cü il tarixində əlavə edilib 1 Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?


) Müsbət xronotrop effect ürəyə necə təsir edir?



Yüklə 1,07 Mb.
səhifə5/19
tarix07.01.2017
ölçüsü1,07 Mb.
#4529
1   2   3   4   5   6   7   8   9   ...   19

187) Müsbət xronotrop effect ürəyə necə təsir edir?
A) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

B) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

C) ürək əzələsinin oyanması artır

D) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır

E) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
188) Hansı faktorlar endoteldən aslı vazadilatasion faktor olub damar tonusuna və trombositlərin aqreqasiyasına təsir edirlər?

1. Boşaldıcı endothelial faktorlar (azot oksidi, NO)

2. prostasiklin PGI2

3. endotelial hiperpolyarizəedici faktorlar (EHPF)

4. endotelin-1 (ЕТ1)

5. toxuma angiotenzini II (АII)
A) 1,2,3

B) 2,4,5


C) 1,2,4

D) 2,3,5


E) 1,2,5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 47-50
189) Əsas endoteldən aslı vazokonstriktor damar tonusunu, trombositlərin aqreqasiyasını və qanın laxtalanmasını artıran maddələrə nə aiddir?

1. endotelin-1 (ЕТ1)

2. toxuma angiotenzini II (АII)

3. tromboksan А2, prostoqlandin PGH2

4. boşaldıcı endotelial faktorlar (azot oksidi, NO)

5. prostasiklin PGI2
A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 2, 5

D) 2, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,49
190) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya və tütün çəkmək ayrılıqda hər biri ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 6

B) 2


C) 5

D) 4


E) 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
191) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya, tütün çəkmək birliyi ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 3

B) 2


C) 6

D) 5


E) 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
192) Aterosklerotik kardiosklerozlu xəstələrdə əsas risk faktorlarının təsirinin azalması və ya tam aradan qaldırılmasına yönəldilmiş aktiv tədbirlər, qanuna uyğun olaraq əsasən hansı xəstəliklərin tezliyinin azalmasıyla müşayiət olunmur?
A) kəskin koronar sindromunun

B) vazospastik stenokardiyanın

C) beyin insultunun

D) qəfləti ürək ölümünün

E) miokard infarktının
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.353
193) Ürəyin işemik xəstəliyinin xüsusi forması olan mikrovaskulyar stenokardiyanın (“Х-sindromu”) meydana gəlməsinin əsasında duran disfunksiya nə ilə xarakterizə olunmur?
A) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan morfoloji pozğunluğun olması ilə

B) Proksimal yerləşmiş koronar arteriyalarda nəzərə çarpan funksional və morfoloji pozğunluğun mövcud olmaması ilə

C) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan funksional pozğunluğun olması ilə

D) Iri (epikardial) koronar arteriyalarda tipik aterosklerotik dəyişikliklərin olması ilə

E) Sol koronar arteriyanın əsas şaxəsində aterosklerotik dəyişikliklərin olmaması ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
194) Ürəyin xroniki işemik xəstəliyinin uzun müddətli “ləng” kalsium kanalları blokatorları - benzotiazepin törəmələri ilə müalicəsi hansı hallarda məsləhət deyil?
A) Hiperlipidemiya və ya şəkərli diabet, həmçinin aşağı ətraf damarlarının obliterə olunmuş aterosklerozu ilə müştərək olan gərginlik stenokardiyasında

B) Gərginlik stenokardiyası və arterial hipotenziya ilə xroniki ürək catışmazlığının IIB-III mərhələsinin müştərək olmasında

C) Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu (SDZS), I dərəcəli atrioventrikulyar (AV) blokada gərginlik stenokardiyası ilə müştərək olduqda və zəif ürək catışmazlığının əlamətlərində

D) Qoca və ahıl yaşlı gərginlik stenokardiyası olan şəxslərdə (kliniki vəziyyətlərdən asılı olaraq) və Prinsmetal vazospastik stenokardiyasında

E) Əsasən simpatik-adrenal sistemin hiperaktivasiyası fonunda sinus taxikardiyasına meyillik olan gərginlik stenokardiyası və arterial hipertenziyada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 445
195) Ürəyin işemik xəstəliyində ürək əzələsinin hansı funksiyasının pozğunluğu ən erkən hesab olunmur və onun yaranma səbəbinə aid deyil?
A) Sistolo-diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin zəifləməsi və sol mədəcik miokardının kompesator hipertrofiyası və dilatasiyası

B) Diastolik disfunksiya hesabına sol mədəcik miokardının kompesator hipertrofiyası

C) Diastolik disfunksiya hesabına aktiv diastolik boşalma prosesinin əhəmiyyətli zəifləməsi

D) Diastolik disfunksiya hesabına Са2+-ın sarkoplazmatik retikuluma və hüceyrəarası mühitə geri qayıtmasının pozulması

E) Diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin artması, aterosklerotik və postinfarkt kardiosklerozun mövcudluğu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384.
196) Ürəyin işemik xəstəliyində sol mədəciyin sistolik disfunksiyası hansı halda inkişaf etmir?
A) Makroergik birləşmə ehtiyatının tükənməsi və ion nasosunun zədələnməsində

B) Miokardın işemiyası hesabına ürək əzələsinin rigidliyinin artmasında

C) Aktın - miozinin qarşılıqlı təsirinin pozulmasında

D) Makroergik birləşmələrin nəzərə çarpan defisitində

E) Са2+-in yığılma qabiliyyətli zülallara daşınmasının pozulmasında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
197) Hal hazırda praktikada istifadə olunan ürəyin işemik xəstəliyinin təsnifatına hansı klinik forma daxil deyil?
A) Stenokardiya

B) Miokardın ağrısız işemiyası

C) Aterosklerotik kardioskleroz

D) Mikrovaskulyar stenokardiya (“Х sindromu”)

E) Qəfləti ürək ölümü (ürəyin ilkin dayanması)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
198) Hansı EKQ göstəriciləri olduqda kəskin koronar sindromlu xəstələrdə trombolitik terapiya göstərişdir?

A) Hiss dəstəsi sol ayaqcığının yeni əmələ gələn blokadası

B) normal EKQ

C) ST seqmentinin depressiyası və/və ya mənfi T dişcikləri

D) EKQ -də qeyri-spesifik dəyişikliklərin olmağı

E) ST seqmetinin qalxması


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
199) Prinsmetal stenokardiyasının müalicəsində hansı dərman preparatları daha vacibdir?

A) AÇF inhibitorları

B) kalium kanalların aktivatorları

C) kalsium antaqonistləri,dihidropiridin qruppundan

D) kalsium antaqonistləri və nitratlar

E) AÇF inhibitorları və nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
200) Kəskin koronar sindromlu xəstələrdə miokardial zədələnmənin üstünlük verilən markeri hansıdır?

A) Troponin İ və T

B) AST

C) Mioqlobin



D) KFK MB

E) ALT
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.


201) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) mikrovaskulyar disfunksiya

B) koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)

C) koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi

D) proksimal (epikardial) koronar arteriyanın aterosklerotik piləglə daralması

E) distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.370 - 371
202) Ürəyin işemik xəstəliyi olan xəstələrdə koronar arteriyanın spazmı və tonusun yüksəlməsinin əsas səbəblərinə aid deyil:
A) zədələnmiş koronar arteriyada azot oksidi və prostasiklinin PGl2 ifrazının azalması

B) aqreqasiyaya məruz qalmış trombositlərdə araxidon turşusu metabolizmin aktivləşməsi

C) simpatik - adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

D) aqreqasiyaya məruz qalmış trombositlərdə tromboksan А2 məhsulunun artması

E) zədələnmiş endotelinin məhsulunun - anqiotenzin II, endotelin, serotoninin artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.377
203) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) Distal koronar arteriyaların uzunlugu boyu

B) Başlıca olaraq proksimal koronar arteriyaların mənsəbində

C) Başlıca olaraq intramural tac damarlarda

D) Aterosklerotik piləklərin koronar damarlarda seçim lokalizasiyası qeyd olunmur

E) Proksimal (epikardial) koronar arteriyaların uzunlugu boyu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
204) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) Mikrovaskulyar disfunksiya

B) Koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi

C) Proksimal koronar arteriyanın aterosklerotik piləglə daralması, koronar axının məhdudlaşması və tac damarların adekvat genişlənə bilməməsi

D) Distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu

E) Koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 370 - 371
205) “X sindromu”nun klassik təsvirinə aşağıdakılardan hansı aid deyil?
A) Iki böyük koronar arteriyanın ciddi stenozu

B) Müsbət cavablı fiziki yük sınağı

C) Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik stenokardiyası və təngnəfəslik də ola bilər)

D) Normal koronar arteriyalar

E) Müsbət cavablı stress təsvir üsulları
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
206) Mikrovaskulyar stenokardiyada (“X-sindromunda”) kiçik koronar arteriyalar hansı disfunksiyaya məruz qalmır?
A) Mediada fibroplastik prosseslərə

B) Intimada saya əzələ hüceyrələrinin hiperplaziyasına

C) Damar mənfəzin əhəmiyyətli daralmasına

D) Mediada saya əzələ hüceyrələrinin hipertrofiyasına

E) Mediada saya əzələ hüceyrələrinin hiperplaziyasına
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
207) Mikrovaskulyar stenokardiyalı (“X-sindromu”) xəstələrdə kiçik damarların qeyri - bərabər daralması və onların genişlənmə qabiliyyətinin aşağı düşməsi və, müvafiq olaraq, miokardın oksigenə tələbatının artmasında hansı dəyişikliyin rolu yoxdur?
A) Prostasiklin məhsulunun azalmasının

