343) Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?
A) mədəciklərin fibrilyasiyası
B) beynə qansızma
C) qulaqcıqların səyriməsi
D) kollaps
E) hipertonik kriz
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
344) Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?
A) diakarb
B) mannitol
C) higroton
D) indapamid
E) furosemid
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
345) Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?
A) amiodaron
B) atenolol
C) lidokain
D) novokainamid
E) xinidin
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
346) Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?
A) 12 - 18 saat
B) 6 - 8 saat
C) 8 - 12 saat
D) 10 - 24 saat
E) 12 - 24 saat
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
347) Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?
A) plazmaəvəzedicilərin yeridilməsi
B) miokardın revaskulyarizasiyası
C) trombolizis
D) arterial təzyiqin yüksəldilməsi
E) neyroleptanalgeziya
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
348) Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?
A) trombolizis
B) arterial təzyiqin yüksəldilməsi
C) neyroleptanalgeziya
D) plazmaəvəzedicilərin infuziyası
E) ritm pozğunluğunun təcili aradan qaldırılması
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
349) Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn mədəcik ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?
A) verapamil
B) kordaron
C) metoprolol
D) novokainamid
E) lidokain
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
350) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?
A) bütün cavablar düzdür
B) vena daxilinə noradrenalinin yeridilməsi
C) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi
D) vena daxilinə antikoaqulyatların yeridilməsi
E) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
351) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?
A) papilyar əzələ başının qırılması
B) perikardit
C) sol mədəciyin cırılması
D) sağ mədəciyin miokard infarktı
E) mədəcikarası çəpərin yarılması
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
352) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?
A) obzidan
B) ritmilen
C) amiodaron
D) novokainamid
E) propafenon
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
353) Kəskin sol mədəcik çatışmazlığı fonunda hipertonik krizlərdə aşağıdakılardan hansı istifadə olunmur?
A) vazodilatatorlar
B) sidikqovucular
C) beta-adrenoblokatorlar
D) kalsium antaqonistləri və beta-adrenoblokatorlar
E) kalsium antaqonistləri
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
354) Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?
A) vazodilatatorlar, qanqlioblokatorlar
B) vazodilatatorlar, beta-blokatorlar
C) beta-blokatorlar, vazodilatatorlar
D) beta-blokatorlar, qanqlioblokatorlar
E) vazodilatatorlar, sidikqovucular
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
355) Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?
A) ürəyin tamponadası
B) ürəyin dayanması
C) kollaps
D) mədəciklərin fibrilyasiyası
E) aortanın yarılması
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
356) Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?
A) qulaqcıqların səyriməsinin taxisistolik forması
B) hipotenziya
C) qulaqcıqların səyriməsinin taxisistolik forması və ümumi fikir yoxdur
D) kəskin miokard infarktı
E) ümumi fikir yoxdur
Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
357) Kəskin miokard infarktının durğunluq hemodinamik növündə yaranan ağciyər ödeminin müalicəsində hansının preparatın tətbiqi əks göstərişdir?
A) β-adrenoblokator
B) Furosemid
C) Nitroqliserin, Na nitroprussid
D) Morfin
E) Oksigen terapiyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566
358) Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?
A) talinolol
B) dobutamin
C) atropin
D) diltiazem
E) adrenalin
Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
359) Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?
A) prednizolonun yeridilməsi
B) adrenalinin yeridilməsi
C) defibrilyasiya
D) ürəyin qapalı masajı
E) ağciyərlərin süni ventilyasiyası
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
360) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?
A) hipertenziya
B) miokard infarktı
C) hipotenziya
D) bronxospazm
E) taxikardiya
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
361) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?
A) atropin
B) eufillin
C) adrenalin
D) izadrin
E) efedrin
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
362) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antianqinal preparatların
B) β - adrenoblokatorların
C) antioksidant müdafiəli fermentlərin
D) anqiotenzinçevirici ferment inhibitorlarının
E) antiaqreqant terapiyanın
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
363) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər).
A) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması
B) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi
C) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi
D) ASL - reseptorların aktivliyinin artması
E) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
364) Hansı kliniki vəziyyətlərdə hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının qəbulu əks göstəriş deyil?
A) preparatın komponentlərinə həssaslığın yüksək olmasında
B) qara ciyərin aktiv patoloji proseslərində
C) ətraflarda podaqraya uyğun dəyişiklik
D) qara ciyər fermentlərinin səviyyəsinin ilkin yüksək olmasında
E) hamiləlik və döş əmizdirmə zamanı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
365) Hansı kliniki vəziyyətlərdə fibratların təyini göstəriş deyil?
A) hiperproteinemiya
B) xroniki piyelonefrit
C) xroniki otit
D) hipoproteinemiya
E) xroniki qastrit
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
366) Hansı klinik halda öd turşusunun sekvestrantlarıyla müalicə əks göstəriş deyil?
A) hamiləlikdə
B) əhəmiyyətli hipertriqliseridemiyada
C) arterial hipertoniyada
D) öd yollarının obstruksiyasında
E) preparata yüksək həssaslıq olduqda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
367) QT intervalının uzanması nə zaman rast gəlinir?
A) Ürək vurğularının sayının artması
B) Ürək vurğularının sayının azalması
C) Mədəciklərin erkən repolyarizasiya sindromunda
D) Ürək qlikozidləri ilə intoksikasiya zamanı
E) Anadangəlmə QT intervalının uzanma sindromu
Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
368) QT intervalının qısalması nə zaman rast gəlinir?
A) Hipermaqneziemiya
B) Hipokalsemiya
C) Uremiya fəsadlaşmasında
D) Ürək qlikozidləri ilə intoksikasiya
E) Ürək vurğularının sayının artması
Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002 .
369) 2-ci sıradan olan AV birləşmədən əvəzedici ritmin tezliyi neçəyə bərabərdir?
A) ÜVS 1 dəq-də 40-50
B) ÜVS 1 dəq-də 20-30
C) ÜVS 1 dəq-də 20-dən az
D) ÜVS 1 dəq-də 30-dan az
E) ÜVS 1 dəq-də 90-100
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
370) 5- ci sıradan olan Purkinye liflərindən əvəzləyici ritmin tezliyi neçəyə bərabərdir?
A) ÜVS dəq-də 20-30
B) ÜVS<30 1 dəq-də
C) ÜVS dəq-də 40-50
D) ÜVS dəq-də 60-80
E) ÜVS<20 1 dəq-də
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
371) Sol mədəcik ekstrasistolalarının xarakterizə edici amilləri:
A) EKQ də V1-6 aparmalarında QRS kompleksində hündür “R” dişlərinin qeydi
B) EKQ də V1-6 aparmalarında QRS kompleksində dərin“S” dişlərinin qeydi
C) EKQ də V1-3 aparmalarında QRS kompleksində dərin “S”dişlərinin qeydi
D) EKQ də V1-3 aparmalarında QRS kompleksində hündür “R”dişi və V4-6 aparmalarında dərin “S” dişlərinin qeydi
E) Natamam kompensator pauza
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
372) His dəstəsi sol ön şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:
A) Önə və yuxarı
B) Aşağı, sağa
C) Sola, aşağı
D) Ön və arxaya
E) Kəskin sola, yuxarı
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
373) His dəstəsi sol arxa şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:
A) Önə və arxaya
B) Önə və yuxarı
C) Sola və aşağı
D) Sağa və aşağı
E) Sola və yuxarı
Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
374) ExoKQ zamanı sol mədəciyin son–sistolik ölçüsü neçədir?
A) 32-36 mm
B) 36-48 mm
C) 22-38 mm
D) 42-56 mm
E) 38-56 mm
Ədəbiyyat: H.Feiqenbaum “Руководство по эхокардиографии”,5 издание,издательство Вивар,1999.
375) Əsasən hansı xəstəliklər zamanı rentqenolojı müayinədə aortanın uzanması və genişlənməsi müşahidə olunur?
A) aterosklerotik zədələnmə və arterial hipertenziyalarda
B) üçtaylı qapaq çatışmazlığında və mitral qapaqların prolapsında
C) mitral qapaq çatışmazlığında və Botal axacağın bağlanmamasında
D) ağciyər qapaqlarının çatışmazlığında
E) aorta qapaqlarının çatışmazlığında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
376) Xroniki ürək çatışmazlığının erkən mərhələlərində kliniki əlamətlərə görə diaqnoz qoymaq mümkün olmadıqda sadalanan instrumental müayinə metodlarının hansından istifadə olunması effektiv hesab olunmur (o cümlədən mədəciklərin gizli, simptomsuz sistolik disfunksiyaları zamanı)?
A) Radionuklid müayinə metodları
B) EKQ
C) Exo KQ
D) Yüklənmə sınaqları
E) Maqnit - rezonans tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: 1) Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. 2) А. Джонн Кэмм, Томас Ф.Люшер, Патрик В.Серруис. Болезни сердца и сосудов. Руководство Европейского общества кардиологов. Москва, «ГЭОТАР - Медиа», 2011, стр.873, 874
377) Aterosklerotik kardiosklerozlu xəstələrin rentgenoloji müayinəsi zamanı aortanın düz, sol ön çəp və sol yan proyeksiyasında hansı pozğunluq qeyd olunmur?
A) Genişlənməsi
B) Divarında kalsiumun toplanması
C) Anevrizmatik qabarması
D) Rentqenoskopiyada pulsasiyanın zəifləməsi
E) Uzanması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
378) Oxşar kliniki simptomlara (təngnəfəslik, taxikardiya və başqaları) malik və bu halda yüksək ürək atımlı xroniki ürək çatışmazlığının mümkün səbəbi hesab olunan hansı xəstəliyin nəticəsi qanın ümumi kliniki analizi ilə təstiqlənir?
A) Ağ ciyərlərin obstruktiv xəstəlikləri
B) Anemiya
C) Miokardit
D) Mitral qapaq çatışmazlığı
E) Kardiomiopatiyalar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. .
379) Sidiyin ümumi analizi ilə təsdiqlənən hansı laborator nəticə xroniki ürək çatışmazlığında böyrəklərin zədələnməsi markeri hesab olunur və eyni zamanda nefrotik sindromun, kəskin və xroniki qlomerulonefritin və başqa ödem sindromlu böyrək xəstəliklərinin xarakter əlamətlərindən biri hesab olunur?
A) Leykosituriya
B) Makrohematuriya
C) Silindruriya
D) Proteinuriya
E) Mikrohematuriya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
380) Xroniki ürək çatışmazlıqlı xəstələrdə eyni zamanda diaqnostik test kimi istifadə olunan qanın biokimyəvi analizlərindən hansı nəticələri müalicə təyin olunduqda mütləq nəzərə alınmalıdır?
A) Elektrolitlərin disbalansı (Nа+, К+, Са2+, Мg2+ və s. )
B) Qələvi fosfataza
C) Lipaza, amilaza
D) Kortizol
E) Lg-E immunoqlobulinlər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
381) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Dislipidemiya
B) Elektrolitlərin disbalansı (Nа+, К+)
C) Üzüm turşusunun artması
D) Testosteronunun miqdarının artması
E) Hiperqlikemiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
382) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Qalıq azotun və şəkərin miqdarının artması
B) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)
C) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması
D) Ümumi bilirubinin miqdarının artması
E) Sidik cövhərinin və kreatininin miqdarının artması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
383) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər).
A) Kreatinin və sidik cövhəri
B) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)
C) Lipaza və diastaza
D) Timol sınağı, tiroksin və triyodtironin
E) Xolinesteraza və qələvi fosfataza
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
384) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası).
A) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması
B) МВ KFK miqdarının dəyişilməsi
C) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
D) LDH, KFK miqdarının dəyişilməsi
E) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
385) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası).
A) Γ -qlutamiltranspeptidazanın miqdarının artması
B) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi
C) Α-1- qlobulinlərin miqdarının artması
D) LDH, KFK МВ miqdarının dəyişilməsi
E) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
386) Sakit halda çəkilmiş EKQ-nin hansı nəticələri xroniki ürək çatışmazlığının əmələ gəlməsinin miokardın infarktından sonrakı kardioskleroz və ürəyin nasos funksiyasının zəifləməsi hesabına yaranmasını göstərir?
A) Sinus taxikardiyası
B) Sağ mədəciyin hipertrofiyası
C) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
D) Sol mədəciyin hipertrofiyası
E) Taxiaritmiyalar, bradiaritmiyalar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
387) Əgər xroniki ürək çatışmazlıqlı xəstələrdə ürəyin yığılma qabiliyyətinin zəifləməsi fonunda simpatik - adrenal sistemin aktivliyinin artması baş verirsə, onda sakit halda çəkilmiş EKQ - də nə görünər?
A) Sol qulaqcığın hipertrofiyası əlamətləri
B) Səyrici aritmiya
C) Sinus taxikardiyası
D) Sağ mədəcik dilatasiyası əlamətləri
E) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
388) Sakit halda EKQ-nın hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə xəstənin vəziyyətinin ağırlaşmasının mümkün səbəbini təsdiq edir?
A) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
B) Nəzərə çarpan sinus taxikardiyası
C) Taxiaritmiyalar, bradiaritmiyalar
D) Hiss dəstəsinin sağ ayağcığının blokadası
E) Sol mədəciyin hipertrofiyası sistolik yüklənməsilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
389) Hansı xəstəliklər və pozğunluqlarda (xroniki ürək çatışmazlığlı xəstələrdə) sakit halda çəkilmiş EKQ-də sol mədəciyin hipertrofiyasının əlamətləri qeyd olunmur?
A) Sol mədəciyin diastolik disfunksiyasında
B) Ürəyin işemik xəstəliyində
C) Aortal qapağın qüsurlarında
D) Arterial hipertenziyada
E) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
390) Sakit halda EKQ-ın hansı nəticəsi sübut edir ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ağ ciyərlərin obstruktiv xəstəlikləridir və eyni zamanda bu ağciyər arterial hipertenziyasının əlamətidir?
A) Sinus aritmiyası
B) Hiss dəstəsinin sol ayagçığının tam blokadası
C) Aparıcı qulagcıq ritminin miqrasiyası
D) Sağ mədəciyin hipertrofiyası
E) Sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
391) Döş qəfəsi orqanlarının hansı rentqenoqrafik nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə kicik qan dövranı hemodinamik pozğunluqlarının ağırlıq dərəcəsini təsdiq etmir? (AH - arterial hipertenziya).
A) Ürək belinin hamarlaşması
B) Ağ ciyərlərdə venoz durğunluq və arteriolyar ağ ciyər AH əlamətləri
C) Hidrotoraks
D) Aortanın genişlənməsi və kalsinozu
E) Kardiomeqaliya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
392) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ürəyin işemik xəstəliyini təsdiq edir?
A) Perikard boşluğuna mayenin yığılması
B) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
C) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları
D) Mədəciklərarası cəpərin hipertrofiyası
E) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
393) Exokardioqrafiyanın hansı nəticələrı (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Mitral qapağın ön sistolik hərəkəti
B) Mədəciklərin dissinxroniyası
C) Qulaqcıqlararası cəpərin lipomatoz hipertrofiyası
D) Sol mədəciyin çıxış yolunun obstruksiyası
E) Perikard boşluğuna mayenin yığılması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94.
394) Exokardioqrafiyanın hansı nəticələri (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
B) Perikard təbəqələrin bitişməsi, qalınlaşması və digər göstəricilər
C) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları (asinergiyalar)
D) Sol mədəciyin hipertrofiyası və dilatasiyası əlamətləri
E) Mədəciklərarası cəpərin asimmetrik hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
20>30>
Dostları ilə paylaş: |