0,01-0,02

B) 0,06-0,07

C) 0,04-0,05

D) 0,02-0,03

E) 0,03-0,04
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
87) Sol mədəciyin, sağ mədəciyin və mədəciklərarası çəpərin bazal şöbələri hansı müddətə depolyarizasiyaya uğrayır?
A) 0,1–0,12 san

B) 0,12–0,14 san

C) 0,08–0,1 san

D) 0,06—0,08 san

E) 0,04–0,06 san
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
88) Mədəciklərin depolyarizasiyasının davam müddəti nə qədərdir?
A) 0,07 - 0,08 san

B) 0,06 - 0,07 san

C) 0,08 - 0,09 san

D) 0,09 - 0,10 san

E) 0,10 - 0,11 san
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
89) Transmembran hərəkət potensialı nə deməkdir?
A) hüceyrə membranının daxili mühitində dəyişən potensial fərqidir

B) hüceyrə membranının daxili mühiti müsbət, xarici isə mənfi yükləndiyi zaman onun yüklərinin yenidən elektrikləndirilməsi

C) hüceyrə membranının xarici mühitində dəyişən potensial fərqidir

D) hüceyrə membranının xarici və daxili mühiti arasındakı dəyişən potensial fərqidir

E) hüceyrə membranının polyarizasiyasının bərpası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
90) Sakit halda oyanmamış miokardial hüceyrələrin səthləri necə yüklənir?
A) xarici və daxili səthləri ancaq müsbət

B) xarici səthi müsbət, daxili isə mənfi

C) xarici səthi mənfi, daxili isə müsbət

D) xarici və daxili səthləri ancaq mənfi

E) xarici səthi müsbət və mənfi, daxili isə mənfi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin