230) Miokardın neçə faizi hissəsi zədələndikdə kardiogen şok inkişaf edə bilər?
A) 25-30%
B) 15-25%
C) 10-20%
D) 30-40%
E) 40-50%
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
231) Əsasında nisbi və ya mütləq hipovolemiya olan arterial hipotenziya və ya kardiogen şokun müalicəsi aşağıdakılardan hansının venadaxili infuziyası ilə başlayır?
A) fosfodiesterazanın inhibitorları
B) vazopressorlar
C) diuretiklər
D) ürək qlikozidləri
E) kiçik molekulyar dekstranlar
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
232) Aşağıdakı dərman preparatlarından hansının supraventrikulyar taxikardiya paroksizminin aradan qaldırılması məqsədilə tətbiqi məsləhət görülmür?
A) Diltiazem
B) Diqoksin
C) Beta-blokatorlar
D) Lidokain
E) ATF
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 3-е изд., перераб. и доп. - М.: «Медицинское информационное агентство», 2005.
233) Miokard infarktlı xəstələrdə arterial hipertoniyanın ən xarakter ağırlaşması hansıdır?
A) pnevmoniya
B) mədəcik paroksizmal taxikardiyası
C) miokardın cırılması
D) mədə-bağırsaq qanaxmaları
E) tromboemboliya
Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006
234) Tiazid qrupundan olan diuretiklərin uzunmüddətli qəbulu hansı əlavə effektlərə səbəb olur?
A) aşagı sıxlıqlı lipoproteidlərin miqdarının artması
B) hiperqlikemiya
C) bütün sadalananlar
D) hiperurikemiya
E) hiperurikemiya və hiperqlikemiya
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000
235) Arterial hipertoniyası olan stenokardiyalı xəstələrdə hansı qrup preparatları təyin etmək lazımdır?
A) kalsium antaqonistləri
B) beta-blokatorlar
C) hidralazin (apressin)
D) raunatin
E) minoksidil
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000
236) Bədxassəli arterial hipertoniya xəstəliyi üçün xarakter simptomlar hansılardır?
A) yüksək arterial təzyiq (220/130 mm.c.süt.)
B) göz dibinin ağır zədələnməsi
C) böyrəklərin funksiyalarının pozulması
D) bütün sadalananlar
E) hipertonik ensefalopatiya
Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.
237) Aşağıdakı preparatlardan hansı qanın lipid spektrinə mənfi təsir edir?
A) bütün sadalanan preparatlar
B) atenolol və triampur
C) furosemid
D) triampur
E) atenolol
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
238) Feoxromositomaya hansı simptom aid deyil?
A) Qlükozaya tolerantlığın pozulması
B) Ortostatik hipotenziya, β-blokatorlara pressor effekt
C) Çətin nəzarət olunan arterial hipertenziya
D) Güclü baş ağrıları, tərləmə və ürəkdöyünmə
E) Ailə anamnezi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Arterial hipertenziyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol "səh.21
239) Feoxromositoma zamanı hipertonik krizin müalicəsində hansı preparatın venadaxili yeridilməsi effektlidir?
A) klofelin
B) qlikozidlər
C) pentamin
D) fentolamin
E) dibazol
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
240) Sol mədəcik çatışmazlığı ilə ağırlaşmış hipertonik krizin müalicəsində hansı preparat istifadə olunur?
A) strofantin
B) verapamil (izoptin, finoptin)
C) propranolol (anaprilin, obzidan)
D) panangin
E) nitroprussid natrium
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
241) Güclü baş ağrısı, tərləmə, ürəkdöyünmə ilə müşayiət olunan hipertonik krizlər hansı xəstəlik üçün xarakterdir?
A) birincili hiperaldosteronizm
B) feoxromositoma
C) insult
D) şəkərli diabet
E) aortoarteriit
Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.
242) Aşağıdakı xəstəliklərin hansında kəskin zəiflik tutmaları, keçib gedən parezlər, qıcolmalar, poliuriya, nikturiya müşahidə olunur?
A) aortanın koarktasiyası
B) feoxromositoma
C) insult
D) renovaskulyar hipertenziya
E) birincili hiperaldosteronizm
Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.
243) Təcrid olunmuş sistolik hipertoniya hansı xəstəlik üçün xarakterikdir?
A) aortal çatmamazlıq
B) kəskin bradikardiya
C) tireotoksikoz
D) aortanın aterosklerozu
E) bütün sadalananlar
Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.
244) Hansı preparatlar miokardın yığılma qabiliyyətini azaldır, lipid mübadiləsinə mənfi təsir göstərirlər?
A) β-adrenoblokatorlar
B) kalsium antaqonistləri
C) kaptopril
D) prazozin
E) lozartan
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
245) Hansı hallarda arterial təzyiqin sürətlə azaldılması əks göstərişdir?
A) aortanın laylanan anevrizması zamanı
B) beyin qan dövranının pozulması zamanı
C) inkişaf edən böyrək çatmamazlığı zamanı
D) aortanın koarktasiyası zamanı
E) hipertonik ensefalopatiyada
Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006.
246) Aorta anevrizması olan xəstələrdə Arterial Təzyiqin azaldılması üçün hansı preparat istifadə olunur?
A) furosemid
B) natrium nitroprussid və beta-adrenoblokatorlar
C) apressin
D) klofelin və beta-adrenoblokatorlar
E) droperidol
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
247) Aşağıdakılardan hansı sistolik AT-nin artmasına səbəb ola bilər?
A) His dəstəsinin sol və ya sağ ayaqcığının blokadası
B) tam köndələn blokada
C) II-ci dərəcəli atrioventikulyar blokada
D) II-ci dərəcəli sinoatrial blokada
E) sadalananlardan heç biri
Ədəbiyyat: Ж.Д. Кобалова, Й.В. Котовская. Артериальная гипертония, 2001.
248) Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?
A) diltiazem RR (diltiazemin retard forması)
B) prazozin
C) propranolol
D) berlipril
E) perindopril
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
249) III nəsil beta-blokator nebiletin digər beta-blokatorlardan fərqi nədir?
A) daha artıq beta selektiv təsirə malikdir
B) sadalananlardan heç biri
C) əlavə təsirlərin baş vermə tezliyi plasebodan artıq olmur
D) damar endotelində azot oksid (NO) sintezini artırır
E) ürəyin vurğu həcmini azaltmadan mülayim vazodilatasiyaya səbəb olur
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
250) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?
A) Gırtlag
B) Gara ciyər
C) Ağ ciyərlər
D) Mədə
E) Böyrək
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
251) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq müayinə üsuluna hansı aiddir ?
A) Rentgenoloji müayinə
B) EKQ
C) Perkussiya
D) Auskultasiya
E) Exokardioqrafiya
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
252) Hansı β-blokatorda vazodilyatasiya xüsusiyyətləri daha çox qeyd edilir?
A) Atenolol
B) Propranolol
C) Karvedilol
D) Nadolol
E) Bisoprolol
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
253) ÜST ekspertlərinin tövsiyələrinə əsasən III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?
A) Sistolik AT 130 az, diastolik – 85 az
B) Sistolik AT 180 çox, diastolik – 110 çox
C) Sistolik AT 140 az, diastolik – 90 az
D) Sistolik AT 200 çox, diastolik – 110 çox
E) Sistolik AT 140 çox, diastolik – 90 az
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
254) Hansı faktorlar arterial hipertenziyanın risk faktorlarına aiddir?
A) Cins
B) Maqnezium və dəmirin qida rasionunda miqdarı
C) Kalium və kalsiumun qida rasionunda miqdarı
D) Piylənmə
E) Boy
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
255) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?
A) Sol mədəciyin hipertrofiyası
B) Qanda ümumi xolesterinin miqdarının 6,5 mmol-dan çox olması
C) Qanda ümumi xolesterinin miqdarının 5,2 mmol-dan çox olması
D) Qanda triqliseridlərin miqdarının artması
E) Şəkərli diabet
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
256) Ensefalopatiyasız hipertonik kriz zamanı preparat seçimi hansıdır?
A) Diazoksid
B) Labetolol
C) Nifedipin (dil altına)
D) Metildopa
E) Maqnezium
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
257) Ekstrasistoliya ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?
A) Eprosartan
B) Metoprolol
C) Enalapril
D) Nifedipin
E) Amlodipin
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
258) Qaraciyərin funksiyasının pozulması ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?
A) Metildopa
B) Metoprolol
C) AÇF inhibitorları
D) Nadolol
E) Diuretiklər
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
259) Sinus bradikardiyası, sinus düyünün zəifləməsi zamanı və AV blokadalar ilə müşahidə edilən arterial hipertenziyanın müalicəsinin preparat seçimi hansıdır?