B) Kinin-kallikrein sisteminin funksiyasının artmasının

C) Azot oksidi məhsulunun azalmasının

D) Endotel qatında nəzərə çarpan disfunksiyanın

E) Endotelin və neyropeptid Y vazokonstriktor substansiyaların məhsulunun artmasının
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
208) Sol mədəciyin işemiyaya uğramış seqmentlərində lokal yığılma pozğunluğunun (hipokinez) əmələ gəlməsinə gətirib çıxaran kardiomiositlərin energetik təminatının azalmasında (koronar axının azalmasında) nə baş vermir?
A) Anaerob mübadilə yoluna keçmiş zədələnmiş hüceyrələrin hesabına miokardda oksigenin defisiti

B) Hüceyrənin elektrik aktivliyinin proqressiv azalması (eyni zamanda transmembran hərəkət potensialının amplitudasının və müddətinin azalması)

C) Yüksək enerjili fosfatlar - adenozintrifosfat və kreatin fosfatın əmələ gəlməsi

D) Oksidləşmə fosforlaşma prosesinin pozulması (yağ turşularının daha az oksidləşməsi hesabına qlükoza laktata çevrilir, hüceyrənin рН-ı azalır, hüceyrədaxili К+ miqdarı və makroerqik birləşmələrin hasilatı azalır)

E) Elektrik impulsunun keçiriciliyinin pozulması və miokardın mexaniki funksiyasının azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
209) Aşağıda qeyd olunmuş xüsusi koronar anatomiyalı hansı xəstələrin aorta koronar şuntlanmadan sonrakı prognozu yaxşı deyil?
A) Sol əsas kötüyün ciddi stenozu olan

B) Ön mədəciklərarsı koronar arteriyanın stenozu və yanaşı II tip şəkər xəstəliyi olan

C) Pozulmuş sol mədəcik funksiyası ilə yanaşı üç damar xəstəliyi olan

D) Sol ön enən arteriyanın proksimal seqmentində yüksək dərəcəli stenozu da daxil olmaqla iki böyük koronar arteriyanın ciddi stenozu olan

E) Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu olan
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 26
210) Miokard infarktı nədir?

A) ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi

B) miokardın işemik zədələnməsi

C) miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu

D) ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi

E) koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
211) Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?

A) 30 gündən artıq

B) 11-16 gün

C) 27-30 gün

D) 2-10 gün

E) 17-25 gün


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
212) Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?

A) 6 aya qədər

B) 8-10 ay

C) 6-8 həftə

D) 10-12 ay

E) 12 aydan çox


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
213) Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?

A) serebrovaskulyar variant

B) astmatik variant

C) aritmik variant

D) qastralgik variant

E) anginal variant


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
214) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra kreatinfosfokinazanın (KFK) MB fraksiyasının fəallığı maksimuma çatır ?

A) 24-36 saat

B) 66-72 saat

C) 4-6 saat

D) 12-18 saat

E) 48-56 saat


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 516
215) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra ürək troponinlərinin səviyyəsi artır ?

A) 8-12 saat

B) 14-24 saat

C) 3-6 saat

D) 2-ci sutkadan

E) 3-cü sutkadan


Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
216) Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?

A) 4-6 saat

B) 6-8 saat

C) 18-12 saat

D) 8-10 saat

E) 0,5-2 saat


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
217) Aşağıdakılardan hansı miokard infarktlı xəstələrin EKQ-də işemik zədələnmə zonasını göstərir?

A) U dişciyinin dəyişməsi

B) T dişciyinin dəyişməsi

C) QRS kompleksinin dəyişməsi

D) QT intervalının uzanması

E) ST intervalının qalxması


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
218) Ön-çəpər-zirvə lokalizasiyalı miokard infarktı zamanı xarakterik dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) II, III, aVF

B) I, aVL, V1, V2, V3, V4

C) I, aVL, V1, V2, V3, V4, V5, V6

D) I, aVL, V1, V2, V3

E) II, III, aVF, V5, V6


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
219) Aşağı lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3, V4

B) II, III, aVF, V5, V6

C) I, aVL, V4, V5, V6

D) II, III, aVF

E) I, aVL, V1, V2, V3


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
220) Aşağı-yan lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, III, aVF

B) I, aVL, V1, V2, V3, V4

C) I, aVL, V1, V2, V3, V4, V5, V6

D) II, III, aVF, V5, V6

E) I, aVL, V1, V2, V3


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
221) V1-V2 aparmalarında ST seqmentinin depressiyası və müsbət T dişi ilə birgə R dişinin hündürlüyünün və eninin qısa müddətdə artması nəyi göstərir?