A) Nifedipin
B) α1-adrenoblokatorlar
C) β-blokatorlar
D) İvabradin
E) Verapamil, diltiazem
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
260) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı azaldır?
A) AÇF inhibitorları
B) Anqiotenzin II reseptorlarının blokatorları
C) β-blokatorlar
D) Kalsium antaqonistləri
E) α-adrenoblokatorlar
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
261) Renoparenximatoz arterial hipertenziyanın əlamətləri hansıdır?
A) Qanda kreatinin miqdarının yüksəlməsi
B) Sidiyin müayinəsi zamanı dəyişiklik yoxdur
C) Qanda sidik turşusunun miqdarının yüksəlməsi
D) Qanda ümumi zülalın miqdarının yüksəlməsi
E) Sidiyin müayinəsi zamanı oksalat duzların tapılması
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
262) Hansı diuretiki arterial hipertenziyanın müalicəsində istifadə etmirlər?
A) Tiazid diuretikləri
B) Kalium saxlayıcı diuretiklər
C) Aldosteron blokatorları
D) Ilgək diuretikləri
E) Osmotik diuretiklər
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
263) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsinin əlamətinə hansı aiddir?
A) Eritrosituriya
B) Qanda sidik cövhərinin miqdarının artması
C) Qanda kreatininin miqdarının azalması
D) Leykosituriya
E) Albuminuriya sutkada 100 mq
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
264) Hansı hipotenziv preparatla müalicə nəticəsində bəzi xəstələrdə müsbət Kumbs reaksiyası qeyd edilir?
A) Valsartan
B) Perindopril
C) Metoprolol
D) Hidrolazin
E) Furosemid
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
265) Arterial hipertenziya ilə müşahidə edilən sistolik xroniki ürək çatmamazlığının müalicəsinin preparat seçimi hansıdır?
A) Diltiazem
B) Ürək qlikozidləri
C) Nitratlar
D) Verapamil
E) Mülayim təsirli diuretiklər
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
266) Arterial hipertenziya ilə müşahidə edilən miokard infarktı zamanı hipotenziv preparatların seçimi hansıdır?
A) Prazozin
B) Furosemid
C) Nifedipin
D) Kandesartan
E) Metaprolol
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
267) Diastolik arterial təzyiqin azalması hansı ürək-damar patologiyasının prediktoru sayılır?
A) Miokard infarktı
B) Revmokardit
C) Hipotonik formalı neyrosirkulyator distoniya
D) Ağ ciyər arteriyasının tromboemboliyası
E) Xroniki ürək çatışmamazlığı
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
268) Arterial hipertenziyalı xəstələrdə qanda kreatininin miqdarı 2 mq/dl çox olduqda diuretik preparatların seçimi hansıdır?
A) Tiazid diuretikləri
B) Spironolakton
C) Ilgək diuretikləri
D) Indapamid
E) Diakarb
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
269) Arterial hipertenziya və şəkərli diabet zamanı β–blokatorlardan preparat seçimi hansıdır?
A) Metaprolol
B) Bisopralol
C) Karvedilol
D) Atenolol
E) Nadolol
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
270) Arterial hipertenziya zamanı hansı hallarda α-adrenoblokatorlar təyin edilir?
A) Aortal qüsurlar
B) Prostat vəzinin adenoması
C) Aritmiyalar
D) Durğunluq ürək çatışmazlığı
E) ÜIX
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
271) Arterial hipertenziyalı xəstələrdə böyrəklərin zədələnməsi zamanı AÇF inhibitorlarından preparat seçimi hansıdır?
A) Perindopril
B) Kaptopril
C) Lizinopril
D) Enalapril
E) Fozinopril
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
272) Arterial təzyiqin həddi nədən aslı deyildir?
A) damar (arterial) sisteminin həcmindən
B) arterial damarların divarının gərginlik dərəcəsindən
C) dövr edən qanın həcmindən
D) eritrositlərin sayından
E) ürəkdən çıxan qanın intensivliyindən və ürək atımından
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
273) Arterial təzyiqin həddi hansı faktorlardan aslı deyildir?
A) damar sisteminin (arterial) tutumundan
B) cinsdən
C) dövr edən qanın həcmindən
D) ürək vurğusunun ölçüsündən
E) ürəkdan çıxan qanın intensivliyindən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
274) Arterial təzyiqin qaqlxmasına və ya ürək kameralarının (boşluqlarının) dolmasına baroresrptorlar nə ilə cavab verirlər?
A) damar tonusu requlyasiyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla
B) beyin yarımkürələrində yerləşən vazоmotor mərkəzlərin işini (təsirini) artırmaqla
C) onurğa beyində və hıpotalamusda yerləşən vazomotor mərkəzlərin işini (təsirini)azaltmaqla
D) uzunsov beyində yerləşən vazomotor mərkəzlərin işini (təsirini) artırmaqla
E) afferent impulsasiyanın fəaliyyətini (təsirini) artırmaqla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
275) Təngnəfəslik şikayətli olan xəstədə adətən, yüksək arterial təzyiq, sol mədəciyin hipertrofiyası və atım fraksiyasının azalmaması əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) periferik ödemlər/durğunluq
B) sağ ÜÇ
C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)
D) ağciyər ödemi
E) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
276) “X sindromlu” xəstələrdə yanaşı endotelin disfunksiyası ilə əlaqəli olan və simptomlar törədə bilən hipertenziya və hiperlipidemiya kimi risk amillərini, müvafiq olaraq, hansı preparatlarla müalicə etmək tövsiyə olunur?
A) Sidik qovucular və fibratlar
B) Rauvolf preparatları və nikotin turşusu
C) Qeyri selektiv β-adrenoblokatorlar və antitrombositar preparatlar
D) Angiotezin çevirici fermentin inhibitorları və statinlər
E) İf kanalları inhibitorları, eykozapentoen və dekozaheksaen turşularının etil efirləri
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
277) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?
A) miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi
B) miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi
C) miokardın spesifik xəstəliyi
D) miokardın naməlum etiologiyalı zədələnməsi
E) miokardın koronarogen mənşəli zədələnməsi
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.
278) Xroniki ürək çatışmazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?
A) sağ mədəcik çatışmazlığı
B) təkcə sol qulaqcıq çatışmazlığı
C) eyni zamanda həm sol, həm də sağ mədəciyin çatışmazlığı
D) sol mədəcik çatışmazlığı
E) təkcə sağ qulaqcıq çatışmazlığı
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии” 1999, Оливия В. Эдейр “Секреты кардиологии ” 2008.
279) “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) R-müayinəsi
B) ExoKQ
C) EKQ
D) koronar damarların angioqrafiyası
E) FonoKQ
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
280) Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?
A) metabolik preparatlar
B) amiodaron və antiaqreqantlar
C) antiaqreqantlar və nitratlar
D) Ca (+2) antaqonistləri və aspirin
E) ürək qlikozidləri və diuretiklər
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
281) Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?
A) xəstənin istəyindən asılı olaraq
B) ürək ritminin ekstrasistoliya tipli pozulması olduqda
C) hər zaman
D) arterial tromboemboliya və ya sol mədəcikdə tromb olması dəqiq müəyyən edildiyi zaman
E) sol mədəciyin qovma fraksiyası 40 %-dən artıq olduqda
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н.“ Кардиомиопатии ” 1999.
282) Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?
A) sol mədəcikdə tromb aşkar edildikdə
B) sol mədəciyin diastolik disfunksiyası zamanı
C) xroniki ürək çatışmazlığının terminal mərhələsində
D) sol mədəciyin qovma fraksiyası 35%-dən az olduqda
E) AÇF inhibitorlarının qəbulu mümkün olmadıqda
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
283) Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?
A) norma daxilində olur
B) norma daxilində olur, yüksəlir
C) aşağı düşür
D) azacıq yüksəlir
E) yüksəlir
Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
284) Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?
A) hipertrofik və restiktiv kardiomiopatiya
B) dilatasion kardiomiopatiya
C) sadalananların hamısı
D) hipertrofik kardiomiopatiya
E) restriktiv kardiomipatiya
Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Горбачев В. В. “Клиническая кардиология ” 2007.
285) Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?
A) hipertrofik kardiomiopatiya
B) dilatasion kardiomiopatiya
C) miokardit
D) restriktiv kardiomiopatiya
E) sağ mədəciyin aritmogen displaziyası
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
286) Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?
A) hipertrofik kardiomiopatiyalı xəstələrin müəyyən hissəsində
B) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında
C) virus miokarditi zamanı xəstələrin əksəriyyətində
D) dilatasion kardiomiopatiyanın terminal mərhələsində
E) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında, virus miokarditi zamanı xəstələrin əksəriyyətində
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
287) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?
A) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir
B) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur
C) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur
D) adətən EKQ-də dəyişiklik olmur
E) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
Dostları ilə paylaş: |