A) His dəstəsinin sağ ayaqcığının blokadasını

B) miokardın kiçik ocaqlı infarktını

C) sağ mədəciyin miokard infarktını

D) arxa-bazal miokard infarktını

E) ön çəpər miokard infarktını


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
222) Aşağıda qeyd olunanlardan hansı miokardın aşağı infarktı olan xəstələrdə yanaşı olaraq sağ mədəciyin infarktının olduğunu göstərə bilər?

A) V1-V2 aparmalarında R dişinin hündürlüyünün və eninin artması

B) I, aVL, V3-V4 aparmalarında R dişinin hündürlüyünün və eninin artması

C) aVR aparmasında R dişinin hündürlüyünün və eninin artması

D) V4-V5 aparmalarında ST seqmentinin depressiyası

E) V4R aparmasında ST seqmentinin elevasiyası


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
223) Miokardın oksiqenə tələbatı nə ilə müəyyən olunur?

1. miokarddaxili gərginliyin ölçüsü ilə

2. vurğu həcmi ilə

3. ürək əzələsinin yığılması ilə (onun inotropizm həddi ilə)

4. ümumi damar müqaviməti ilə

5. ürək vurğularinin sayı ilə
A) 2, 3, 4

B) 2, 3, 5

C) 1, 2, 4

D) 3, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
224) Arterial təzyiqin səviyyəsinin korreksiyası və tütün çəkməkdən imtina etmə hansı xəstəliklərin azalmasıyla müşayiət olunur?
A) hipertrofik kardiomiopatiya və qəfləti ölüm tezliyinin

B) stabil stenokardiya və mitral qapagın catışmazlığının tezliyinin

C) aorta qapağının stenozunun və Prinsmetal stenokardiyasının tezliyinin

D) təkrari miokard infarktın və qəfləti ölüm tezliyinin

E) dilatasion kardiomiopatiya və kəskin koronar sindromun tezliyinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
225) Hansı xəstəlikdə trombositar hemostazın aktivləşməsi (damardaxili trombun əmələ gəlməsi, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissəsi ilə distal yerləşmiş tac damarın embollarla tutulması) baş verir?
A) Miokarditdə

B) Hipertoniya xəstəliyinin II-III dərəcəsində

C) Vazospastik stenokardiyada

D) Dilatasion kardiomiopatiyada

E) Kəskin miokard infarktda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
226) Miokardın işemiyasında meydana gələn stenokardiya tutmalarında ağrı hissiyatının formalaşmasında hansı faktorlarun rolu yoxdur?
A) Afferent sinir keçiriciliyi pozğunluğunun olmamasının

B) Р substansiyasının azad olmasına və baş beyin qabığına ağrı impulslarının ötürülməsinə mane olan sinir sistemindəki endogen opioidlərin miqdarının (enkefalinlər və endorfinlər)

C) Prostasiklinlərin və Са2+ və Na+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

D) Prostaqlandinlərin və К+ və Н+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

E) Toxumaların zədələnmə dərəcəsinin və əsas ağrı mediatorlarının ifraz olunma səviyyəsinin - serotonin, histamin, bradikinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 389
227) Kəskin miokard infarktlı xəstələrdə boyun venalarının qabarması, qaraciyərin böyüməsi və arterial təzyiqin enməsi kimi hallar qəfil meydana çıxdıqda hansı ağırlaşmanı inkar etmək olar?

A) ağ ciyər arteriyasının tromboemboliyası

B) sağ mədəciyin infarktı

C) mədəciklərarası çəpərin sağ mədəciyə kəskin deformasiyası

D) sol mədəciyin kəskin anevrizması

E) mədəciklərarası çəpərin cırılması


Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
228) Hansı simptomlar miokard infarktı zamanı yaranmış kardiogen şokda mütləq deyil?

A) Dəqiqəlik həcmin artması

B) Sistolik arterial təzyiqin 80 mm.c.s-dan az olması və nəbz təzyiqinin 30 mm.c.s-dan aşağı olması

C) Adinamiya, apatiya, ətraf mühitə reaksiyanın olmaması, huşun pozulması

D) 30-ml/saat-dan az olan və sonra anuriyaya keçən oliquriya

E) Yanaşı gedən ağ ciyər ödemi əlamətləri (interstisial və ya alveolyar)


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 549
229) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş protokola əsasən , struktur pozulmaları və ya funksional siniflərə əsaslanan ürək çatışmazlığında hansı təsnifatdan istifadə edilir?(ACC-Amerka Kardiologiya Kolleci, AHA-Amerika Ürək Assosiasiyası, NYHA-Nyu-York Ürək Assosiasiyası)

A) ACC/AHA və NYHA

B) NYHA və Strajesko-Vasilenko

C) AHA və T.Killip

D) Strajesko-Vasilenko

E) T.Killip


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi " Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə Klinin protokol "Bakı-2012
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin